Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   178
I CİLD (2)

Ədəbi dilin təşəkkülü.
Ümumxalq dilinin inkişafının yeni mərhələsidir, onun yetkin 
formasıdır. Ədəbi dil və xüsusən onun şifahi qolu ümumxalq dili kimi tədricən, bir neçə dövr 
ərzində nəsillərin, tayfaların, xalqın və onun istedadlı təbəqələrinin, zümrələrin birgə əməyi, 
səyi nəticəsində müəyyən tarixi şəraitdə təşəkkül tapır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat 
nümunələri (dastanlar, nağıllar, bayatılar, laylalar) Azərbaycan şifahi ədəbi dilinin erkən 
formalaşması və təşəkkülü zərurətini yaratmışdır. 
Şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı
VI-VIII əsrləri əhatə edir. Ə.Dəmirçizadə 
Azərbaycan ədəbi dilinin şifahi qolunun təqribən VIII-X əsrlərdə formalaşdığını göstərmişdir 
(14, 75). Bu dövrlərdə Sasanilər, xilafət, Bizans imperiyası, Xəzər xaqanlığı Azərbaycan 
ərazilərində dəfələrlə müharibələr aparıb. Bu dəhşətli müharibələr xalqı daha möhkəm 
birləşdirmişdi. 
Bu dövrün ən mükəmməl dil nümunələri “Kitabi-Dədə Qorqud” dastanlarında, 
bütövlükdə “Kitabi-Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan” adlanan abidədə əks 


olunmuşdur. Tarix kitablarında oğuzların Ön Asiyanın çox qədim tayfaları olduğu göstərilir. 
“Kitabi-Dədə Qorqud” dastanları e.ə II əsrlərdən təşəkkül tapmış, VI-VIII əsrlərdə cilalanmış, 
o dövrün ən mükəmməl dil nümunələrini özündə əks etdirən abidədir. VI əsrlərdə Ənuşirəvanın 
saray kitabxanasında “Dədə Qorqud” boylarının olduğu barədə məlumat vardı (21, 56). 
Yazılı ədəbi dilimizin
indiyə qədər XIII əsrdən başlandığı göstərilirdi. Son 
tədqiqatlardan məlum olur ki, yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. 
“Kitabi Dədə Qorqud” kimi kamil bir dil abidəsindən sonra bir neçə əsrdə boşluğun 
olması əlbəttə ki, inandırıcı deyil. Vaxtilə Ə.Dəmirçizadə Həsənoğlunun şeir dilini nəzərdən 
keçirərkən belə qənaətə gəlir ki, Həsənoğlunun qəzəlləri yazılı ədəbi dilimizin ilk nümunələri 
deyil, neçə əsr əvvəldən başlamış və inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir. 
Ə.Dəmirçizadə o dövrü belə təsvir edir: “Demək olar ki, azərbaycanlılar arasından çıxan və öz 
dövrünə görə mükəmməl təhsil almış olan xüsusi ziyalılar təbəqəsi VIII-XI əsrlərdə artıq 
təşəkkül tapmış, ərəbcə, farsca, hətta türki dildə-azərbaycanca yazan şair və alimlər yetişmişdi” 
(14, 79). Elmi ədəbiyyatda şifahi və yazılı ədəbi dilin sərhədlərinin böyük olmadığı göstərilir. 
“Şifahi yolla aparılan ümumiləşmə və normalaşma nəticəsində şifahi ədəbi dil yaranmış olur, 
sonra isə məhz belə şifahi ədəbi dil yazıya köçürüldükdə onun üzərində bir az da yazı 
tələblərinə uyğun əməliyyat aparılır, beləliklə də, ədəbi dil yazıda daha da sabitləşir və 
qanuniləşir. Bununla da yazılı ədəbi dilin əsası qoyulmuş olur (14, 75-76). Sonra 
Ə.Dəmirçizadə öz mülahizələrini yekunlaşdıraraq yazır: “Beləliklə, aydın olur ki, Azərbaycan 
ədəbi dilinin şifahi qolu yazılı qolundan əvvəl təqribən VIII-X əsrlərdə formalaşmışdır” 
(14,75). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin