Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   178
I CİLD (2)

dərsliyinin 
məqsədi
Azərbaycan dili, onun zənginliyi, imkanları, realizə formaları haqqında biliklərin 
verilməsi; nitq mədəniyyətinin nəzəri əsasları Azərbaycan ədəbi dil normaları, onun variantları 
ilə tanış olmaq; natiqlik sənətinin sirlərini şərh etmək, effektiv ünsiyyət vasitəsi olan nitq alətini 
öyrənmək, işgüzar ünsiyyət bacarığını formalaşdırmaqdır. Bu fənnin tədrisi ilə gələcək 
mütəxəssislərin mədəni və kommunikativ səriştəliliyinin formalaşdırılması olduqca vacibdir. 
Dili yüksək səviyyədə bilmək, öyrənmək və öyrətmək bu işdə hamımıza köməkçidir. “Dil 
xalqın ürəyidir. Bu ürəyin ahəngdar döyünməsinə, sağlamlığına hər gün, hər saat fikir verək.” 
M.Məmmədov. 
Qeyd etmək lazımdır ki, Azərbaycanın yenidən müstəqillik qazanması ilə dövlətimizin 
Azərbaycan dilinə qayğısı xüsusi önəm kəsb etdi. 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DİLİNİN TƏTBİQ DAİRƏSİNİN GENİŞLƏNMƏSİNDƏ DÖVLƏT 
MÜSTƏQİLLİYİNİN ROLU 
«Şərq və Qərb sivilizasiyasını vəhdət şəklində birləşdirən ölkəmizin coğrafi 
mövqeyindən, sosial-siyasi yönümündən və tarixi-mədəni ənənələrindən irəli gələn 
xüsusiyyətlər beynəlxalq münasibətlər sistemində mənim respublikamın roluna və yerinə 
səciyyəvi təsir göstərir»
1
. Qeyd olunan səciyyəvi təsir ölkə həyatının bütün sahələrini – siyasi, 
iqtisadi, sosial, mədəni və sair sahələrini əhatə etmişdir. Azərbaycanın yerləşdiyi ərazi və onun 
zəngin təbii ehtiyatları ölkənin daim diqqət mərkəzində olmasını, onu həmişə siyasi 
mübarizələrin strateji mərkəzlərindən birinə çevirmişdir. Sovet imperiyasının dağılması 
prosesində belə strateji əhəmiyyət daşıyan məkanların itirilməməsi məqsədi ilə imperiya əlal-
tıları lokal münaqişə ocaqları yaratmaqla diqqəti azadlıq uğrunda mübarizədən yayındırmağa 
çalışırdılar. Azərbaycanda da belə münaqişə ocağı yaradılmış, qondarma «Dağlıq Qarabağ 
problemi» ortaya atılmışdı. Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr ölkə 
hüdudlarından kənarda idarə olunurdu. Münaqişə Ermənistan-Azərbaycan müharibəsinə 
çevrildi. Azərbaycan ərazisinin 20%-i işğal olundu. Bir milyona yaxın Azərbaycan əhalisi 
qaçqın və köçkünə çevrildi. 
Lakin lokal və regional münaqişə ocaqları xalqların azadlıq uğrunda mübarizəsinin 
qarşısını ala bilmədi. XX əsrin son onilliyi dünyanın siyasi xəritəsində müstəqil dövlətlərin 
sayının artması ilə əlamətdar oldu. SSRİ-nin dağılması bu dövlətin tərkibinə daxil olan müttəfiq 
respublikaların milli dövlətlərini yaratması ilə nəticələndi. Bu prosesdə Azərbaycan da bir 
1. Əliyev H. BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı// “Azərbaycan” qəzeti, 30 sentyabr 1994-cü il 
.


zamanlar əlindən alınmış müstəqilliyini özünə qaytara bildi. 1991-ci ilin 18 oktyabrında qəbul 
olunmuş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə 
Azərbaycanın suverenliyi bərpa olundu.
Azərbaycanın beynəlxalq əlaqələrinin nizama salınması, iqtisadiyyatın yenidən 
qurulması böyük səy tələb edirdi. Tarixi həqiqətləri üzə çıxarmaq, bədnam qonşuların 
niyyətlərini açmaq, müharibə şəraitində quruculuq işlərini davam etdirmək dövlətin çoxtərəfli 
iş görməsini zəruriləşdirmişdi. Belə bir şəraitdə elmi-mədəni sahədə islahatlar və inkişaf 
şübhəsiz ki, ləng gedirdi. Bu, dilin təkamülündə, real dəyişikliklərin dildə təzahüründə də 
özünü göstərirdi. Azərbaycanda latın əsaslı yeni əlifbaya keçidlə yeni əlifbanın tətbiqi arasında 
zaman fərqi yaranmış, yeni əlifbaya keçidi təmin edəcək hazırlıq işlərinin yerinə yetirilməsində 
çətinliklər meydana çıxmışdı. 
Müstəqilliyin qazanılması ölkənin iqtisadi, siyasi, sosial həyatında əhəmiyyətli 
dəyişmələrə gətirib çıxartdı. Keçmiş əlaqələrin qırılması, yeni əlaqələrin formalaşması ilə 
müşayiət olunurdu. Azərbaycanla Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikaları ilə 
əlaqələr zəifləyirdisə, qardaş Türkiyə ilə əlaqələr yaranıb sürətlə inkişaf etməyə başlamışdı. 
Qərb dövlətlərinin də suveren Azərbaycana marağı artmışdı. Respublika başqa dövlətlərlə 
əməkdaşlığa can atırdı. Lakin müstəqilliyin ilk illərində beynəlxalq əlaqələrin normal şəkildə 
formalaşıb inkişaf etməsi bir qədər çətin gedirdi. Ermənistanın təcavüzkar siyasəti, düşmən 
qüvvələrin ölkəni beynəlxalq miqyasda pis qələmə verməsi öz işini görürdü. 
Yeni Konstitusiyanın qəbulu ilə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin