Q ərbi Kaspi Universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: kafedra



Yüklə 71,95 Kb.
səhifə1/2
tarix16.05.2023
ölçüsü71,95 Kb.
#114243
  1   2
türk xalqları






Q

ərbi Kaspi Universiteti


SƏRBƏST İŞ

TƏLƏBƏ:
KAFEDRA:
İXTİSAS:
QRUP:
TƏDRİS İLİ: 2022/2023
FƏNN:
SƏRBƏST İŞİN MÖVZUSU:
MÜƏLLİM:


Bakı-2022

Plan
1. Türkiyə Cümhuriyyətinin xarici siyasəti
2. Türkiyə Cümhuriyyətinin daxili siyasəti

1. Türkiyə Cümhuriyyətinin xarici siyasəti

XXƏSRİN 30-CU İLLƏRİNDƏ TÜRKİYƏNİN XARİCİ SİYASƏTİ

Dünya iqtisadi böhranı illərində Türkiyə rəhbərliyi düzgün, balanslaşdırılmış xarici siyasət xətti yeridirdi. Belə ki, bir tərəfdən keçmiş Antanta üzvləri ilə normal əlaqələr bərpa edilir, digər tərəfdən isə iqtisadi müqavilələrin bağlanması yolu ilə SSRİ və Almaniya ilə əməkdaşlıq inkişaf etdirilirdi ki, bu siyasət bütövlükdə regiona münasibətdə qüvvələr müvazinəti yaratmağa xidmət edirdi. 1930-cu ildə imzalanmış Almaniya-Türkiyə ticarət müqaviləsi ölkə iqtisadiyyatının idxal-ixrac imkanlarının genişlənməsinə xidmət edirdi. Türkiyənin sıx əlaqə saxladığı ölkələrdən biri də SSRİ idi. Bu illər ərzində iki qonşu ölkənin hökumət üzvləri müxtəlif səviyyəli qarşılıqlı səfərlərdə olmuş, müxtəlif beynəlxalq problemlər barəsində fikir mübadilələri keçirmiş, iki ölkə arasında bitərəflik və hücum etməmək haqqında müqavilənin müddəti uzadılmışdı. Eyni zamanda SSRİ Türkiyənin ən iri ticarət tərəfdaşlarından biri idi. 1929-1933-cü illərdə Türkiyədən ixrac olunmuş pambığın 30, yunun 80, ciftliyin isə 40 %-ni SSRİ alırdı. 1932-ci ildə Türkiyənin baş naziri İ.İnönünün Moskvaya səfərindən sonra SSRİ hökuməti Türkiyəyə 8 milyon dollar məbləğində kredit verməyi qərara aldı. Sovet avadanlığı və texnikası şəklində alınacaq bu kreditin Türkiyənin kənd təsərrüfatı məhsulları ilə ödənilməsi nəzərdə tutulurdu.1932-ci ildə Türkiyə eventual – yəni əlverişli şəraitdə MC-yə daxil oldu. Bu, Türkiyə Fransa yaxınlaşması nəticəsində mümkün olmuşdu. Fransa nümayəndəsi Türkiyənin əhəmiyyətindən bəhs edərək göstərirdi ki, “Türkiyə Şərqlə Qərb arasında körpü olacaq, bu isə ölkənin gələcək qüdrətinin rəhnidir”. Təsadüfi deyildir ki, Türkiyə tarixçiləri ölkənin 1932-1938-ci illər mərhələsini Türkiyənin beynəlxalq aləmdə başqa müstəqil dövlətlərlə bərabər status alması dövrü kimi qiymətləndirirlər. Yalnız bundan sonra Türkiyə totalitar, faşistsayağı rejimin gücləndiyi SSRİ-nin siyasi nüfuz dairəsindən tədricən uzaqlaşmağa başladı.


1932-ci il oktyabrın 22-28-də Buxarestdə toplanmış 3-cü Balkan konfransında Balkan paktının layihəsi ətrafında ciddi müzakirələr oldu. Pakt hücum etməmək, dostluq, mübahisəli məsələləri dinc yolla nizama salmaq, arbitraj prinsiplərinə əsaslanırdı. Lakin konfransın işlədiyi günlərdə B.Mussolini Turində bəyanatla çıxış edərək İtaliyanın Avropada müstəsna rolunu konfrans işçilərinin nəzərinə çatdırdı. Bu, Balkan paktının qısa müddətdə formalaşmasına güclü təkan verdi. B.Mussolininin bəyanatı M.Kamalı da bərk qəzəbləndirmişdi. O, 1932-ci il noyabrın 1-də TBMM-də çıxış edərək dörd iri dövlətin “direktoratı”na qarşı öz etirazını bildirmişdi.1933-cü ilin əvvəllərində “Dördlər paktı” layihəsinin dərc edilməsi Avropada vəziyyəti kəskin surətdə dəyişdi. Nəticədə Avropa dövlətləri Almaniyanın sürətlə silahlanmasına göz yummaq qərarına gəldilər. Pakt 1933-cü il iyulun 15-də Romada imzalandı lakin qüvvəyə minmədi. Buna səbəb Versal sisteminin qüvvədə saxlanılmasında maraqlı olan Fransa parlamentinin onu ratifikasiya etməməsi və SSRİ-nin onun dağılmasında ardıcıl iş aparmasında idi. Məhz SSRİ diplomatiyasının təşəbbüsü ilə 1933-cü il iyulun 3-də və 4-də Londonda Yaxın Şərq və Şərqi Avropa dövlətlərinin təcavüzkarı müəyyənləşdirmək haqda öz aralarında 2 konvensiyanı imzalamaları “Dördlər paktı”nın tezliklə dağılmasında az rol oynamadı. Konvensiyaların imzalanmasında Türkiyə də böyük rol oynadı. Türkiyənin fəallığnı şərtləndirən amillərdən biri də B.Mussolininin Antalyaya olan iddiaları idi. Bu isə Türkiyəni Balkan paktında və ya Balkan Antantasında Rumıniya, Yuqoslaviya və Yunanıstanla yaxınlaşmağa vadar etdi. Qırılmış münasibətləri tənzimləyən bir sıra ikitərəfli müqavilələr imzalandıqdan sonra 1934-cü ilin fevralında Afinada Balkan paktının yaradılması rəsmiləşdirildi. Lakin Bolqarıstanın təcavüzkar siyasəti pakta öz təsirini göstərdi. Əvvəla Türkiyə çalışırdı ki, bu paktı “Balkan Lokarnosu”na, yəni təminatlı sərhəd sakinləri qurumuna çevirsin. Lakin Bolqarıstanın buna qoşulmaqdan imtina etməsi Türkiyənin fəaliyyətinin zəifləməsinə, Paktın ömrünün qısa olmasına səbəb oldu. Doğrudur, Paktın imzalanmasından sonra Bolqarıstan və Albaniyanın da ona qoşulmalarına imkanlar yaradılmışdı. Lakin həm SSRİ-nin, həm də kiçik Antantanın təsiri altında olan Bolqarıstan Türkiyəyə qarşı düşmən münasibətindən uzaqlaşa bilməmiş və pakta qoşulmaqdan imtina etmişdi.Dünyanın aparıcı dövlətlərinin də Balkan paktına münasibəti birmənalı olmamışdır. Belə ki, çıxışlarında və fəaliyyətində taktiki səhvlərə yol verməməyə çalışan Türkiyənin xarici işlər naziri T.R.Aras bu paktı “anti-faşist blok” kimi səciyyələndirmiş, bununla da, SSRİ rəhbərliyində Türkiyənin bu pakta qoşulması ilə bağlı yaranmış narazılığı səngitmək məqsədi güdmüşdü. Lakin SSRİ ilə münasibətləri özünün xarici siyasətində başlıca istiqamət kimi bəyan edən Türkiyənin SSRİ-nin nüfuz dairəsindən uzaqlaşmaq cəhdləri danılmaz fakt idi. Məhz buna görə də, əvvəllər bu sənədin imzalanmasına mənfi və laqeyd münasibət bəsləyən İngiltərə birdən-birə onu müdafiə etməyə başlamışdı.Faşist Almaniyası və İtaliya rəhbərləri də Türkiyənin hərəkətlərini diqqətlə izləyirdilər. Belə ki, İtaliya bir tərəfdən Aralıq dənizi ilə bağlı məsələlərdə Türkiyə-Fransa yaxınlaşmasının qarşısını almağa, digər tərəfdən isə “Böyük Roma imperiyası” kimi sərsəm bir ideyanı gerçələşdirməyə çalışırdı. Bütövlükdə, bütün türk aləmini diqqət mərkəzində saxlayan Almaniya isə Türkiyənin vasitəsilə türk dünyasını öz nəzarəti altına almaq istəyirdi. İngiltərə və Fransa da rəqabətdən geri qalmaq istəmirdilər. Türkiyənin “ox ölkələri”nə qoşulmasına imkan verməmək üçün ciddi diplomatik səy göstərirdilər.1934-cü ilin oktyabrında Türkiyə SSRİ-nin MC-yə qəbul edilməsinə dəstək verdi. Məhz bu dövrdən etibarən Türkiyə bitərəfliyi saxlamaqla bərabər, həm də «Şərq paktı» deyilən bir qurumun yaradılması uğrunda mübarizəyə başladı. Türkiyə rəhbərliyi belə hesab edirdi ki, Şərq paktı ilə Balkan Antantasının birləşdirilməsi Alman faşizmi və “Roma üçbucağı” ölkələrinə (İtaliya, Avstriya və Macarıstan blokuna) qarşı dəyanət göstərə biləcək qurumu yarada bilər. Lakin Fransa və İngiltərənin Almaniya və İtaliya ilə tədricən artan yaxınlığı Türkiyəni daha ehtiyatlı olmağa vadar edirdi. Belə ki, vaxtilə Almaniyaya qarşı ciddi qadağalar qoymuş bu dövlətlər indi Versal müqaviləsinin kobüdcasına pozulmasına göz yumurdular. İkili siyasət yeridən SSRİ də hər iki tərəflə bir sıra sənədlər imzalamışdı. Yaranmış şəraitdə Türkiyə həm faşizm bloku ölkələrinə, həm İngiltərə və Fransaya, həm də SSRİ-yə münasibətdə ciddi, balanslaşdırılmış siyasət yeritmək məcburiyyətində qalmışdı. Məhz bu səbəbdən Türkiyə SSRİ-nin nüfuz dairəsindən uzaqlaşmaq səylərinə baxmayaraq onunla 1935-ci ilin noyabrında “Bitərəflik və hücum etməmək haqqında” Paris müqaviləsinin müddətinin daha 10 il uzadılması haqqında Ankarada protokol imzalamışdı.30-cu illərin ortalarına doğru beynəlxalq aləmdə artan gərginlik özünü ciddi şəkildə hiss etdirməkdə idi. 1935-ci ilin payızında İtaliyanın Efiopiyaya müdaxiləsi Türkiyənin xarici siyasətində ciddi dəyişikliklər yaratdı. Belə ki, Türkiyə MC-nin 1935-ci il oktyabrın 14-də İtaliyaya qarşı elan etdiyi sanksiyanın fəal iştirakçılarından birinə çevrildi.
Regionda hegemonluğu əldən verməməyə çalışan İngiltərənin təşəbbüsü ilə Türkiyə, Yunanıstan və Yuqoslaviya 1936-cı ilin mayında Aralıq dənizi zonasında təhlükəsizlik məsələləri ilə bağlı şifahi “centlmen sazişi” bağladılar. Sazişə görə, iştirakçı dövlətlər İtaliya ilə müharibədə İngiltərəyə kömək etməli idilər. İngiltərə isə boğazlar məsələsini müzakirə edəcək beynəlxalq Montrö (İsveçrə) konfransında Türkiyəni dəstəkləməyi öhdəsinə götürdü.
1936-cı ilin mart-aprel aylarında Türkiyə əvvəlcə London sessiyasında, daha sonra isə notalar göndərməklə əlaqədar dövlətləri boğazlar məsələsini yenidən müzakirə etməyə çağırdı. İtaliya istisna olunmaqla, digər dövlətlər boğazlar məsələsinin beynəlxalq konfransa çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Rumıniya isə bir şərtlə razılıq verdi ki, danışıqlarda onun maraqları nəzərə alsın.Konfrans 1936-cı il iyunun 22-də 10 dövlətin (Türkiyə, Bolqarıstan, İngiltərə, Fransa, SSRİ, Yuqoslaviya, Rumıniya, Avstraliya və Yaponiya) iştirakı ilə açıldı. Konfransda Türkiyə çox iri sovet hərbi gəmilərini boğazlara buraxmamaq üçün ciddi müqavimət göstərdi. Lakin Almaniya, Avstriya və İtaliyanın qarşılıqlı yaxınlaşması konfrans iştirakçılarını işi tezliklə yekunlaşdırmağa vadar etdi. İyulun 20-də Qara dəniz boğazları rejimi haqqında yeni konvensiya imzalandı. Bu, Türkiyə diplomatiyasının böyük uğurlarından biri idi. Belə ki, 29 maddə, 4 əlavə və 1 protokoldan ibarət olan Konvensiya ilk növbədə boğazlar üzərində beynəlxalq nəzarəti ləğv edir, Bosfor və Dardanel boğazlarını Türkiyənin yurisdiksiyasına (ixtiyarına) verirdi. Konvensiyanın şərtlərinə görə, boğazlar bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan edilirdi. Qara dəniz ölkələrinin hərbi gəmilərinə məhdudiyyət qoyulmurdu. Qeyri-qara dəniz ölkələrinin hərbi gəmiləri üçün isə müəyyən məhdudiyyətlər nəzərdə tutulurdu. Belə ki, onlar Qara dənizə yalnız yüngül suüstü hərbi və yardımçı gəmilərini keçirə bilərdilər. Eyni vaxtda Qara dənizdə olan bu gəmilərin ümumi su tutumu 30 min ton müəyyən edilirdi. Yalnız bir Qeyri-qara dəniz dövlətinin Qara dənizdə olan gəmilərinin su tutumu isə 20 min tonu keçməməli idi. Qeyri-qara dəniz dövlətlərinin hərbi gəmilərinin yalnız üç həftə Qara dənizdə qalmasına icazə verilirdi. Türkiyə boğazlar zonasında silahlı qüvvələr saxlamaq hüququ qazandı. O, həmçinin müharibədə iştirak etdiyi, yaxud bilavasitə müharibə təhlükəsi qarşısında olduğu təqdirdə digər ölkələrin hərbi gəmilərini boğazlardan buraxıb-buraxmamaq hüququ aldı, eyni zamanda özünün iştirak etməyəcəyi müharibə zamanı boğazları döyüşən tərəflərin hərbi gəmiləri üçün bağlamağı öhdəsinə götürürdü.1937-1938-ci illərdə artan müharibə təhlükəsi Türkiyəni cavab tədbirləri görməyə vadar edirdi. İlk növbədə Yunanıstanla qarşılıqlı təhlükəsizliyi şərtləndirən bir neçə sənəd imzalandı. Türkiyə imkan daxilində özünü Mərkəzi və Qərbi Avropada gərginləşməkdə olan hadisələrdən kənarda saxlamağa, maddi və canlı qüvvələrini qorumağa çalışırdı.30-cu illər Türkiyənin Şərq siyasətində də ciddi dəyişikliklərlə müşahidə olunurdu. Belə ki, məhz bu dövrdən etibarən Türkiyənin İran, İraq, Səudiyyə Ərəbistanı və digər ölkələrlə əlaqələri normal məcraya düşürdü. 1930-1932-ci illərdə İran-Türkiyə sərhəddində kürd tayfalarının üsyanları hər iki ölkəni ciddi narahat edirdi. Türkiyə və İran hökumətləri üsyanları yatırmaq üçün birgə səy göstərməyə qərara almışdılar. Eyni zamanda hər iki dövlət mövcud sərhəd mübahisələrini də dinc yolla həll etmək əzmində olduqlarını bildirirdilər. Türkiyənin xarici işlər naziri T.R.Arasın 1932-ci ilin yanvarında, az sonra isə C.Bayarın başçılığı ilə daha bir nümayəndə heyətinin Tehrana səfərləri siyasi və iqtisadi xarakterli bir sıra müqavilələrin imzalanması ilə nəticələndi. Sərhəd xəttini müəyyənləşdirmək üçün birgə komissiya yaradıldı, kürd üsyançıları ilə danışıqlar başlandı.1932-ci ilin noyabrında İranın xarici işlər naziri Foruqi Türkiyəyə səfər etdi. Bir çox sahələrə aid aparılmış danışıqlar nəticəsində müqavilələr və sazişlər imzalandı. Bununla da siyasi yaxınlaşma üçün geniş imkanlar açıldı. Türkiyənin xarici siyasətində mühüm yer tutan Sədabad paktının imzalanması da məhz bu siyasi əməkdaşlığın nəticəsində mümkün olmuşdu. Faşist İtaliyasının təcavüzü ilə əlaqədar olaraq Yaxın və Orta Şərqdəki müstəmləkələrinin taleyi üçün narahat olan İngiltərə hər vasitə ilə Orta Şərq paktı yaratmaq ideyasını müdafiə edirdi. 1936-cı ildə Türkiyə diplomatiyası Orta Şərq paktının layihəsini hazırlayıb başa çatdırdı. Lakin bir sıra ciddi problemlər Orta Şərq dövlətlərinin münasibətlərinə təsir etdiyi üçün bu paktın imzalanması ləngidi. Əvvəla, Türkiyənin Ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün etdiyi təşəbbüsə baxmayaraq, bu ölkələrlə normal münasibətlər yaratmaq mümkün olmadı. İsgəndərun sancağı problemi isə eyni zamanda Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşməsinə də səbəb oldu. İngiltərə gələcək pakta Türkiyə, İran, Əfqanıstan və İraqla yanaşı digər Ərəb ölkələrini də cəlb etmək fikrində idi. İngiltərə rəhbərliyi isə rəsmi olaraq paktın imzalanmasında iştirak etməsə də, əslində bu blokun əsas ilhamçısı idi. İngiltərə Türkiyəni bu bloka cəlb etməklə Yaxın və Orta Şərqdə türklərin vasitəsilə öz siyasətini həyata keçirmək istəyirdi. İngilis diplomatiyasının qənaətincə, Orta Şərq paktı Balkan Antantasının davamı olmalı idi. Məlumdur ki, Balkan Antantası sülhü qorumaq məqsədilə yaradılsa da, əslində Kiçik Antanta kimi mahiyyətə malik idi. Bu iki blok İngiltərə və Fransanın nəzarəti altında yaradılmışdı. Lakin əslində İngiltərə Türkiyə vasitəsilə fəal surətdə paktın yaradılmasında iştirak edirdi.Türkiyə rəhbərliyi paktın yaradılmasını sürətləndirmək məqsədilə Ərəb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün bir sıra addımlar atdı. Çünki bəzi ərəb ölkələrində inkişaf etməkdə olan Türkiyəyə şübhə ilə yanaşılırdı. Hətta İraq Türkiyə tərəfindən Mosulun işğal olunacağından narahatlıq hissi keçirirdi. Lakin bu narahatlığın heç bir gerçək əsası yox idi. 1936-cı ildə İraqın baş naziri Nuru Səid Ankaraya gəldi. Ankarada İraq-İran sərhəd münaqişələrinin nizama salınması üçün təşəbbüs göstərildi. Türkiyə iki ölkə arasında münasibətlərin nizama salınması üçün öz nüfuzundan geniş istifadə etdi.Türkiyə ilə Suriya arasında uzun-uzadı davam edən mübahisə sülh yolu ilə nizama salındı. 1936-cı ildə İngiltərənin bilavasitə vasitəçiliyi ilə İraqla Səudiyyə Ərəbistanı arasında da «dostluq və qardaşlıq» haqqında müqavilə imzalandı. 1937-ci ildə bu müqaviləyə Yəmən də qoşuldu. Daha sonra Misir-Səudiyyə Ərəbistanı müqaviləsi imzalandı.Beləliklə, 1937-ci ildə paktın imzalanması üçün əlverişli məqam yetişdi; paktı imzalayacaq dövlətlər arasında sərhəd münaqişələri təqribən, həll edilmişdi. Lakin İngiltərə pakta daha çox Orta Şərq dövlətlərini cəlb etmək istəyirdi. İngiltərənin hakim dairələri başa düşürdülər ki, yeni paktda rəhbər rolu Türkiyə oynayacaqdır. Ona görə də İngiltərə Türkiyənin nüfuzundan bəhrələnməklə Orta Şərqdə, xüsusilə həmin bölgədəki ölkələr arasında münasibətlərin nizama salınmasını öz mənafeləri naminə istifadə etməyə çalışırdı.İngiltərə bir-biri ilə müqavilələr bağlamaqla Ərəb ölkələrini Orta Şərq paktına cəlb etmək istəyirdi. İngiltərə diplomatiyası belə müqavilələrə bağlanması nəzərdə tutulan pakta əlavə olunacaq bir qüvvə kimi yanaşırdı. Ərəb aləmində əvvəllər Türkiyəyə mənfi münasibəti aradan qaldırmaq məqsədilə Türkiyə Cümhuriyyətinin rəhbərləri də dostluq ruhunda çıxışlar etdilər. Türkiyə İraqla münasibətləri yaxşılaşdırmaq üçün hələ 1926-cı ildə bağlanmış İraq-İngiltərə-Türkiyə müqaviləsinin vaxtının yenidən uzadılmasına nail oldu. 1937-ci il il iyunun 18-də Türkiyə xarici işlər naziri R.Aras və sənaye naziri C.Bayar Bağdada gəldilər. Daha sonra R.Aras Bağdaddan Tehrana gəldi. Beləliklə, paktı imzalayacaq dövlətlər arasında ciddi münaqişələr həll edildikdən sonra onu hüquqi şəkildə həyata keçirmək zamanı gəlib çatdı. İtaliyanın Həbəşistana hücumu Orta Şərq paktının imzalanmasını xeyli sürətləndirdi.R.Aras Tehranda İran rəhbəri Rza şahla görüşdü. Daha sonra İraqın, İranın və Türkiyənin xarici işlər nazirlərinin danışıqları başlandı. 1937-ci il iyulun 7-də Əfqanıstanın xarici işlər naziri Faiz Məhəmməd də Tehrana gəldi və danışıqlara qoşuldu.İngiltərə diplomatiyasının fəal yardımı ilə 1937-ci il iyulun 8-də Türkiyə, İran, İraq və Əfqanıstan rəhbərləri İran şahənşahının Sədabad qəsrində (paktın adı buradan götürülmüşdür) «Orta Şərq paktı» və ya «Yaxın Şərq Antantası» adlanan bir bağlaşma – pakt imzaladılar. Pakta görə, iştirakçı tərəflər bir-birinin daxili işlərinə qarışmamağı, ümumi sərhəddin toxunulmazlığına hörmət etməyi, müqabil tərəflərin ümumi mənafelərinə toxunan beynəlxalq münaqişə meydana çıxdığı zaman məsləhətləşməyi öhdələrinə götürdülər. Bəzi tədqiqatçıların fikrincə, bu pakt faşizmin, digərlərinin fikrincə isə bolşevizmin Orta Şərqə doğru yayılmasının qarşısını almalı idi. Hər iki müəlliflər qrupu müəyyən mənada haqlıdır. Belə ki, paktın İngiltərənin təşəbbüsü ilə yarandığı nəzərə alınarsa, onun faşizmin bu regiona yayılmasının qarşısını alan qurum məqsədi daşıdığı bəlli olur. Lakin sonradan İran və Türkiyənin Almaniya ilə yaxınlaşması paktın siyasi xarakterində anti-sovet meyllərin güclənməsinə səbəb oldu. İkinci qrup tarixçilər də öz iddialarında məhz paktın 8-ci maddəsinə-“kommunizmə qarşı birgə mübarizə aparmaq haqda” əlavənin qəbul edidlməsinə əsaslanırlar. Türkiyə tarixşünaslığı isə paktın müdafiə xarakterini vurğulayır, onun imzalanmasını Türkiyənin cənub və cənub-şərq sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi kimi qiymətləndirir. Bəzi tədqiqatçılar ifrata vararaq 7-ci maddəyə istinad edib paktın kürd hərəkatına qarşı çıxdığını iddia edirlər. Bu maddəyə görə paktı imza edən tərəflər ərazilərində bu ölkənin təhlükəsizliyinə və asayişinə qarşı çevrilmiş silahlı quldur dəstələrinin müqabil tərəfin sərhəd və başqa ərazisində fəaliyyətinə yol verməməyi üzərlərinə götürürlər. Xaricdən təhrik edilən kürd qiyamları o zaman İran, İraq və Türkiyəni narahat etdiyindən müqaviləyə belə bir maddənin salınması siyasi zərurətdən doğurdu. Əslində pakt İngiltərənin təşəbbüsü ilə yaradılsa da, Türkiyənin beynəlxalq aləmdə artan nüfuzundan və regionda siyasi liderliyi ələ almaq istəyindən xəbəb verirdi. 5 il müddətinə imzalanmış pakt sonralar – 1939-cu ilin əvvəllərindən etibarən tədricən zəiflədi və müharibə dövründə Türkiyənin Almaniya ilə yaxınlaşması nəticəsində siyasi əhəmiyyətini itirdi.30-cu illərin ortalarında Türkiyə – Suriya münasibətlərində ciddi gərginlik yarandı. Münaqişə Türkiyə – Suriya sərhəd zolağında yerləşən Hatay sancağının hansı dövlətə mənsub olması ətrafında genişlənirdi. Hatayın əhalisinin əksəriyyəti türk idi. Hələ 1921-ci ildə Türkiyə sancağın ona qaytarılmasını tələb etsə də, müsbət nəticə əldə olunmamışdı. Lakin 1937-ci ilin dekabrında aparılmış səsvermə nəticəsində özünün “müstəqilliyini” elan edən Hatay çox tezliklə – Türkiyə diplomatiyasının fəaliyyəti sayəsində 1938-ci ildən etibarən Türkiyənin nüfuz dairəsinə daxil edildi. Erməni və ərəb təxribatçılarının çıxışlarına son qoymaq üçün 1938-ci il iyulun 4-də Türkiyə sancağa qoşun yeritdi. Keçirilən seçkilər nəticəsində Türkiyə məclisinin deputatı Tayfur Sökmən Hatay dövlətinin prezidenti seçildi. Bu, baş verən hadisələrin görünən tərəfi idi. Əslində isə Hatayın taleyi İngiltərə-Fransa-Türkiyə danışıqlarından asılı idi. İngiltərə 1938-ci ildən başlayaraq sancaq ətrafında qızışan mübarizədə açıq şəkildə Türkiyəni müdafiə etməyə başladı. Onun məqsədi sancağı Türkiyəyə verməklə onu İngiltərə-Fransa blokuna cəlb etmək, həmçinin Fransanı ərəblərin gözündə nüfuzdan salmaq idi. İngiltərənin nüfuzu qarşısında geriyə çəkilən Fransa da sancağı Türkiyəyə verməklə onunla hərbi ittifaq yaratmaq fikrində idi. Məhz bu səylərin nəticəsi idi ki, qısa vaxtda Fransa ilə Türkiyə arasında üç siyasi sənəd – Ankara müqaviləsi, birgə bəyanat və Antakiya hərbi sazişi imzalanmışdı. 1939-cu il iyunun 20-də Hatay ilə Türkiyə arasında sərhəddin götürülməsi elan olundu və Hatay Türkiyənin bir vilayətinə çevrildi. Təsadüfi deyildir ki, məhz bundan sonra 1939-cu il iyulun 23-də Parisdə Fransa-Türkiyə bəyannaməsi elan edildi. Bəyannamədə hər iki tərəfin Aralıq dənizi bölgəsində bir-birinə yardım etməsi nəzərdə tutulurdu. Hatayın Türkiyəyə birləşdirilməsi onun regionda möhkəmlənməsini və siyasi nüfuzunun artmasını göstərirdi.Beləliklə, bəhs olunan dövrdə Türkiyənin fəal xarici siyasət xətti yeritməsi Avropa dövlətlərinin bir çox məsələlərdə onunla hesablaşmasını və hətta müharibə ərəfəsində müttəfiqlik münasibətləri uğrunda mübarizəsini şərtləndirdi.

Yüklə 71,95 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin