Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
  1   2   3   4   5   6   7   8   9   ...   16

________________Milli Kitabxana______________ 

 

________________Milli Kitabxana______________ 

 
               
 
 
 
 
 
 
 
 
 

________________Milli Kitabxana______________ 

 
 
 
BƏXTİYAR VAHABZADƏ 
 
 
 
 
 
 
 
SEÇİLMİŞ 
 
ƏSƏRLƏRİ 
 
 
 
 
İKİ CİLDDƏ 
 
II CİLD 
 
 
 
 
 
 
 
 
 
 
"ÖNDƏR NƏŞRİYYAT" 
BAKI - 2004 
 

________________Milli Kitabxana______________ 

 
Bu kitab "Baxtiyar Vahabzadə. Əsərləri " (/, /// cildlər, Bakı, 
“Azərbaycan”, 2001-2002; IV-VI cildlər, Bakı, "Çaşıoğlu", 2002-2003) 
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Tərtib edəni və redaktoru:                         Azər Bağırov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
894.361`1 - dc 21 
AZE 
Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri. İki cilddə. II cild (Poemalar). Bakı, 
"Öndər nəşriyyat" 2004, 320 səh. 
 
Çağdaş Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi, əsrin Şərq və dünya 
şeri prosesi məcrasında milli poeziyamızı  ləyaqətlə  təmsil edən xalq şairi 
Bəxtiyar Vahabzadənin bu kitabında müəllifin müxtəlif illərdə  qələmə aldığı 
poemalar toplanmışdır. 
 
ISBN 9952-416-11-2 
© "ÖNDƏR NƏŞRİYYAT", 2004 
  
  

__________________Milli Kitabxana_________________
5

________________Milli Kitabxana______________ 

 
 
POEMALAR

________________Milli Kitabxana______________ 

 

________________Milli Kitabxana______________ 

 
 
 
 
 
 
"Füzuli... aləmi-insaniyyətdə  
tamam qəmzədələrin və möhnətkeşlərin  
yüklərini götürmək və məzlumların  
halına yanmaq üçün xəlq olunubdur". 
 
F.Köçərli 
 
PROLOQ 
 
Sən mənim ən böyük ustadım oldun,  
Ey ana yurdumun böyük şairi.  
Vətən göylərində güntək doğuldun,  
İşığın bürüdü qərinələri.  
Lalələr açıldı sinəndə qəmdən,  
Əməllər, arzular şairisən sən

 
 
Nə var belə, nə deyirsən, 
Niyə belə titrəyirsən, ey qələm? 
Mən elə bir kainata bu gün uçınaq istərəm 
Ki, onun hər səyyarəsi böyük bir kainatdır. 
Ey ilhamım, o əlçatmaz zirvəyə məni çatdır! 
Ey qələmim, Günəş kimi alışaydın, yanaydın. 
Sən ağacdan, kömürdən yox, poladdan 
                                                yaranaydın. 
Sürətini ildırımdan alaydın deyirəm ki,  
Elə mühit dəryasına cummaq istəyirəm ki,  
O dəryanın hər qətrəsi bir sənət incisidir.  
Hər damlası atəş olub ürəkləri isidir.  
Ey qələmim, Günəş kimi alışmasan, yanmasan,  
Ey ilhamım, dərya kimi coşub dalğalanmasan,  
O dəryanın sirlərini görə bilərsənmi sən?! 
  
 
Şəbi-hicran 

________________Milli Kitabxana______________ 

 
Dərya yarat o dəryanın kiçik qətrələrindən.  
Onun hər bir təlatümü mənə tanışdır - dedim,  
Qəvvas olub o dəryada mən çox üzmək istədim.  
Batdım bircə damlasında, damlası da dərindir,  
Burda fərman qəzəb dolu coşqun ləpələrindir.  
Ləpələrin qucağında dolaşdım axşam-səhər,  
Gözlərimi qamaşdırdı dibindəki incilər.  
Dərk etmədim hikmətini, can heyrətdən uçundu,  
Heyrətimin şaxtasında idrak dondu, nə dondu! 
 
 
İKİ MÜƏLLİM 
 
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni
Surəti-halım görən, surət xəyal eylər məni.l 
 
Bir əlində kitabça, bir əlində yasəmən,  
Məhəmməd asta-asta qayıdır mədrəsədən.  
Bir qayğı gizlənibdir düyünlənmiş qaşında,  
Bir dünyanın sirri var o dalğın baxışında.  
Neçin görən o belə qəmlidir, pəjmürdədir,  
Nə düşünür, nə anır, üzündəki qəm nədir?  
Bəlkə cavan şairin bir qəza var başında?  
Qəlbinə qarmı yağıb ömrün bahar yaşında?  
O, niyə dalğın gedir, niyə pərişan gedir?  
Canından can ayrılır, ürəyindən qan gedir?  
Çatır döngə başına, fikir qəlbində çin-çin,  
Şam kimi sakit durur, alışır için-için.  
Baxışları sancılır balaca bir eyvana,  
Arzusu gülə dönüb o eyvandan boylana...  
Qiyamətmi qopar, ah!..  
Bunlar əbəsdir, əbəs!  
Arzu dan ulduzudur, o, hər saat görünməz.  
İztirablar, əzablar açandır arzunun,  
Çox-çox daşlı, kəsəkli yolları varmış onun.  
Gəlir dalğın Məhəmməd - ürəyində neçə dərd,  
Necə daşqın, necə lal, 
necə yumşaq,  
necə sərt. 
  

________________Milli Kitabxana______________ 

 
Binanın qənşərində gəzinir yana-yana,  
Düşünür: "Bir quş olub qonaydım o eyvana,  
Ah... ya da bu istidə əlçim bulud olaydım,  
O eyvanın üstünə gəlib kölgə salaydım.  
Axı bunlar nədir ki, əlində kor fələyin?  
Kaş çiçəyi olaydım eyvandakı dibçəyin.  
Baxaydım, hey baxaydım mən ordan öz Leylama,  
Eşqimi söyləyəydim gecə-gündüz Leylama.  
O, mənə su verəndə toxunaydım əlinə,  
Ya elə damcılanıb mən qonaydım əlinə"...  
O düşünür... 
Saatlar gəlib keçir an kimi;  
Yer Günəşin başına dönüb dolanan kimi,  
Dolanır, hey dolanır o, binaınn başına;  
Ovsunlanıb... çətinki, inadından daşına. 
Sevən o ürək üçün 
Bu binadan doğurdu gecə qəmər, səhər gün.  
O ürək üçün yəqin 
Bu binanın üstündən keçir yolu Kəbənin.  
Asılır nəzərləri  
Sırğa kimi bu zaman  
Dibçəkdəki çiçəyin  
Körpə budaqlarından.  
Qorxa-qorxa yoxlayır  
O, solunu-sağını,  
Atır həmin eyvana  
Yasəmən budağını...  
Ata çıxır eyvana,  
Nəzər salır dörd yana.  
Kimsə dəymir gözünə,  
Deyinir öz-özünə.  
O, köksünü ötürür,  
Yasəməni götürür.  
"Lənət şeytana" - deyə  
Əzib atır küçəyə. 
Əzilən yasəmənə baxa-baxa Məhəmməd,  
Düşünür öz eşqini qəlbi yuxa Məhəmməd. 
  

________________Milli Kitabxana______________ 
10 
 
MƏHƏMMƏD 
 
- Ey müəllim, sən mənə neçə il dərs demisən, 
İndi belə görünür, hər şeyi tərs demisən. 
Sənin ciyərparanı mən sevirəm, nə olar, 
Göz gördü, könül sevdi, mənim nə günahım var? 
Bir-bir öyrətdin mənə otuz iki hərfi sən. 
Otuz iki!.. Bu qədər hərflərin içindən 
Üçünü sənin qızm - Leyla öyrətdi mənə. 
Heyranam bu üç hərfin hökmünə, qüdrətinə. 
Odur mənim sinəmdə atəş olub hey yanan, 
Ayn, şin və bir də qaf!.. Bu üç hərfdən yaranan 
Eşq sözü sözlərin sultanıdır, tacıdır, 
Eşq - həyat ağacıdır! 
Sən də, mən də, Leyla da bu ağacın barıyıq, 
Eşqin övladlarıyıq. 
Qara torpaq olsa da əvvəl-axır yerimiz, 
Eşqdir tinətimiz, eşqdir cövhərimiz. 
Sən öyrətdin, sən mənə şəklini bu hərflərin, 
Qızmsa üç hərf ilə dünyanın, göyün, yerin, 
İnsan duyğularının sirrini açdı mənə. 
Eşqimlə vaqif oldum bu dünyanın sirrinə. 
Zəhmətini danmıram, çox borcluyam sənə mən; 
Sən həyat kəlməsini yazmağı öyrətmisən, 
Həyatın sirrinisə qızm öyrədib mənə, 
Mən borcluyam Leylanın o sehrkar hüsnünə. 
Dilini öyrətmisən 
Kitabların mənə sən. 
Osa mənə öyrədib təbiətin dilini, 
Onun sirli dilini, onun çətin dilini. 
İndi mən anlayıram eşqimiş hər nə varsa, 
Bəli, kimin qəlbini eşq atəşi yaxarsa, 
Dünyanı dərk eyləyər, eşq bir amal imiş 
Sənin təlim etdiyin "elm qelü-qal" imiş. 
Ey müəllim, neynirəm cansız kitabları mən 
Ən böyük kitab onun hüsnüdür, şöləsindən 
İşıqlanır mənimçün gizli sirri cahanın... 
  

________________Milli Kitabxana______________ 
11 
 
Eşq bir məhvəridir bizim qoca dünyanın...  
Ey müəllim, olam söylədim sənə yalnız,  
Özün söylə, hansınız qüdrətli ustadsınız?  
Kəndli qızıdır anam, bir peşəkardır babam,  
Özüm də, ey müəllim yazılmamış kitabam.  
Sənin əlin böyüklər, şahlar ətəyindədir,  
Üzü dönük dünyanın hökmü, gücü səndədir,  
Sən şahların bağından çox meyvələr dərmisən,  
Sən öz ciyərparanı heç mənə verərmisən? – 
Deyə o köks ötürür, dərdi hopur dərinə,  
Çevrilib yavaş-yavaş, üz qoyur evlərinə 
 
 
CAN YANĞISI 
 
Eşqdir ol nəşeyi kamil kim, ondandır müdam  
Meydə təşviri hərarət, neyda təsiri-səda. 
 
Mədrəsə hücrəsinə yığılıbdır cavanlar,  
Sənətə, şeirə dair fikir yürüdür onlar.  
Biri deyir: həyatm hüsnü, süsüdür sənət.  
Biri deyir: ürəyin döyüntüsüdür sənət.  
Biri deyir ki, sənət təbiətin səsidir.  
Biri deyir ki, sənət eşqin təranəsidir.  
Biri deyir ki, sənət hər bir şeydən öncədir.  
Biri deyir ki, sənət adicə əyləncədir.  
Biri deyir ki, sənət cəlb edə bilmir məni.  
Biri deyir ki, sənət insan düşüncəsini,  
Fikrini, xəyalnı uçurur qanadında...  
Tələbələr içində Əbdül Kərim adında  
Bir sivaslı gənc vardı,  
Tay-tuşları hamısı ona hörmət qoyardı.  
O keçibdir həyatın şaxtasından, qarından;  
Ağlıyla, duyğusuyla seçilir dostlarından.  
Həm də gözəl ney çalır, o çalır yana-yana,  
Eşidən heyran qalır onun mahnılarına.  
Tələbə dostlarından o, yaşlıdır bir qədər, 
  

________________Milli Kitabxana______________ 
12 
 
Həmişə olduğu tək yenə bütün nəzərlər 
Yalnız ona dikilir, 
Dillənib, asta-asta  
Danışır Əbdül Kərim: 
- Ey mənim əzizlərim, 
Sənət dəryaya bənzər, onun min bir halı var, 
Onun sirlərlə dolu öz cah-cəlalı var. 
Kiminin bu dəryada gördüyü çör-çöp olur, 
Kimi də dibindəki incilərə vurulur. 
Məncə, can yanğısıdır şeir, sənət, əzəldən, 
Belə anlayıram mən 
Qəlbində eşq olanlar dərk eyliyər sənəti
İnsan məhəbbətidir yaradan hər sənəti... 
(Məhəmmədə baxırdı o, bunları deyərkən) 
Soruşun, ney çalmağı necə öyrənmişəm mən? 
Bunun öz tarixi var. 
Yenə ona dikildi sual dolu baxışlar. 
O başını yellədib bir ah çəkdi dərindən, 
"Ah" alova çevrilib saçıldı gözlərindən. - 
- Hər günün öz hökmü var. 
O Çaldıran savaşıl başlananda, a dostlar, 
Dəliqanlı cavandım; 
Sultanın fərmanını Vətən çağrışı sandım. 
Xalqım çağırır deyə 
Mən yollandım cəbhəyə. 
Qan yox idi gözümdə, 
Min aslanın gücünü hiss edirdim özümdə. 
Neçə qovğaya düşdüm. 
Gecə-gündüz döyüşdüm. 
Yorulmadım bir an da, 
Hər dəfə qılıncımı sağa-sola çalanda. 
Neçə şah əsgərini mən torpağa sərirdim, 
Qəhrəman olduğumu hamıya göstərirdim. 
Ancaq bir gün... ah... o gün... 
Ən dəhşətli günüdür mənim cavan ömrümün. 
O gün mənim indi də yadıma düşən zaman 
Tüstü qalxır başımdan; 
  

________________Milli Kitabxana______________ 
13 
 
Qılıncımı sıyırıb at belində süzürdüm, 
Bu vaxt birdən önümdə bir şah əsgəri gördüm. 
Dönüb qaçmaq istədi görən kimi o məni, 
Mənsə macal verməyib, tez haqladım düşməni. 
O dönüb mənə baxdı, aman, o necə baxdı! 
Elə bil ki, hər gözü qan dolu bir çanaqdı. 
O baxışlar bu zaman 
Rəhmsiz bir ovçudan 
Rəhm, aman diləyən ahutək yalvarırdı. 
Gözüm qızmışdı mənim, 
məndə insafmı vardı?  
Endirdim qılıncımı kürəyinə arxadan.  
O yıxıldı. Bu zaman 
Bir ney düşdü, qarğı ney onun qoltuq cibindən.  
Diyirləndi kənara... 
Dönüb neyə baxdı, mən,  
Heyrətlə baxdım ona.  
Baxdım yanaqlarından süzülən göz yaşına,  
Lənət şeytana dedim...  
Bu dəhşətli səhnədən uzaqlaşmaq istədim.  
O zarıya-zarıya mənə "yaxın gəl" - dedi 
"get, o neyi al" - dedi. 
Aman Allah, buna bax,  
Onun ürəyinə bax, onun duyğusuna bax!  
Mən tez endim atımdan, əyildim ona sarı,  
Sinəmə dağ çəkirdi asta pıçıltıları.  
O danışdı. Susdu göy, susdu yer, susdu hər yan  
Təzəcə evləndiyi, gözləri yolda qalan  
Arvadım andı o, körpəsini andı o.  
Ah çəkib dayandı o. 
Başını qucaqladım,  
Hönkür-hönkür ağladım.  
Həyatımda ilk dəfə nifrət etdim özümə.  
O, sönən gözləriylə baxıb mənim üzümə: -  
Qardaş, olan olubdur, sən yaxamı aç - dedi.  
Aman Allah, ay Allah, o mənə "qardaş" dedi!  
Yaxasını tez açdım, 
  

________________Milli Kitabxana______________ 
14 
 
Dedi: - Neyi ver bəri. 
 Verdim. Aldı, əsirdi yarpaq kimi əlləri,  
Dodağına apardı, səslər titrədi... çaldı.  
Buludlar topalandı, Günəş söndü, qaraldı.  
O, neyimi çalırdı, neymi çalırdı onu?  
Ürəyinin qəmini, eşqini, arzusunu  
Qatdı yetim segahda o, neyin fəryadına,  
Elə bil çağırırdı kimiysə imdadına...  
Od çıxırdı elə bil o yanıqlı nəfəsdən  
Qana dönmüş ürəyim parçalandı bu səsdən.  
 
Bu səsdən çıraq kimi gah yanır, gah sönürdüm.  
Dalıb neyin səsinə düşünür, düşünürdüm:  
"Neyçin düşmən edirlər insanı insanlara,  
Səbəb nədir görəsən bu günahsız qanlara?  
Nədən ötrü mən onu bu günə saldım görən?  
Töküb onun qanını nə qazandım axı mən?  
Onun nəğməsindəki yanıqlı xallara bax,  
Şirin arzulara bax, incə xəyallara bax.  
Tək onunku deyildi bu xallar, zəngulələr,  
Mənə də çox doğmadır bu guşələr, nalələr.  
Dünya əsirgəməyib əzabından onu da.  
Mən onun nəğməsini, eşqini, ruhunu da  
Anlayıram, düşmənim  
Ola bilməz o mənim!  
Eləysə, ah, eləysə bəs bu kəsə-kəs neçin?  
Qılınc verib əlinə şahla sultan bəs neçin?  
Bir doğma qardaşları qırdırır qardaşlara?  
Mənim yaram deyilmi 
Bu yazığın köksünə 
İndi vurduğum yara?  
Yaralı da bu zaman 
Yəqin mənə bunları 
Söyləmək istəyirdi. 
Sözlə demədi, ancaq sözü segaha verdi...  
Odunu, yanğısını ney də ürəkdən aldı.  
Ney ürəkdən-ürəyə bir incə körpü saldı.  
Birdən nəğmə kəsildi... 
  

________________Milli Kitabxana______________ 
15 
 
Gördüm artıq keçinmiş! 
Ağlaya-ağlaya mən,  
Onu dəfn etdim həmən.  
Yuxudaydım elə bil, mən ayıldım yuxudan,  
Gözümə başqa donda görünürdü bu cahan.  
Qılıncımı tullayıb o andaca yerə mən,  
O mərhumun neyini taxdım onun yerindən.  
Öyrənməyə başladım o gündən ney çalmağı,  
Öyrədənim kim oldu?  
Can yanğısı, gözdağı.  
Sənət can yanğısıdır mənim üçün, a dostlar,  
Bu dünyanın oduna gərək yana sənətkar.  
O bunları deyərkən Məhəmmədə baxırdı,  
Məhəmmədin gözündən sel kimi yaş axırdı...  
Bu yaş "insan insanın qardaşıdır" - deyirdi,  
"Sənət can yanğısıdır, göz yaşıdır" - deyirdi. 
 
 
İKİ HƏDİYYƏ 
 
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan 
Sədəf su almayınca əbri nisandan göhər verməz. 
 
Əyləşib Məhəmməd otağında tək  
Oynaşır üzündə qəm buludları.  
Bayırda cücərib min gül, min çiçək,  
Əriyir qəlbində dağların qarı. 
 
Üzündən, gözündən tökülür kədər,  
Qəmlər dövlətidir, dərdlər varıdır.  
Ağaran dan yeri, qızaran göylər,  
Onunçün Leylanın yanaqlarıdır. 
 
Boğur öz dərdini o, yana-yana,  
Axıtmaq istəmir göz yaşlarını.  
Qaralan üfüqlər andırır ona  
Leylanın kədərli baxışlarını.  
Məhəbbət dünyanı anlatmış ona, 
  

________________Milli Kitabxana______________ 
16 
 
Leyla Məhəmmədçin eşqin adıdır ; 
Qıvrımsaç, ucaboy, qaragöz Leyla 
Onun dünyasıdır, kainatıdır. 
Bahar öz gülləri, çiçəklərilə 
Leylanın adını yazmış düzlərə, 
Çöldə pıçıldaşan yarpaqlar belə 
"Leyla! Leyla!" - deyir gündə min kərə. 
Yazmaq! 
Nədən yazmaq? 
Ozanlar kimi 
Nəğməyə çevirim məhəbbətimi? 
Tökümmü qəlbimin bütün varını? 
Hicran gecəsinin əzablarını 
Yazım hansı sözün qüdrətilə mən? 
Ah... Necə söyləmək? 
Hardan başlamaq? 
Nə qədər çalışır, gözü önündən 
Leylanın xəyalı çəkilmir ancaq... 
Leyla şeir kimi, nəğmələr kimi 
Səslənir şairin qulaqlarında. 
Leyla qızıl donlu bir səhər kimi 
   Süzülüb qapıdan girir bu anda.   
Məhəmməd          - Aman, bu xəyalmı, röyamı? Əsla! 
   Yox, bu xəyal deyil, özudür... 
 - Leyla! 
Leyla                    - Məhəmməd! 
Məhəmməd          - Ah, Leyla de, bu sənmisən? 
   Ey Günəş, sən göydən yerə enmisən? 
Leyla                - Eşqdən qüdrətli dünyada nə var, 
   Məhəbbət yeri də göyə qaldırar?!  
 Məhəmməd         - Sən odmu, atəşmi, ya məşəlmisən, 
   Leyla, söylə, bura necə gəlmisən?! 
Leyla                - Dedim ki, məhəbbət gətirər... atam 
   Mənim hər işimə göz qoyur müdam: 
   Məni məktəbə də buraxmır artıq.  
Məhəmməd          - Eşqin göylərinə çökdü qaranlıq, 
   İndi biz neyləyək? 
 
  

________________Milli Kitabxana______________ 
17 
 
Leyla - 
Sən yaz, sən yarat, 
Sevmək bir həyatdır, yazmaq bir həyat. 
Məhəmməd         - Son çarəm budursa, qoy dərdi-sərim, 
Mənim fikirlərim, düşüncələrim, 
Eşqim kağızlara süzülsün dən-dən - 
Qara saçlarının rayihəsindən. 
Sənsiz qəhr edərdi bu cahan məni, 
Sənsən bu cahana bağlayan məni! 
O gün ki, qəlbimi mən sənə verdim, 
Hər şey gözlərimə göründü aydın. 
Varlığı heçliyə mən dəyişərdim, 
Əgər bu dünyada sən olmasaydın. 
Doğrandım, kəsildim mən dilim-dilim, 
Dünya əzab evi, ömür vəfasız. 
Gördüyüm hər şeyə inan, sevgilim, 
Sənin gözlərinlə baxıram yalnız. 
Hara baxıramsa görürəm səni, 
Quş səsi, çay səsi sənin səsindir. 
Çəkəndə köksümə gülün ətrini, 
Sanıram bu sənin öz nəfəsindir. 
Qara gözlərində batıram sənin 
Bu gözlər dəryadan, göydən dərindir. 
Buluda deyirəm saçmdır yəqin, 
Güllər mənə baxan nəzərlərindir. 
Yarpaqlar - əllərin, çeşmələr - gözün, 
Yağış damcıları - göz yaşlarındır. 
Dünya yaranmısan mənimçün özün, 
Baxışım da sənin baxışlarındır. 
Kitabam, gəl məni aç varaq-varaq, 
Gör nələr çəkmişəm bu zəmanədən. 
Vəfasız bildiyim dünyaya ancaq 
Sənin saçlarınla bağlanmışam mən. 
Dərk edə bilməzdim dəhri, varlığı; 
Heyran olmasaydım gözəlliyinə. 
Hüsnünün əsrarı, füsunkarlığı 
Ana təbiəti andırır mənə. 
Leyla - 
Mən ki inanıram sənin eşqinə. 
 

________________Milli Kitabxana______________ 
18 
 
Məhəmməd         - Demişəm, sevgilim, deyirəm yenə:  
Sənin ürəyindir mənim məskənim,  
Məhəbbət əqidəm, dinimdir mənim
.  
Sevirəm! 
Sevənə nə qanun, nə din?  
Nəsibi zillətdir sevilənlərin  
Birdən başqa dini qəbul eyləyən  
Bir qərib yolçuya bənzəyirəm mən.  
Gəlin qınamayın əsla siz onu –  
Bu dinin hansı bir din olduğunu;  
Bilmədən, bilmədən ehkamlarını,  
Tanımadan onun imamlarını,  
Ona kor-koranə mən inanmışam,  
Bu dini ən böyük bir din sanmışam.  
Bu dini yaratdı öz məhəbbətim,  
Bir dərdi eylədi yüz məhəbbətim. 
Leyla - 
Sənin bu füsunkar məhəbbətindən 
İncilər yaransın!..  
İstərəm ki, mən 
Eşqinə dəm tutub göylər mələşsin,  
Eşqin tarix olub əbədiləşsin.  
Ancaq bir şərt ilə; Unutma bir an, 
Sən Türk diyarınin öz övladısan!  
Doğrudur, sən indi qürbət eldəsən,  
Ancaq ürəyində yaşasın Vətən.  
Vətənin öz dili, öz tarixi var,  
Ölsün Vətənini tanimayanlar!  
Qoy sənin şeirində dil açsın Vətən!  
Onun küləkləri, onun çayları,  
Biz ayrı düşsək də, öz elimizdən,  
Qürbətdə ölməsin dilimiz barı.  
Sənin bu ilahi ilk məhəbbətin  
Xalqının dilində yazılsın gərək.  
Sənin ki əlində deyildir çətin  
Döndərib: "düşvarı asan eyləmək".  
Axı ərəb, əcəm dillərində sən 
 
  

________________Milli Kitabxana______________ 
19 
 
Yazmısan xeyli. 
Şirin sözlərini başa düşməyən 
Öz elin olmazmı səndən gileyli? 
 
Sən ərəb, sən əcəm oğlu deyilsən,  
Sənin öz dilin var, öz Vətənin var.  
Özgə yelkənində seyrə çıxma sən,  
Sənin öz dənizin, öz yelkənin var. 
 
Ah!.. Vətən gözəli, ah Vətən qızı,  
Sənə halal olsun ananın südü.  
Sənin sözlərinlə mənim gözümdə  
Vətən bir pillə də qalxdı, böyüdü. 
 
Belə övladları olan ölkənin  
Əsməz qara yellər başından bir an.  
Ey Vətən gözəli, gəl, öpüm sənin  
"Vətən dili" deyən dodaqlarından. 
 
Haqq sözün qəlbimi titrətdi mənim,  
Bu Vətən torpağı qoy olsun qənim;  
Vətəndə yaşayıb, onun dilinə,  
Ruhuna, zövqünə, doğma elinə  
Xor baxan şərəfsiz vətənsizlərə!  
Ən böyük düşməndir onlar bizlərə.  
Külfət namusunu çəkərmi görən  
Vətən namusuyla yaşamayanlar?  
Heyhat!.. Hələ çoxdur evini Vətən,  
Qohum-qardaşını millət sayanlar... 
 
Məhəmməd         - Doğrudur, sevgilim, doğrudur bunlar,  
Mən Vətən eşqilə ötən bır quşam.  
Mən sözdən elə bir süfrə açmışam,  
Ərəb də, əcəm də ordan pay umar.  
Ancaq o süfrədə ağız ləzzətim  
Mənim öz dilimdir, öz lisanımdır.  
O dilə bağlıdır arzum, niyyətim, 
  

________________Milli Kitabxana______________ 
20 
 
O, mənim eşqimdir, həyəcanımdır.  
Bəli, türk oğluyam... neyləyim, ancaq  
Hər şeyi atadan öyrənir uşaq.  
Təzə cığır açmaq çətindir, çətin,  
Əbül-Ülaların, Nizamilərin  
Ən kiçik, ən aciz şagirdiyəm mən;  
Ayrıla bilməyib ənənəmizdən,  
Biganə olmuşam ana dilimə,  
Gərək mən qayıdam öz sahilimə... 
Leyla - 
Bunu 
gözləyirəm, mən səndən bunu, 
O sonsuz eşqini, böyük arzunu  
Öz ana dilində əbədiləşdir  
Şeirini xaqanla, şahla güləşdir.  
Söhbət davam edir bir xeyli... Leyla,  
“Daha yetər”, - deyə qalxır yerindən. 
Məhəmməd          - Bir az əyləşsənə. 
Leyla - 
Yox, 
bəsdir daha... 
(Məhəmməd ah çəkir yenə dərindən)  
-Nə belə ah çəkdin, ahın dağlara! 
Məhəmməd         - Həsrətin köksümə vurdu min yara,  
Eşit, nələr deyir bu döyüntülər.  
Bəs bizim eşqimiz nə vaxta qədər  
Sinəmiz altında dustaq qalacaq?  
Bəs nə vaxt göylərə qanad çalacaq? 
Leyla -Səbreylə! 
Məhəmməd         - Ey mənim gülüm, gülşənim 
Könül dözmür hicran gecələrinə.  
Ulduzlar gözlərim olaydı mənim,  
Hər biriylə min il baxaydım sənə. 
Leyla - 
Yanırsan, əzizim, alış, yan yenə
Sənətkar dediyin yanar çıraqdır.  
Elin kədərinə, elin qəminə  
Şair də yanmayıb, kim yanacaqdır? 
Məhəmməd         - Yanıram, desəm də, deməsəm də mən,  
Mən ki, alışmışam nur olmaq üçün.  
Keçərəm həyatın dəbdəbəsindən  
Sinəmə çəkilən bircə dağ üçün. 
 
  

________________Milli Kitabxana______________ 
21 
 
Dözüm yolçusuyam...  
Dərdin əlindən 
Bülbül deyiləm ki, nalə çəkim mən,  
İnsanam, ahım da vüsal üçündür.  
Səndən ayrıldığım gör neçə gündür,  
Gözlərim önündə yaradıram mən  
Sənin surətini düşüncələrdən.  
Gedirsən, yaxşı yol, "ey afəti can!"  
Onsuz da sən mənim öz bağrımdasan!  
Ancaq sevgilimə bir bəxşişim var,  
Bu, mənim anamdan qalıb yadigar.  
Qızıl medalyondur dediyim barat,  
Sən onu sevginlə daha da parlat!  
Bax, bu medalyonda yanan o işıq  
Şairin eşqidir, götür eşqini.  
Nəyinə gərəkdir bu yar-yaraşıq,  
Onsuz da zinətlər bəzəmir səni  
Bizim eşqimizdən bir xatirətək  
Bu kiçik töhfəni alasan gərək.  
Leyla medalyonu salır boynuna,  
Doğrusu, bəzək də yaraşır ona...  
Çıxır asta-asta qapıdan onlar. 
Leyla - 
Məhəmməd, mənim də bir bəxşişim var, 
Hələ hazır deyil... 
Məhəmməd        - O nədir görən? 
- Rəsmini çəkirəm axı sənin mən.  
Gözümün önünə gətirib səni,  
Çəkmək istəyirəm...  
Titrəyir qələm; 
Neçə cür çəkmişəm sənin şəklini,  
Ancaq heç birini bəyənməmişəm.  
Gözlərin elə bil yol çəkir sənin,  
Nəyisə, kimisə gözləyir müdam.  
O sonsuz həsrəti nəqş eyləməkçin  
Kölgə tapammıram, rəng tapammıram.  
Onlar asta-asta keçir çəməndən  
Məhəmməd qımışır: 
  

________________Milli Kitabxana______________ 
22 
 
- Bir bura bax sən,  
Bir bax cəlalına çölün, çəmənin,  
Bahar da hüsnünə heyrandır sənin.  
Bahar naxışını səndən götürmüş,  
O, sənə hər şeyi qurban demişdir.  
Sənin gözlərini yuxulu görmüş,  
Otlardan çöllərə fərş döşəmişdi. 
 
 

Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin