Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


dilin müxtəlif sahələrdə düzgün tətbiqi məqsədi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   178
I CİLD (2)

dilin müxtəlif sahələrdə düzgün tətbiqi məqsədi
ilə 
bir sıra 
vəsaitlərin, lüğətlərin hazırlanması
lazım gəlir. İşgüzar sənədlər üzrə normativ 
vəsaitlərin, yazı qaydalarının müxtəlif məsələləri ilə bağlı normativ lüğətlərin nəşri 
Azərbaycan dilinin tətbiqi ilə bağlı mənbələrin çoxalmasına imkan yaradır. Bu sahədə bir sıra 
işlər görülmüşdür. Orfoqrafiya və orfoepiya lüğətləri, mürəkkəb sözlərin bitişik yoxsa ayrı 
yazılışı qaydalarını özündə birləşdirən lüğət, onomastik vahidlərin təsdiq olunmuş siyahıları, 
onomastika ilə əlaqədar ensiklopedik toplular, şəxs adlarının müxtəlif tipli lüğətləri bu 
qəbildəndir. Əlbəttə, qeyd olunanlar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün lazımi nəşrləri 
əhatə etmir. Dilimizin bütün sahələrdə kifayət qədər düzgün və normaya uyğun şəkildə istifadə 
olunması bir çox yeni lüğətlərin, vəsaitlərin, metodik vəsait nəşrini aktuallaşdırır. Azərbaycan 
dilində istifadə olunan ixtisarların, frazeoloji ifadələrin lüğətlərinin, sözlərin baş və kiçik hərflə 
yazılışına aid lüğətin buraxılması, habelə xarici dildə olan adların Azərbaycan dilinə 
transkripsiyası və transliterasiyası, həmçinin Azərbaycan dilində olan xüsusi adların başqa 
dillərdə verilmə qaydalarının işlənməsi, bu qaydalar əsasında xüsusi lüğətlərin hazırlanıb nəşr 
edilməsi aktual məsələlər kimi həllini gözləyir.
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCAN DİLİNİN ÜMUMİ MƏSƏLƏLƏRİ 
 
Cəmiyyətdə dilin başlıca rolu onun əsas önsiyyət vasitəsi olmasıdır və dil ictimai 
hadisədir. Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir ki, o bir neçə ilin, yaxud dövrün
məhsulu olmayıb, əsrlər boyu yaranır, inkişaf prosesi keçir, formalaşır, zənginləşir, yarandığı 
gündən xidmət etdiyi cəmiyyət üzvləri arasında fərq qoymadan hamıya eyni dərəcədə xidmət 
göstərir. Bu dilin ictimai xarakter daşıdığını göstərir. Dil mənsub olduğu xalqın taleyi ilə üzvü 
surətdə bağlıdır. Çünki dil cəmiyyət daxilində təşəkkül tapır.
Azərbaycan xalqı da çox uzaq keçmişdə öz ana dilini yaratmışdır. Hal-hazırda ona 
Azərbaycan dili deyilir. Azərbaycan dili Azərbaycan xalqının milli dilidir, eyni zamanda 
Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Dünyanın 87 ölkəsində 60 milyondan artıq 
adam Azərbaycan dilində danışır. Azərbaycan dili mahiyyətinə görə dünyanın ən zəngin milli 
dillərindən sayılır. Azərbaycan dili hər şeydən əvvəl xoş avaz yaradan səslər sisteminə, zəngin 
və rəngarəng söz ehtiyatına, tam sabit qrammatik quruluşa malikdir. Azərbaycan dili bu gün 
dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir 
şəkildə ifadə etmək imkanına malikdir.
Azərbaycan dili tipoloji təsnifinə görə aqlütinativ (iltisaqi), genealoji təsnifinə görə türk 
dilləri ailəsinin qərb, yəni oğuz qrupuna mənsubdur. Azərbaycan dili mənsub olduğu xalqın 
tarixi kimi çox qədimdir.
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən başlıca 
amillərdəndir. Azərbaycan xalqı bütün tarix boyu ərəb, fars, monqol və başqa yadelli 
işğalçılarla amansız mübarizələr aparmışdır. Bu yadellilərin məqsədi xalqımızı, eləcə də onun 
dilini məhv etmək idi. Lakin, Azərbaycan xalqı işğalçılarla bu amansız mübarizələrdə öz 
varlığı kimi, doğma dilini də qoruyub saxlamışdır.
Azərbaycan dilinin daxili enerjisi, potensial gücü, ifadə imkanlarının və lüğət tərkibinin 
zənginliyi, qrammatik quruluşunun bütövlüyü və b. xüsusiyyətlər onun yad təsirlərə qarşı 
müqavimətli olaraq müasir inkişaf səviyyəsinə gəlib çatmasına imkan vermişdir. Dilin 
müqavimətinin və yad təsirlərə qarşı reaksiyasının gücü onun fonetik sisteminin, leksik 
tərkibinin, morfoloji və sintaktik quruluşunun yüksək səviyyəsi, zəngin olması ilə bağlıdır. Bu 
cür nailiyyəti həm Azərbaycan dilinin tarixi inkişaf mərhələlərində, həm də müasir 
səviyyəsində izləmək mümkündür. 
Azərbaycan dili aid olduğu türk dilləri ailəsinin oğuz qrupunda mərkəzi bir mövqe tutur, 
geniş nüfuz dairəsinə malikdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin