Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Azərbaycan dilinin ümumxalq dili kimi formalaşması dövrü və sonrakı inkişaf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   178
I CİLD (2)

Azərbaycan dilinin ümumxalq dili kimi formalaşması dövrü və sonrakı inkişaf 
mərhələləri. 
Tarixi faktlar sübut edir ki, Azərbaycan ərazisindəki aborigen türk tayfaları kutilər, 
lullular, sular, turukkilər, kassilər, hürrilər daima müəyyən sabit ərazilərdə yaşamış, onların 
qurduqları dövlətlər müəyyən məlum sərhədlər daxilində mövcud olmuşdur. Bu da onların e.ə 
III-II minilliklərdə elə həmin ərazilərdə tədricən bir xalq kimi birləşməyə, xüsusiləşməyə 
başladığını təsdiq edir. Q.Kazımov bu tayfaların dillərini e.ə III minillikdən prototürk yox
protoazərbaycan dili hesab etməyi daha düzgün sayır. Beləliklə, 
e.ə IV minilliyin 


ortalarından protoazərbaycan dili dövrü 
başlanır. Azərbaycan ərazisində yaşayan türk 
tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər yaranır, dil 
(tayfa dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən ayrılma, gələcək vahid 
Azərbaycan dilinin əcdadı kimi təşəkkül tapma istiqamətində inkişaf edir. Bu dövr e.ə I 
minilliyin ortalarına qədər davam etmişdir (17, 192). 
Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy 
birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil 
IV-V əsrlərdən
etibarən 
ümumxalq 
danışıq dili 
kimi fəaliyyət göstərir. Ə.Dəmirçizadə ümumxalq Azərbaycan dilinin VI-VIII 
əsrlərdə təşəkkül tapdığını söyləmişdir (14, 71). Lakin müasir dövrümüzün bir çox tarixçi, dilçi 
və etnoqraflarının əldə etdiyi yeni faktlar göstərir ki, 
ümumxalq Azərbaycan dili III-V 
əsrlərdə tam təşəkkül tapmışdır
(22, 95-96). 
İlk dəfə Azərbaycan dilinin ən qədim dövrlərdən XIII əsrə qədərki tarixinin 
fundamental araşdırıcısı Q.Kazımov yazır ki, feodalizmin ilkin inkişaf mərhələsində 
Azərbaycan tayfalarının konsolidasiyası əsasında ümumxalq Azərbaycan dili formalaşmışdır 
(III-V əsrlər). Azərbaycan türk dilinin formalaşması aborigen türklərin hesabına olmuş, 
vaxtaşırı Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir (17, 5).
Dilin yaradıcısı xalqdır. Ümumxalq dili xalqın təşəkkül tapdığı dövrdən onun 
xidmətində olan mənəvi gücdür. Bu dil həm də ədəbi dilin əsasını təşkil edir. 
Azərbaycanda tayfa dillərinin ümumxalq dili şəklində formalaşmasında ekstralinqvistik 
amillərin də böyük rolu olmuşdur. Tarixi şərait elə olmuşdur ki, Azərbaycanın şimal və cənub 
əraziləri eradan əvvəlki son yüzilliklərdə, eramızın əvvəllərində və daha sonrakı dövrlərdə 
həmişə birgə olmuşdur. E.ə IV əsrin II yarısından Makedoniyalı İsgəndərin yaratdığı imperiya 
daxilində şimal və cənub arasında əlaqələr artmışdı. Isgəndərə qarşı albanlar, midiyalılar və 
başqaları Atropatın rəhbərliyi ilə birlikdə döyüşürdü (19,136). Eləcə də Parfiya dövləti (e.ə 
250-226) tərkibində, Sasanilər imperiyası dövründə də ( III-VI əsrlər) şimal və cənub vahid 
canişinlikdə birləşdirilmişdi, sonralar ərəb xilafəti dövründə də belə olmuşdu. Artıq xilafətin 
meydana çıxdığı dövrdə vahid Azərbaycan xalqının və vahid Azərbaycan dilinin təşəkkülü 
başa çatmışdır. Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərində ərəb mənbələrinə 
əsasən bu faktı təsdiq edən məlumatlar var: Beşinci ərəb xəlifəsi Müaviyə (661-680) müasiri 
Übeyd ibn-əl Şəriyyədən Azərbaycan haqqında fikrini öyrənmək istədikdə o belə cavab verir: 
“Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-birilə qarışmış və təkmilləşmişlər”. Ziya 
Bünyadov sonra yazır: Əgər 1126-cı ildə tərtib olunmuş fars anonimində qeyd olunmuş: 
“Azərbaycan qədimdən türklərin əlində olan ölkədir” sözləri olmasa idi, bu məlumatı şübhə 
altına almaq olardı” (24, 183). Azərbaycan dili əsrlər boyu davam edən ictimai-tarixi 
hadisələrin təsiri nəticəsində vahid xalq kimi formalaşmışdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin