Mövzu 12. Psixologiyada əyani TƏLİm metodlari plan: 1



Yüklə 7,81 Kb.
səhifə1/4
tarix08.11.2022
ölçüsü7,81 Kb.
#68002
  1   2   3   4
Notes 221029 220740




MÖVZU 12. PSİXOLOGİYADA ƏYANİ TƏLİM METODLARI
PLAN:


1. Psixologiyada əyani təlim metodları


2. Əyaniliyin növləri


3. Tədris prosesində istifadə edilən öyrədici proqramlar


4. Əyanilik və onun tətbiqinə verilən tələblər
1. Təlimdə əyanilik tədris materialının asan başa düşülməsinə və şüurlu mənim- sənilməsinə kömək

edir. Əşyanın quruluşu və ya hissələri arasındakı qarşılıqlı əlaqə və asılılıq haqqında sözlə uzun-uzadı verilən izahat bir çox halda tələbələrə anlaşıqlı olmadığı halda, material sxem və şəkil vasitəsi ilə onlara çatdırılır. Bununla bərabər, əyani vəsaitlər, həm də öyrədilən biliklərin uzun müddət yadda qalmasına səbəb olur.


Çünki bu zaman eşitmə duyğusuna görmə duyğusu da birləşir və mənimsəmə daha fəal şəraitdə cərəyan edir.Əyanilik təlimin maraqlı keçməsinə (əyanilik tələbələrdə maraq oyadır, onların şərhi maraqla dinləməyə sövq edir), diqqətin şərh edilən bilik üzərində cəmlənməsinə səbəb olur, eləcə də tələbələrin şərh zamanı


ümumi fəallığını təmin edir.


Ali təhsil müəssisələrində (kolleclərdə) tələbələr proqramın çətin dərk edilən möv- zularını təcrübələr, şəkillər, sxemlər və kino nümayişləri vasitəsilə asan başa düşür, uzun müddət yadda saxlayırlar. Auditoriyalarda mühazirənin əyani vəsaitlə keçirilməsi bütün


tələbələrin mühazirəyə, ümumiyyətlə, həmin fənnə marağını artırır. Müəllim hazırlayan pedaqoji institut və universitetlərdə təlimdə əyanilikdən istifadə edilməsinin xüsusi əhəmiyyəti vardır. Psixologiyanın tədrisində müəllimin şəkil və sxemlərdən istifadə edilməsi gələcək müəllim-psixoloqların öz pedaqoji


fəaliyyətlərində əyanilikdən istifadə etmələri üşün gözəl nümunə rolu oynaya bilər.




Əyani metoddan istifadə edərkən bir sıra mühüm şərtlərə əməl olunmalıdır:

Ø Əyaniliyin tətbiqi bütün tələbələrin yaşına və intellektual səviyyəsinə uyğun olmalıdır;


Ø Əyanilikdən yerində istifadə edilməlidir;

Ø Müşahidə elə təşkil olunmalıdır ki, bütün tələbələr nümayiş etdirilən əşyanı, sxemi və ya filmi görə bilsinlər;


Ø İllüstrativ material göstərilərkən əsas cəhətlər seçilməlidir;


Ø Nümayiş etdirilən əyani material məşmuna uyğun gəlməlidir;

Ø Nümayişin gedişində verilən izahat dəqiq və düşündürücü olmalıdır və s.





Yüklə 7,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin