Milli Kitabxana



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix31.01.2017
ölçüsü3,04 Mb.
#7124
1   2   3   4   5   6   7   8   9   ...   16

EPİLOQ 
 
Füzulimiz qədim İraq totpağında rahat yatdı. 
Kərbəlada ikinci bir Kərbəlanı o yaratdı. 
Ötdü aylar, ötdü illər, dünyanın hər bucağından 
Bu məzarı ziyarətə axın-axın gəldi insan. 
Bu məzarla İraq çatdı daha böyük şan-şöhrətə. 
Müsəlmanlar gəlirdisə Kərbəlanı ziyarətə, 
İndi bütün dünya üçün ziyarətgah oldu bu yer 
Şərafətli bir diyara şərəf verdi bizim şair. 
Bütün dinlər, təriqətlər birləşirdi bu məzarda. 
Gələnlərə, gedənlərə 
Kərbəladan milyon kərə 
Daha artıq şərəf verdi bu məzar da. 
Füzulinin doğum günü bəlli deyil bir insana, 
O gələndə bu cahana, 
Kim bildi ki, Azərbaycan torpağına gün doğuldu. 
Ancaq onun ölüm günü ən böyük bir tarix oldu. 
Hamı bir cür doğulmurmu doğulanda? Taleyə bax! 
Öləndəsə hərə bir cür ölür, ancaq! 
 
Öldün, o zamandan keçdi dörd yüz il,  
Yanır qəlbimizdə sənət çıraınm.  
Dörd min il keçsə də saralan deyil,  
Sənin söz gülşənin, sənin söz bağın. 
 
Əsrlər ötsə də, o vaxtdan sənin  
Hər dərdin, hər qəmin bizə tanışdır.  
Qəlbindən od alan sətirlərinin  
İstisi hələ də soyumamışdır. 
 
Səni yaşadan da söz hünərindir,  
Nəğmələr yarandı ahü-zarından.  
Kədərin böyükdür, eşqin dərindir,  
Doğuldun vətənin yaralarından. 
  

________________Milli Kitabxana______________ 
75 
 
Eşqin bir ümmandır, arzun bir aləm,  
Nə var ki, yazmağa beş-on qəm olsa;  
Yazib dərdlərini qurtara bilməm  
Mənim hər kirpiyim bir qələm olsa. 
 
Ömrünü ahlarla vermədin bada,  
Arzu dəryasında bir yelkən oldun.  
Zaman özgəsini yandıranda da  
Alışan o oldu, yanan sən oldun. 
 
Ağladın, yayıldı səsin hər yana,  
Bülbül bağçalarda ötdü - dedilər.  
Gələndə Məhəmməd gəldin cahana,  
Gedəndə: "Füzuli getdi" - dedilər. 
 
Şəki - Bakı, May - dekabr, 1958 
  

________________Milli Kitabxana______________ 
76 
 
 
 
 
 
 
 
Azərbaycanın birliyi və istiqlal uğrunda  
çarpışan Səttar xan, Şeyx Məhəmməd Xi- 
yabani və Pişəvərinin əziz xatirəsinə 
 
İpək yaylığıyla o, asta-asta  
Silib eynəyini gözünə taxdi.  
Əyilib yavaşca masanın üstə  
Bir möhürə baxdı, bir qola baxdı.  
Kağıza həvəslə o da qol atdı,  
Dodağı altından gülümsəyərək.  
Bir qələm əsrlik hicran yaratdı,  
Bir xalqı yarıya böldü qılınc tək.  
Öz sivri ucuyla bu lələk qələm,  
Dəldi sinəsini Azərbaycanın.  
Başını qaldırdı,  
Ancaq dəmbədəm  
Kəsdilər səsini Azərbaycanın.  
O güldü kağıza qol çəkən zaman,  
Qıydı ürəklərin hicran səsinə.  
O güldü haqq üçün daim çarpışan  
Bir xalqın tarixi faciəsinə.  
Əyləşib kənarda topsaqqal ağa,  
Hərdən mütərcimə suallar verir.  
Çevrilir gah sola, baxır gah sağa,  
Başını yellədib təsbeh çevirir.  
Qoyulan şərtlərə razıyıq deyə,  
Tərəflər qol çəkdi müahidəyə...  
Tərəflər kim idi?  
Hər ikisi yad! 
Yadlarmı edəcək bu xalqa imdad?!  
Qoy qalxsın ayağa ruhu Tomrisin. 
 
 
GÜLÜSTAN

________________Milli Kitabxana______________ 
77 
 
Babəkin qılıncı parlasın yenə.  
Onlar bu şərtlərə sözünü desin,  
Zənciri kim vurdu şir biləyinə?  
Hanı bu ellərin mərd oğulları,  
Açın bərələri, açın yolları.  
Bəs hanı bu əsrin öz Koroğlusu  
-
 
Qılınc Koroğlusu, söz Koroğlusu?  
Babaların şəni, şərəfi, əlbət,  
Bizə əmanətdir, böyük əmanət...  
Yoxmu qanımızda xalqın qeyrəti?  
Belə saxlayarlar bəs əmanəti?  
Qoy ildırım çaxsın, titrəsin cahan!  
Ürəklər qəzəbdən coşsun, partlasın.  
Daim haqq yolunda qılınc qaldıran  
İgid babaların goru çatlasın!  
Qoy əysin başını vüqarlı dağlar,  
Matəmi başlandı böyük bir elin.  
Mərsiyə söyləsin axar bulaqlar,  
Ağılar çağırsın bu gün qız, gəlin!..  
Tərəflər sakitdir, qəzəbli deyil,  
Məhv olan qoy olsun, onlara nə var.  
İmzalar atılır bir-bir, elə bil,  
Sevgi məktubuna qol çəkir onlar.  
Atıb imzasını hər kəs varağa  
Əyləşir sakitcə keçib yerinə.  
Eynəkli cənabla, təsbehli ağa,  
Qalxıb əl də verir bir-birinə.  
Onların birləşən bu əllərilə  
Ayrılır ikiyə bir el, bir Vətən.  
Axıdıb gözündən yaş gilə-gilə,  
Bu dəhşətli hala nə deyir Vətən?  
Bir deyən olmadı, durun ağalar!  
Axı bu ölkənin öz sahibi var.  
Siz nə yazırsınız, bayaqdan bəri,  
-Bəs hanı bu yurdun öz sahibləri?  
Bəs hanı həqiqət, bəs hanı qanun?  
Böyükdür bu yurdun tarixi, yaşı. 
  

________________Milli Kitabxana______________ 
78 
 
Bəs hanı köksünə sərhəd qoyduğun,  
Bir vahid ölkənin iki qardaşı?  
Görək bu hicrana, bu müsibətə,  
Onların sözü nə, qərəzi nədir?  
Bu xalq əzəl gündən düşüb zillətə,  
Öz doğma yurdunda yoxsa kölədir?  
Necə ayırdınız dırnağı ətdən  
-Ürəyi bədəndən, canı cəsəddən?  
Axı kim bu haqqı vermişdir sizə,  
Sizi kim çağırmış, Vətənimizə?  
Neçə vaxt səngərdə hey ulaşdılar,  
Gülüstan kəndində sövdalaşdılar  
Bir ölkə ikiyə  
Ayrılsın deyə!.. 
Göy də buludlamış deyirlər o gün,  
Çölləri, düzləri buludlar sarmış.  
O göy gumltusu Oğuz xaqanın  
Ruhuymuş, hönkürüb fəryad qoparmış.  
Gülüstan kəndinin gül-çiçəkləri  
Bir günün içində soldu, saraldı.  
"Gülüstan" bağlandı, o gündən bəri,  
Bu kəndin alnında bir ləkə qaldı.  
Bağrı köz-köz oldu "Yanıq Kərəm"in  
Tellər inildədi, yandı, nə yandı.  
Aşığın sazında daha bir həzin,  
Daha bir yanğılı pərdə yarandı.  
Həmin gün ölkəni apardı sel, su,  
Tutuldu çöhrəsi Günün, Ayın da.  
Qoca Nəbacinin eşqi, arzusu,  
O gün batmadımı Arpa çayında?  
Ağlayıb dağlardan əsən küləklər,  
Bu məşum xəbəri aləmə yaydı.  
Sanki dilə gəldi güllər, çiçəklər:  
"Bu işə qol qoyan qollar sınaydı".  
Arazın suları qəzəbli, daşqın,  
Şirin nəğmələri ahdır, haraydır,  
Vətən, quşabənzər qanadlarının 
 
  

________________Milli Kitabxana______________ 
79 
 
Biri bu taydırsa, biri o taydır.  
Quş iki qanadla uçar, yüksələr,  
Mən necə yüksəlim tək qanadımla?  
Ürəklər bu dərddən tüğyana gələr,  
Axar gozümüzdən yaş damla-damla.  
Cənablar, bir anlıq düşündünüzmü?  
Verdiyiniz hökmün ağırlığını?  
Bu hökmün dəhşəti əllimi, yüzmü?  
Biz necə götürək bu gözdağını?..  
Başı kəsiləndə bu məğrur elin  
Könül fəryadını hiss etdinizmi  
Qoca Füzulinin, igid Babəkin  
Etiraz səsini eşitdinizmi?  
Cənablar, bir damcı mürəkkəblə siz  
Düşünün, nələrə qol çəkmisiniz?  
Bir damcı mürəkkəb bir vətəndaşı  
Qanına bulayıb ikiyə böldü.  
Bir damcı mürəkkəb olub göz yaşı  
İllərlə gözlərdən axdı, töküldü.  
Min ləkə vurdular şərəfimizə  
Verdik, sahibimiz yenə "ver" - dedi.  
Lap yaxşı eyləyib doğrudan, bizə  
Biri "baran" - dedi, biri "xər" - dedi.  
Bizi həm yedilər, həm dəmindilər,  
Amma arxamızca gileyləndilər.  
Hökmü gör nə qədər böyükmüş anın.  
Möhür də basdılar varağa təkrar.  
Yox, varağın deyil, Azərbaycanın  
Köksünə dağ boyda dağ basdı onlar.  
İmzalı, möhürlü ey cansız varaq,  
Nə qədər böyükmüş qüvvətin, gücün.  
Əsrlər boyunca vuruşduq, ancaq  
Sarsıda bilmədik hökmünü bir gün.  
Ey kağız parçası, əvvəl heç ikən,  
Yazılıb, qollanıb yoxdan var oldun.  
Böyük bir millətin başını kəsən,  
Qolunu bağlayan hökmdar oldun. 
  

________________Milli Kitabxana______________ 
80 
 
Bir eli ikiyə paraladın sən  
Özün kağız ikən paralanmadın,  
Köksünə yazıları qəlb atəşindən,  
Niyə alışmadın, niyə yanmadın?  
Araz sərhəd oldu, əsdi küləklər,  
Sular yatağında qalxdı, köpürdü.  
Üstü dama-dama taxta dirəklər,  
Çayın kənarıda səf çəkib durdu.  
Sular, sizdən təmiz, nə var dünyada?  
Ləkədən xalidir axı qəlbiniz.  
Bağrınız alışıb niyə yanmadı  
Bu çirkin əmələ qol qoyanda siz?  
Ey Araz, səpirsən, göz yaşı sən də  
Keçdikcə üstündən çölün, çəmənin.  
Səni arzulara sədd eyləyəndə,  
Niyə qurumadı suların sənin?  
Dayanıb Arazın bu tayında mən  
"Can qardaş" deyirəm, o da "can" deyir.  
Ey zaman, sorğuma cavab ver, nədən  
Səsim, yetən yerə əlim yetməyir...  
Qarışıb gözümdə, qarışıb aləm,  
Dərd dərdi doğrayır, qəm qəmdən keçir.  
Arazın üstündən keçə bilmirəm,  
Araz dərdim olub, sinəmdən keçir.  
Taxta dirəkləri torpağa deyil,  
Qoydular Füzuli divanı üstə.  
Yarıya bölündü yüz, yüz əlli il  
Gəraylı, bayatı, muğam, şikəstə.  
Dəmir çəpərləri eşqim, diləyim  
Tarixim, ənənəm üstə qoydular.  
Yarıya bölündü canım, ürəyim,  
Yarıya bölündü Arazda sular.  
Taxta dirəkləri qoydular, ax, ax!..  
Qəlbimin, ruhumun dilimin üstə,  
Biz güldük, ağladıq, yenə də, ancaq  
Bir sazın, bir telin, bir simin üstə.  
Ürəkdən ürəyə körpü? Bir dayan! 
 

________________Milli Kitabxana______________ 
81 
 
Dərdimiz dinirsə bir sazın üstə.  
Şəhriyar yaralı misralardan,  
Körpü salmadımı Arazın üstə?!  
Bu taydan o taya axışdı sel tək  
Gözə görünməyən könül telləri.  
Bu selin önünü nə çay, nə dirək,  
Kəsə bilməmişdir yüz ildən bəri.  
Ağalar bilmədi birdir bu torpaq  
Təbriz də, Bakı da - Azərbaycandır,  
Bir elin ruhunu, dilini ancaq  
Kağızlar üstündə bölmək asandır.  
Böl, kağız üstündə, böl, gecə-gündüz,  
Torpağın üstünə dirəklər də düz,  
Gücünü, əzmətini tök də meydana,  
Qoşundan silahdan sədd çək hər yana.  
Torpağı ikiyə bölərsən, ancaq  
Çətindir bədəni candan ayırmaq!  
Ayırmaq kimsəyə gəlməsin asan,  
Bir xalqın bir olan dərdi-sərini.  
O taydan bu taya Mustafa Payan  
Oxuyur Vahidin qəzəllərini.  
Dolandı zəmanə, döndü qərinə,  
Şairlər od tökdü yenə dilindən.  
Vurğunun o həsrət nəğmələrinə  
Şəhriyar səs verdi Təbriz elindən:  
"Heydər baba, göylər qara dumandı.  
Günlərimiz bir-birindən yamandı.  
Bir-birizdən ayrılmayın, amandı,  
Yaxşılığı əlimizdən aldılar,  
Yaxşı bizi yaman günə saldılar.  
Bir uçaydım bu çırpman yelinən,  
Qovuşaydım dağdan aşan selinən,  
Ağlaşaydım uzaq düşən elinən,  
Bir görəydim ayrılığı kim saldı,  
Ölkəmizdə kim qırıldı, kim qaldı". 
 
1959 
  
 
  

________________Milli Kitabxana______________ 
82 
 
 
 
 
 
 
 
 
 
("Gülüstan" poemasının II hissəsi) 
 
Məhəmməd Cöhrəqanlıya 

Zərurət görmədim təsadüf qədər  
Məqsədə yönəlir bu başsız axın.  
Məndən rica etdi bir vətənsevər
*
  
Yazım davamını mən "Gülüstan"ın. 
 
Yazmışdım mən onu düz qirx il qabaq.  
O vaxtdan bu yana çox sular axdı.  
Arazın suyunda enib-qalxaraq  
Ürəkdə bəslənən arzular axdı. 
 
Torpağa düşmədi apardı yellər  
Arzu toxumları sulara düşdü.  
Yandı, pərşələndi həsrət könüllər  
Yenə bu minvalla illər ötüşdü... 
 
"Gülüstan" adicə haraydı, haydı  
Qulaqlar kar olur biz qışqıranda.  
Mən onu yazanda şalı zamanıydı,  
Başqa bir zamandır indi İranda. 
 
Millət qarşılaşdı başqa yasaqla  
Çəkdi imtahana böcək, quşları.  
Üsullar dəyişdi, gedən bıçaqla,  
Gələn pambıq ilə kəsdi başları. 
 
 
                                                 
*
 İshaq Ozan oğlu nəzərdə tutulur. 
 
 
İSTİQLAL 

________________Milli Kitabxana______________ 
83 
 
 
Dünya çalxalandı, sular duruldu  
Tərsinə dolandı əsrin məhvəri.  
Zaman hökm elədi, vaxt hakim oldu  
Ayağa qaldırdı qul millətləri. 
 
Qullar silahlandı qəzəbdən, kindən  
Ayıra bildilər dumandan sisi.  
Qovdu ağasını məmləkətindən  
Kölə Afrikanın kölə zəncisi. 
 
Göyə dirək oldu amanım, ahım,  
Halalca haqqımız bizdən yan qaçar.  
Zəncinin baxtmı açan Allahım  
Bəs mənim bəxtimi nə zaman açar? 
 
Yaman uzun çəkdi hökmü bu qəsdin,  
Ayrılıb ikiyə döndü bir Vətən.  
"Gülüstan" adlanan bu ifritənin  
Kağızı, qələmi nədəmniş, görən? 
 
O kağız, o yazı yumdu gözləri  
Yanan ürəklərdə od külə döndü.  
Bizim aramızda o gündən bəri  
"Gülüstan" tikanlı məftilə döndü. 
 
Baş idik, ayağa indi yol olmaq  
Bizi dərdimizə bu gün yad eylər.  
Bir vaxt hakim ikən dönüb qul olmaq  
Bizim bəxtimizə yazılmış məgər? 
 
Bir vahid millətə, iki hakimin  
Dili doğmalaşdı...Bu lap ağ oldu.  
Doğma anamızın şəkərdən şirin  
Bizə öyrətdiyi dil yasaq oldu. 
 
Hakimlər özü də bilirdi aşkar  
Mənim öz dilim var, öz tarixim var.  
Siz haqqın üzünü boyalayırkən  
Həqiqət də aydın, yalan da aydın. 
  

________________Milli Kitabxana______________ 
84 
 
Yüz min erməninin məktəbi varkən,  
Yirmi milyon türkə onu qıymadın. 
 
Dinində, törəndə bizimlə birkən  
Yasandan sən mənim haqqımı sildin.  
Dininə düşməni əzizləyirkən,  
Sən öz dindaşına düşmən kəsildin. 
 
Özündən, sözündən qaçaq dilimiz  
İslanıb üşüdü qarda, çisəkdə.  
Yüksək məqamlarda yasaq dilimiz  
Qovulub yaşadı kənddə, kəsəkdə. 
 
İnsan olmaq üçün uşaq dil açar  
Yasaqlar önündə biz dilsiz olduq.  
Dil varsa, xalq da var, şan-şöhrət də var  
Dil yoxsa, millət yox, heç varlıq da yox. 
 
Soruşduq: - Dilimiz yoxsa, biz kimik?  
- Farsdan dönməsiniz, - dedilər bizə.  
Baxıb gözümüzün içinə dimdik,  
Onlar qəsd elədi mənliyimizə. 
 
Belə "tarixçilər", belə nadanlar  
Sizdə də, bizdə də dürəkdir, ancaq.  
Düşmən olsalar da, millətə onlar,  
Hakimi-mütləqə dirəkdir, ancaq. 
 
Firdovsin söz açdı türk oğlu kimi  
Əfrasiyab adlı Alp Ər-Tunqadan.  
Məgər fars idimi sizin Rüstəmi  
Döyüşə çağıran o böyük xaqan? 
 
Rüstəm Zal - İransa,  
Əfrasiyab - Turan,  
Beləysə, fars olub  
Türk nə zamandan? 
  

________________Milli Kitabxana______________ 
85 
 
Məgər türk deyildi mənim şahlarım  
Əsrlər boyunca mülki-İranda?  
Bəs səni tutmazmı naləm, ahlarım  
Məni "farsdan dönmə" adlandıranda? 
 
Türkün zatındadır kişilik, mərdlik  
O, öz düşmənini vurmaz arxadan.  
Türkə, Türk dilinə bu düşmənçilik  
Sizdə bir adətdir qalü-bəladan. 
 
Tarixə baş vuraq: bu ağ, bu qara  
Mərdlik mayasıyla yoğrulmuş babam.  
Haqqını tanıdıb çox haqsızlara  
Amma haqsıza da mərd olmuş babam. 
 
Bəzən özümüzü bəyənmədik biz  
Dedik, filankəsə gərək oxşayaq.  
Yandı öz bağlarımız... fikir çeşməmiz  
Özgə bağlarını suladı ancaq. 
 
Heç kəs inciməsin, dedik, qoy bizdən  
Yandıq yad evində bir çıraq kimi.  
"Buyur" deyə-deyə hörmətirnizdən  
Qonağı elədik evin sahibi. 
 
Bizim böyük-böyük ustadlarımız  
"Xəmsə"lər bağladı özgə dilində.  
Dönüb yadın oldu bizim varımız  
Babam talan oldu öz mənzilində.  
Ya da abidələr ucaldıb dedik:  
Fəhləlik bizimdir, ustalıq sənin.  
Çox zaman özgəyə qulluq eylədik  
Beyin bizim oldu, əsər özgənin. 
 
Nadir də, Qaçar da ölkələr aldı  
Vətən ucalmadı, taxtı ucaldı.  
Öz doğma elini ayağa saldı  
Şahlar bizim oldu, zəfər özgənin. 
 
  

________________Milli Kitabxana______________ 
86 
 
Saldıq özümüzü özümüz gözdən  
Kül ilə oynadıq, əl çəkib közdən.  
Ölkələr nur aldı şəfəqimizdən  
Günəş bizim oldu, səhər özgənin. 
 
Mənim sərvətimə cahan göz dikdi  
Sərvətim, dövlətim ona gərəkdi.  
Babam yer şumladı, babam yer əkdi  
Zəhmət bizim oldu, bəhər özgənin. 
 
Açdı sinəsini bizə bu torpaq  
Aləmi bəzəyib lüt olduq, ancaq.  
Cıdırda çapsaq da hamıdan qabaq  
Hünər bizim oldu, nəmər özgənin,  
Qızıl bizim oldu, kəmər özgənin. 
 
Meydan oxusaq da, çərxi-dövrana,  
Bəzən özümüzlə üzbəüz olduq.  
Düşməni əzsək də, mərdü-mərdana,  
Bəzən düşmənimiz özümüz olduq. 
 
Zamanın küləyi, də, əsdi hardan?  
Uduza-uduza axır udulduq.  
Vaxtın axarında gəldi bir zaman  
Biz iki hakimə dönüb qul olduq.  
Ayılın, hakimlər, dönür bu dövran  
Qorxun haqqı görən Allahmızdan.  
Tarixi gerçəyi danmaym barı  
Sizin çörəyiniz diziniz üstdə.  
Tarixi əzmiylə yaradanları  
Niyə çökdürdünüz bu gün diz üstə? 
 
Sədi dərs də verdi sizə ədəbdən  
Sizsə, başqasnımı bəyənmədiniz.  
Möhtəşəm bir dini alıb ərəbdən  
Ərəbə "çəyirtkə yeyən" dediniz. 
 
  

________________Milli Kitabxana______________ 
87 
 

 
Quzeydə ayağa qalxdı məmləkət  
Bir təpə bir dağla üz-üzə gəldi
*
.  
Millətin qəlbində boy atan nifrət  
Köksün həmləsiylə o dağı dəldi. 
 
Yaman acıq gəldi bu nifrət ona  
Tankların altında əzdi milləti.  
Sığdıra bilmədi dağ qüruruna  
Təpə önündəki məğlubiyyəti.  
Millət millət olur, arzu, niyyəti,  
İnamı, inadı,  
öz imanıyla. 
Dərk edib bu haqqı, bu həqiqəti,  
Suvardıq torpağı şəhid qanıyla. 
 
Eşidib qəlbimin üsyan səsini,  
Yazdım "Şəhidlər"in faciəsini:  
"Dilək bir çiçək də bitirə bilməz  
Bu gündən sabaha körpü olmasa.  
Azadlıq ağacı bar verə bilməz  
Şəhidlər qanıyla suvarılmasa.  
...O şənbə gecəsi gecikdi səhər  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə minillik yolu. 
 
O şənbə gecəsi ölüb-dirildik  
Şərəf papaq oldu, başlara qondu.  
O qətl gecəsi xalqın min illik  
Şücaət tarixi təkrar olundu. 
 
Qatil gülləsinə qurban gedirkən  
Gözünü sabaha dikdi şəhidlər.  
Üçrəngli bayrağı öz qanlarıyla  
Vətən göylərinə çəkdi şəhidlər. 
 
                                                 
*
 1990-cı il 20 yanvar qırğınına işarədir. 
 

________________Milli Kitabxana______________ 
88 
 
O şənbə gecəsi, o qətl günü  
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülkünü  
O gecə dağıdıb sökdü şəhidlər". 
 

 
"Gülüstan" yarandı düz qırx il əvvəl  
"Şəhidlər" nəticə, "Gülüstan" təməl,  
Azadlıq verilməz bilək bir kərə  
Azadlıq alınar, budur doğru yol.  
Axı "Gülüstan"dan ta "Şəhidlər"ə  
Gedən uzun yoldu keçilən bu yol
*
.  
Daş körpü - vəhdətini daş Xudafərin!  
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçmədi... min-min  
Könül həsrətinin gözdağı oldu.  
Gəldi başımıza nələr, ay nələr,  
Goramı aparaq bu dərdi, qardaş?  
Bütün bu bəlalar, bu faciələr  
Həmən "Gülüstan"dan göyərdi, qardaş. 
 
Quzeydə yerini göstərdik yada,  
Zorun təməlini haqq deşə bildi.  
Gördük, bizdən başqa bu gen dünyada  
Bütün ayrılanlar birləşə bildi. 
 
Biriykən ikiyik, bu halımızla  
Biri-birimizə həsrət qalmışıq.  
Biz hələ bu gün də xəyalımızla  
Həsrətin üstündən körpü salmışıq.  
Buna da şükr eib, "təvəkkül" - dedi,  
İmdadçün həmişə üz tutduq göyə.  
Elə zaman gəldi, keçmək istədik  
Xəyali körpüdə biz, daş körpüyə. 
 
 
                                                 
*
 
Bu misralardakı fikir dostum H.Həsənovun "İstiqlal" adlı kitabına yazdığı ön sözdəndir. 
 

________________Milli Kitabxana______________ 
89 
 
Daş körpü - vəhdətim, daş Xudafərin!  
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçə bilmədi  
Bölünən bir xalqın gözdağı oldu. 
 
Biri-birimizə gendən "gəl" - dedik  
Tanrı üz çevirdi elə bil bizdən.  
O qədər üstündən keçə bilmədik  
Körpünü ot basdı qəhərimizdən. 
 
İki əsrdir ki, o daş körpünün  
Bu tayında mənəm, o tayında sən.  
Sökülüb-dağılır daşlar günbəgün  
Sərhəd dirəkləri xəbərsiz oldu  
Bizim qəlbimizdən keçən körpüdən. 
 
Qəsbkar qəsdini abədi sanmış  
İki başda duran tağlara bir bax.  
Çoxu dağılsa da, dimdik dayanmış  
Birinci tağ ilə axırıncı tağ. 
 
O tağın biri mən, o biri sənsən  
Onlar əsrlərlə dözüb sellərə.  
Selin zərbəsinə tağlar dözübsə,  
Nə gəlib arzusu bir könüllərə? 
 
Bu gün qismətimiz qəm-kədərdisə,  
Dünənki birliyim heç unudulmaz.  
Çayın altındakı torpaq birdisə,  
O tayı bu taydan ayırmaq olmaz. 
 
Neçə il əvvələ qayıdaq yenə  
Diləklər dikəldi, "mən varam" - dedi.  
Bu böyük diləyin zərbələrinə  
Sərhəd dirəkləri tab gətirmədi
*
 
 
 
                                                 
*
1989-cu ilin dekabr ayında quzey azəri türklərinin tikanlı  sərhəd məftillərini yarıb o taya 
keçmələrinə işarədir. 
  

________________Milli Kitabxana______________ 
90 
 
Bu taydan o taya haray qaldırıb,  
Özünə güvəndi bu millət yenə.  
Dəmir məftilləri dişiylə qırıb  
Oğullar doladı biləklərinə. 
 
Araz öz yoluyla yenə axırdı  
Həsrət divarını o gün aşdılar.  
Qardaşlar qırandan zənciri qırdı  
Çayın ortasında qucaqlaşdılar.  
Dərdi boğazlayıb o gün sevincdən  
Onlar hönkür-hönkür hey ağlaşdılar.  
Qardaşlar ağladı o gün doyunca  
Soldatlar, sərbazlar dəhşətə gəldi.  
O günün ertəsi Araz boyunca  
Tikanlı dirəklər yenə dikəldi. 
 
Qovuşdu birgünlük bu tay o tayla  
Bir günlük sevincdən çaş-baş oldular.  
Qardaşı qardaşdan ayırmasıyla  
Soldatla sərbaz da qardaş oldular. 
 
Ölmədi, o günü gördü Bəxtiyar Dedi: -  
Haqq önündə zor bərbad olsun. Dedi: -  
Mən o günü gördüm, Şəhriyar,  
Qabaqda işıq var, ruhun şad olsun. 
 
Bu yerdə ustadla neçə il əvvəl  
Telefon söhbəti yadıma düşdü
*
:  
Mən ona "gəl" - dedim, o mənə "gəl-gəl"  
Əllər görüşmədi, səslər görüşdü.  
Məndən xəbər aldı: - Neçə yaşın var?  
Yaşımı söylədim, dedi: - Min alqış!  
Dedim: - Nəyə alqış, ustad Şəhriyar?  
Dedi ki, cavansan, sən mənə baxmış.  
Arzum göyərmədi, keçibdir yaşım, 
 
 
 
 
                                                 
*
1981-ci il yanvarın 23-də Şəhriyarla olan telefon söhbətim 
  

________________Milli Kitabxana______________ 
91 
 
O vüsal gününü sən gör, qardaşım".  
Getməz ağzımızdan o günün dadı  
Mən gördüm o günü bircə gün, ancaq.  
Başımız üstündə yenə oynadı  
Bu tayda "dubinka"
*

o tayda şallaq. 
Biz bunu bacardıq... Ancaq nə fayda?  
Verdik əlimizdən yelə fürsəti.  
Allah bir də nə vaxt, hansı dolayda  
Bizə verəcəkdir elə fürsəti? 
 
Tarixdə neçə yol uduzduq, nədən?  
Zirvəyə qalxmışdıq, biz niyə endik?  
Səbrlə, tədbirlə ölçüb-biçmədən  
Ağla güvənmədik, hissə güvəndik. 
 
Səttarxan, Bağırxan və Pişəvəri  
Bizimçün hər biri diridən diri.  
Onlar qəhrəmandı, qəhrəman, fəqət  
Təkcə igidliklə kar aşmır indi.  
Uzağı görmədən, təkcə cəsarət  
Arzuya, istəyə yol açmır indi. 
 
Onlar ölçmədilər uzunu, eni  
Tədbir tökmədilər, əzab çəkdilər.  
Tuta bilsəydilər günün nəbzini  
Arzu güllərini dərəcəkdüər. 
 
Qırx il həsrət qaldı almana alman  
Dövrana baxdılar, vaxta baxdılar.  
Onlar qanadlanan arzularından  
Zamanın çiyninə qanad taxdılar. 
 
Düşündük, dərdimiz artdı ilbəil  
Vaxtın damarını tuta bilmədik.  
Siz: "zaman başqadır, vaxt o vaxt deyil",  
Bizsə o arzuyla şeirlər dedik. 
                                                 
*
 
Dubinka - Dəyənək (rus sözüdür) 
 

________________Milli Kitabxana______________ 
92 
 
 
 
İstiqlal qazandı quzeydə ölkə  
Bunu gözləmişdi millət yetmiş il.  
Bu gün aldığımız azadlıq bəlkə  
Bizi biz edəcək istiqlal deyil? 
 
İstiqlal qazandıq, kim "oxay" dedi?  
Təzə bəlalara biz sinə gərdik.  
İstiqlal milləti sevindirmədi  
İstiqlal qazanıb, torpaq itirdik. 
 
Çəkdi bu milləti hərə bir yerə  
Məqsəd - kürsü eşqi, amal - mənfəət.  
O qədər çəkişdik, həm firqələrə  
Həm də bölgələrə bölündü millət. 
 
Umdu, nəsə umdu Vətəndən hamı  
Amma unuduldu məmləkət dərdi.  
Kürsüyə çatmaqçün biri Ağdamı  
Biri də Şuşanı güdaza verdi. 
 
Bunlar həqiqətdir, ay bədbəxt, sənin  
Hansı amal ilə qəlbin döyündü?  
Unudub dərdini bütöv Vətənin  
Kürsü hərisliyi amala döndü. 
 
Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin