Mövzu 12. Psixologiyada əyani TƏLİm metodlari plan: 1


Öyrədici oyun proqramları



Yüklə 7,81 Kb.
səhifə4/4
tarix08.11.2022
ölçüsü7,81 Kb.
#68002
1   2   3   4
Notes 221029 220740

4. Öyrədici oyun proqramları. Bu cür proqram tələbələri öyrənməyə həvəsləndirir.

Sxematik əyanilik əşya və


ya hadisə ilə bağlı əlamətlərin təsviridir. Belə əyanilik növünə: cədvəl, sxem, diaqram və qrafik və s. daxildir.


Ali təhsil müəssisələrində (kolleclərdə) keçirilən mühazirə və seminarlarda sxemlər və cədvəllər xüsusi yer tutur. Sxemlər və cədvəllər əşya və hadisələr arasındakı əlaqə və asılılığı,


tamın hissələrə bölünməsini, bu hissələr arasındakı qarşılıqlı əlaqəni göstər- məkdən ötrü psixologiyanın tədrisi prosesində işlədilir. Bu isə psixologiya elminin ayrı-ayrı anlayışlarını-qanun və qanunauyğunluqlarını, eləcə də təsnifatını aydın dərk etməkdə tələbələrə yaxşı kömək edir.




4. Əyaniliyin tətbiqi zamanı aşağıdakı tələblər gözlənilməlidir:

Ø Əyanilik öyrənilən mövzunu tez, asan və şüurlu mənimsəməyə, möhkəm yadda saxlamağa, habelə bütün tələbələri fəallaşdırmağa kömək edir;


Ø Təlimdə əyaniliyin bütün vasitələrindən yerinə görə


istifadə olunmalıdır;


Ø Dərsdə əyanilikdən zəruri hallarda, öyrənmə prosesinin müvafiq pillələrində, psixoloji biliklərin mə- nimsənilməsində, möhkəmləndirilməsi və tətbiqində istifadə etmək lazımdır;


Ø Əyanilikdən təkcə


illüstrasiya kimi deyil, həm də müstəqil bilik mənbəyi kimi problem situasiya yaratmaq üçün istifadə olunmalıdır;


Ø Təlim prosesində əyani vasitələr tələbələrin axtarıcılıq və tədqiqatçılıq işinin səmərəliliyinə imkan verməlidir;


Ø Əyaniliyin səmərli olması


bütün tələbələrin müşahidəsi, onların fəal fikri işi ilə əlaqələndirilməlidir. Tələbələrə həm müşahidə etdikləri əşya və proseslərdəki başlıca cəhətləri tapmağı, onun arasındakı əlaqə və asılılığı fərqləndirməyi, müqayisə və təhlillər əsasında ümumiləşdirmə aparmağı və nəticə çıxarmağı


öyrətmək lazımdır;


Ø Əyaniliyin səmərəsi tələbələrin (şagirdlərin) müşahidəsi ilə müəlliminsözünün əlaqələndirilməsindən çox asılıdır. Belə əlaqə müxtəlif formalarda ola bilər: əyani vəsaitin nümayişi müəllimin sözündən əvvəl, həm də sonra gələ bilər;


Ø Müxtəlif növ əyani vasitələrdən istifadə etmək, əyaniliyə həddən artıq aludə olmaq, bütün dərsləri əyani vasitələr üzərində qurmaq olmaz. Bu da tələbələrin (şagird- lərin) diqqətini yayındırır, qavramağa, biliklərə dərindən yiyələnməyə, mücərrəd təfək- kürünin kişafına, ümumi və ən ümumi qanunauyğunluqların başa


düşülməsinə mane olur;


Ø Müasir əyani vəsaitlər tələbələrin (şagirdlərin) axtarıcılıq və tədqiqatçılıq işini səmərəli təşkil etməyə imkan verir;


Ø Müasir əyani vasitələr elmi (nəzəri) cəhətdən əsaslandırılmış olur. Bu zaman tələbələrdə (şagirdlərdə) diqqət,


müşahidəçilik qabiliyyəti, fətəkkür mədəniyyəti, konst- ruktiv yaradıcılıq və öyrənməyə maraq inkişaf edir.


Ø Təlimdə əyaniliyin bütün vasitələrindən yerinə görə istifadə olunmalıdır. Ehtiyac yarananda müxtəlif əyani vasitələri birlikdə və əlaqəli şəkildə tətbiq etmək olar ki, bu da mənimsəmə işini




xeyli asanlaşdırır.
Yüklə 7,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin