Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


ƏDƏBİ DİL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASI KİMİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   178
I CİLD (2)

ƏDƏBİ DİL NİTQ MƏDƏNİYYƏTİNİN ƏSASI KİMİ 
 
Ədəbi dilin səciyyəvi əlamətləri 
Hər bir xalqın, millətin ümumi dili olduğu üçün ona 
ümumxalq
dil deyilir. Azərbaycan 
ümumxalq dilinin hələ IX əsrdə tam formalaşdığı göstərilir.
Ümumxalq dili çox geniş anlayışdır. Ümumxalq dili dedikdə xalqın bütün dil vasitə 
formalarının məcmusu nəzərdə tutulur. Dildə hər nə varsa, ümumxalq dili bunların hamısını 
əhatə edir.
Müasir Azərbaycan ümumxalq dili tərkibcə 2 qola ayrılır: 
1)ədəbi danışıq, yaxud ədəbi dil, 
2)qeyri-ədəbi danışıq, yaxud danışıq dili. 
Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna 
ədəbi dil
deyilir. 
Ədəbi dil mədəni və tarixi hadisədir. O, cəmiyyətin mədəni tələbatı əsasında və zərurət 
nəticəsində şifahi yolla yaranır. Onun əsasında daha çox ümumxalq dili dayanır. Bununla belə 
ədəbi dilin müəyyən dialektin əsasında yaradılması da mümkündür. Ədəbi dilin ən mühüm 
əlaməti onun üzərində əməliyyat aparılmış bir dil olmasıdır. O ümumxalq dilinin vahidləri 
üzərində 
“seçmə
və 
əvəzetmə
prinsipi əsasında əməliyyat aparma yolu ilə formalaşan və 
ümumiləşən” dildir. Ədəbi dil özünəməxsus daxili qaydalara və normalara malikdir. 
Normativlik ədəbi dildə başlıca şərtdir. Normalar fikrin dəqiq, aydın ifadə olunmasına, hamı 
tərəfindən başa düşülməsinə, düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dil
anlayışı dilçilikdə məlum linqvistik hadisə olsa da anlayışın birmənalı 
qəbulunda mübahisəli məsələlər mövcuddur. Bəzən ədəbi dilin yaranmasını yazılı dillə 
bağlayırlar. Ədəbi dilin inkişafı və təkmilləşməsində yazılı dilin rolu çox olsa da, yeganə deyil. 
Yazı hələ çox qədimdən əmələ gəlmişdir, ədəbi dil isə daha sonra. Ə.Dəmirçizadə ədəbi dil 
haqqında mülahizələrini bölüşərək yazır: “Bəziləri ədəbi dil dedikdə, ancaq yazılı dili 
anlamışlar, şifahi ədəbi dilin də ola biləcəyini ağıllarına belə gətirməmişlər. Buna görə ədəbi 
dil və onun inkişafı dedikdə, ancaq yazılı ədəbiyyatın, yazılı sənədlərin, nəhayət, kitabələrin 
dilini tədqiq etməkdən uzağa getməmişlər. Belə anlayış nəticəsində yazısı olmayan xalqların
ədəbi dili olmaz” kimi yanlış anlayış meydana çıxmış, yaxud bu və ya digər xalqın ədəbi dilinin 
başlanğıcı həmin xalqın yazıya malik olduğu dövrdən hesab edilmişdir”(14, 9).
Ə.Dəmirçizadə ədəbi dil anlayışının dövlət dili anlayışı ilə eyniləşdirilməsini, bununla 
bağlı olaraq bəzi xaqların ədəbi dili və onun tarixi haqqında yanlış fikirlər söyləndiyini 
göstərərək yazır ki, müxtəlif dövrlərin ictimai-siyasi quruluşu ilə əlaqədar olaraq, dövlət 
idarələrində işlədilən gətirilmə dil o dildə danışmayan xalqın ədəbi dili sayılmışdır. Məsələn, 
Azərbaycanda orta əsrlərdə dövlət idarələrində rəsmi sürətdə işlədilən ərəb, fars dilləri 
azərbaycanlıların ədəbi dili kimi qələmə verilmişdir. 
Bəzən də ədəbi dil dedikdə bədii ədəbiyyatın dili başa düşülmüş, hətta ədəbi dilin 
tarixini şairlərin yaradıcılıq çərçivəsi ilə məhdudlaşdırmaq cəhdləri olmuşdur (14, 9-10). 
Ədəbi dil, əlbəttə ki, bədii ədəbiyyatın dilindən fərqlənir, amma bir növ bədii 
ədəbiyyatın dilindən boy atır, yaranır. Bədii ədəbiyyatın dilinin əsas fərqli cəhəti böyük estetik 
funksiya daşımasıdır. Burada həm ədəbi, həm də qeyri-ədəbi dil elementlərindən (dialektlər, 
sadə danışıq və s.) istifadə olunur.
Ədəbi dil milli dilin yüksək formasını özündə əks etdirir. Ədəbi dil ədəbiyyatın, 
mədəniyyətin, təhsilin, kütləvi informasiya vasitələrinin dilidir. O insan fəaliyyətinin çox 
fərqli sahələrində siyasət, elm, qanunvericilik, rəsmi-işgüzar, məişət-danışıq ünsiyyəti
millətlərarası ünsiyyət, vasitəsi kimi mətbuat, radio, televiziya dili kimi insanlara xidmət edir.



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin