Kurs: IV ixtisas: Təsviri İncəsənət



Yüklə 22,64 Kb.
tarix10.12.2022
ölçüsü22,64 Kb.
#73714

Müəllim: Dos. Qafarzadə Rima
Tələbə: Fatma Qurbanova
Kurs: IV
İxtisas: Təsviri İncəsənət
Mövzu: Dünya modelleri: Almaniya, Böyük Britaniya, Fransa, Amerika, Kanada
Dünya modelleri: Almaniya, Böyük Britaniya, Fransa, Amerika, Kanada
Multikulturalizmin Almaniya modeli.
Almaniya Federativ Respublikası əhalisinin sayına və iqdisadi inkişafına görə Avropa İttifaqının lider ölkərindən biridir. Almaniya birlik ölkələri içərisində
ən çox miqrant qəbul edən ölkədir. Əhalisinin təxminən 12 faizini immiqrantlar
təşkil edir və onlar əsasən, Türkiyə, Rusiya, Polşa və İtalyadan köç ediblər.
Almaniyada etnik-mədəni müxtəlifliyin formalaşmasında miqrantlarla
yanaşı yerli milli azlıqlar da mühüm rol oynayır. Onlardan aşağıdakıları göstərmək
olar: frizlər7, romalılar (qaraçılar. – Red.), sintiləri (qaraçıların Qərb qoluna aid
olan xalq – Red.) və sorblar8. Əhalisinin 95 faizi xristiandır, onlardan 29,9 faizi
Roma katolik və ya protestant, 1,3 faizi isə pravoslav hesab olunur. Almanların
34 faizi isə heç bir dinə etiqad etmir (ateist və aqnostiklər). “Dinsizlər” əsasən
şərqi Almaniyada yaşayır. Buna səbəb vaxtilə Almanayanın şərqində kommunist
rejiminin hakim olmasıdır. Xristianlıqdan sonra isə ikinci yerdə İslam dini gəlir.
2017-ci ildə “Pyu Tədqiqatlar Mərkəzi” tərəfindən aparılan rəy sorğusuna əsasən,
bu ölkədə 5 milyona yaxın müsəlman yaşayır. Milli azlıqlar və immiqrantlar liqvistik müxtəlifliyin formalaşmasında aparıcı rol oynayır.


Multikulturalizmin Böyük Britaniya modeli.
Böyük Britaniya ittifaqı kontinental Avropadan şimal-qərbdə ada dövlətdir. Eramızın II əsrində Gec ellinizm dövrünün coğrafiyaşünası Klavdiy Ptolemey (b.e. 100-170) “Almagest” (ərəb. al-kitabü-l-mijisti - böyük düzüm) əsərində, ilk dəfə olaraq “Böyük Britaniya” anlayışından istifadə etmişdi. O dövrlərdə romalılar B.Britaniyanı “Dumanlı Albion” adlandırmışdılar. 1707-ci ildə Şotlandiyanın, İngiltərənin, Uelsin siyasi cəhətdən birləşməsi nəticəsində yaranmışdır. 1800-cü ildə ona sülalə ittifaqının nəticəsi kimi İrlandiya da qoşulmuşdur. 1922-ci ildə müstəqil İrlandiya Respublikasının yaranmasından sonra, ölkə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı adlanır. İnternet domeni “uk” kimi ifadə olunur. Böyük Britaniya nüvə dövlətidir. Keçmiş Britaniya imperiyasının metropoliyasıdır.BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Parlamentli monarxiyadır. Britaniya monarxı (1952-ci ildən II Yelizaveta -1926), həmçinin on beş müstəqil dövlətin və Millətlər Birliyinin başçısı statusuna malikdir. Bundan əlavə B.Britaniyanın tərkibinə dənizarxası 14 ərazi və 3 Kral torpağı daxildir. Bu ərazilərin ümumi sahəsi 1 745 654 km2-ə bərabərdir. Bu ərazilərdə isə 260 min əhali yaşayır . 2016-cı ilin 3 iyununda Böyük Britaniyada keçirilən referendumun nəticələrinə görə, ölkə əhalisinin 51,9%-i Böyük Britaniyanın AB-dən çıxmasına (ing. Brexit - Britain və exit) səs vermişdi. Avropa Parlamenti ilə razılaşmalara görə, Böyük Britaniya 2019-cu ilin martına qədər AB-ni tamamilə tərk etməlidir. Böyük Britaniyanın 65 milyonluq əhalisi ən müxtəlif millətlərlə və etnoslarla təmsil olunur. Ölkədəki ağdərili avropalıların ümumi sayı 56 milyon nəfərdir. Asiyalılar və Britaniya asiyalıları (əvvəllər Britaniya İmperiyasının tərkibində olan şərqi Asiya ölkələrinin mənsubları) Böyük Britaniya əhalisinin 4,5 milyon nəfərini təşkil edir. Onlardan hindlilər - 1,6 milyon, pakistanlılar -1,2 milyon, banqladeşlilər - 0,5 milyon, çinlilər - 0,5 milyon, digər asiyalılar isə - 870 min nəfərdir. Böyük Britaniyada yaşayan qaradərililərin ümumi sayı 2 milyon nəfər təşkil edir. Ən qarışıq nikahlardan doğulmuş qaradərililərin və etnik asiyalıların ümumi sayı 1,3 milyon, digər etnosların nümayəndələrinin ümumi sayları isə 600 min nəfərdir. Bu rəqəmlər Böyük Britaniyada olan etnik-mədəni və linqvistik mənzərənin necə mürəkkəb bir xarakterə malik olduğunu bütün reallığı ilə ifadə edir. B.Britaniyanın tarixi əhalisi XI əsrə qədər bu ərazidə məskunlaşmış müxtəlif etnosların - keltlərin, romalıların, anqlo-saksların, vikinqlərin, normanların qovuşmasından və etnik-mədəni sintezindən yaranmışdır. Böyük Britaniyada reallaşdırılan genetik tədqiqatlar sübut etmişdir ki, müasir britaniya genlərinin 50%-ni german Y-xromosomları təşkil edir. Böyük Britaniyanın ərazisində XX əsrdə, eləcə də XXI əsrin əvvəllərində Asiyadan və Afrikadan köçüb gəlmiş miqrantlardan başqa, XVIII-XIX əsrlərdən burada yaşayan qaradərili, çinli və digər icmalar da mövcuddur. Bu gün təkcə paytaxt London əhalisinin 30,4%-ni, Lester əhalisinin isə 37,4%-ni Avropalı və Britaniyalı olmayan əhali təşkil edir.

Multikulturalizmin Fransa modeli


Fransada etnik-mədəni müxtəlifliyin azad ifadə edilməsi və tanınması ətrafındakı müzakirələr 1980-ci illərdə başlamışdır. Həmin vaxt Avropadakı millətlərarası inteqrasiya və immiqrasiya problemlərinin həlli istiqamətində Fransa siyasi dairələrində müxtəlif nəzəriyyələrin irəli sürülməsi bu mövzularda dərin fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Fransa dövləti dini və etnik rəngarənglik baxımından diqqəti cəlb edən, Avropada ən çox immiqrant qəbul edən ölkələrdən biridir. Xüsusilə, XX əsrdə buraya Əlcəzair və Mərakeşdən böyük miqrasiya axınları baş vermişdir. Məsələn, 2003-cü ildə Fransa Daxili İşlər Nazirliyinin nəşr etdiyi hesabata əsasən, ölkədə təxminən 5-6 milyon müsəlman (ümumi əhalinin təxminən 8%-i və ya 10%-i) yaşayırdı. Miqrantların mövcud ictimai-siyasi quruluşa inteqrasiyasını nəzərdə tutan və getdikçə multikulturalizmdən uzaqlaşan fransız modeli, əsasən assimilyasiya strategiyasını icra etməyə çalışmışdır. Belə ki, bu model immiqrasiya ilə formalaşan etnik-dini birliklərin qarşılaşdığı problemləri fransız mədəniyyətinə inteqrasiya etməklə həll etməyi nəzərdə tuturdu. Başqa sözlə desək, etnik birliklərə mənsub olanları hakim mədəniyyətinə inteqrasiya etdirərək bərabərhüquqlu fransız vətəndaşına çevirmək bu siyasətin prioritet istiqamətidir.
Yuxarıda qeyd olunanlardan aydın olur ki, Fransada etnik-mədəni müxtəlifliyin tənzimlənmə modeli mədəni müxtəlifliyin birlikdə varlığını qoruyub saxlayan və bu müxtəliflikləri inkişaf etdirən multikulturalizmdən fərqlidir. Fransada respublikaçı dünyəvi ideologiyanın hələ də əhəmiyyətini qoruduğunu söyləmək mümkündür. Bu ideologiyaya görə, Fransa cəmiyyətinin hər bir üzvü etnik mənşəyindən asılı olmayaraq, bərabərhüquqlu və azad fransızvətəndaşıdır. İctimai rəy soruğuları onu göstərmişdir ki, Fransa cəmiyyəti açıq şəkildə özünü multikultural cəmiyyət kimi görmür. Bunun da ən böyük səbəbi respublikaçı ideologiyanın reallaşdırılması və millət-dövlət siyasi quruluşudur. Fransa millət-dövlət modeli, bərabər (təktipli) fransız vətəndaşı ideyası üzərində qurulmuşdur.


Multikulturalizmin Amerikan modeli.
1960-cı illərin ortalarınadan etibarən ABŞ anqlo-saksonları immiqrantlarla bir yerə qatan bir növ “əridici qazan” (“melting pot”) rolunu oynayırdı. Bu «qazanda» anqlo-saksonlar üstün mövqeyə malik idilər. Lakin bir müddət keçdikdən sonra vəziyyət tamamilə dəyişdi. “Əridici qazan” proqramı multikulturalizm ideologiyası ilə əvəz olundu. Bunun əsas səbəbi iki mühüm qanunun – “Vətəndaş Hüquqlarına dair Qanun” (1964) və “İmmiqrasiya haqqında Qanun” (1965) – qəbul edilməsi olmuşdu. Birinci qanun ölkədə anqlo-saksonların mövqelərini bir qədər zəiflətməklə yanaşı, bütün millətlərin bərabərliyini təmin etdi. İkinci qanun isə ölkəyə immiqrasiyanı sürətləndirdi.
Bu gün biz ABŞ-ın multikultural siyasətində bir tərəfdən – mühacirlərin Amerika cəmiyyətinin dəyərlərini qəbul etməsini; digər tərəfdən isə – etnik və irqçi ekstremizmin qarşısını alan əlavə mexanizmlərin formalaşması kimi bu cəmiyyətdə etno-mədəni oxşarlğın çatışmazlığını qörürük.
Multikulturalizmin Kanada modeli.
Kanadada multikultural cəmiyyətin formalaşması 1960-cı illərə təsadüf edir. Kanada hökuməti əhalinin irqi, etnik və konfessional müxtəlifliyini qəbul edirdi ki, bu da Kanada cəmiyyətinin əsas milli xüsusiyyətinə çevrilmişdi. Bu o deməkdir ki, multikulturalizm kanadalıların ən mühüm milli xüsusiyyətlərindən biridir. Bu ölkədə multikulturalizm Azadlıq və Hüquqlar Kanada Nizamnaməsinin 27-ci maddəsi ilə qorunur.
ABŞ və Avstraliyadan fərqli olaraq Kanadada etnik azlıqlara münasibətdə hakim etnik qrup tərəfindən assimilyasiya siyasəti yeridilmir. Kanadada hər bir etnik qrupun üzvləri öz ana dilini azad şəkildə istifadə etmək, həmçinin öz doğma dillərində təhsil almaq hüququna malikdirlər. Bu vacib situasiya Kanadada yaşayan etnik azlıqların öz mədəni dəyərlərini qoruya bilməsinə şərait yaradır.

İstinadlar



  1. Bakuforum.com

  2. Multiculturalism.preslib.az

Yüklə 22,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin