Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


«Azərbaycan Respublikasında dövlət dili haqqında» qanun ilk olaraq 1992-ci ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   178
I CİLD (2)

«Azərbaycan Respublikasında dövlət dili haqqında» qanun ilk olaraq 1992-ci ilin 
22 dekabrında
, sonra isə 
2002-ci ilin 30 sentyabrında
qəbul olunmuşdur. Bu qanunun 
birinci maddəsinin birinci bəndində «Dövlət dilini (Azərbaycan dilini) bilmək hər bir 
Azərbaycan Respublikası vətəndaşının borcu» olması təsbit edilmişdir. İkinci bənddə isə 
göstərilir ki, «Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün 
sahələrində işlədilir. Dördüncü bənd dilin tətbiq sferasının nə dərəcədə genişlənməsini bir 


daha aydın ifadə edir. «Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət 
təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi
şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə 
bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri 
dövlət dilində aparılır»
2

Azərbaycanda hərbi terminologiya tarixən təşəkkül tapmış, formalaşıb inkişaf 
etmişdir. Lakin hərbi sahədə işlərin və sənədləşmənin Azərbaycan dilində aparılması yalnız 
dövlət müstəqilliyi əldə edildikdən sonra mümkün olmuşdur. Bu vaxta qədər isə müxtəlif 
komandaların, terminlərin Azərbaycan dilində səslənməsi və ya yazılması kinolarda, bədii 
ədəbiyyatda özünü göstərirdi. Bu isə dilin qeyd olunan sahədə zənginləşməsinə kifayət qədər 
imkan yaratmır, onun inkişafını məhdudlaşdırırdı. M.Yusifov haqlı olaraq qeyd edir ki, «Dil 
dövlətçiliklə müşayiət edildikdə onun ifadə imkanları artdığı üçün nüfuzu da qat-qat artır. 
Odur ki, dövlətçiliklə müşayiət olunan dildən başqa dillərə sözlər daha çox keçməyə başlayır. 
Dövlətçilik olmadıqda isə dilin nüfuzu azalır, sözyaratma qabiliyyəti zəifləyir, təsir və 
təzyiqlərə daha çox məruz qalır. Yeni anlayışların ifadəsində daxili imkanların rolu azaldığı 
üçün məcburi şəkildə nüfuzlu dillərdən hazır ifadə vasitələri almalı olur. Belə olduqda isə 
dildə kənar elementlər çoxalır, onun ümumişlək səviyyəsi aşağı düşür»(10,3). 
Müstəqil dövlətin yaranması onun öz ordusunun formalaşması və inkişafına təkan verdi. 
Azərbaycan hərbi terminologiyası sovet dövründə rus hərbi sisteminə, beləliklə də rus hərbi 
terminologiyasına uyğunlaşdırılırdı. Azərbaycanın öz ordusunun olmaması, orduda rus dilinin 
işlənməsi, dildə alınmaların sayının artması ilə müşayiət edilirdi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin