Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   178
I CİLD (2)

1992-ci il oktyabrın
22-də
Milli 
Məclisdə «
Azərbaycan Respublikasında dövlət dili haqqında» qanun
qəbul edildi. 
 
Heydər Əliyevin dövlət dilimizin “Azərbaycan dili” adlandırılmasında rolu. 
80-ci 
illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının gedişində ana 
dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Heydər Əliyevin vaxtilə yürütdüyü siyasətin 
bilavasitə nəticəsi idi. Lakin həmin illərdə başqa sahələrdə olduğu kimi, dil quruculuğu, dil 
siyasəti, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz volyuntarizmə, hərc-mərcliyə yol 
verilirdi. N.Cəfərov bu dövrdə milli dillə bağlı məsələləri araşdırarkən göstərmişdir: «Xalq 
Cəbhəsinin hakimiyyətdə olduğu zaman etnik-kulturoloji məsələlərlə bağlı buraxılan səhvlər 
milli dilin (dövlət dilinin) nüfuzuna mənfi təsir göstərirdi. Yaxın dövrün tarixi varisliyi 
gözlənilmədən ana dilinə (dövlət dilinə) münasibətdə kəskin sıçrayışlarla səciyyələnən, hər cür 
əsasdan məhrum «tədbirlər» görülməsinə başlandı ki, həmin «tədbirlər» nəticə etibarilə 
idarəolunmaz bir vəziyyətə çevrilib ana dilini (onun ictimai-siyasi nüfuzunu, normalarını, 
funksional üslublarını…) bütövlükdə təhlükə altında qoydu» (7,70)

Belə bir dövrdə
 
xalqın çağırışı, tarixin hökmü ilə Azərbaycanda yenidən hakimiyyətə 
qayıtmış Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi 
həyatın normalaşmasına, sabitləşməsinə nail oldu. Bu illərdə dil məsələləri də onun xüsusi 
diqqəti altında idi. Müstəqil Azərbaycan dövlətinin yaradılması, təbii ki, beynəlxalq hüququn 
bu yeni subyektinin dövlət dilinin təyini məsələsini də ortaya atdı. 
Azərbaycan 
Respublikasının dövlət dilinin «Azərbaycan türkcəsi», «türk» və ya «Azərbaycan dili» 
adlandırılması
ətrafında müəyyən mübahisələr getdi. Məsələnin ciddiliyini nəzərə alan dövlət 
rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud 
problemlərin həlli üçün kifayət qədər məhsuldar nəticələr verdi. Şübhəsiz ki, müstəqil 
Azərbaycan dövlətinin beynəlxalq hüququn yeni subyekti kimi fəaliyyətində, milli dilə - dövlət 
dilinə və ümumiyyətlə, ölkədə dil siyasətinə münasibətdə mühüm addımların atılmasına böyük 
ehtiyac vardı. Belə bir ehtiyacın varlığını sübut edən faktlar çoxdur. Məsələn, 1992-ci ildə bir 
sıra xarici ölkələrdə yeni yaranmış və beynəlxaq hüququn subyekti olan, dövlətlərarası 
münasibətlərdə iştirak etməyə başlamış, keçmiş Sovetlər İttifaqından qopub ayrılmış müstəqil 
dövlətlərin dillərinin ali məktəblərdə tədrisi və öyrənilməsinə başlanmışdı. Bu dillərin sırasında 
Azərbaycan dili də vardı. Lakin “Azərbaycan dili” adının dəyişdirilib “türk dili” ilə əvəz 
edilməsi bu işin dayandırılmasına gətirib çıxartdı. Xarici dövlətlərdə belə qənaətə gəlmişdilər 
ki, madam Azərbaycan dilinin adı dəyişdirilib “türk dili” qoyulursa, deməli, bunlar eyni 
dillərdir. Türkiyə dünyanın tanınmış və güclü dövlətlərindən biridir. Bu dövlətin dili dünyanın, 
demək olar ki, əksər ölkələrində həm tədqiq olunur, həm öyrənilir, həm də tədris olunurdu. 
Azərbaycan və Türkiyə dövlətlərinin dillərinin mənşəcə eyniliyinə baxmayaraq fərqli olması 
dilin adından bəlli olmurdu. Ona görə də Azərbaycan dili xaricdə dövlət səviyyəsində yenidən 
unudulan dillər sırasına düşmüşdü. Bu problem də öz çözümünü gözləyirdi. Müstəqillik 
qazanmış Azərbaycan Respublikasının ilk Konstitutiyasının layihəsinə baxılarkən dövlət dili, 
daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyektinə çevrildi. Bu 
məsələ yeni Konstitusiyanın layihəsini hazırlayan komissiyada, kütləvi informasiya 
vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, müəssisələrdə sərbəst və demokratik 
şəkildə müzakirə olundu. Nəhayət, xalq 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin