Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 
EPİLOQ 
 
Təzadlar! 
Təzadlar artır ilbəil.  
Zaman öz-özünü necə danır hey.  
Gedirik... 
Getdikcə qısalmır bu yol,  
Çəkirik... Çəkdikcə dərd uzanır hey... 
 
Bu qədər yazmışam, hələ azdır, az.  
Ən böyük, ən dərin söz içimdədir.  
Haqq-nahaq, 
düz-əyri, 
qəm-sevinc, 
qış-yaz 
Mənim öz içimdə, öz içimdədir.  
Mənim ürəyimdə baş-başa durur, 
 

________________Milli Kitabxana______________ 
159 
 
  
Qorxuyla cəsarət,  
Şübhəylə inam.  
Biri o birinə min cür tor qurur,  
Onlar vuruşurlar... 
Mən harayçıyam! 
 
Cəsarət - vüqarım, əzmim, hünərim,  
Qorxu - mütiliyim, itaətimdir  
Özümə düşməndir öz fikirlərim,  
Bunlar barışmasa... fəlakətimdir.  
Cəsarət qorxunu üstələyəndə,  
"Beş adam içində, deyirəm, mən də  
Adamam... 
Öz yolum, öz əməlim var,  
Axı, niyə qorxum? 
düz əməlim var..." 
 
Bunu öz-özümə söyləsəm də mən,  
Qorxu baş qaldırıb sinədə hərdən  
Bir ilan kimi  
İzləyir hər yerdə cəsarətimi... 
 
Bilmirəm, içimdə baş-başa duran, 
Məni gah dindirən, gah da donduran 
Bu müdhiş xəyallar, 
Bu hallar nədir? 
Cəsarət gələndə rahatlıq gedir... 
Qorxu hökm edəndə... 
kiçilirəm mən...  
Vicdanım gizlənir xəcalətindən. 
 
Bir də görürsən ki, oyanır vicdan,  
Deyir: - Həyatmıdır səni qorxudan?  
Axı, neyləyirsən bu çürük ömrü?  
Kişi kimi yaşa beş günlük ömrü.  
Qorxuyla cəsarət durub döş-döşə  
Tazə bir inamla girir döyüşə! 
 
Neçə "mən" yaşayır tək bircə "məndə",  
Öldürən də mənəm, axı, ölən də. 

________________Milli Kitabxana______________ 
160 
 
 
  
Su da özümdədir, od da özümdə.  
Dost da özümdədir, yad da özümdə.  
Rəhm də məndədir, zülm də məndə,  
Həyat da məndədir, ölüm də məndə... 
 
İnsanlar döyüşür biri-birilə,  
İnsanlar döyüşiir öz-özlərilə.  
Yaman döyüş gedir göydə, yerdə də,  
Döyüşlər hər zaman girir bir dona.  
Utanmaz-utanmaz hər dövrdə də  
Yıxırıq günahı əsrin boynuna. 
 
De, kimdir yaradan bu fəsadları?  
Döyüşdə yaranır ən böyük söz də.  
Əsrin nə günahı? 
Bu təzadları 
Gəlin, biz axtaraq öz içimizdə.  
Sonsuz döyüşlərdə həyat yüksəlir,  
Bütün yüksəlişlər qovğadan gəlir. 
 
Bəzən bir saatda, bir neçə gündə,  
Daşıyır illərin yükünü insan.  
Bəzən özümüzü tapmaq üçün də,  
Biz keçə bilirik varlığımızdan. 
 
Sükunət... 
Dayanır dilsiz məzarda,  
Qəbrin başdaşına ilişib zaman.  
Vuruşa-vuruşa 
bu vuruşlarda  
Özünü axtarır həmişə insan... 
 
- Məzarda tapırmı? 
-Nə deyim sənə!  
Başqa cür yaşamaq son təsəllimiz.  
Axı, əslimizə dönürük yenə,  
İlkimiz torpağa qarışanda biz... 
1966-1967 
  

________________Milli Kitabxana______________ 
161 
 
 
 
 
 
 
 
 
Tələbələrimə 

 
Bir gün müəlliməm, 
Bir gün şairəm. 
Daim bir məcazda ola bilmirəm! 
Mənim də qismətim beləymiş, deme, 
Naşükür deyiləm öz qismətimə. 
 
Yarıya bölünür günüm, saatım,  
Vaxt mənim sərvətim, sonsuz varımdır.  
Müəllimlik - mənim günüm, həyatım,  
Şairlik - ən uca duyğularımdır. 
 

 
İmtahan... 
İmtahan götürürəm mən.  
Gəlir tələbələr, gəlir birbəbir.  
Hər gələn cavanın tərpənişindən  
Ağlı, düşüncəsi mənə bəllidir.  
Kimi cəsarətlə çəkir bileti,  
Kimi qorxa-qorxa yanaşır mizə.  
Kimi bildiyindən umur qiyməti,  
Kimi də güvənir mürvətimizə.  
Kimi nişan alır əvvəldən sonu,  
Dediyi mətləbi hiss edir, duyur.  
Kimi əzbərləyib oxuduğunu,  
Danışmır,  
Elə bil kitab oxuyur. 
  
 
 
QİYMƏT

________________Milli Kitabxana______________ 
162 
 
Sözündən özünün xəbəri yoxdur 
Cümlələr ütülü, 
Sözlər soyuqdur. 
Bir il bu sinifdə 
bildiklərimi, 
Alışa-alışa danışmışam mən. 
Onların önündə 
bir çıraq kimi 
Sözümdən od alıb alışmışam mən. 
Məqsədim bir olub: 
Bu təzə nəsil 
Dünənə güvənsin, bu günü sevsin. 
"Özgəni" danmasın, 
ancaq, müttəsil  
Özünə tapınsın, 
Özünü sevsin. 
Mənim də kəsirim az deyil, şəksiz, 
Dünyanı asmışam əsəblərimdən. 
Bircə sözümü də ancaq ürəksiz, 
Boğazdan yuxarı deməmişəm mən. 
 
Hər cümləm - dünyada ayaq izlərim,  
Köklənib könlümün öz ahənginə.  
Könül qaynağında bişən sözlərim  
Bürünüb hissimin qızıl rənginə.  
Ən böyük fikrimi, sözümü bəzən,  
Danışa-danışa yaratmışam mən. 
 
Yanlışı zamanın özü düzəldir,  
Fikri də istərəm mən, əlvan-əlvan.  
Özünün yanlışı min pay gözəldir,  
Özgənin düzünü təkrarlamaqdan.  
Könlüm qanadlandı,  
Fikrim ucaldı, 
Gəncliyin önündə alışanda mən.  
Dedim: "Nə" sualı arxada qaldı,  
“Neçin” Mən yapışm, 
  

________________Milli Kitabxana______________ 
163 
 
İndi "Neçin" dən! 
Mən ki, deməmişəm, Loğman Sabirin 
Harda, 
Hansı ildə 
doğulduğunu. 
Demişəm, dilidir o, dərdimizin,  
Vətən nədən ötrü doğubdur onu...  
İstərəm, 
hər cavan 
yandığım kimi,  
Alışsın! 
Məni də yandırsın yenə!  
Mənim yana-yana dediklərimi,  
Həmən yanğıyla da qaytarsın mənə. 
 
Gəlir, bir çəlimsiz, ucaboy oğlan. 
Danışır, 
İnam var, inam səsində, 
Məsləki görünür baxışlarından, 
Ürəyi səslənir hər kəməsində. 
Üzü də tüklüdür... 
Baxıram ona. 
Gecəni yatmayıb, şişib gözləri. 
Mənim gəncliyimi andırır mənə 
Əsəbi görkəmi, yanıq sözləri... 
"-Siz belə dediniz, filankəs belə, 
Filan alimlərsə... deyir filan cür. 
Mənim fikrimcəsə..." 
Bu fikrin hələ 
Bişməyib. 
Mənəsə gözəl görünür. 
Niyə? 
Soruşsana... 
Gün təzələndi. 
O səni gözləyir, sən sabaha bax...  
Biz öz sözümüzü demişik, indi,  
Bu meydan sizindir, sizindir ancaq! 
  

________________Milli Kitabxana______________ 
164 
 
Mənim yana-yana dediklərimi,  
Sən mənə qaytardın bu gün ayrı cür.  
Sən səcdə qılsaydın mənə büt kimi,  
Mən sonsuz olardım,  
Şükür, 
Çox şükür! 
Bir təzə rəng verdi o, hər mətləbə.  
Bu böyük zəfərdir,  
Bu ki dərd deyil.  
Şagird, 
Ustadından neçə mərtəbə,  
İrəli getməsə...o, şagird deyil.  
Mən bu tələbəyə nə yazım indi?  
Qələm kağız üstə gəzdi, sevindi...  
Yazdı qiymətini o özü! 
Mən yox! 
O, rəngdən rəngi yox, ətri götürmüş.  
Meyvədən danışdım mən ona ancaq,  
O, könül gözüylə toxumu görmüş!.. 
 
Saçları çiynində, mini yubkalı,  
Gözləri sürməli birisi gəldi.  
Bileti çəkincə dəyişdi halı:  
-Bilmirəm... - deyərək yola düzəldi.  
"İkini yazımmı? 
Məgər bununla 
vəzifən bitirmi? 
Yox! 
Dayan, yavaş! 
Başımn çölünü bəzəyincə o,  
Başnın içini bəzəyəydi kaş!  
Təzədən çağırdım,  
Dedim: -Bilet çək!  
Çəkdi. 
İki kəlmə danışdı,  
Qalxdı.  
O ki var danladım. 
 

________________Milli Kitabxana______________ 
165 
 
İndi neyləmək? 
Durub matdım-matdım üzümə baxdı 
Yazdım "iki"sini... 
çətin,  
çox çətin !  
Tələbə bilmir ki,  
Müəllimlərin,  
Yazdığı hər "iki", 
Min sual kimi  
Onun yuxusuna girir, 
Söz sorur. 
"İki"lər hər biri, qara xal kimi  
Onun məsləkində qaralıb durur. 
 
Çox inamla gəlir tapşırılanlar  
Özündən razıdır,  
Adından əmin.  
O elə baxır ki, 
guya borcu var 
Onun dədəsinə mənim dədəmin...  
Beləcə, birisi durub önümdə 
döyür gözünü.  
İşarır...  
Bu gizli işarəsiylə 
Deyir sözünü...  
Bileti əlində, işarır yenə,  
Demək istəyir ki, "tanıyın məni".  
Suallar dalında cavab yerinə  
Görür tanışının "əzəmətini".  
O başa düşür ki, hirslənmişəm mən,  
Deyən, bu xınadan deyil o xına.  
Əl çəkir o arsız təbəssümündən,  
Əlini astaca qoyur alnına.  
Düşünür. 
Köməyi umur başından.  
Başında nə var ki, köməyə gəlsin,  
Qoparıb bir-iki söz yaddaşından, 
  

________________Milli Kitabxana______________ 
166 
 
Danışır; "Baxanda görürük..." 
Çətin! 
Danışır mənasız,  
Danışır hədər. 
Bayaqkı vüqarı çöküb diz üstə.  
Yarımçıq cümlədir, qırıq kəlmələr,  
Əriyib toz kimi düşür miz üstə. 
 
Qırıq kərpiclərə bənzəyir sənin 
Sönük cümlələrin, qırıq sözlərin. 
Qırıq kərpiclərlə ev tikmək sənə 
Asanmı görünür? 
Dayan, düşün bir. 
Kərpiclər hərəsi baxır bir yana, 
Niyə bir-birinə yapışa bilmir? 
...Dili topuq çalır, 
Rəngi ağappaq... 
Oğlan xırdalanıb yumağa dönür. 
Əlində tutduğu kiçik bir varaq, 
Onunçun əlçatmaz bir dağa dönür. 
Tərəzi qurmuşam sual-cavabdan 
Bir gözdə suallar, 
Bir gözdə oğlan. 
O baxdı üzümə dilsiz, ağızsız. 
Danladım, 
dinmədi, 
o, qulaq asdı. 
Bu boyda vücudu, bir varaq kağız  
Gör necə kiçiltdi, 
gör necə basdı... 
Qiymət verməliyəm mən ona indi,  
O öz qiymətini özü bilmədi.  
Günün doğuşunu dan yerində yox,  
Axtardı xırdaca çöp işığında.  
O öz qiymətini, dəyərində yox,  
Gördü özgələrin tanışlığında.  
Ona deyən yoxdur hanı mənliyin? 
  

________________Milli Kitabxana______________ 
167 
 
Sən özün özünü niyə danırsan?  
Öz gücünə deyil, 
a bədbəxt, neçin  
Özgənin gücünə arxalanırsan?  
Gəldin tapşırıqla! 
Heçsən, demək, sən.  
Mənliyin kiminsə kölgəsindədir.  
Əgər sən varsansa... 
Keçib özündən, 
Özünü bu qədər alçaltmaq nədir?  
Sən bir büllur idin...  
Önümdə sındın. 
Oldun para-para, sən çilik-çilik.  
Özgə kölgəsinə niyə sığındın – 
Səni alçaltmırmı bu dilənçilik?  
Dərsini bilmədin...  
Bəs neyləyim mən?  
Öğul, heç olmasa buna 
cavab ver. 
Sən özün-özünə inanmayırkən,  
Mən necə inanım sənə? 
Cavab ver!..  
Çətinmi? 
Yanıram bəs, axı, mən də!..  
Dil-dil ötən dilin niyə lal olmuş?  
Suallar hər yandan hücum çəkəndə,  
O boyda vücudun bir sual olmuş...  
Sonu görünməyən yollarda çaşqın  
Səyyaha bənzədək biz ömrümüzü.  
Dünyaya sualı olmayanların,  
Sualdır varlığı, sualdır özü!..  
Cavabı ömürdən uzun suallar  
Yerin hikmətidir, göyün sirridir.  
Suallar, 
suallar, 
dərin suallar,  
Daim yüksəlişin pillələridir. 
  

________________Milli Kitabxana______________ 
168 
 
Hər kiçik sualda neçə sual var.  
Sual yüksəlişdir, 
Sual bilikdir.  
Həmişə sual ver, 
Həmişə axtar, 
Ən böyük dahilik tələbəlikdir.  
Sonsuz həyəcanlar, sonsuz təlaşlar,  
Sualdan başlanıb, yoxdan var olmuş,  
Ən böyük dahilər, ən böyük başlar,  
Suallar dalınca qaçanlar olmuş.  
Sual - fikirlərin çığıran səsi – 
Bütün uçuşların dayaq nöqtəsi!..  
O bunu bilmədi, 
bilməz heç zaman!  
Zənn etmə, qəsdindən o, dönəcəkdir,  
Tutub alimlərin boş damarınıdan,  
Elmin yollarında sürünəcəkdir.  
Keçəcək beləcə havayı beş il,  
Onunçun elm-yük,  
Zəhmət - ziyandır.  
O, elmin yolunda mücahid deyil,  
Vurğun yolçuları yamsılayandır.  
Uzümə şiniyib o veyil-veyil, 
işarır yenə, 
Yəqin ki, o indi özünün deyil,  
Gülür tanışının gücsüzlüyünə. 
 
Tanış... 
Mənim ona çox hörmətim var.  
Kağızın üstündə dayanır qələm.  
İtsinmi ortada salam-kalamlar?  
Yox! Onun üzündən keçə bilmərəm.  
Müəllim - tələbə... İki sərt baxış  
Dayanıb ortada müştərək tanış.  
Salama, xahişə ilişib qələm,  
Vurur bir yandan da ədalət məni.  
Düzlük tələb edir məndən vəzifəm, 
 
  

________________Milli Kitabxana______________ 
169 
 
Çəkir əyriliyə vəziyyət məni. 
 
Keçən il bağımda ev tikdirirdim,  
Arayış düzəltdim, 
ərizə verdim. 
Olmadı işimə bir can yandıran  
Nə daş tapa bildim, nə taxta-şalban.  
Axır, tanış oldum bir müdirlə mən,  
İşlərim düzəldi səxavətindən.  
Düşdüyüm o çətin, o bərk ayaqda  
O, satın alırmış məni, heç demə.  
Minnətli yaxşılıq - bir-iki taxta,  
Bu gün qiymətini göstərir mənə.  
Mən nə biləydim ki, həmin bü müdir,  
Qəsdinə duracaq haqqın bir zaman.  
Məni minnətiylə haqdan döndərir  
Bir-iki taxtayla məni aldadan. 
 
"İki"ni yazımmı? 
Bəs sonra? 
Yox, yox... 
Kağızın üstündə dayanır qələm. 
Kəsilən tələbəm deyil, 
Yaxşı bax. 
Vəzifə başında kəsilən mənəm... 
Taxta istəmişdim mən ondan... osa, 
Məndən dəyərsizə dəyər istədi. 
Mən ki düşmən idim söz anlamaza, 
Məndən düşmənimə səngər istədi. 
O mənə daş verdi, əvəzindəsə 
Aldı ürəyimi bir baqqal kimi. 
Ürəyi daş olan bir filankəsə, 
İndi necə qıyım öz ürəyimi? 
 
Ürəyim - öz fikrim, andım, əqidəm  
Əsil oğul bu yolda gərək baş qoya.  
Görün, nəyi nəyə dəyişməliyəm? 
  

________________Milli Kitabxana______________ 
170 
 
Ürəyi, məsləki daşa, taxtaya... 
Mən onu kəsmədim, üç yazdım ona 
Bu "üç"lə dağ basdım haqqın bağrına. 
"Üç"lərlə vicdanı veririk bada, 
"Üç" - başdan eyləmək, "üç" - natamamlıq. 
Biz bu "üçlər"dəki saxtalıqla da 
Haqqın, ədalətin belini qırdıq. 
 
Hər "üç" - bir yarımçıq, kəmsavad həkim,  
Hər "üç" - bir cinayət, vaxtsız bir ölüm.  
Hər "üç" - balasını itirən ana,  
Hər "üç" - tikildikcə sökülən bina. 
 
Müəllimlər, gəlin, düşünək dərin,  
Kəsir özümüzü öz qılıncımız.  
Bizim verdiyimiz saxta "üçlərin"  
Barı - cinayətdir, səbəbkarı biz. 
 
Mən onu kəsmədim, kəsə bilmədim 
Kəsib vicdanımı "üç" yazdım, bu an 
Vicdanım qışqırdı, 
Ona-"Sus!"-dedim! 
Oğlan gülə-gülə çıxdı qapıdan. 
Güldü, sinəsini dağladıb haqqın, 
Güldü, anasını ağladıb haqqın. 
Bu gülüş düzlüyün sapını qırdı, 
Onun gülüşündə haqq ağlayırdı. 
O çatdı qəsdinə... Dikəldi... 
Bəs mən? 
İndi mən əyilib dondüm yumağa. 
Demək, şirnikdirdim onu indidən, 
Özgənin haqqını oğurlamağa... 
 
Hələ bu nədir ki?.. Dalı "əcəbdir",  
Daldadır ev yıxıb, qan qaraltması.  
Ən böyük haqsızlıq törədəcəkdir,  
Haqqı olmayanın haqqa çatması. 
  

________________Milli Kitabxana______________ 
171 
 
Əlim yazdısa da, " yox" dedi könlüm,  
Qələmin altında inlədi könlüm.  
Özgə qiymətinə o, sahib oldu,  
Nə verər sonrakı hay-haray bizə?  
Deyirəm, həyatda bu mahir oğru  
Özgənin yerini tutsa - vay bizə!  
Mən onu kəsmədim, kəsə bilmədim,  
Vicdanım qışqırdı... 
Ona"sus!" - dedim!  
Vicdan, 
Yazıq vicdan!.. 
Bəzən həyatda 
Yaşamaq naminə səni əzmişik.  
Bizdən güclülərin ayağı altda  
Səni istəmədən qurban kəsmişik.  
Ölüm hədələyib dərd gülən zaman,  
Deyirik, bəxtimiz yenə yatıbdır.  
Əlimiz hər yerdən üzülən zaman,  
Gücümüz həmişə sənə çatıbdır.  
Vicdan da bir yana...  
Bir cani kimi, 
Qaydanı, qanunu ayaqladım mən.  
Dandım məsləkimi, düz əqidəmi,  
Ürəyin yerinə daş bağladım mən. 
 
Qanundan, düzlükdən danışırıq biz,  
Uca kürsülərdən ağız dolusu.  
Sözlərdən utanmır əməllərimiz,  
Özümüz oluraq haqqın oğrusu.  
İndi soruşuram: 
- Kimdir müqəssir?  
Tələbə?  
Yoxsa, mən?  
Yoxsa, o müdir?  
Mən də müqəssirəm, 
oxucu, sən də.  
Heç kəs dayanmasın burda yad kimi. 
  

________________Milli Kitabxana______________ 
172 
 
Mənə o müdir də kömək edəndə,  
Qanunu beləcə əyməmişdimi?  
Yarpaq töküləndə, ot saralanda,  
Bilirik, ömrünü tapşırır bahar.  
Mən ondan qanunsuz taxta alanda,  
Biləydim, bu gündən mənimçin də var!  
Bəlkə, düz demirəm? 
Haqsızam, bəlkə?  
Heç kəs yaxasını çəkməsin yana.  
Qanunu əyəndə hərə bir tikə,  
Böyük cinayətlər çıxır meydana...  
Nədir o cinayət? 
Həmin tələbə 
Sabah bitirəcək darülfünunu.  
Müəllim gedəcək o bir məktəbə,  
Savadsız müəllim! 
Yaxşı, bəs sonu?  
Sonu cinayətdir, 
cinayət!.. Min min!  
(Cani öz-özündən intiqam alır)  
Elə cinayət ki, 
bu cinayətin 
Canisi bilinmir, cəza mat qalır.  
Mənim qaşığıma çıxacaq gec-tez  
Mənim doğradığım... 
həyat dövr edir.  
Bir vaxt görərəm ki, 
həmin savadsız 
Mənim övladıma "savad" öyrədir.  
Durduğum budağa çaldım baltanı – 
Çaldım öz balamın gələcəyinə.  
Qanunu əyəndə, 
onun ziyanı 
Qayıdıb özünə dəyəcək yenə...  
Bilmədi... 
Mən ona "üç" yazdım... Bəli!  
Bəs o işvəli qız, gözü sürməli? 
  

________________Milli Kitabxana______________ 
173 
 
Niyə bir müdirin tanışlığına  
Verdiyim o "üç"ü qıymadım ona?  
Sözümüz bir olmur əməlimizlə  
Düzlük nalə çəkir, ədalət yanır.  
"Düzlük" - deyə-deyə öz əlimizlə  
Həqiqət boğulur, düzlük tapdanır.  
"Yox!" - deyə dilləndi başqa səs yenə.  
Dayan! 
Vicdanınla dayan təkbətək.  
İndi ki qol çəkdin əyriliyinə,  
Qıza da o "üç"dən yazasan gərək.  
Dedim: - Sən haqlısan, 
qab əyildimi 
Su gərək tökülə axna kimi.  
Qıza da "üç" yazdım... 
Hər şey pozuldu.  
Qiymətlər hamısı baş-ayaq oldu.  
Hökm etdim ürəyə, qıydım vicdana.  
İşimi korladı bircə yelbeyin.  
Mənim götürdüyüm bu imtahana  
İmtahan deməyin, həqsızlıq deyin. 
 
Mənə tapşırdılar şərəfli, çətin – 
Qiymət vermək kimi bir vəzifəni.  
Özümdən soruram: - Bəs sən neylədin?  
Gör necə aldılar özündən səni!  
Niyə tapılmadı o qüdrət məndə,  
Verim qiymətini, verim hər kəsin?  
Saxsını almazla bir eləyəndə,  
Günahkar sərrafdır, 
almaz neyləsin? 
Qorqud adamlara ad qoyanda da  
Əməli düşündü,  
Dəyəri gördü...  
Güvənib Dədədən aldığı ada  
Hər kəs o ad ilə ömrünü sürdü. 
  
  

________________Milli Kitabxana______________ 
174 
 
Mən verə bilmədim, ay Qorqud Dədə.  
Doğru qiymətini burda heç kəsin.  
Qorxum ondandır ki, cəmiyyətdə də,  
Bunlar qiymətini ala bilməsin. 
 
Pozular qaydalar, dağılar nizam,  
Verməsən hər kəsin öz qiymətini.  
Gövhər də çatlayıb üzülər tamam  
Sərrafdan almasa düz qiymətini... 
 
Mahnıda bəmi var, zili var səsin.  
Həyatda yeri var, axı, hər kəsin.  
Gözlər ağlamasın, gözlər neyləsin – 
Sən qaşa verəndə göz qiymətini. 
 
Yalanın əlilə gerçək boğuldu,  
Yaxın uzaq oldu, qara ağ oldu.  
Dünyanın növrağı tamam pozuldu,  
O gün ki, itirdi söz qiymətini. 
 
 
Son söz 
 
Sonrakı qazancdır müəllimliyim,  
Amma şairliyim, öz fitrətimdir.  
Burda birləşdilər... 
Bu dastan mənim,  
Özümdən özümə şikayətimdir.  
Sənət, həqiqəti deyən sən oldun,  
Dünyanı dünyaya göstərən oldun.  
Təmizlik - məsləkin, ucalıq - Tanrın.  
Xəyanət bilməmiş sən etin dili,  
Ucalıq eşqilə yaşayanların  
Məsləki düzlükdən od götürməli! 
 
1970 
  

________________Milli Kitabxana______________ 
175 
 
 
 
 
 
 
 
Üzeyir bəy Hacıbəyovun xatirəsinə 
 
Bəlkə 
 
Bir quş ötür budağında  
Bu nəğmənin laylasına  
Çəmən, çayır mürgüləyir.  
Naləsilə yazıq bizə 
Nəsə deyir, 
Nəsə deyir...  
"Cik-cik", "cik-cik"...  
Bilirikmi dediyini?  
-Yox, bilmirik, biz bilmirik.  
Quş dilini bilmiriksə,  
Günahkarını o quşcuğaz?  
Səbrini bas,  
Ləhcəsinə, naləsinə,  
Dilindəki qəm səsinə  
Qulağınla qulaq asma,  
Ürəyinlə sən qulaq as.  
O nalənin atəşində  
Öz qəlbini oda yaxsan,  
Mətləbini bilməsən də,  
Ürəyini duyacaqsan.  
Tar da elə...  
O sızlayır için-için.  
İçindədir hər mətləbi,  
Naləsidir eşitdiyin.  
O quş kimi 
 
 
MUĞAM

________________Milli Kitabxana______________ 
176 
 
 
Tarın da öz ləhcəsi var, öz dili var. 
Mətləbinin axırı var, əvvəli var. 
Əvvəl öyrən sən bu dilin 
Nöqtəsini, 
Vergülünü. 
Ayıra bil 
Dağ gülündən  
Bağ gülünü.  
Ayıra bil 
Ocaqdakı od külündən  
Sinədəki dağ külünü.  
Bu dünyanın ağrıları, acıları  
Necə sığır Çahargahın  
Bəstənigar pərdəsinə?  
Dağlara çıx, diqqət elə  
Qayalarda yumalanan 
Daş səsinə,  
Öz səsinə 
  Səs axtaran quş səsinə...  
O səsdəki 
Qırıq-qırıq hıçqınqlar nə nalədir?  
Qırqovulun döşündəki rənglər nədir?  
O rənglərdə muğamdakı  
Əlvan-əlvan pərdələri,  
Pırıl-pırıl səsləri gör.  
O düşünür, 
Həm də bizi düşündürür.  
Ney üstündə yeddi səsin,  
Oyuq-oyuq yuvaları,  
Nədir belə?  
Bəlkə elə 
Balaları perik düşən  
Qaratoyuq yuvaları?  
Səslər, qırıq bir arzunun can səsimi?  
Yuvaları dağıdılmış  
Çolpaların naləsimi?  
Qayalardan sızan suyun, 
 

________________Milli Kitabxana______________ 
177 
 
Dərələrdə azan suyun 
Səslərini 
Bir-birindən ayıra bil. 
O, bir deyil, yox bir deyil. 
Addım-addım, nəfəs-nəfəs 
Dağı dolan, dərəni gəz, 
Bax hər yerin çiçəyinə 
Bil dağların çiçəyi nə, 
Dərələrin çiçəyi nə? 
Çiçəklərin öz rəngində, öz ətrində 
Nəğmədəki səsləri gör, xalları gör — 
Enib qalxan keçidləri, 
Cığırları, yolları gör. 
Dağa gedən cığırlarda 
Qarşına bax, dünyanı gör. 
Sığırçının belindəki 
Arşına bax, dünyanı gör
*

Bəlkə o da bizim kimi 
Ölçmək istər bu dünyanı? 
Bircə qarış yer üstündə 
Bizə göstər bu dünyanı... 
Söz var, qəlbə yol açmayan 
adi bir səs, quru nəfəs.  
Səs də var ki
Sözün deyə bilmədiyi sözü deyir.  
Elə səsin özü şeir, sözü şeir.  
Söz - qəlbdəki bir mətləbin  
Öz səsidir... 
Nəğmə - səsin şeyriyyəti,  
Şeir sözün nəğməsidir.  
Bəlkə... Muğam bir nağıldır, əfsanədir.  
Bilək, onun bu dünyaya sözü nədir, qəsdi 
nədir? 
Nağıllarda bir göyərçin  
Bir qəribi şah elədi. 
 
 
 
                                                 
*
Əfsanəyə görə, sığırçının belindəki ağ xətt bir arşındır. 
  

________________Milli Kitabxana______________ 
178 
 
Bu dünyanın kələ-kötür işlərini 
rəndələdi... 
Ötənlərin dərdlərinə dola-dola  
İnanaqmı bu nağıla?  
Bu arzudur, bu diləkdir.  
El deyir ki, arzularım  
Gələcəkdir, 
Güləcəkdir... 
Bəlkə, düzgün böləmmədik  
Biz o zaman 
Göydən düşən üç almanı?  
Bilək, niyə şüşədədir 
Divin canı?..  
Niyə, niyə gözləyib el  
"O sahibi-əzzamanı?"  
Bəlkə, muğam bir gözləyiş, 
Bir həsrətdir?  
Əl var ikən, qol var ikən,  
Baş var ikən, diş var ikən,  
Bu gözləmə müsibətdir.  
Canavarın aldatdığı Şəngülümün,  
Şüngülümün  
Qanı, bəlkə, düşüb tarın kök siminə?  
Muğamdakı hıçqırıqlar  
Üsyan edir, bəlkə, divin tilsiminə?  
Ürəyinin tellərindən 
Tellər çəkib tara xalqın.  
O tellərin nəğməsində 
Öz ruhunu, öz qəlbini ara xalqın. 
 
Tanımaqmı istəyirsən 
Görmədiyin bir xalqı sən? 
Əvvəl onun nəğməsinə sən qulaq as, 
Onu öyrən.  
Öz sözünü, sorğusunu  
Xəyalını, duyğusunu  
Xalq yaşadır nəğməsində. 
  

________________Milli Kitabxana______________ 
179 
 
Tarixin bir dövrü yatır  
Bir bəmdəki "ah" səsində. 
 
Çahargahın Müxalifi  
“Çaldıranda”
*
 at saldıran,  
Qılınclardan od aldıran 
Döyüş səsi...  
Çahargahın Cövhərisi  
Kol dibində  
Qar altından 
Çıxan tənha bənövşənin üşüməsi – 
Qılınc səsi, qalxan səsi,  
Bənövşənin üşüməsi.  
Biri hünər,  
O birisi göz yaşıdır.  
O sərtliklə bu incəlik  
Bir muğamda yanaşıdır..,  
Dinlə tarı, dinlə neyi.  
O -keçmişdən  
Asta-asta söhbət açan 
Səs muzeyi...  
O - şöhrətli, şanlı muzey.  
O - damşan, həm də bizi danışdıran 
Canlı muzey.  
Gah səsində göy gurlayır,  
Gah inləyir həzin-həzin.  
Həm babamın yaşıdıdır, 
Həm nəvəmin. 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin