Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Azərbaycan dili radio və televiziya yayımlarında



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   178
I CİLD (2)

Azərbaycan dili radio və televiziya yayımlarında
istifadə olunan dilə çevrilmişdir. 
Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət 
formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır. 
Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət 
formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının 
aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. 
Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi 
dil normalarına uyğun olmalıdır. 
6.Qeyd olunanlardan başqa 
dövlət dilinin xidmət sahələrində
, reklam və elanlarda
xüsusi adlarda, inzibati ərazi bölgüsü ilə əlaqədar adlarda, coğrafi obyektlərin adlarında, 
hüquq-mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, məhkəmə icraatında 
və inzibati xətalar üzrə icraatda, beynəlxalq yazışmalarda, vətəndaşların şəxsiyyətini təsdiq 
edən rəsmi və vahid nümunəli sənədlərdə, nəşriyyat işində, dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, 
idarələrinin adında işlədilməsi də qanunla təsbit olunmuşdur. Bütün bunlar Azərbaycan dilinin 
dövlət dili statusu alması ilə onun fəaliyyət sahələrinin kifayət qədər genişlənməsini tam təsdiq 
edir. 


 
AZƏRBAYCAN DİLİNİN TƏTBİQ SAHƏLƏRİ 
 
1991-ci ilin 18 oktyabrında qəbul olunmuş «Azərbaycan Respublikasının Dövlət 
Müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə Azərbaycanın suverenliyi bərpa olunmuşdur. Bu 
dövrə qədər SSRİ-nin tərkibində olmuş Azərbaycan Respublikasında bu dövlətdə yaşayanların 
ana dilinin ictimai-siyasi həyatın bütün sferalarında tətbiq etmək imkanı yox idi. Ölkə 
ərazisində Azərbaycan dili işlənsə də, onun işgüzar üslubunun formalaşması müəyyən 
çətinliklərlə üzləşirdi. İdarə və təşkilatlarda sənədləşmələr rus dilində aparılırdı. Azərbaycan 
beynəlxalq hüququn subyekti olmadığından dövlətlərarası münasibətlərdə iştirak etmirdi və 
dilin beynəlxalq miqyasda tətbiqinə ehtiyac qalmırdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev yeni ilin, yeni əsrin və yeni minilliyin 
astanasında Azərbaycan xalqına müraciətində demişdir: «Hər bir xalqın özünəməxsusluğunu 
müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi 
uğurları yüksək təqdirəlayiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət 
dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini 
zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini 
tutmuşdur. Heç şübhəsiz, Azərbaycan mədəniyyəti inkişaf etdikcə, Azərbaycan dövləti 
təkmilləşib möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşəcək, daha müasir, daha qlobal, 
daha analitik düşüncənin dilinə çevriləcəkdir».
5
SSRİ-nin dağılması bu dövlətin tərkibinə daxil olan müttəfiq respublikaların milli 
dövlətlərini yaratması ilə nəticələndi. Bu prosesdə Azərbaycan da bir zamanlar əlindən alınmış 
müstəqilliyini özünə qaytara bildi.
Yeni yaranmış suveren Azərbaycanın beynəlxalq əlaqələrinin nizama salınması, 
iqtisadiyyatın yenidən qurulması böyük səy və əməyin bahasına başa gəlmişdir. Ölkənin işğala 
məruz qalması, ərazilərinin zəbt olunması, müharibə istiqlaliyyətin qazanılmasının ilk 
dövrlərində Azərbaycan dili ilə bağlı işlərin arxa plana keçməsi ilə nəticələnmişdi. Belə bir 
şəraitdə elmi-mədəni sahədə islahatlar və inkişaf şübhəsiz ki, ləng gedirdi. Bu, dilin 
təkamülündə, real dəyişikliklərin dildə təzahüründə də özünü göstərirdi. Azərbaycanda latın 
əsaslı yeni əlifbaya keçidlə yeni əlifbanın tətbiqi arasında zaman fərqi yaranmış, yeni əlifbaya 
keçidi təmin edəcək hazırlıq işlərinin yerinə yetirilməsində çətinliklər meydana çıxmışdı. 
Müstəqilliyin qazanılması ilə ölkənin iqtisadi, siyasi, sosial həyatında əhəmiyyətli 
dəyişmələr baş verdi. Bu prosesdə keçmiş əlaqələrin qırılması, yeni əlaqələrin formalaşması da 
özünü bariz şəkildə göstərirdi.
Müəyyən dil kollektivinin iqtisadi-siyasi həyatında baş verən dəyişmələr bu kollektivin 
dilinə bilavasitə təsir edir, dildə müxtəlif şəkil və formalarda təzahürünü tapır. 
Hər bir ictimai birlik üçün daxili əlaqələr kompleksi ilə yanaşı, xarci əlaqələr kompleksi 
də səciyyəvidir. Bütün əlaqələrin gerçəkləşməsində dil özünəməxsus rol oynayır. Siyasi, 
iqtisadi vəziyyətdə baş verən dəyişmələr dil əlaqələrinə birbaşa təsir göstərir, onun istiqamət 
və formalarını təyin edir. Dilin cəmiyyətdəki rolu, dildə baş verən dəyişmələr dövlətçiliklə sıx 
əlaqəlidir. «Dövlətçilik, həmçinin dilin dayağıdır, hərəkətverici qüvvəsidir və cəmiyyətdəki 
nüfuzunun təminatçısıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə 
dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. 
Dövlətçilik zəminində dilin cəmiyyətdəki rolu artır, informasiya imkanları genişlənir»(10,3). 
Müstəqil Azərbaycan Respublikasının yeni 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin