Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə1/59
tarix28.01.2023
ölçüsü1,9 Mb.
#81337
  1   2   3   4   5   6   7   8   9   ...   59
Təlim prosesində İKT-dən istifadə (Mühazirələr)



GĠRĠġ
 
 
Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin davamlı iqtisadi inkişafının 
təmin olunması cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə 
yiyələnməy tələb edir. 
Bu gün yüksək texnologiyalı milli iqtisadiyyatın və İnformasiya cəmiyyətinin yaradılması 
ölkələrin dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir. Belə vəziyyətdə 
informasiya və kommunikasiya texnologiyaları (İKT) inkişafın ən önəmli amilinə çevrilir və bu 
sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və ictimai 
münasibətlərin qloballaşmasını təmin edir. Təhsil sisteminin İnformasiya cəmiyyətinin 
tələblərinə uyğunlaşdırılması prosesi ölkədə yeni təhsil texnologiyalarını, xüsusilə də dünyanın 
qabaqcıl təhsil sistemlərinin İKT yönümlü təhsil innovasiyalarından istifadə metodlarını, təhsil 
prosesi iştirakçılarının İKT mühitində qabaqcıl təcrübələrini mənimsəmədən dünya təhsil 
sisteminə inteqrasiya etmək mümkün deyildir.
Bu gün dünya iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan, ölkələrin
təhsil sistemlərindən də məhz belə tələblərə cavab verən sistemlərə keçməyi tələb edir. Bu amil 
inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində bir neçə mərhələ 
islahatların həyata keçirilməsinə səbəb olmuşdur.
İki mərhələdə – 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə keçirilmiş İnformasiya 
cəmiyyətinin qurulması problemlərinə həsr olunmuş dünya sammitlərində məhz təhsilin 
modernləşdirilməsi məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş 
“Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya 
(2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin 
tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Həmin 
strategiyanın müddəalarından irəli gələn vəzifələri uğurla həyata keçirmək məqsədilə ölkəmizdə 
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması 
üzrə Dövlət proqramı” qəbul olunmuş, bu proqram çərçivəsində boyük bir layihə – “Xalq 
Kompüter” layihəsi həyata keçirilmişdir. “Azərbaycan Respublikasında rabitə və informasiya 
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron 
Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq edilməsi və 
İKT sahəsində ümumi maarifləndirmə üzrə xüsusi tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. 
Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan MİCROSOFT 
şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi İNTEL-
AZƏRBAYCAN kurslarını göstərmək olar. Bütün bunlar Azərbaycanda təhsilin modernləş-
dirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində ciddi addımlar atıldığını 
göstərir.
Təhsildə İKT kursunda öyrənəcəyimiz bir sıra məsələlər (təhsildə idarəetmə, İKT 
infrastrukturu, kadr məsələləri, elektron sənəd dövriyyəsi və s.) ölkə təhsil sisteminin bütün 
mərhələləri üzrə xarakterizə olunacaq, təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı əsas məqsədlər, 
vəzifə və prinsiplər göstəriləcək, onların inkişaf yolları və bu sahədə fəaliyyət istiqamətləri, 
tətbiq olunmalı metod və mexanizmlər öyrəniləcəkdir.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin