Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   178
I CİLD (2)

kargüzarlıq işləri
dövlət dilində aparılır. Azərbaycanda da bu işlərin 
dövlət dili səviyyəsində keyfiyyətlə həyata keçirilməsi həmin sahədə istifadə olunan bütün 
sənəd növlərinin tərtibi prinsipləri, qaydaları və standartlarının yaradılmasını tələb edir. 
Məlumdur ki, idarə və müəssisələrdə əmr, protokol, arayış, ərizə, məlumat, protokoldan 
çıxarış, sərəncam, xasiyyətnamə, zəmanət, etibarnamə, anket, kadr uçotu vərəqi, əmək 
kitabçası, tərcümeyi-hal və bir çox başqa sənədlər tərtib olunur. Bu sənədlərdən hər birinin öz 
forması və yazılış normaları vardır. Həmin sənəd formalarının standartlarının hazırlanması, bu 
cür sənədlərin tərtibi zamanı dildən istifadənin xüsusiyyətləri elmi əsaslara söykənməlidir. 
Bütün bu sənədlərin vahid standartlarının işlənib hazırlanması lazımdır. 
Azərbaycan 
Respublikasının
bütün qanunvericilik aktları, qanunları 
Azərbaycan dilində hazırlanır və 
bu dildə də tətbiqini tapır. Qanunların müxtəlif şəkildə yozumlarına, şərhinə yol verməmək 
üçün hüquqi sənədlərin dili öyrənilməli, müvafiq qayda və normalar əsasında tərtibi prinsipləri 
müəyyənləşdirilməlidir. Bu baxımdan 
Azərbaycan dilinin aktual problemləri 
sırasına 
reklam dili, radio-televiziya dili, onomastik vahidlər, o cümlədən toponimlər, oronimlər, 
hidronimlər, idarə və müəssisə adları, antroponimlər, ölkədə istehsal olunan məhsulların adları, 
vəzifə-peşə adları və s. də daxil olur. 
Texniki vasitələrdə
Azərbaycan dilinin dövlət dili olması 
kompüter
klaviaturasında Azərbaycan hərflərinin yerləşdirilməsi, 
kompüter
proqramlarında 
Azərbaycan dilinin istifadəsi məsələləri də dilin tətbiqi sahələri kimi ayırmağı tələb edir.
Azərbaycan dilinin orfoqrafiya, orfoepiya, izahlı və ikidilli lüğətləri
bu dilin tətbiqi 
üçün əsas mənbələrdir. Bununla yanaşı 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin