Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Azərbaycan dili dövlət dili statusunu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   178
I CİLD (2)

Azərbaycan dili dövlət dili statusunu
aldı. Əlbəttə, 
Azərbaycan dilinin konstitusiyada dövlət dili elan edilməsi hadisəsi ilk dəfə baş vermirdi. Bu 
maddə SSRİ-nin tərkibinə daxil olan Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında da vardı. 
«Əgər 1978-ci ildə konstitusiyanın dövlət dili ilə əlaqədar maddəsi ilə onun real tətbiqi arasında 
müəyyən fərq, hətta ziddiyyət var idisə, indi qanunla reallıq arasında tam birlik var; 
Azərbaycan dili rəsmi dövlət dili qəbul olunduğu kimi, o, elə dövlət dili kimi tətbiq olunur, bu 
sahədə heç bir maneə yoxdur»(2, 87). 
Sovet dövründə Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət 
dili elan olunsa da, onun tətbiqində həm məhdudiyyətlər, həm də gizli qadağanlar vardı. 
Əvvəla, Azərbaycan beynəlxalq hüququn subyekti deyildi və beynəlxalq 
münasibətlərdə iştirak etmirdi
. Azərbaycan ilə dünyanın başqa dövlətləri, eləcə də 
beynəlxalq təşkilatlar arasında rəsmi əlaqələr yox idi. SSRİ-nin müttəfiq respublikalar ilə 
arasındakı əlaqələr də rus dili vasitəsi ilə aparılırdı. Bu isə dilin beynəlxalq səviyyədə tətbiqinə 
yol vermirdi. Nəticədə Azərbaycan dilinə başqa dövlətlərin rəsmi səviyyədə əhəmiyyət 
verməsinə əsas yaranmırdı. Azərbaycan dilinin başqa dövlətlərdə tədrisi və öyrənilməsi zərurəti 
ortaya çıxmırdı.
İkincisi, 
müxtəlif beynəlxalq sənədlərin Azərbaycan dilinə tərcümə edilib yayılması 
əhəmiyyət daşımadığından
beynəlxalq təşkilatlar da bu dilə kifayət qədər diqqət yetirmirdilər. 
Azərbaycan dilinin sovet dövründə tətbiqini məhdudlaşdıran 
üçüncü cəhət rəsmi və 
işgüzar üslubun inkişaf etdirilməsinə tələbatın azlığından
irəli gəlirdi. İdarə və 
müəssisələrdə sənədlər rus dilində tərtib olunur, yazışmalar rus dilində aparılırdı. Bu isə hər iki 
üslubla bağlı normaların formalaşmasına, sözlərin yaranmasına mane olurdu. 
1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili elan olunsa da, dövlət dili, onun 
tətbiqi haqqında qanun qəbul edilməmişdi.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin