Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 407,82 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix31.12.2021
ölçüsü407,82 Kb.
#50177
  1   2   3   4   5   6
xroniki yorğunluq sindromu



                               Azərbaycan  Respublikası Təhsil Nazirliyi 

                                       Azərbaycan Dillər Universiteti 

 

                                                   

 

 

 



 

 

 

Fənn: Uşaq Anatomiyası 

Mövzu: Xroniki yorğunluq sindromu 

Müəllimə: Qədirova İlahə 

Tələbə: Sadıqova Xədicə 

Kurs: 1 

Qrup: 131 B 

 

 

 

 

                                                      BAKI-2021 


 

 

                           XRONİKİ YORĞUNLUQ SİNDROMU        

Geniş yayılmış bu xəstəlik hələ  1930-1950-ci illərdə ABŞ və Avropada qeydə 

alınıb. 80-ci  illərin  əvvəllərində Amerika alimlərinin araşdırmaları sindromun 

təbiətini müəyyən qədər öyrənməyə və onu mövcud xəstəliklərin siyahısına daxil 

etməyə imkan verdi. Lakin bu günə qədər xəstəlik haqqında bir çox müəmmalar 

mövcuddur. 



Xroniki  yorğunluq sindromu(XYS) və  ya  fatiq-sindromu (fatigue-fransızca 

zəiflik,  yorğunluq deməkdir) ilk  dəfə  1984-cü ildə  A.  Lyod  tərəfindən təsvir 

edilib. Xəstəliyin əsas səciyyəvi əlamətləri kimi xəstənin özünü daim yorğun hiss 

etməsi,  uzun  müddət  istirahət  etməsinə  baxmayaraq  yorğunluq  hissinin 

keçməməsi və  bunun nəticəsində zehni, eləcə  də  işgörmə qabiliyyətinin aşağı 

düşməsi göstərilir. Bir az dəqiq olaraq konkretləşdirsək, əsas əlamətlər kimi tez 

yorulmanı,  diqqətin  və  yaddaşın  pozulmasını,  tez  özündən  çıxma,  əhval-

ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, 

hər hansı xəstəliklə əlaqədar olmayan və tez-tez təkrarlanan baş ağrıları,bəzən 

miqren, yuxunun pozulması, gecələr yuxusuzluq, gündüzlər yuxuculluq hallarını 

göstərmək olar. Bununla əlaqədar xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi 

baş verir. Xəstələr əmək  qabiliyyətini artırmaq məqsədilə psixostimulyatorlar, 

gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər.Eləcə də bir qrup 

insanlarda çəkinin azalması,azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə 

əksinə I-II  dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və 

onurğa sütunu, əzələlərdə  uzun  müddət davam edən  ağrılar, ruh düşkünlüyü, 

əhval- ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzənsə təlaş da xəstəlik üçün 

səciyyəvidir. Belə xəstələr adətən tez-tez depressiya halına düşür, yalqız qalmaq 

istəyirlər, saçlar  tökülür ,barmaq  izləri  yox  olur.  Xəstələrin  çoxu  yorğunluq 



hissinin hər hansı xəstəlikdən sonra yarandığına əmin olurlar və hətta XYS-nun 

başlanmasının dəqiq tarixini deyə bilirlər. 

Xroniki yorğunluq sindromu əsasən insanın müəyyən stress keçirdiyi və ya onun 

üçün  qeyri-  adi  vəziyyət  yarandığı  zaman  özünü  biruzə  verir.  Səbəblərinə 

gəldikdə  isə  sindromun əmələ  gəlməsinin  səbəbləri axıra kimi  öyrənilməyib. 

Xəstəliyin əmələ gəlməsi ilə əlaqədar bir neçə fərziyyə mövcuddur. 

Belə  ki,  Yaponiya həkimləri  XYS-nun limfositlərin məhv  olması nəticəsində 

yarandığını  iddia  edirlər  və  xəstəliyi  “təbii  killerlərin  ölümü  sindromu” 

adlandırırlar. Rusiya alimləri hesab edirlər ki, xroniki yorğunluq sindromu zəif 

sinir sistemi və və immun sisteminin anadangəlmə zəifliyi olan insanlarda təsadüf 

edir.  

XYS xəstəliyinə 20-40 yaş arasında olan cavan insanlar (bunların əksəriyyəti, 

yəni 65-80 faizi qadınlardır), tək və emosional qadınlar (belə qadınlar kişilərdən 

2-3 dəfə çox xəstələnir), yaxşı təhsil almış və yüksək gəlirli ailələrin üzvləri, işdə 

tez-tez  stress keçirənlər, özünə  qarşı tələbkar olanlar, ekoloji cəhətdən qeyri- 

qənaətbəxş şəraitdə yaşayan insanlar, iri  şəhərlərin, meqopolislərin əhalisi bu 

xəstəliyə düçar ola bilirlər. 

Hazırda  alimlər  və  həkimlər  xroniki  yorğunluq  sindromunun  və  ya  fatiq 

sindromunun  müalicəsi  haqqında  çox  düşünürlər.  Xəstəliyin  müalicəsi  ailə 

həkimi, alleqoloq və ya artroloq tərəfindən aparılır. Müalicə uzun müddət, bəzən 

aylarla,  hətta  illərlə  də  davam  edə  bilər.  Xroniki  yorğunluq  sindromunun 

müalicəsi üçün spesifik dərman maddəsi hazırda yoxdur. Həkimlər müalicəni 

klinik təcrübələrinə əsaslanaraq aparırlar. İstənilən halda müalicəyə fiziki  iş və 

istirahət  rejiminin  normallaşdırılması,  pəhriz  saxlanması,  vitamin  terapiyası, 

autogen  məşqlər  ,o  cümlədən  psixoterapiya,  immunokorrektorların 

təyini,hidroterapiya, kiçik dozalarla, antidepressantlar tətbiq olunur. 

                



              

 

Güclü intellektual iş və ya ağır fiziki zorakılıqdan sonra sağlam bir orqanizm tam 



istirahət səbəbiylə tez bir zamanda bərpa edilir. Yorgunluq simptomları qalırsa, 

bu, ciddi bir xroniki xəstəliyin əlamətidir. 

 Xroniki (daimi) yorğunluq və  ya CFS sindromu sinir sisteminin tənzimləyici 

mərkəzlərinin  bir  nevrozudur.  Bu,  inhibitor  proseslərdən  məsul  olan  beyin 

zonasının funksiyalarının maneə törədilməsidir.Epstein-Barra , Coxsackie və tip 

6 növlərinin xroniki yorğunluq sindromu virusuna yol aça bilər. 

 

Digər tədqiqatlar belə səbəblərə xroniki yorğunluq sindromunu bağladı: 



 sitomegalovirus ; 

 mikro və makronutrientlərin çatışmazlığı; 

 hepatit C; 

 enterovirus ; 

 qida allergiyası; 

 İmmünoloji xəstəliklər; 

 retrovirus; 

 somatik xəstəliklər; 

 depressiya; 

 bədəndə oksigen nəqlinin pisləşməsi; 

 hücresel metabolizmə dəyişikliklər; 



 həddindən artıq zehni və fiziki stress; 

 mitokondriyaların sayının azalması, onların disfunksiyası; 

 L-karnitinin kəskin çatışmazlığı; 

 bağırsaqdakı bakteriyaların dengesizliyi; 

 ekoloji xüsusiyyətləri; 

 hipodinamiya; 

 kilolu. 


Yüklə 407,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin