Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


-ci il noyabrın 12-də referendum yolu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   178
I CİLD (2)

1995-ci il noyabrın 12-də referendum yolu
ilə öz 
mövqeyini nümayiş etdirərək 
Azərbaycan Respublikasının dövlət dilinin «Azərbaycan 
dili»
olmasına tərəfdar olduğunu bildirdi. 


 
Azərbaycan dilinin 1995-ci ildə dövlət dili statusu alması
, həyata keçirilən tədbirlər, 
dildən düzgün istifadəyə diqqət və nəzarətin artması, dövlət mətbuat vasitələrində, televiziya 
və radioda dilin normalarının qorunması ilə bağlı tələbkarlıq bütövlükdə dilə münasibəti 
dəyişdirməyə səbəb oldu. Həyata keçirilmiş tədbirlər nəticəsində irəliləyişə nail olundu. 
Əvvəla, Azərbaycan Respublikasında 
Azərbaycan dilinin dövlət dili olaraq aparıcı mövqeyi
tamamilə təmin edilmiş, rəsmi məsələlərin yalnız ana dilində aparılması zərurətə çevrilmişdi 
(yeri gəlmişkən deyək ki, Azərbaycan Prezidentinin özü şəxsən dəfələrlə müxtəlif vəzifəli 
şəxsləri ana dilində danışa bilmədikləri üçün tənqid etmiş, qınamışdır). İkincisi, Azərbaycanda 
təhsilin, elmin, ədəbiyyatın, ümumən mədəniyyətin inkişafı üçün dövlət maksimum şərait 
yaratmış (və həmin şərait günbəgün yaxşılaşmaqdadır)- bu isə həm milli təfəkkürün, həm də 
onun ifadəsi olan milli ədəbi dilin daha da tərəqqi edib yüksəlməsinə təkan verir. Üçüncüsü, 
Azərbaycan Prezidenti
Azərbaycanın yeni tarixində ilk dəfə olaraq 
Azərbaycan dilinin 
dünyanın ən mötəbər rəsmi məclislərində, beynəlxalq diplomatik danışıqlarda səs-
lənməsinə nail olmuşdur 
(və məhz onun xidmətidir ki, bu gün Azərbaycan Respublikasının 
beynəlxalq nüfuzunu məhz Azərbaycan dili, yəni Azərbaycanın bilavasitə dövlət dili qoruyur) 
və s. 
 
2002-ci ilin 30 sentyabrında Azərbaycan Prezidenti
Heydər Əliyev 
«Azərbaycan 
Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununu
imzaladı. 
Qanun ertəsi gün qəzetlərdə dərc olundu və qüvvəyə mindi. Bu qanunla dövlət dilinin 
işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyənləşdirildi. Həmin 
vəzifələr bunları əhatə edir: 1) Azərbaycan Respublikası Konstitusiyasının və bu qanunun 
tələblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi; 2) dövlət 
dilinin tətbiqi işinə, bu dilin işlədilməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına 
riayət olunmasının təmin edilməsi; 3) dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət 
büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilməsinin təmin edilməsi; 4) dövlət dilinin saflığının 
qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin 
yaradılması və tədbirlərin həyata keçirilməsi; 5) dövlət dilinin işlənməsi üçün zəruri olan maddi 
bazanın yaradılması; 6) xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil 
almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi 
4


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin