Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Sərbəst iş



Yüklə 95,39 Kb.
tarix14.12.2023
ölçüsü95,39 Kb.
#179576
İsmayılova Aysel


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Slavyan Universiteti



Sərbəst iş

Fakültə: Filologiya


Kurs: I
Qrup: AM - 102
Fənn: Türkologiyaya giriş
İxtisas: Azərbaycan dili - ədəbiyyat müəllimliyi
Mövzu : Türk dillərinə dair A.N.Kononovun tədqiqatları
Müəllim: Novruzova Nuridə
Tələbə: İsmayılova Aysel
Müasir türk dilləri: Azərbaycan dili, Altay dili, qaraçaybalkar dili, başqırd dili, qaqauz dili, qazax dili, karaim dili, tofalar dili, qaraqalpaq dili, qırğız dili, kumık dili, noqay dili, tatar dili, tuva dili, türk dili, türkmən dili, özbək dili, uyğur dili, xakas dili, çuvaş dili, şor dili, yakut dili.
Türk dillərində danışan xalqlar Qərbdə Balkan yarımadasından və Egey dənizindən tutmuş Şəqdə Çinə kimi geniş bir ərazidə yaşayırlar.Bu müasir dillər tarixən qədim oğuz, qədim uyğur, bulqar, peçenek, kuman, karluk, qədim türk, qədim özbək dilləri əsasında formalaşmış və müstəqil dil statusu qazanmışdır. Vaxtı ilə bu ulu dilin parçalanması nəticəsində lüğət tərkibi və fonetik qrammatik quruluşuna görə yaxın dillər əmələ gəlmiş, sonra isə müstəqil inkişaf yoluna qədəm qoymuşlar. Bu dillər arasında XII-XIV yüzilliklərə dair bəzi fərqlər görünsə də, XV-XVI yüzilliklərdə fərqlər çoxalmış, ən geci XVII-XVIII yüzilliklərdə müstəqil dillər kimi daha çox ayrılmağa başlamış , fonetik quruluşda, lüğət tərkibində, qrammatik kateqoriyalarda, sintaktik normalarda fərqlər əsasən həmin yüzilliklərdən meydana çıxmışdır. Türk dillərinin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri barədə kifayət qədər sanballı əsərlər yazılıb. Yekdil fikir belədir ki, türk xalqları bu dillərinin hər hansı birindən istifadə ilə öz aralarında, demək olar ki, ünsiyyət yarada bilərlər. Amma Sovet imperiyasının türk dillərinə vurduğu zərbə, daha dəqiqi, türkləri bir-birindən təcrid edən əlifba problemi aradan qaldırılmazsa, fərqli cəhətlər qarşılıqlı anlaşma prosesində daim çətinlik törədəcək, həm də ümumtürk birliyinin qarşısını Çin səddi kimi alacaqdır.

«Özbək dili» termini XVI yüzillikdə meydana gəldi, Şeybani xan və onun tərəfdarları müxtəlif özbək dialektlərindən bu ədəbi dili ayırdılar. Tarixən özbək ədəbi dili qədim özbək dili ənənələri üzərində qurulmuşdur. Qədimdə çağatay adı ilə məşhur olmuşdur. Müasir özbək dili xeyli sayda şivələrinə və sait səslərin tərkibinə görə adətən digər türk dillərindən fərqlənir, 6 sait səsi özündə birləşdirir. 1922-ci ildə özbək dilinin canlı danışığı və tələffüzü birbirinə yaxınlaşdırılır, ərəb əlifbasında islahatlar aparılır. Özbək dili iki istiqamətdə tədqiq edilir:


1) qədim özbək dilinin tədqiqi;
2) müasir özbək dilinin tədqiqi.
Qədim özbək dilinin tədqiqi ilə Q.Vamberi, İ.N.Berezin, N.İ.İlminski, V.V.Radlov,
V.V.Bartold, P.M.Melioranski, A.N.Samoyloviç, K.K.Yudaxin, S.E.Malov, A.K.Borovkov və digərləri məşğul olmuşlar. 1921-ci ildə I Özbək qurultayı çağırılır, qurultayda özbək dilinin orfoqrafiyası müzakirə olunur. M.Xadiyev özbək dilinin orfoqrafik sistemi haqqında məruzə edir. Ərəb əlifbasından latın qrafikasına keçid istiqamətləri barədə təkliflər verir. 1923-cü ildə Buxarada Orfoqrafiya konfransı keçirilir. Bu konfransdakı digərləri ilə əvəzlənir. 1929-cu ildə Səmərqənddə orfoqrafiya konfransı keçirilir. Konfransda yeni özbək dilinin əlifbasının layihəsi qəbul edilir, bunun əsasında latın qrafikalı 34 işarədən istifadə olunur. I elmi konfrans 1934-cü ilin yanvarında Daşkənddə çağırılır, burada orfoqrafiya məsələləri müzakirə predmeti olur. Özbək dilinin əlifbasında 6 sait səs və 30 samit səs müəyyənləşdirilir. 1943-cü ildə Özbəkistanda Elmlər Akademiyası yaradılır. Bu elmi mərkəzdə dilçilik məsələləri də dərindən öyrənilir. Müasir özbək dilinin problemləri ilə bağlı A.N.Kononov, S.M.Mutallibov, A.M.Şerbak, Q.Abduraxmanov, Ş.Şükürov, K.Kərimov, A.Rustamov, K.Maxmudov və digərləri xeyli işlər görmüşlər. Özbək dilinin fonetik və qrammatik quruluşunun məqsədli tədqiqinə 20-30-cu illərdən başlanmışdır. İlk dəfə olaraq özbək dilinin fonetik quruluşunu E.D. Polivanov təsvir etmişdir. Sonra A.Borovkov, A.Kononov, V.Reşetov, Ş. Şaabduraxmanov. İ.Kissena, F. Kamalov və b. özbək dilinin fonetik quruluşununun tədqiqi ilə məşğul olmuşlar. Özbək dilinin fonetikası müqayisəli-tarixi planda E.Polivanovun, E.Sevortyanın, A.Şerbakın əsərlərində təhlil olunmuşdur. Özbək dilinin morfologiyası haqqında Mirzə Mehdixan, Süleyman Buxari, E.Polivanov, A.Borovkov, A.Kononov, V.Reşetov, A.Qulyamov, U.Tursunov, C.Muxtarov, Ş.Raxmatullayev, A.Xocayev, S.Usmanov tədqiqatlar aparmışlar. Onlar nitq hissələrinə aid olan hər bir qrammatik kateqoriyanın həcmini, strukturunu, sərhədlərini və prinsiplərini müəyyənləşdirmişlər. Bu dilin sintaksisi haqqında A.N.Kononov, A.K.Borovkov, Q.Abduraxmanov, M.Askarov, İ.Rasulov, X.Abduraxmanov, A.Safayev və digərləri mühüm işlər görmüşlər.
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".
Türkmən dili və onun dialektlərində -da, -le, -lan, -len, -lap, -leşt, -a, -al, -el, -na, -ne, -ar, -er, -qar, -qer, -ut, -up və s. şəkilçilər vasitəsilə düzəltmə feillər əmələ gəlmişdir: todala (topla), karille, ejele,, işqille, bikele, çele, ayıklan, marazlan, betlen, kazalan, tendaqrlaş, xaktllaş, xeşeleş, tepel, ketdel və s. Kök+ -la, -lə\ -le, -ta, -te, -na, -ne: anla, dinlə, söylə, qonaqla, yarpaqla, ovla (azərb.), işle, saral, sözle, derle, keçelle, kirle, xassala, yaprakla, qozala, qonakla, avla (türkm.), ğırla, şıjla, bezlə, biklə, hıyla, yırla (başq.), arrala, boğla (bağla), süzla, parçala, uyla, korala, ovla (özb.); eşlə (işlə), başla (başq.), ırla, izerle, uluğla, irke, tasta (daşla), pikte, tine (xak.) A.N.Kononovun fikrincə, -la, -le şəkilçisi bütün türk dillərində bu dillərin bizə gəlib çatan tarixləri boyunca məlum olmuşdur136 . Türk ədəbi dillərində bu şəkilçinin xeyli fonetik variantı göstərilməkdədir: -laa, -lee, loo, -döö, -too, -töö, -daa, -dee, -doo, -döö, -na, -ne və s.
Feli sifətlərin mənşəyini və təsnifini türkologiyada N.Baskakov, F.Korş, A.N.Kononov, E.Ubryatov və başqaları müəyyənləşdirmişlər. Türk dillərində feli sifət həm morfoloji, həm sintaktik, həm də semantik planda öyrənilmişdir. Ümumiyyətlə, türk dillərində feli sifət haqqında N.A.Baskakovun, N.K.Dmitriyevin, N.A.Kononovun, S.N.İvanovun maraqlı əsərləri var.
Bağlayıcılar da müqayisəli aspektdə az öyrənilmiş köməkçi nitq hissələrindən biridir. Biz sinxron və komponentlərin təhlili metodlarından istifadə edərək bağlayıcıların həmin xüsusiyyətlərini müqayisə etməyə çalışmışıq. Metodoloji əsas kimi A.N.Kononovun, N.K.Dmitiriyevin, V.V.Vinoqradovun və başqalarının əsərlərindən istifadə edilmişdir.
-ıp şəkilçili perfekt türk dillərində modal çalarma malikdir. Təsadüfi deyil ki, bir çox türkoloqlar onu keçmiş subyektiv zaman adlandırırlar. A.N.Kononov qeyd edir ki, keçmiş subyektiv zaman dörd əsas məqamdan cəmlənir:
) nəticə məqamı;
2) şübhə məqamı;
3) tarixi m ə’lumat məqamı;
4) qəfildən qərarlaşma məqamı.
Bu formada hərəkətin haqqında təxmini danışılır, bu hərəkət həyata keçirilməyə də bilər. Bütün bu modal çalarlar perfekt əsaslı mə’nalarda da yarana bilər.
Müəllif qırğız dili üçün tam keçidə əsasən köməkçi nitq hissələrinə, zərfə, müəyyən qisim bəzi əsas nitq hissələrinə məxsus sözləri aid edir. İkinci keçid zamanı isə B.O.Oruzbayevanın fikrincə, sözün bu və ya başqa bir nitq hissəsinə aid edilməsi onun cümlədəki rolu ilə müəyyən edilir. Bura sifətlərin, feili sifətlərin və başqa nitq hissələrinin substantivləşməsi, adverbiallaşma, adyektivləşmə, pronominallaşma aid edilir. A.N.Kononov “Müasir türk ədəbi dilinin qrammatikası” əsərində substantivləşməni “leksik-sintaksis-morfoloji sözyaratma vasitəsi” adlandırır. Müəllif bunu türk dilində başqa dillərdən fərqli olaraq substantivləşmənin eyni zamanda üçüncü şəxsə aid mənsubiyyət şəkilçi vasitəsilə baş tutması ilə izah edir: “Doğrudan da, bu dildə nəinki sifətlər, eləcə də say və zərflər isim sırasına daxil ola bilirlər” . Həmçinin A.N.Kononov qeyd edir ki, leksik-sintaktik-morfoloji sözyaratma üsulu, yəni başqa nitq hissələrinin ismə keçməsi iki vasitə ilə reallaşır:
1. İsim sinfinə daxil olmayan sözlər, müəyyən konteksdə öz formalarını dəyişmədən əşyalıq mənasını əldə edirlər;
2. İsim sırasına daxil olmayan sözlər morfoloji yolla –III şəxs mənsubiyyət şəkilçisi vasitəsilə əşyalıq mənasını qazanırlar .
Birinci yol “leksik-sintaktik substantivləşmə”, ikincisi isə “morfoloji substantivləşmə” adlandırılır. Morfoloji substantivləşmə zamanı isimləşən sözlərlə üçüncü şəxsə malik mənsubiyyət şəkilçisinin istifadəsi, daha əvvəl həmin sözlərlə işlədilib, onunla söz birləşməsi təşkil edən ismə işarədir. A.N.Kononovun ilk sinfə aid etdiyi substantivləşmə hallarına türk dilində bu sözlərdə rast gəlmək olar: (sifət→isim) istiqamətində 1) ölü ̶ sif. hayatı sona ermiş olan, artık yaşamıyor olan (həyatı sona yetən, artıq yaşamayan) → is. ölmüş insan, mevta (ölmüş insan, meyid);
2)eski ̶ sif. çoktan beri var olan, üzerinden çok zaman geçmiş bulunan (köhnə, qədim) → is. çok kullanmaktan yıpranmış, harap olmuş şey (köhnə, istifadəsi bitmiş bir şey);
3)acemi ̶ sif. bir işin yabancısı olan, eli işe alışmamış, bir işi beceremeyen (bir işi bacarmayan), → is. bir yerin, bir şeyin yabancısı (naşı) .
A.N.Kononov özbək dilində adverbiallaşmanı leksik- morfoloji-sintaktik yolla zərflərin yaranması və ya başqa nitq hissələrinin zərfə keçidi adlandırır, leksik-morfoloji-sintaktik yolu iki hissəyə bölür: leksik-sintaktik və morfoloji. Leksik-sintaktik adverbiallaşma dedikdə müddət bildirən isimlərin, başqa konteksdə substantiv mənalarını saxlayaraq əsas konteksdə zərf mənasını əldə etməsi başa düşülür. Morfoloji yolla adverbiallaşma isə müddət bildirən isimlərin, sifətlərin, başqa nitq hissələrinin üçüncü şəxs mənsubiyyət sonluğunun (-(с)и) köməyilə zərf cərgəsinə daxil olmasıdır: Кеча-си ( gecə), бир куни (bir dəfə), охири (axırı ki) .
A.N.Kononov türk dillərindən biri olan özbək dilində sözlərin zərfləşməsi zamanı morfoloji səviyyədə baş verən konversiya haqqında yazır ki, müasir özbək dilində zərflərin əksər hissəsi sözün sözdəyişmə formalarının “təcrid edilmə”sindən ibarət zərflər təşkil edir. Bu zaman hər hansı bir sözün müəyyən sözdəyişmə formasında işlənməsinin leksik-semantik xüsusiyyətləri nəticəsində həmin sözlər verilmiş sözdəyişmə paradiqmalarının hamısından təcrid edilir və zərf mənasını qazanır.
A.N.Kononov türk dillərindən biri olan özbək dilində leksik-semantik səviyyədə konversiyanı müəyyən nitq hissələrinə məxsus sözlərin leksik üsulla yaranmasına aid edərək yazır ki, bunun vasitəsilə pronominallaşma zamanı söz, verilmiş söz üçün real mənanın zəifləməsi nəticəsində “əvəzlik” semantikasını əldə edir. Bu qrup sözlərə ilk əvvəl kişi, adam-bir kişi, bir adam, “kimsə”sözləri aiddir.
A.N.Kononov türk dilində adyektivləşmə haqqında danışarkən buna ilk əvvəl derivasiya prosesində düzəltmə isimlərin adyektivləşməsini aid edir. Məsələn, -gan,-gın kimi düzəltmə şəkilşiləri qəbul etmiş isimlər sifətləşir: çalışkan. Amma daha sonralar A.N.Kononov adyektivləşmə dedikdə, bəzi sıra saylarının, hiç zərfinin inkarlıq xəbəri qarşısında, hep zərfinin təyin funksiyasında işlənməsi haqqında danışır. Buradan göründüyü kimi, o, yalnız bəzi nitq hissələrinə məxsus sözlərin ikinci sintaktik funksiya daşımasını göstərir. Ümumiyyətlə, müasir türk dilində daha çox sadə isimlərin adyektivləşməsi hadisəsinə rast gəlmək olar. Məsələn, altın - is.sif.(qızıl), çamur- is.sif. (palçıq), fincan - is.sif.(fincan), ön - is.sif. (ön) və s.
A.N.Kononov “Müasir türk ədəbi dilinin qrammatikası” əsərində substantivləşməni “leksik-sintaksis-morfoloji sözyaratma vasitəsi” adlandırır. Müəllif bunu türk dilində başqa dillərdən fərqli olaraq substantivləşmənin eyni zamanda üçüncü şəxsə aid mənsubiyyət şəkilçi vasitəsilə baş tutması ilə izah edir: “Doğrudan da, bu dildə nəinki sifətlər, eləcə də say və zərflər isim sırasına daxil ola bilirlər”.
Göründüyü kimi, türk dillərinə nitq hissələrinin bir-birinə keçməsi çox geniş yayılmışdır. Eləcə də tabeli mürəkkəb cümlələrin türk dillərində keçdiyi təkamül proseslərindən biri də onların sadə cümləyə çevrilməsidir.
Ədəbiyyat siyahısı

  1. Boris Aleksandroviç Screbrennikov, Ninel Zeynal qızı Hacıyeva. Türk dillərinin müqavisəli tarixi qrammatikası. Bakı, "Səda", 2002

  2. Buludxan Xəlilov. Türkologiyaya giriş. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, 384 səh.

  3. İsmayıl Babaş oğlu Kazımov. Türk dillərinin müqayisəli morfologiyası. Bakı, «Elm», 2019, 304 səh

Yüklə 95,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin