Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Konstitusiyası 1995-ci il noyabrın 12-də



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   178
I CİLD (2)

Konstitusiyası 1995-ci il noyabrın 12-də 
qəbul olundu. Bu konstitusiyada Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili 
təsbit olundu. Beləliklə, Azərbaycan dili dövlət dili statusunu aldı. Dilin dövlət dili kimi tətbiqi 
5. Heydər Əliyev. Yeni 2001-ci il, yeni əsr və yeni minillik münasibəti ilə Azərbaycan xalqına müraciət// 
“Azərbaycan” qəzeti, 30 dekabr 2001-ci il. 


bütün sahələrdə dildən istifadəyə xüsusi diqqətlə yanaşma tələbini də ortaya atır. Əgər sovet 
dövründə rus dilində işlənən yeni bir sözün, yeni bir terminin Azərbaycan dilində verilməsi 
üzərində çox düşünülmürdüsə, müasir dövrdə dilə gətirilən hər söz, terminlə bağlı, əsaslı 
şəkildə fikirləşmək vacibdir. Çünki dövlət dili statusu almış Azərbaycan dilinin işlənməsi, 
qorunması və inkişafı sahəsində indi dövlətin üzərinə düşən öhdəliklər də vardır. Dövlət dili 
haqqında qanunun pozulmasına görə qanunvericilik məsuliyyət nəzərdə tutur. Lakin bu 
məsuliyyət daha çox dilin bütün sahələrdə işlədilməsini əhatə edə bilir. Müəyyən söz və 
terminin istifadəsində sərbəstlik qalmaqdadır. Əlbəttə, dilin inkişafını icbari qaydalarla 
tənzimləmək mümkün deyildir. Dil özü-özünü təmizləmək, saflaşdırmaq qabiliyyətinə 
malikdir. Fərdi nitq səviyyəsində dilə təsir etmək olmur. Dilin tarixən təşəkkül tapıb inkişaf 
edən normalar sistemi vardır. Məhz bu normalar sisteminin qorunması mühüm əhəmiyyətə 
malikdir. «Müasir dövrdə Azərbaycanın müstəqilliyi Azərbaycan dilində norma sabitliyi 
yaradılması üçün çox mühüm və əlverişli, münbit bir zəmin yaratmışdır …yazılı nitqdə bütün 
normalar dilin öz daxili imkanları üzrə təkmilləşir və sabitləşir. Müstəqillik, azadlıq və 
sərbəstlik şəraitində Azərbaycan dilinin informasiya imkanları genişlənir.»(11, 5). 
Dövlət suverenliyinin bərpa olunması Azərbaycan dilinin inkişaf və yayılmasında yeni 
dövrün əsasını qoydu. Bu dövr Azərbaycan dilinin dövlət dili statusu almasını bir daha rəsmən 
təsdiq etməklə yanaşı, onun dövlət dili kimi tətbiqini də reallaşdırdı. 
Dövlət dili statusu Azərbaycan dilinin ölkə həyatının bütün sahələrində işlənməsini, ədəbi 
dilin kamil norma sisteminin yaradılması tələbini ortaya atdı, dilin işlənməsi və qorunması 
üçün yeni əsaslar yaratdı, dilin normalarına riayət etməyi qanuniləşdirdi. Müstəqillik 
Azərbaycan dilinin beynəlxalq miqyasda yayılmasının təməlini qoydu. Azərbaycan dili başqa 
dövlətlərdə öyrənilmə obyektinə çevrildi. 
Şübhəsiz ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi onun işlənmə sahələrini təyin 
etməyi, bu dildən istifadə olunmanın üsullarını, yollarını, habelə normalarını 
müəyyənləşdirməyi, eləcə də bu dildən istifadəyə nəzarət mexanizmini qurmağı, habelə dilin 
gələcək inkişaf perspektivlərini aydınlaşdırmağı tələb edir.
Azərbaycan dili rəsmi mərasimlərdə, təhsil, xidmət sahələrində, reklam və elanlarda, 
hüquq-mühafizə orqanlarında, silahlı qüvvələrdə, notariat fəaliyyətində, məhkəmə icraatında, 
inzibati xətalar üzrə icraatda, beynəlxalq yazışmalarda işlənməlidir. Bu dil ölkədə elmi, bədii, 
populyar əsərlərin yazılması, eləcə də radio və televiziya verilişlərinin aparılması üçün əsas 
dildir.
Dilin tətbiqinin kifayət qədər yüksək səviyyədə təşkili bu dildən istifadə qaydalarının 
yaradılması, dilin normalarının yenidən işlənib nizama salınmasını tələb edir. Bütün bu 
məsələlər həm də tətbiqi dilçiliklə bağlıdır. Azərbaycanda dilçilik elmi böyük inkişaf yolu 
keçmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, dilimizin tətbiqi ilə bağlı məsələlərin elmi 
cəhətdən kompleks şəkildə öyrənilməsi üzrə az iş görülmüşdür. Əlbəttə, bəzi sahələrlə bağlı 
dilçi alimlərimizin apardıqları tədqiqat işləri, ölkədə nitq mədəniyyətinə, terminologiyaya, 
onomastikaya aid elmi konfranslar, radio-televiziya dili, reklamların dili, Azərbaycan dilinin 
üslubları, Azərbaycan dilində norma kimi problemlərə həsr olunmuş dissertasiya və 
monoqrafiyalar da dilin tətbiqi ilə birbaşa əlaqədardır. Hazırda Azərbaycan dilinin tətbiqinin 
yaxşılaşdırılması yuxarıda qeyd olunmuş bütün məsələləri ümumiləşdirməklə həm tədqiqat 
aparılmasını, həm də bu problemlə bağlı vahid sistemin yaradılmasını tələb edir. Burada 
Azərbaycan dilinin, eləcə də onun yazısının, əlifbasının təşəkkülü, formalaşması, inkişafı, 
Azərbaycan dilinin dövlət dili kimi istifadə olunması tarixi haqqında əsas məlumatları, dilin 
tətbiq sahələri və bu sahələrdə Azərbaycan dilindən istifadə təcrübəsini, dilin tətbiqinin qayda 
və normalarını əhatə edən məsələlər nəzərdə tutulur.
Qeyd olunduğu kimi, Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni 
həyatının bütün sahələrində işlədilir. Bu sahələrdən hər birinin öz xüsusiyyətləri vardır. 
Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət 


qurumlarında Azərbaycan dilindən istifadə olunmasının zəruriliyi bu təşkilatlarda hazırlanan 
bütün sənəd formalarının Azərbaycan dilində tərtib və yazılış qaydalarını müəyyənləşdirməyi 
tələb edir. Deməli, dövlətlərarası müqavilə, saziş, memorandum, razılaşma və bəyanatların 
ümumi forması və onların dili elmi səviyyədə işlənib hazırlanmalıdır. Dövlət səviyyəsində 
hazırlanan sənədlər sırasında nota və müraciətlər də özünəməxsus yer tutur.
Siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar 
təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə 
dövlət dilinin tətbiqi bu qurumlarda hazırlanan sənədlərin, habelə Azərbaycan dili ilə bağlı 
istifadə olunan vəsaitlərin tam toplusu da Azərbaycan dilinin aktual problemlərindəndir.
Hər bir dövlətdə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin