Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Ədəbi dilin şifahi və yazılı nitq formaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   178
I CİLD (2)

Ədəbi dilin şifahi və yazılı nitq formaları. 
Məlumdur ki, ədəbi dilin iki forması var: 
şifahi və yazılı.
 


Şifahi ədəbi dil- səsli nitq, yazılı ədəbi dil isə qrafik işarəlidir. Bu onların başlıca 
fərqidir. Şifahi forma ilkindir. Yazılı formanın meydana gəlməsi üçün qrafik işarələrin 
yaranması lazım idi. Bu qrafik işarələr səsli nitqin elementlərinin ötürülməsi üçün gərək idi. 
Yazılı forması olmayan dillərin mövcudluğu üçün şifahi forma yeganə vasitədir.
Yazılı nitq adətən qiyabi şəkildə şəxsə müraciət olunur. Yazan öz oxucusunu xəyalən 
təsəvvür edə bilir. Yazılı nitqə onu oxuyan şəxsin reaksiyası təsir edə bilmir. Şifahi nitqdə isə 
əksinə dinləyicinin, həmsöhbətin mövcudluğu təsəvvür edilir, nəzərdə tutulur. Danışan və 
dinləyici nəinki bir-birini eşidir, həm də görür. Buna görə şifahi nitq çox vaxt dinləyənin onu 
necə qəbul etməsindən də asılı olur. Təqdir və ya inkar reaksiyası, dinləyicinin replikası, onun 
təbəssümü və gülüşü nitqə təsir edə, reaksiyadan asılı olaraq onu dəyişdirə və ya kəsilməsinə 
səbəb ola bilər. Danışan öz nitqini o andaca yerində yaradır. O eyni zamanda məzmun və 
forma üzərində işləyir. Yazılı nitq zamanı isə mətnin təkmilləşdirilməsi, onun üzərində 
düzəlişlər edilməsi mümkündür. 
Beləliklə, ədəbi dilin yazılı və şifahi nitq formalarını üç parametrə görə fərqləndirmək 
olar: 
Parametrləri 
Yazılı forma 
Şifahi forma 
1.Realizə forması 
Qrafik işarələnmiş; 
normalara əməl olunur: 
orfoqrafik, punktuasiya 
Səsli; orfoepik, intonasiya 
normalarına əməl olunur 
2. Adresata münasibət 
Bilavasitə təsiri olmadığı 
üçün adresata təsir etmir 
Bilavasitə adresatın iştirakı 
təsir edir
3. Formanın yaranması 
Düzəliş, redaktə etmə 
mümkündür 
Spontan yaranır 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin