Təhsilin pillələri və səviyyələri



Yüklə 398,7 Kb.
Pdf görüntüsü
tarix19.04.2020
ölçüsü398,7 Kb.
#30911

Təhsil Qanunu: (1.1) 

 



Təhsilin formaları  

 



Təhsilalma formaları  

 



Təhsilin pillələri və səviyyələri 

 



Təhsil prosesinin iştirakçıları 

 



Təhsilalanların hüquq və vəzifələri 

 



Təhsilverənlərin hüquq və vəzifələri 

 



Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri 

 

Maddə 12. Təhsilin formaları 

12.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil formaları tətbiq olunur: 

12.1.1. Formal - 

dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. 

12.1.2.  Qeyri-formal  -

təhsil  isə  müxtəlif  kurslarda,  dərnəklərdə  və  fərdi  məşğələlərdə  əldə 

edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır. 

12.1.3. informal - 

özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması 

12.2.  Formal  təhsilin  təşkili  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


 

  

Maddə 13. Təhsilalma formaları 

13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 

13.1.1. əyani; 

13.1.2. qiyabi; 

13.1.3. distant (məsafədən); 

13.1.4. sərbəst (eksternat) - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə 

təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək 

hüququ verən təhsilalma forması 

13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə 

təhsil və fərdi təhsil təşkil oluna bilər. 

13.3.  Zəruri  hallarda,  müasir  təhsil  texnologiyalarından  istifadə  etməklə  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq 

edilə bilər. 

 

Maddə 17. Təhsilin pillələri və səviyyələri 

17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 



17.1.1. Məktəbəqədər təhsil. 

17.1.2. Ümumi təhsil: 

17.1.2.1. ibtidai təhsil; 

17.1.2.2. ümumi orta təhsil; 

17.1.2.3. tam orta təhsil. 



17.1.3. Peşə təhsili: 

17.1.3.1. ilk peşə təhsili; 

17.1.3.2. texniki peşə təhsili; 


17.1.3.3. yüksək texniki peşə təhsili.  

17.1.4. Orta ixtisas təhsili. 

17.1.5. Ali təhsil: 

17.1.5.1. bakalavriat 

(əsas (baza ali) tibb təhsili);

 

  

17.1.5.2. magistratura (rezidentura);



 

 

17.1.5.3. doktorantura (adyunktura).



 

  

17.2. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir 



təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil 

səviyyəsi  istisna olmaqla yekun  qiymətləndirmənin  və  ya  attestasiyanın  nəticələrinə uyğun 

olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.



 

  

17.3.  Təhsilin  pillələri  və  səviyyələri  üzrə  fəaliyyət  müvafiq  qanunvericilik  aktları  ilə 



tənzimlənir. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və 

səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır. 



17.4. Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə 

etdikləri  bilik,  bacarıq,  səriştə  və  təcrübənin  qiymətləndirilməsi  və  tanınması  məqsədi  ilə 

imtahanın  keçirilməsi  və  onlara peşə  ixtisasını  təsdiq  edən  sənədin  verilməsi  müvafiq  icra 

hakimiyyəti  orqanının  müəyyən  etdiyi  orqanın  (qurumun)  müəyyən  etdiyi  qaydada  həyata 

keçirilir.  

 

Cədvəl 1: 



Təhsil pillələri  

Təhsil səviyyələri 



Məktəbəqədər təhsil 





Ümumi təhsil 

ibtidai təhsil 

ümumi orta təhsil 

tam orta təhsil 



Peşə təhsili 

ilk peşə təhsili 

texniki peşə təhsili 

yüksək texniki peşə təhsili 



Orta ixtisas 

təhsili 

-

 



-

 

-



 

Ali təhsil 

bakalavriat 

magistratura 

doktorantura 

 

Maddə 31. Təhsil prosesinin iştirakçıları 

31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 

31.0.1.  təhsilalanlar  -  uşaqlar,  şagirdlər,  tələbələr,  kursantlar,  müdavimlər,  magistrantlar

rezidentlər, doktorantlar, adyunktlar və başqaları;  

31.0.2.  təhsilverənlər  (pedaqoji  işçilər)  -  müəllimlər,  assistentlər,  məsləhətçilər,  tyutorlar



rezidentlərin  kuratorları,  tərbiyəçilər,  müəllim  köməkçiləri,  tərbiyəçi  köməkçiləri, 

çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik 

psixoloqlar,  sosioloq-

pedaqoqlar,  məktəb  uşaq  birliklərinin  rəhbərləri,  metodistlər,  təhsil 

müəssisəsinin  dərnək  və  musiqi  rəhbərləri,  təhsil  müəssisəsinin  elmi  işçiləri,  bilavasitə 

pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, 

təhsil  müəssisəsinin  kitabxanaçıları,  nəşriyyat-redaksiya  işçiləri,  təhsili  idarəetmə 

orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının 

təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və 

məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul 

olan işçiləri;

 

  

31.0.3. valideynlər və ya digər qanuni nümayəndələr; 



31.0.4. təhsili idarəetmə orqanları və bələdiyyələr; 

31.0.5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər. 

  

Maddə 32. Təhsilalanların hüquq və vəzifələri 

  

32.1.  Təhsilalanların  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  bu 



Qanuna  və  digər  normativ  hüquqi  aktlara,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 

32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 

32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 

32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; 

32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil dilini 

sərbəst seçmək; 

32.3.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; 

32.3.4.  müvafiq  qaydada  təhsilin  təmayülünü,  təhsil  proqramlarını  və  sinifdənkənar 

məşğuliyyəti seçmək; 

32.3.5. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə 

kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək; 

32.3.6.  təhsil  müəssisəsinin  mövcud  infrastrukturundan  (tədris-istehsalat,  elmi  tədqiqat, 

informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə 

etmək; 

32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 



32.3.8. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq; 

32.3.9. fasiləsiz təhsil almaq; 

32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq

32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə 

olunmaq; 

32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 

32.3.13.  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  biliyinin  yenidən 

qiymətləndirilməsini tələb etmək; 

32.3.14.  dövlət orta ixtisas  təhsili pilləsində, peşə təhsili və ali təhsilin  hər bir səviyyəsində 

qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;  

32.3.15.  dövlət  və  bələdiyyə  ümumi  təhsil  peşə  təhsili  müəssisələrində  dərsliklərlə  pulsuz 

təmin olunmaq;  

32.3.16.  təhsil  prosesinin  təşkilində  və  idarə  olunmasında  fəal  iştirak  etmək,  öz  fikir  və 

mülahizələrini sərbəst ifadə etmək; 

32.3.17. təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin, 

dərnəklərin,  assosiasiyaların,  birliklərin  və  digər  təşkilatların  yaradılmasında  iştirak  etmək, 

eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq

32.3.18.  elmi-

praktik  konfransların,  seminarların,  yığıncaqların  və  görüşlərin,  habelə  təhsil 

həyatı ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək; 



32.3.18-

1.  “Psixoloji  yardım  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən 

edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;  

32.3.19. qa

nunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 


32.4.  Təhsil  müəssisəsində  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla, 

təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir. 

32.5. T

əhsilalanların vəzifələri aşağıdakılardır: 



32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 

32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 

32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 

32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 

32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi 

ilə bağlı qaydalara əməl etmək; 

32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

  

Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri 

  

33.1.  Təhsilverənlərin  hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının  Konstitusiyası,  bu 



Qanun  və  digər  normativ  hüquqi  aktlar,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə 

də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. 

33.2. 


Təhsilverənlərin hüquqları aşağıdakılardır: 

33.2.1.  normal  əmək,  elmi-pedaqoji  iş  və  təhsil  şəraiti,  müasir  standartlara  cavab  verən 

texnologiyalarla təmin olunmaq; 

33.2.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə 

olunmasında fəal iştirak etmək

33.2.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək; 

33.2.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 

33.2.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və 

seçilmək; 

33.2.6.  ixtisasını  artırmaq,  yeni  ixtisas  almaq,  staj  keçmək,  ixtisas  və  elmi  dərəcəsini 

yüksəltmək; 

33.2.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq; 

33.2.8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında 

mühüm  xidmətləri  olan  professorlara  aylıq  əmək  haqqı  və  əlavələr,  digər  güzəştlər  və 

imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-

professor vəzifəsini tutmaq; 

33.2.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 

33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 

33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək

33.3.3.  təhsilalanlarda  fəal  vətəndaş  mövqeyi  formalaşdırmaq,  onları  vətənpərvərlik  və 

azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 

33.3.4.  şəxsi  nümunəsi  ilə  təhsilalanlarda  Azərbaycan  Respublikasının  müstəqilliyinə, 

Konstitusiyasına  və  qanunlarına,  dövlət  rəmzlərinə,  Azərbaycan  xalqının  tarixinə, 

mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf 

mühitə hörmət və qayğı hissləri aşılamaq;  


33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, 

ziyalılıq nümunəsi göstərmək; 

33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 

33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli 

vərdişlərdən çəkindirmək; 

33.3.8.  ixtisas  və  elmi-pedaqoji  səviyyəsini  yüksəltmək,  elmi  araşdırmalar  aparmaq,  əlavə 

məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 

33.3.9.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  attestasiyadan (dövlət  ümumi  təhsil  və 



peşə  təhsili  (tam  orta  təhsil  üzrə  təhsilverənlərə  münasibətdə)  müəssisələrində 

sertifikatlaşdırmadan) keçmək;  

33.3.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



  

Maddə 34. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri 

34.1.  Valideynlərin  və  ya  digər  qanuni  nümayəndələrin  təhsil  sahəsində  hüquqları 

aşağıdakılardır: 

34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) 

üçün təlim-tərbiyə müəssisəsini seçmək; 

34.1.2.  təhsil  prosesinin  təşkili,  tədrisin  keyfiyyəti,  övladlarının  (qəyyumluğunda  və  ya 

himayəsində  olan  şəxslərin)  dərsə  davamiyyəti,  təhsilə  marağı  və  davranışı  haqqında 

məlumat almaq; 

34.1.3.  təhsilalanların  hüquqlarını  müdafiə  etmək,  təhsil  müəssisəsinin  idarə  olunmasında 

iştirak etmək; 

34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-

texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 

34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

34.2.  Valideynlərin  və  ya  digər  qanuni  nümayəndələrin  təhsil  sahəsində  vəzifələri 

aşağıdakılardır: 

34.2.1.  övladlarının  (qəyyumluğunda  və  ya  himayəsində  olan  şəxslərin)  erkən  yaşlarından 

fiziki,  əxlaqi  və  intellektual  inkişafına  şərait  yaratmaq,  onların  icbari  ümumi  orta  təhsil 

almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; 

34.2.2.  övladlarını  (qəyyumluğunda  və  ya  himayəsində  olan  şəxsləri)  humanistlik, 

vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə, milli-mənəvi 

və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; 

34.2.3. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



 

 

Yüklə 398,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin