Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   2   3   4   5   6   7   8   9   ...   16


 
İslam bayrağıyla başqası gəldi  
Hamı düşündü ki, dünya düzəldi.  
Solub-saralırdı sahibsiz, təki  
Bizim viran olmuş könlümüzdəki  
Arzu çiçəkləri... 
o gün suladıq. 
Biri-birimizi muştuluqladıq.  
Bizim Söhrab Tahir, Balaş, Mədinə  
Bayram libasları geydi əyninə.  
Ertəsi eşitdik möhtərəm imaın 

________________Milli Kitabxana______________ 
93 
 
Yaratdı ölkədə "cümhuri-islam".  
Çox gözəl, cümhura nə irad, nə söz?  
Məgər bu deyilmi istədiyimiz? 
 
Şahlıq diyarında, şah ölkəsində  
"Döndü həqiqətə" yüzillik xəyal.  
Türkün öz dilində, öz ləhcəsində  
Qəzetlər, dərgilər çıxdı dalbadal. 
Nə oldu sonrası? Keçdi bir qədər  
 
Boyalar silindi, bozardı üzlər.  
Gördük vədlərdən təkcə söz qalıb  
Zülm qah-qah çəkir, haqsa hönkürür.  
Şahlıq devrilsə də, başqa rəng alıb  
Yaşayır əvvəlki zülm başqa cür. 
 
Adını dəyişib, əhdini danıb  
Yenə də həmərı zülm, həmən əsarət.  
Qarmağa taxılan ətə aldanıb,  
Tələni görmədi zavallı millət. 
 
Zülm nə din bildi, nə dil, nə Vətən,  
Cəhalət uydurdu İslam adına.  
Açıq fikirlilər qaçdı ölkədən,  
Dözməyib cahilin xurafatına.  
Düşünən başları qovdu ölkədən  
Farsı da, kürdü də, türkü də qəsdən.  
Deyən tapılmadi, ötur yerində  
Mən qafil deyiləm sözə aldanam. 
 
De, hanı bəs sənin əməllərində  
Şəri boğazlayan müqəddəs islam?  
Məgər yuvasından didərgin düşən  
O bədbəxt kimsələr müsəlman deyil?  
İslamda insanlıq ləyaqətindən  
Nitqlər söylədin minbərlərdə sən,  
Yurddan qovduqların bəs insan deyil? 
  

________________Milli Kitabxana______________ 
94 
 
Minbərdən bağırdı söz gövşəyənlər:  
"İslama hər yerdə dayağıq" - deyə.  
Bizi darda qoyub "İslam" deyənlər  
Niyə dayaq oldu bəs erməniyə? 
 
Dandın həqiqəti sən bilə-bilə  
Sübutun uydurma, dəlilin əbəs.  
Erməni qəsbinə kiriməyinlə  
Xoruzun quyruğu görünmürmü bəs? 
 
Qorxuram bu yerdə belinıiz sına  
Adını qoymusan "İslam dövləti".  
Özün de, budurmu din qardaşına  
İslam dövlətinin xətri, hörməti? 
 
Bunun da kökünü bilirik nədir?  
Səninçin "arilik" dindən öndədir.  
İslama "vay" dedi, dinə "vay" dedi  
Arxaya çəkildi din qohumluğu.  
Sizi erməniyə dayaq eylədi  
Əcdadda birləşən qan qohumluğu.  
Tapıldı bizdə də cəhalətindən  
Dinin cövhərini anlamayanlar.  
Atıldı meydana, yapışıb dindən  
Onu ciblərinə qazanc sayanlar. 
 
Kəbəyə getdilər hər il dalbadal  
Ziyarət deyildi, ticarətdi bu.  
Bəs hanı haqq yolu? Bu səfər, bu yol  
Hacılıq adıyla tacirlik oldu. 
 
Dedilər: Dərdlərə son qoymaq üçün  
"İslam partiyası" gərəkmiş bu gün.  
Bir deyən olmadı amma onlara " 
A qardaş, din hara, siyasət hara?"  
Nədir bu partiya? Mən anlamıram  
Firqə, dar çərçivə, firqə bir qəfəs!  
O boyda ucalıq, o boyda İslam  
Firqə qəfəsinə sığışarmı bəs? 
  

________________Milli Kitabxana______________ 
95 
 
Din ilə ucalır ruhumuz göyə  
Göylər bir qiyasa, ölçüyə gəlməz.  
O böyük din ilə bircə firqəyə  
Bəşərin yarısı sığışa bilməz. 
 

 
Sökülür dan yeri, görmürsənmi sən  
Zamamn özündən, vaxtın özündən?  
Bu nə boş xəyaldır, nə şirin röya?  
Közərir çmqa od külün içində.  
Dünyanı titrədən qoca Rusiya  
Bölünüb söküldü bİr gün içiııde.  
Köksünə dağ üstdən dağ çəkilən xalq  
Bir gün dağ çəkəcək dağın köksünə.  
Məftil çopərləri qıra bİIən xalq  
Bir il gec, bir il tez - qıracaq yenə. 
 
Torpağı yoğurur vaxt özü qanla  
Vaxt gəldi, bircə söz min dünya açar.  
Artıq anlamışıq ahla, amanla  
Nə məftil ərıyor, nə sərhəd uçar. 
 
Zülm öz-özünə kəsilir qənim  
Baxın öz yönünü dəyişən çarxa.  
Suyun gəlməsinə şiibhəm yox mənim  
Bir vaxt şınl-şınl su gələn arxa. 
 
Salaq yadiinıza bu gün, cahanın  
Rəngleri dəyişəıı beş qitəsini.  
Biz də görəcəyik Azərbaycanın  
Güneyli-quzcyli xorıtəsini. 
 
Noyabr, 1999  
  
  

________________Milli Kitabxana______________ 
96 
 
 
 
 
 
 
 
 
I  ÜSYAN 
 
"Hümmət, a vətəndaşlar!  
Qeyrət, a vətəndaşlar!" 
 
Sabir 
Bahar zər qələmilə  
Naxış vurur torpağa.  
Qışdakı məşəqqəti  
Unutdurur torpağa.  
Şamaxıda Sabirin  
Balaca bağçasında  
Əyləşib iki yoldaş,  
İki dost, iki sirdaş. 
 
Səhhət, Sabir... iki qəlb  
Səslənir, bir-birinə  
Köklənən simlər kimi.  
Bir nəğmənin eşqinə  
Bir dinən simlər kimi. 
 
S ə h h ə t 
 
Bəli, padişahımız  
Təzə bir fərman verib.  
O, ölüyə azadlıq,  
Diriyə zindan verib. 
 
S a b i r 
 
Ağız yummaqdır, ancaq!  
Bu da təzə fırıldaq!..  
Çeşmələr təşnəsinə  
Bircə udum azadlıq, 
 
AĞLAR-GÜLƏYƏN 

________________Milli Kitabxana______________ 
97 
 
 
 
 
 
Harda,  harda  qalmısan,  
Mənim suyum azadlıq,  
Mənim odum azadlıq?!  
Sənsiz gülə bilərmi  
Üzümüzə  
səadət? 
 
S ə h h ə t 
 
Neyləyək, bir udum da  
Udumdur... heçə lənət!.. 
 
S a b i r 
 
Min arzu bəsləyirəm,  
Mən, axı, hər nəfəsdə,  
Qanadım var, göyüm yox,  
Necə uçum qəfəsdə?.. 
 
Azadlıq - səhərimdir;  
Gündüzüm, axşamımdır.  
Eşqimdir, ilhamımdır.  
O, dənizim, yelkənim,  
Əsil haqqımdır mənim!  
Neçə ümman yaradar,  
Ahımdan göyə qalxan  
Yalnız bircə buludum?!  
Niyə mənə haqqımı  
Versinlər udum-udum?  
Xəyalım azad olsun,  
Düşüncəm azad olsun. 
 
Ürəyimin sözünü  
Mən yazmaq istəyirəm,  
Qoy qələm azad olsun.  
Mən görmək istəyirəm  
Gözlərim azad olsun.  
Danışmaq istəyirəm  
Sözlərim azad olsun.  
Qışqırmaq istəyirəm 
 

________________Milli Kitabxana______________ 
98 
 
  
Qoy dilim azad olsun,  
Dodağım azad olsun.  
Eşitmək jstəyirəm  
Qulağım azad olsun. 
 
Əsarət zəncirini  
Mən qırmaq istəyirəm,  
Qollarım azad olsun.  
Gəzib bütün dünyanı  
Arzumu qulaqlara,  
Bağırmaq istəyirəm,  
Yollarım azad olsun! 
 
Ələmlər bəstəsiyəm!  
Min arzunun səsiyəm,  
Mənə dərman neyləsin?  
Mən arzu xəstəsiyəm? 
 
İçib-içib doyunca  
Azadlıq çeşməsindən;  
Söndürəydim odumu,  
Çeşmələr təşnəsinə,  
Özün söylə, neyləyər  
Suyun bircə udumu?.. 
 
S ə h h ə t 
 
Məgər görməmisənmi  
Damcı necə daş dəlir? 
 
S a b i r 
 
Dəlir, çox yavaş dəlir.  
 
S ə h h ə t 
 
Dəqiqələr, saatlar  
Axır dönüb il olur.  
Dama-dama göl olur.  
"Molla Nəsrəddin"ə bax, 

________________Milli Kitabxana______________ 
99 
 
  
Onu zaman yaratdı.  
Mirzə Cəlil damcıdan  
Axı, ümman yaratdı. 
 
İndi o böyük ədib  
Səni çağırır, səni – 
Deyə Səhhət cibindən  
Çıxartdı məcmuəni. 
 
Zamanın əsəbləri  
İndi çəkilib tarım.  
Oxudu ilk səhfəni:  
-"Sizi deyib gəlmişəm,  
Müsəlman qardaşlanm..."  
Sabir yata bilmədi  
O gecəni sübhədək.  
Açıldı arzuları  
Gözündə çiçək-çiçək.  
Nədir hələ bilmirəm  
Mən o gecənin adı;  
Bircə bunu bilirəm  
O gecə... ah... o gecə  
Tək səhəri doğmadı;  
Doğdu göyü, yeri də.  
Doğdu bizi təzədən  
Mirzə Ələkbəri də. 
 
Dan yeri ağaranda,  
O qalxıb yatağından  
Açdı pəncərəsini.  
Dinləməyə başladı  
Bağçada "hop-hop" deyən  
Şinəbubun səsini.  
Bu səhərə, 
bu səsə 
O niyə səcdə qıldı?  
Açdığı o pəncərə  
Bağçaya açilmadı,  
Şeirimizə açıldı. 
  

________________Milli Kitabxana______________ 
100 
 
Qələm nalə qopartdı,  
Kağıza dəyən kimi  
Bu səs kağız üstünə  
Dağ basdı, 
od çilədi. 
Bu səs əsrlər boyu  
Yatan babamı belə  
Yuxudan silkələdi: 
 
"Yox, mən çığırmalıyam,  
Yox, mən bağırmalıyam!  
Köməyimə, 
dadıma 
Göyü çağırmalıyam,  
Yeri çağırmalıyam!  
Mən bütün qaydaları  
Qanunlan,  
Sədləri  
Dağıdıb qırmalıyam!" 
"Hansı qanunda var ki,  
Öz elindən olasan,  
Hədəf də sən olasan,  
Güllə də sən olasan?.." 
 
Vətənin 
dərdlərilə  
Yandı,  
Alışdı Sabir  
Dərdin dodaqlarıyla  
Dindi, 
Danışdı Sabir:  
"Xalqların cərgəsində  
Mən də varam deyirəm.  
Mən dünyadan özümə  
Həqiqət istəyirəm, 
 

________________Milli Kitabxana______________ 
101 
 
Sədaqət istəyirəm. 
Mən "Hümmət istəyirəm, 
Mən qeyrət istəyirəm..." 
 
"Min ildir sirdaşımız  
Ələm oldu, qəm oldu,  
Niyə, niyə bəs bizim  
Qeyrətimiz kəm oldu? 
 
Yarım bu tayda qaldı,  
Yarım o tayda qaldı.  
Toyum burda çalmdı,  
Yarım o tayda qaldı.  
Daha bu əzablara  
Canimda bir tabım yox...  
Mən təpədən-dırnağa  
Sualam...  
Cavabım yox...  
Bilmirəm öz əlimdən  
Mən hara, hara qaçım?  
Bir əlim qanhm oldu,  
Bir əlimsə harayçım! 
 
Bizi xəlbirə qoyub,  
Sovurdular havaya,  
Biz toz olub ələndik.  
Min ildir, anamızdan  
Süd yerinə qəm əmdik. 
 
İnlədikcə, azalmır  
Dərdlərimiz daha da  
Ürəkdə köz-köz olur.  
Bu haqdır, ağladıqca  
Kişi qeyrətsiz olur.  
Bizdən sonra oyanan  
Ala bildi haqqmı,  
Biz hələ ağlayırıq, 
 

________________Milli Kitabxana______________ 
102 
 
Tarixin təkərinə  
Hey ümid bağlayırıq".  
Yox, mən bağırmalıyam,  
Yox, mən çığırmalıyam!..." 
 
 
2. ÜRƏK VƏ ÇÖRƏK 
 
"Artdıqca həyasızlıq olur el, mütəhəmmil,  
Hər zülmə dözən canları neylirdin, ilahi?" 
 
Sabir 
 
Zərrədə küllə bax!... Şirvan dedikcə  
İslam aləminə lağ etdi Sabir.  
Tiyanda sabunu dağ elədikcə  
Fikrində zamanı dağ etdi Sabir. 
 
Qaranlıq daxmada gecə sübhədək  
O, işıq naminə yazdı, yaratdı.  
Sabirin qəzəbli gülüşlərindən  
Vətən göylərində Günəş dan atdı. 
 
Bütün sualların cavablarını  
Tapdı ilhamında, təbidə Sabir.  
Böyük bir ölkənin dərdini yazdı  
Sabun tiyanının dibində Sabir. 
 
Dünyaya sığmayan fikirlərini  
Zaman, bir tiyana bağlamadımı?  
O dedi: - Anlamaq istəsən məni,  
Düşün ləqəbimi, unut adımı! 
 
Düzü, çox düşündüm... Təxəllüsünü 
Niyə Sabir qoydu Mirzə Ələkbər?  
Böyük gələcəyə dikib gözünü  
Demək istəmiş ki, dözən əzilər!  
Demək istəmiş ki, Vətən lalədir,  
Bağrının başında qarasıyam mən.  
Müsəlman nə demək? 
  

________________Milli Kitabxana______________ 
103 
 
Təşbehi-Sabir, 
İslam dünyasının yarasıyam mən!  
Demək istəmiş ki, səbr edən insan,  
Dünyadan əbədən üzülüşübdür.  
"Şükür" - deyə-deyə bədbəxt müsəlman  
Səbrin lay-lasından cəbrə düşübdür. 
 
Demək istəmiş ki, zavallı Şərqin,  
O sonsuz səbrinin kasasıyam mən.  
Çatıb xirtdəyimə daha qəzəb, kin,  
Səbrim tükənibdir, daşasıyam mən. 
 
Deyirəm, anası süd deyil, ona  
Atəş içiribdir öz döşlərindən.  
Axır göz yaşları hey yana-yana  
Sabirin yaralı gülüşlərindən. 
 
Onun gülüşləri səbirdənmi?  
Yox!.. O, kinin, qəzəbin qəhqəhəsidir.  
Onun gülüşləri bir atəş, bir ox!  
Səbrə qılınc çəkən üsyan səsidir!  
Dardini xalqıyla bölüb ağladı,  
O gülüb ağladı, gülüb ağladı! 
 
Cahilə nə var ki?.. Ürəklər dələn  
Dəli qəhqəhəni bir gülüş sanar.  
Sabirin şeirini oxuyub gülən,  
Nə Vətən anlayar, nə millət qanar. 
 
Bir gün fitva verdi axund minbərdən:  
- Lənətlə çəkilsin Sabirin adı.  
O günün səhəri qəssab Mir Həsən  
Şairə bir misqal quyruq satmadı.  
Axund tapşırdı ki, Şirvanda heç kəs  
Mirzə Ələkbərlə alver etməsin.  
Axundun əmrindən o çıxa bilməz  
Burada bir sirli illət var, yəqin. 
  

________________Milli Kitabxana______________ 
104 
 
Qəssab bilmədi ki, Mirzə Ələkbər,  
Neçin onun kimi yanaşmır dinə.  
Qəssab bilmədi ki, qara gecələr  
O yazıb-yaradır işıq naminə. 
 
Qəssab bilmədi ki, sel tək çağlayır,  
Alışıb yaradır o, ac qarına...  
Qəssab bilmədi ki, o gün ağlayır.  
Millətin gələcək övladlarına. 
 
Qəssab bilmədi ki, bu xalqın nədən  
Özü ağırlıqda qəm yükü vardır  
"Təvəkkül" deməkdən, "şükür" deməkdən,  
Ağzında dili də cadar-cadardır. 
 
Çağırdı elləri o, haqq yoluna,  
Məslək yolçusuna el "yolsuz" dedi.  
O, böyük insanı qəssab bir yana,  
Ömür yoldaşı da başa düşmədi. 
 
Qəlbi qəlbimizdə daim döyündü,  
Yumulu gözlərə göz verdi Sabir  
Yazdı... Qarşımızda güzgüyə döndü, - 
Bizi özümüzə göstərdi Sabir. 
 
Saldı ürəyinə Sabir hər şeyi,  
Min ilin dərdini çəkdi bir anda.  
Yolunda canını qurban verdiyi  
Bədbəxtlər də onu anlamayanda. 
 
Sözüylə, şeirilə o, zaman-zaman  
Donuq şüurlara min toxum əkdi.  
Dəmir çəkic altda fəryad qoparan  
Dəmir parçasi tək o, nalə çəkdi.  
Qızılı döydülər... Haray-həşirsiz  
Yapıxıb mum kimi eləcə qaldı. 
 
  

________________Milli Kitabxana______________ 
105 
 
Dəmiri döydülər... Qışqırığından  
Qulaqlar tutuldu, gözlər qaraldı.  
Qızıl dedi: - Dəmir, söylə nədir bu?  
Məni də döydülər, axı, sənin tək.  
Səsimdən bir adam xəbər tutdumu?  
Dəmirsən, əzaba dözəsən, gərək. 
 
Dəmir söylədi ki: - O zərbələrdən,  
Ahü-nalə çəkib ağlamadım mən.  
Bədbəxt yaranmışam mən, a bəxtəvər,  
Səni dəmir döydü - özgəsi döydü.  
Ona ağladım ki, məni döyənlər  
Özgəsi deyildi, özümünküydü. 
 
Bir gün fitva verdi axund minbərdən,  
-Lənətlə çəkilsin Sabirin adı.  
O günün səhəri qəssab Mir Həsən,  
Şairə bir misqal quyruq satmadı. 
 
Sabun bişirməkçün ona yağ gərək,  
Bəs indi neyləsin? O, çox düşündü.  
Neyləyə bilərdi? O, yalqız, o, tək.  
Dükan da bağlandı, ocaq da söndü. 
 
O, qaralan ocağa  
Baxa-baxa düşünür.  
"Yoxsa arzularım da  
Bu qaralan köz kimi,  
Ocaq kimi tez sönür?..  
Yox, yox! Bu mümkün deyil,  
Sönən ocaqdır ancaq.  
Qəlbimdəki ocaqsa,  
Daha betər yanacaq.  
Yazıram zəmanədən  
Atəş, od uda-uda.  
Könlümdəki ocağı 
  

________________Milli Kitabxana______________ 
106 
 
Heç söndürə bilərmi  
Dəryaların suyu da?  
Bəs bir bölük külfətim?.  
Onların hər arzusu  
Bu ocağa bağlıdır,  
Axı, külfətim üçün,  
Könlümdəki ocaqdan  
Bu ocaq maraqlıdır. 
 
Bu ocaqla yaşayır  
Evdəki lüt balalar,  
Sinəmdəki ocaqdan  
Onlara nə fayda var..." 
 
Milyonları düşünən  
Böyük bir qəlb sahibi.  
Közərən köz önündə  
Alışır ocaq kimi... 
 
Milyonları düşünən,  
Milyonların yolunda  
Əriyib muma dönən  
Müyon-milyon insanın  
Azadlıq yollarında  
Çıraq olan, nur olan,  
Milyonlarçın doğulan,  
Balacabir külfətin  
Çörəyidir, suyudur.  
Milyonların yolunda  
Atəş udan, od udan  
Külfətinin yolunda  
Zəhər udur, qan udur.  
Milyonlara dərs deyən  
Mis tiyana baş əyir – 
Bir balaca külfəti 
 

________________Milli Kitabxana______________ 
107 
 
Dolandıra bilməyir. 
"Yox, yox! Bu mümkün deyil, 
Sönən ocaqdır, ancaq. 
Könlümdəki ocaqsa, 
Daha betər yanacaq..." 
 
Ona yağ satmadılar  
Sabun bişirmək üçün.  
Ürəyinin yağını  
Əridərək günbəgün  
Şair yazdı... Şeirlə  
Haqqını anlamayan  
Nadanları bizlədi.  
Ürəklərin minillik  
Pasını təmizlədi.  
Sabun!  
Şeir!  
İşə bax!  
Təsadüfmü bu, ancaq? 
 
Hər ikisi təmizük!..  
Sən bu təsadüfdəki  
Ahəngə bax, məğzi gör.  
Sabun zahir üçünsə,  
Şeir batin üçündür...  
Sabundan əl çəkməli!  
"Bəs mən necə dolanım?"  
Deyə o, fikrə dalır...  
Əməllər, arzularla  
Yaşayanda ucalan,  
Çörək dərdi çəkəndə  
Görün, necə alçalır... 
  

________________Milli Kitabxana______________ 
108 
 
3. İMTAHAN 
 
"Zahida! Gəl soyunaq bir kərə paltarlarımızı!  
Çıxaraq zahirə batindəki əfkarımızı.  
Hər kəsin ağı qara isə utansın, a balam!" 
 
Sabir 
 
O, həqiqət naminə  
Qələm çaldı... həqiqət!  
Sabun bişirmək - peşə,  
Şeir yaratmaq - sənət.  
Sabun - çörək üçündür. 
 
Şeir - ürək üçündür.  
O, könlünü, eşqini  
Vətənə, xalqa verdi,  
Çörəyi də ürəklə  
Qazanmaq istəyirdi. 
- Necə?.. 
- Müəllim olmaq! 
Körpəcə ürəkləri 
Pərvazlayıb uçurmaq! 
Onların nəzərində 
Arzular dünyasından 
Minbir kaşanə qurmaq! 
Balalara hər şeyin 
Öz yerini tanıtmaq!  
Ah!.. Onlara... onlara,  
Özlərini tanıtmaq!  
Həm bu günü tanıtmaq,  
İndidən, lap indidən  
O körpə balalara  
Dost, düşməni tanıtmaq! 
 
Şairim, düz deyirsən.  
Mən səni anlayıram.  
Düzü, müəllimliyi 
  

________________Milli Kitabxana______________ 
109 
 
Mən bütün peşələrin  
Ən ucası sayıram.  
O, elə ulduzdu ki,  
Bu gün yanır... işığı  
Bizə sabah görünür.  
Özü batsa da, ancaq  
Vətənin göylərində  
Min-min ulduza dönür. 
 
* * * 
 
O bilmir ilk mənzili  
Son mənzili haradır;  
Bu günkü əməliylə  
O, sabahı yaradır.  
Omrü bir nur parçasi  
O, sabahın carçısı!.. 
 
Bəli, müəllim olmaq!  
Bunun üçün nə gərək?  
Ona bildirdilər ki,  
Rəsmi vəsiqə, gərək.  
Vəsiqə! 
- Kimdən? 
- Hardan? 
Dedilər: 
- Mollalardan. 
Yox, yox! O uda bilməz  
Bu təhqiri, bu dərdi.  
O ki ana dilindən  
Dərs demək istəyirdi.  
İstəyir ki, balalar  
Bizim ana dilinin  
O büllur çeşməsindən  
Nur içib feyz alalar...  
Bəs bunun mollalara,  
Bilmirdi nə dəxli var? 
  

________________Milli Kitabxana______________ 
110 
 
- Dərs demək istəyirəm 
Şəriətdən, cənablar, 
İmtahan edin məni. 
Dayanıb heykəl kimi, 
Cahillərin önündə 
Cahillərin düşməni. 
Taleyə bax, günə bax, 
Zamanın hökmünə bax! 
Zaman öz loğmanını 
Pəncəsində inlədir. 
Əsrin nəbzi, nəbzində 
Döyünən bir arifi 
Cahil imtahan edir. 
Zaman - onun ustadı, 
O, zamanın həkimi. 
Zamanın qarşısında 
Dayanıb xəstə kimi... 
Yağır bir-bir suallar: 
- De görək, cəhənnəmin 
Neçə yüz qapısı var? 
Əsrin hər cəfasına 
Dözüb dayanan insan, - 
Əsrin cəhənnəmində 
Alışıb-yanan insan 
Sayır qapılarını 
Xəyali cəhənnəmin... 
 
Dözür, buna da dözür,  
Ona vəsiqə gərək.  
Özü bilir dalını...  
Min cənnətə dəyişməz  
O ki öz amalını.  
Mənasiz suallara  
Cavab verir  
Birbəbir 
O, bığaltı gülərək. 
 İyirmicə uşağa 
  

________________Milli Kitabxana______________ 
111 
 
Müəllim olmaq üçün  
Ona vəsiqə gərək...  
Axund nə biləydi ki,  
Qarşısında dayanan  
Milyonların ən böyük  
Dahi müəllimidir.  
Əsrin ağız dolusu  
Həqiqət mahnısını  
Ötən sarı simidir...  
Böyük müəllim idi  
O ki, vəsiqəsiz də.  
O, əzilən xalqının  
Üsyan deyən səsiydi.  
Vətən üçün od tutub  
Alovlanan ürəyi,  
Onun vəsiqəsiydi.  
O ürəyin başında  
Qaysaqlanan yaralar,  
Daim yanan yaralar,  
Ən gözəl möhürüydü  
Onun vəsiqəsinin... 
 
Axundda ağıl hanı?  
Düşünə dərin-dərin,  
Axund nə biləydi ki,  
Dayandığı minbərin  
Kökünə balta vuran  
Elə bunun özüdür.  
Bu buxara papaqlı,  
Bəstə boylu müəllim,  
Xalqın görən gözüdür.  
Axund nə biləydi ki,  
Ona imtahan verən,  
Bu məğmun, miskin insan – 
şeirilə çoxdan çıxıb  
Əsrin imtahanından,  
Axund nə biləydi ki, 
  

________________Milli Kitabxana______________ 
112 
 
Millətin qulağına  
Haqq sözü deyən budur – 
Gündə min yol adını  
Lənətlə yad etdiyi  
"Ağlar-güləyən" - budur. 
 
4. ÜMİD MƏKTƏBİ 
 
"Yaşasın şəhriyari-hürriyyət"  
Sabir 
 
Onunçun həyat - ümid.  
Onunçun zaman - ümid,  
Onu ucaldan - amal,  
Onu yaşadan - ümid.  
Onun ümid günəşi  
Aləmə şölə saçdı.  
Dükanımı bağlayıb  
"Ümid" məktəbi açdı.  
Elə bil ki, bununla  
O çatdı bəslədiyi  
Hər arzuya, mətləbə.  
Ümidini bağladı,  
Bu ikicə sinifli  
Balaca bir məktəbə. 
 
O unutdu elə bil  
Dərdini də büsbütün.  
Dərs verdiyi hər uşaq  
Bir ümid çırağıydı,  
Bu böyük şair üçün... 
 
"Mənim bağım, baharım,  
Fikri işıqlı oğlum,  
Məktəb zamanı gəldi,  
Dur, yaraşıqlı oğlura".  
Açdı şeirlərilə  
O, yumulu gözləri, 
 

________________Milli Kitabxana______________ 
113 
 
Tanıtdı körpələrə - 
Şanlı sabaha gedən  
Cığırları, izləri...  
Körpələrin gözündə  
Nuh əyyammdan qalan  
Vərdişləri qırdı o.  
Onların ürəyində  
Min çıraq yandırdı o.  
Qanmaq öyrətdi Sabir,  
Qandırdıqca onlara  
Yanmaq öyrətdi Sabir. 
 
Hər şeyin öz admı  
Başa saldı o bir-bir.  
Kor, donuq baxışlara  
Görmək öyrətdi Sabir. 
 
Nifrət öyrətdi Sabir  
"Daş qəlbli insanlara" – 
Buz tək soyuq qanlara.  
Məhəbbət öyrətdi o,  
"Fatma, tükəzbanlara". 
 
Bir istiyə bərabər  
Qızınmaq öyrətdi o.  
Bir soyuğa bərabər  
Üşünmək öyrətdi o.  
Hər kəsə özünü yox,  
Hamıya bir mətləbi  
Düşünmək öyrətdi o.  
O öyrətdi nobellər  
Obasından baş alıb  
Bura niyə gəlibdir?  
Çaqqal dağdan arana  
Hansı iyə gəlibdir?..  
O öyrətdi niyə biz  
Yadlar üçün bu qədər  
Cazibədar olmuşuq,  
Niyə yadı bəzəyib,  
Özümüz xar olmuşuq?.. 
 

________________Milli Kitabxana______________ 
114 
 
  
Balaca körpələrə  
O öyrətdi ayıqlıq,  
O öyrətdi sayıqlıq.  
O öyrətdi vətənə,  
Doğma elə sədaqət.  
O öyrətdi dəyanət!  
O söylədi: "Yaşasın  
Şəhriyari-hürriyyət!" 
 
O, bircə il dərs dedi  
Bu "Ümid" məktəbində.  
O, şeirilə beşcə il  
Bütün Şərqə dərs deyib  
Özgə məktəb yaratdı.  
İlhamından, təbindən.  
O, gülüş arxasından  
Damcılayan göz yaşı! —  
O - bizim şeirimizin  
Ən böyük vətəndaşı!.. 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin