Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   178
I CİLD (2)

Rota, vzvod, batalyon, serjant, 
starşina, yefreytor, leytenant 
və sair sözlər rus dilindən və ya rus dili vasitəsi ilə alınmışdır. 
Azərbaycan ordusunun yaranması hərbi terminologiyada müəyyən dəyişmələrin baş 
verməsinə 'əsas verdi. Azərbaycan dilinin yeni tətbiq sahəsi yeni sözlərin yaradılmasını, bu 
istiqamətdə söz yaradıcılığının diqqət mərkəzinə çəkilməsini gerçəkləşdirdi. 
Gizir, tabor, 
taqım, çavuş, bölük 
kimi yeni hərbi terminlər yarandı. Bu sözlərin bəziləri həm də ümumişlək 
leksik qatda özünə yer aldı. Sahə terminologiyasının inkişafında dövrü mətbuatın da rolu 
az olmamışdır. Belə ki, «Azərbaycan ordusu» qəzetinin səhifələrində hərb sənətinə aid yeni 
söz və ifadələr də işlədilirdi. Göründüyü kimi müstəqil dövlətin yaranması onun müxtəlif 
sahələri yaradıb inkişaf etdirməsi üçün əsas verir. Bu yeni sahələr isə dilin tətbiqini
beləliklə, söz yaradıcılığını gerçəkləşdirir. 
Əvvəllər Azərbaycan dili dünyada yayılmış dillərdən biri sayılırdısa, hazırda 
Azərbaycan dili
dünya dövlətlərindən birinin dövlət dilidir.
Azərbaycanın beynəlxalq 
aləmə inteqrasiyası vətəndaşlarımızın beynəlxalq dilləri və müxtəlif dövlətlərin dövlət dillərini 
öyrənməsinə təlabat yaratdığı kimi, xarici vətəndaşların da Azərbaycan dilini öyrənmək 
zərurətini doğurur. H.ƏIiyev bu barədə demişdir: «Xarici ölkələrin respublikamızda olan 
səfirləri artıq Azərbaycan dilini öyrənirlər. Onlar mənimlə görüşəndə çalışırlar Azərbaycan 
dilində danışsınlar. Mən də bunlara çox sevinirəm... Budur bizim müstəqilliyimizin nəticəsi!»
3

Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən üzləşdiyi mürəkkəb problemlər ölkə 
daxilində müxtəlif sahələrdə, o cümlədən elm, mədəniyyət, ədəbiyyat, idman, incəsənətlə bağlı 
sahələrdə əsaslı işlərin görülməsini arxa plana keçirmişdi. Dillə bağlı islahatların aparılmasına, 
Azərbaycan dilinin tətbiqinin yaxşılaşdırılmasına müstəqilliyin ilk illərində az diqqət verilirdi. 
Əlbəttə, əlifbanın dəyişdirilməsi, yeni əlifbaya keçidlə bağlı qərarlar qəbul olunmuşdu. Lakin 
bu qərarların yerinə yetirilməsi üçün lazımi şərait yox idi. Buna baxmayaraq müstəqilliyin ilk 
illərində dillə bağlı müəyyən işlərin görülməsinə cəhd göstərilirdi.
2. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu. 30 sentyabr 2002-ci 
il. 
3
“Xalq qəzeti”, 5 noyabr 1977. 


1991-ci il oktyabrın 17-də Azərbaycan müstəqilliyini bərpa etdi və SSRİ-nin tərkibindən 
çıxdı. Həmin vaxtdan başlayaraq Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Müstəqil 
Azərbaycan Respublikasının atributlarını qəbul etməyə başladı. Sovet Azərbaycanı bayrağı 
müstəqil Azərbaycan Respublikasının üç rəngli bayrağı ilə əvəz olundu. Azərbaycan SSR-in 
himn və gerbi də dəyişdirildi. Azərbaycan Cümhüriyyətinin bir vaxtlar qəbul etdiyi himn və 
gerb suveren dövlətin atributu statusunu aldı. Nəhayət, 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin