Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Dövlət dilinin təhsil sahəsində işlənməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   178
I CİLD (2)

Dövlət dilinin təhsil sahəsində işlənməsi
də mühüm məsələlərdən biridir. Hazırda 
Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.
1.Azərbaycan Respublikasında ali, orta və peşə-ixtisas 
təhsili müəssisələrinə qəbul 
zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
Azərbaycan Respublikasında 
təhsil dövlət dilində aparılır. 
2.Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti 
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Başqa dillərdə təhsil 
müəssisələrində dövlət dilinin tədrisi məcburidir. 
3.Keçmiş sovet dövründə Azərbaycanın bir sıra ali məktəblərində xarici ölkələrin 
vətəndaşları təhsil alırdılar. Azərbaycanın texniki ali məktəblərində təhsil alan əcnəbi 
tələbələrin sayı daha çox idi. Lakin bu tələbələr Azərbaycan ali məktəblərində rus dilində təhsil 
alırdılar. Onlar rus dilini öyrənmək üçün xüsusi hazırlıq kurslarında oxuyurdular. 
Azərbaycanda qaldıqları təhsil dövründə rus dilinə yiyələnən bu şəxslər həmin dildə əldə 
etdikləri vərdişlərlə öz ölkələrinə qayıdırdılar. Belə tələbələr Azərbaycan dilinə o dövrlərdə 
maraq göstərmirdilər. Hazırda isə ölkəmizdə təhsil alan hər bir əcnəbi tələbənin Azərbaycan 
dilini bilməsi mühüm şərtlərdən birinə çevrilmişdir.


4.Azərbaycan dilinin təhsil sahəsində yüksək səviyyədə tətbiqini tapması bu dildə 
dərsliklərin yazılmasında
əhəmiyyətli bir hadisə olmuşdur. İndi müxtəlif elm sahələrinə aid 
xarici müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunmaqla yanaşı, Azərbaycan ali 
məktəblərində, elmi-tədqiqat müəssisələrində çalışan mütəxəssislərin də Azərbaycan dilində 
dərsliklər yazıb nəşr etdirməsi üçün geniş imkanlar yaranmışdır. Sovet dövründə isə 
azərbaycanlı tələbələr daha çox rus dilində olan dərsliklərdən istifadə etmək məcburiyyətində 
qalırdılar. Başqa dildə olan kitablar əsasında alınan təhsil isə bir çox məqamlarda lazımi 
səviyyənin əldə olunmasına imkan vermir. Çünki tələbə bu zaman başqa dildə olan 
materiallarla üzləşir, mövzunu lazımi səviyyədə qavraya bilmirdi. Bu isə təhsilin səviyyəsinin 
aşağı düşməsinə, yüksək bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına mənfi təsir 
göstərirdi. Azərbaycan dilinin dövlət dili statusu alması bu sahədəki problemi aradan 
qaldırmağa imkan vermişdir. 
5.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin