Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Qanun dövlət dilinin işlənmə sahələrini



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   178
I CİLD (2)

1.Qanun dövlət dilinin işlənmə sahələrini
də müəyyənləşdirdi.
 
Qeyd etmək lazımdır ki, 
dövlət dili haqqında qanun Azərbaycan dilinin rəsmi mərasimlərdə, təhsil, xidmət sahələrində, 
reklam və elanlarda, hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə, notariat fəaliyyətində, 
məhkəmə icraatında, inzibati xətalar üzrə icraatda, beynəlxalq yazışmalarda işlənməsi 
məsələlərini normalaşdırır. Beləliklə, dövlət dilinin tətbiqi sahələri son dərəcə genişləndi. 
2.
Azərbaycan dilinin rəsmi mərasimlərdə işlənməsi qanunla təsbit olundu. Azərbaycan 
Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının 
keçirdiyi bütün rəsmi mərasim və tədbirlərin Azərbaycan Respublikasının dövlət dilində 
aparılması qanuniləşdi. 
Azərbaycan dilinin rəsmi mərasimlərdə işlənməsi
məsələsini bir qədər ətraflı nəzərdən 
keçirək. Dövlət hakimiyyəti orqanlarının rəsmi mərasim və tədbirləri başqa ölkələrdən olan 
qonaqların, nümayəndə heyətlərinin iştirak etməsindən asılı olmayaraq Azərbaycan dilində 
aparılır. Bu tədbirlər zamanı başqa ölkələrdən rəsmi nümayəndələr iştirak etdikdə mərasimdəki 
çıxış və nitqlər bu nümayəndə heyətinin üzvləri üçün sinxron tərcümə olunur. Həmin şəxslər 
4. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu. 30 sentyabr 2002-ci 
il 


sinxron tərcüməni eşitmək üçün müvafiq texniki vasitələrlə təchiz olunurlar. Dilin bu 
səviyyədə istifadə edilməsi başqa dillərə sinxron tərcümə kimi bir problemin kifayət qədər 
yüksək səviyyədə təmin edilməsini gerçəkləşdirir. Bu isə öz növbəsində ədəbi dil normalarının 
və nitq mədəniyyəti normalarının müəyyənləşdirilib onlara əməl olunmasını zəruriləşdirir. 
Çıxış və nitqlərin tərcüməsi, danışıq dilinin nitq etiketlərinin müəyyənləşdirilməsi onların bu 
və ya digər xarici dildəki qarşılığının təyin edilməsindən asılıdır. Qeyd olunan cəhət dilin, 
xüsusən də ədəbi dilin inkişafına böyük təkan verir. Bununla yanaşı dövlət hakimiyyəti 
orqanlarının rəsmi tədbirlərində bəzi çıxış və nitqlərin qabaqcadan tərcümə olunub paylanması 
təcrübəsi də vardır. Bu cəhət yazılı dilin inkişafında mühüm rol oynayır. 
Xarici ölkələrin səfirləri, habelə Azərbaycanda çalışan əcnəbi vətəndaşlar dövlət 
hakimiyyəti orqanlarının rəsmi tədbirlərində iştirak edərkən onlar dövlət tərəfindən tərcümə 
xidməti ilə təmin edilmirlər. Ona görə də həmin şəxslərin Azərbaycan dilini bilməsi, bu dili 
öyrənmələri vacibləşir. Nəticədə Azərbaycan dili əcnəbilər tərəfindən öyrənilən bir dilə 
çevrilmiş olur. Bu isə dilimizin daha geniş arealda yayılmasına, ona münasibətin dəyişməsinə 
səbəb olur. Hazırda bir çox ölkələrin səfirləri Azərbaycan dilini öyrənir, bu dildə danışırlar. 
Belə səfirliklər təşkil etdikləri tədbirlərdə Azərbaycan dilindən istifadə edirlər.
Yerli özünüidarəetmə orqanlarının rəsmi mərasim və tədbirlərinin də Azərbaycan dilində 
aparılması bu tədbirlərdə iştirak edən idarəetmə orqanları rəhbərlərinin Azərbaycan dilini 
yüksək səviyyədə bilməsini, danışıq zamanı Azərbaycan dilinin normalarına əməl etməsinə 
tələbi gücləndirmiş olur. Bir zamanlar daha çox rus dilinə üstünlük verənlər, Azərbaycan dilini 
lazımi səviyyədə bilməyənlər bu dili tam öyrənmək məcburiyyətində qalırlar.
Dildən istifadənin qanunla müəyyənləşdirilmiş bu məsələsi, yəni ondan rəsmi 
mərasimlərdə istifadə olunması məsələsi ölkə ərazisindəki tədbirləri əhatə edir. Azərbaycan 
Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi 
mərasim və tədbirdə Azərbaycan dilindən istifadə məcburi deyildir. Bu da təbiidir. Azərbaycan 
öz ərazisində rəsmi mərasim və tədbirlərdə dövlət dilindən istifadə edilməsini qanunla 
tənzimlədiyi kimi, başqa dövlətlər də öz ərazilərində bu ölkələrdə qəbul edilmiş dövlət dilinin 
fəaliyyətini əsas götürürlər. 
 
Buna baxmayaraq, başqa ölkələrdə keçirilən tədbirlər də Azərbaycan dilinin işlənməsi, 
qorunması və inkişafında öz rolunu oynayır. Belə mərasimlərin iştirakçıları Azərbaycan dilində 
olan materiallarla tanış olur, bu dil haqqında məlumatlar əldə etmiş olurlar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin