D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

Folklor, mifologiya, etnoqrafiya

122
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Üç igidi udan dağlar,
Dağlar, Eyvazı neylədiz?!
Qarğasam, tökülər daşın,
Borandan ayrılmaz başın,
Düşər daşın, qalar leşin,
Dağlar, Eyvazı neylədiz?!” (4, 121-22).
Ana dağları bir növ “hədələyir”, onu “ana qarğışı” ilə qorxudur. 
Koroğlunun əli hər yerdən üzüləndə, Bolu bəy tərəfindən aparılanda 
üzünü dağlara tutub onunla belə vidalaşır:
“Qarşı yatan qarlı dağlar,
Dağlar, səndə qarım qaldı” (4, 257).
Qar  dağın  möhtəşəmliyini,  qürurunu,  saflığını,  əlyetməzliyini, 
əzəmətini əks etdirir. Qəhrəman da dağlarda qarının-yəni igidliyinin, 
cəsurluğunun izlərinin qaldığını vurğulayır, bu çıxılmaz vəziyyətdə 
özünə həmdəm dağları seçir, onunla dərdləşir. Məhz, Koroğlu da öz 
yurdunu dağ başında-Çənlibeldə salmış və ədalətsizliklərdən yuxar-
da məskunlaşmışdır. O, öz ilhamını da, gücünü də dağdan çıxan Qo-
şabulaqdan almışdır. Ona görə də məğlubedilməz qəhrəman idi və 
güc aldığı yerin oğlu idi.
Qaçaq  dastanlarımızda  isə  dağlar  qaçaqların  sığındıqları  yurd 
yeridir.  Bura  onların  müdafiə  qalası,  yalçın  qayalar  səngərləri  idi. 
Qacaqlar dağlardan ilham alır, onun qoynunda müdafiə olunurdular. 
Bəzən dağ qaçaq dastanlarında bir oba bir el mənasında da işlənir:
“Duman gəlib bizim dağı bürüdü,
Baxdım məni gör haraya sürüdü” (8, 71).

123
Dustaq  olan  İsmayıl  Nəbiyə  göndərdiyi  namədə  “duman”  və 
“dağ” sözlərini bir şifrə kimi işlətmiş, duman deyəndə o çar ordu-
sunu (düşmən ordusunu), dağ deyəndə isə öz obasını, elini nəzərdə 
tutmuşdur. “Qaçaq Mahmud” dastanında Mahmud dağlara müraciət-
lə dediyi şeirdə qaçaqların dağları qürur mənbəyi, pənah apardıqları 
məskən, dağın çiskinini, çənini yorğan kimi təsvir edir.
“Qürurlu baxışın bizə arxadı,
Pənah gətirmişik sənə, a dağlar!
Daşlı səngərlərin bizi üşütsə,
Bürünnük çiskinə, çənə, a dağlar!” (10, 25).
Nə qədər ki, türk xalqları yaşayır dağlar həmişə qürur mənbəyi-
miz, alilik simvolumuz olaraq yaşayacaqdır.
Ədəbiyyat
1.Azərbaycan dastanları. 1-ci c. Bakı, Lider n., 2005.
2.Azərbaycan dastanları. 2-ci c. Bakı, Lider n., 2005.
3.Azərbaycan dastanları. 3-cü c. Bakı, Lider n., 2005.
4.Azərbaycan dastanları. 4-cü c. Bakı, Lider n., 2005.
5.Azərbaycan dastanları. 5-ci c. Bakı, Lider n., 2005.
6.Cəfərli. M. “Dastan və mif”. Bakı, Elm n., 2001.
7.Kitabi-Dədə Qorqud dastanı. Bakı, 2004.
8.Qafarlı. R. Mif və nağıl. Bakı, 2002.
9.Qaçaq Nəbi, Bakı, Lider, Bakı, 2005.
10.Qaçaq Mahmud, Bakı, 2009.
11.Ögəl.B. “Türk mitolojisi (Kaynakları və Açıklamaları ile Destanlar) 1. c., 
Ankara, 1989.
Folklor, mifologiya, etnoqrafiya

124
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Qəmər Yolçuyeva,
Azərbaycan Müəllimlər İnstitutunun 
Azərbaycan ədəbiyyatı ixtisasi üzrə magistr
M.S.ORDUBADİNİN “DUMANLI TƏBRİZ” ROMANININ 
BƏDİİ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ
M.S.Ordubadinin tarixi romanları içərisində  “Dumanlı Təbriz” 
əsərinin  xüsusi  mövqeyi  vardır.  Roman  öz  mövzusu,  ideya-bədii 
keyfiyyətləri ilə tarixi roman janrının klassik nümunəsi sayıla bilər.
Əsərdə sənətkarın fərdi üslubu üçün səciyyəvi olan bədii sənətkarlıq 
məsələlərinin filoloji təhlil süzgəcindən keçirilməsi mühüm problem 
kimi qarşıda durur.
  “Dumanlı  Təbriz”  romanında  kompozisiya  çoxplanlıdır.  Ha-
disələr  müxtəlif        məkan  çərçivəsində  cərəyan  edir.  Müəllif  əsər 
boyu romanın əsas ideya xətti olan Təbriz inqilabını və inqilabi hərə-
katın  məğlubiyyətindən  sonra  gizli  inqilabi  komitənin  fəaliyyətini 
canlandırır. Müəllif hadisələri maraqlı süjet xəttində birləşdirə bil-
mişdir. Hadisələr inkişaf etdikcə əsərdəki dramatizm də qüvvətlənir. 
Yazıçı kompozisiyanın daha dolğun olması üçün məişət səhnələrin-
dən, təbiət təsvirlərindən, ikinci dərəcəli surətlərdən,ricətlərdən də 
istifadə etmişdir. 
Romanda təsvir edilən dövrü tipikləşdirmə üçün yazıçı bir sıra 
üsullardan   istifadə etmişdir. Evlərin, küçələrin, bazarların, əşyala-
rın, silahın, geyimin təsviri buna misal ola bilər. Romanda sənətka-
rın qəhrəmanların  bədii portretini yaratmaq məharəti də nəzəri cəlb 
edir. Səttarxan obrazının gözönündə daha dolğun şəkildə canlandı-
rılması baxımından onun bədii portretinin təsviri diqqəti cəlb edir:
“Səttarxan olduqca düşüncəli və kədərli idi, qəlyanı-qəlyandan 
ayırmırdı. Qəhrəmanın alnındakı dərin  qırışıqlar çıxılmaz bir vəziy-

125
yət qarşısında qalan    qəlbini ziyafətdəkilərə oxudurdu.
Onun  əymə  və  qövsi  qaşları  tez-tez  qalxır,  alnının  biri    digəri 
üzərindəki qırışıqları da  kaman şəklini alaraq; qəhrəmanın intiqam 
hissləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrə-
man indi hər bir hərəkətlə böyük çətinliklərə təsadüf etdiyini anla-
dırdı” [3,34].
“Dumanlı Təbriz” əsərinin dili,üslubu bədiilik baxımından ma-
raqlı  nümunələrlə zəngindir. Ədib ayrı-ayrı surətlərin daxili aləmini 
göstərmək üçün   maraqlı bədii priyomlar seçir. İnqilaba mənfi mü-
nasibət  bəsləyən  tacir,  rühani,    mülkədar  və  burjuaziya  nümayən-
dələrinin siması əsərdə onların öz sözləri ilə ifşa   edilir.
“Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç 
bir  şey  çıxmaz.  Verək  urusa,  ingilisə,  qurtarsın  getsin.Yoxsa  belə 
getsə torpaq və mülk saxlamaq da mümkün olmayacaq”. 
“Allah  özü  cəzasını  verəcək.  Nəyimə  lazımdır  məşrutə?  Bir 
şey ki, Quranda  da yoxdur…kimin nəyinə lazımdır” [3,18]. Belə-
liklə, tacir, mülkədar və din xadiminin söylədiyi bu sözlər onların 
vətənpərvərlik, milli qürur hissindən məhrum olduğunu,cılız təbiə-
tini açıb göstərir.
Yazıçı  surətin  daxili  aləmini  açmaq  üçün  bənzətmələrdən  də 
bacarıqla  istifadə  edir. Tacir  Məşədi  Kazım  ağanın  anbarı  möhür-
lənən zaman onun     keçirdiyi vəziyyəti yazıçı belə təsvir edir: “Göz 
qapaqları bir-birindən güclə aralanırdı. Kirpikləri bir-birinə qarışıb 
bütün vücudu ölüşgəmiş, əndamı quru alma kimi büzüşmüş, sanki 
həyat ona bir   kərə  “Məndən ümidini kəs!” söyləmişdir” [3,200].
Əsərin bədii dili yazıçının təsvir olunan dövrə, mühitə, xalq di-
linə   münasibətini, obrazları fərdiləşdirmək üçün dialektlərdən is-
tifadə məharətini etməsini aydın görürük. İran kübarlarına məxsus 
danışıq tərzi əsərdəki bir sıra   surətlərin dilində özünü büruzə verir. 
Sərdar Rəşidin nitqini nəzərdən keçirək:
“Mərhəmət buyurubsunuz, həqiqətdə sizin təşrifiniz bizi məsud 
Folklor, mifologiya, etnoqrafiya

126
DƏDƏ QORQUD ARAŞDIRMALARI
buyurdu. Bu gün mənim həyatımda ilk şadlıq günüdür ”.
Bu  cümlələrdəki  “Mərhəmət  buyurubsunuz”,  “təşrif”,  “məsud 
buyurdu”  kimi ifadələr İran kübarları üçün səciyyəsi olan sözlərdir. 
Sərdar Rəşid öz danışığında və məktublarında dindar bir müsəlman 
kimi qəliz fars, ərəb sözləri və tərkibləri də işlədir. 
Romanın birinci hissəsində iki tacirin söhbətində İran tacirlərinin 
inqilaba  nə  məqsədlə  qoşulduqları  da  nəzərdən  yayınmır.  Müəllif 
aşağıdakı mükalimə vasitəsilə bu məqamı qabarıq nəzərə çatdırır:
- Ağa, inqilab demirsən, buyur gəl,eyliyax da…
- Eyliyax da
Namazımı da qılacağam, orucumu da tutacağam, ticarətimi də 
eyliyacağam,  inqilabımı  da  eyləyəcağam. Amma  bəşərtəha,  bəşü-
rutəha!
-  Məhkəmə  də  gedəcəyəm,inqilabımı  da  eyləyəcağam. Amma 
bəşərtəha,   bəşürutəha!
Tarazıma, daşıma, daxalıma ki, toxundun, daha mən yoxam.
- Bərəkallah! Qəndimə, çayıma, dükanıma, arşınıma ki, toxun-
dun, daha mən   yoxam.
Tacir  psixologiyasını,  əhval-ruhiyyəsini,  inqilaba  münasibətini 
göstərmək    üçün bu mükalimələr kifayətdir. Misal gətirdiyimiz bu 
parçada həm də müəllif təbrizlilərin danışığını da təbii və inandırıcı 
vermişdir.
Ədib müəyyən bir surəti səciyyələndirmək, tipikləşdirmək, onun 
nitqini   fərdiləşdirmək, yerli koloriti artırmaq üçün məhəlli sözlər-
dən,  şivələrdən  də  bacarıqla  istifadə  etmiş,  həmiçinin  təbrizlilərin 
bəzi dialekt xüsusiyyətlərini göstərmişdir: “Belə ha,hökumətə ilişir, 
müctəhidə  ilişir,məzhəbə  ücəşir,imama  peyğəmbərə  bədəlax  atırı, 
axırda da tora düşiri” [3 , 62].
Müəllif təbrizlilərin bəzi rus sözlərini təhrif etdiklərini də nəzərə 
çarpdırır:
“Başınıza and içirəm,inanın,bunların hamısı falşivədir. Bunların 

127
hamısı   urusları məmləkətdə gətirməkdən ötrü idi” [3 , 6].
Romanda işlədilən bədii təsvir vasitələri də maraqlıdır. Əsərdə 
təsvir   olunan inqilabi-siyasi hadisələrlə əlaqədar həmin hadisələrin 
məzmununa uyğun olan təşbehlər işlədilir. Məsələn: “Sərçələr isti-
sinin şiddətindən budaqların kölgəsinə çəkilmiş, dumanlı Təbrizin 
ictimai və siyasi həyatı kimi mürgüləyirlər. Əyri-üyrü yollar Təbriz 
xalqının əqidəsi kimi bulanıq idi” [ 3, 222].
Bu cümlələrdə müəllif bir tərəfdən inqilabçı Təbrizin ağır vəziy-
yətini təsvir edir, digər tərəfdən, cürbəcür zümrələrə mənsub adam-
ların müxtəlif əqidələrə   malik olmasını göstərir.
Bu təsbihlərdə  bənzətmələr insan təbiətindən xarici aləmə keçir.
M.S.Ordubadi təşbehlərin təsvir edilən hadisələrə uyğun olması-
na xüsusi diqqət yetirən yazıçılardandır.Məsələn, “ Hacı Səməd xan 
əyilən başlardan düzəlmiş canlı hasarın arasından gedib həyətə gir-
di...” [4 , 85].
Yazıçı bədii təzaddan da geniş istifadə edir. Məsələn: “Qədəmlər 
irəli atılmaq istəsə də, ürəklər geriyə dönməyə məcbur idi.”,“Məncə 
o işıqlar son işıqlar, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın 
ilk qarandığıdır” [3 , 31].
Əsərdə  hadisələrin mahiyyətini əks etdirmək üçün aforizmlər-
dən məharətlə  istifadə edilmişdir: “Həyat acı toxumlu şirin mey-
vələrə bənzəyir.” [4,26], Mahru deyir -“Bu evdə məhv olan cavanlıq 
günlərimin təziyyəsini saxlamışam” [4,58].
M.S.Ordubadi fikrin daha təsirli, aydın ifadəsi üçün bədii təkrirə 
də yeri gəldikcə müraciət edir. Nina Əbülhəsən bəyə deyir: “Mən 
sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvətin tərəfində. 
Az bir qüvvətlə çoxlara qarşı    mübarizə aparanların tərəfində, Sət-
tarxanın tərəfində” [3,56].
Romanda peyzajın-təbiət təsvirlərinin də öz yeri var. Bu təbiət 
təsvirləri   əsərin ümumi ruhuna uyğun olub yazıçının fikir və ide-
yalarının bariz ifadəsinə çevrilir. Məsələn: “Ucən yayasından əsən 
Folklor, mifologiya, etnoqrafiya

128
DƏDƏ QORQUD ARAŞDIRMALARI
külək  söyüd  ağaclarının  boynunun  qucaqlayıb  yeni  göyərmiş  yar-
paqların dodaqlarından öpür, onu nazlandırır, təbiətin ipək köynəyi-
nin ruh oxşayıcı xışıltısını küçələrə dağıdırdı” [4 , 12]. Bu cümlədə 
təbiət təsviri müəllifin qələmə aldığı hadisələrlə üzvi surətdə bağlı-
dır.
Müəllif bəzən bu və ya başqa surətin psixologiyasını açıqlayan 
zaman təbiət təsvirlərindən istifadə edir və uyğun təşbehlər işlədir. 
Mahrunun  küskün  vəziyyətinin  “iyul  günəşindən  solan  qızılgülün 
yarpağına” bənzədilməsi bu qəbildəndir.
Əsərdə qədim Təbrizin həssas, dəqiq, eyni zamanda bədii təsviri 
yazıçının  sənətkarıq məharətindən xəbər verir. Yazıçı kənardan can-
sıxıcı divarlarla, cəmiyyətdən ayrılmış evlərin içərisində başqa aləm 
hökm sürdüyünü göstərmək üçün Ninanın dili ilə: “Şərq evlərinin 
içərisi dışarısından yüz faiz gözəldir”-deməklə bu fikri təsdiqləyir 
[4,11]. Təbrizdəki kübar ailələrin mənzillərini bədii dillə canlandı-
ran böyük ədib təkcə romanını deyil, Azərbaycan xalqının milli mə-
dəniyyətini də öz romanı ilə birlikdə əbədiləşdirmişdir.       
Ədəbiyyat   
1. Axundlu Y. Azərbaycan tarixi romanı: Mərhələlər,problemlər. Bakı: Adi-
loğlu nəşriyyatı, 2005. 
2. Vəzirova  F. Məmməd Səid  Ordubadi. Bakı, Elm, 1972.
3. Ordubadi M.S. Dumanlı Təbriz. Roman. (I-II hissə ) Bakı, Yazıçı,1985. 
4. Ordubadi M.S.Dumanlı Təbriz. Roman. İkinci kitab. Bakı,Yazıçı,  1985.
Резюме
Гамар  Ёлчуева
В  статье  анализируется  характеристика  художественного  мастерства 
романа  “Туманный  Тебриз”  известного  писателя  М.  С.  Ордубади. 
Исследователь  делает  вывод,  что  исторический  роман  автора  считается 
ценным  не  только  с  точки  зрения  тематики  и  выдвигаемой  проблемы,  но 

129
и  с  точки  зрения  художественного  мастерства  языка,  литературы  и  стиля. 
В  статье  конкретными  примерами  указываются  характерные  признаки 
творчества  Ордубади,  высказывания  о  его  личном  стиле,  о  способности 
создавать  образ,  его  мастерстве  использования  средства  художественного 
описания и о способе литературного выражения.
Ключевые  слова:  роман,  язык  художественной  литературы,  диалект, 
народный язык, пейзаж, портрет.
Summary
Qamar Yolchuyeva
The article analyzes of the characteristics of artistic craftsmanship of the 
novel Ordubadi “Foggy Tabriz” by a famous writer Ordubadi
The researcher concludes that the author’s historical novel is not considered 
valuable only for the topic, but also for the artistic mastery of the language, the 
literature in terms of style.
Ordubadi personal style, which is the characteristic points for his ability to 
create an image of the original description of the functions and the use of specific 
examples of literary art on the basis of opinions.
Keywords: novel, literary language,dialect, popular language, landscape pa-
inting, portrait.
Folklor, mifologiya, etnoqrafiya

130
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Nərgiz Mirzəzadə,
Azərbaycan Müəllimlər İnstitutunun
 Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı                                              
HƏMİD NİTQİNİN POEZİYASI
Həmid Nitqi müasir Cənub poeziyasında öz səsi və yaradıcılıq 
üslubu olan şairlərindən biridir. Bu sima və üslubu müəyyənləşdir-
məkdə görünür onun Türkiyədə keçən təhsil illərinin də təsiri olmuş-
dur. O, daha çox sərbəst vəznə rəğbər bəsləyir. Bu formanın özün-
də də vətəndə olan həmkarlarından fərqlənir. Bir şair kimi başlıca 
olaraq obyektiv varlıq və hadisələrin daha çox mənəvi cəhətlərinin 
bədii izahını verməyə meyl göstərir. Təbii ki, tərənnüm ahənginin 
bütün axarları müasiri olan insanların həyat və talelərinin işıqlandır-
mağa yönəlir.
İlk baxışda sadəcə olaraq ilin fəsillərindən biri hesab edilən qış 
şairin tərənnümündə adamların və cəmiyyətin həyatında baş verən 
bir köklü hadisə kimi təqdim edilir. Mövzunu “Qara qış” başlığı al-
tında təqdim etməsi özü həyata baxışının bir əlaməti kimi səslənir. 
Söz yox ki, bu,şeirdə də təbiət hadisələrini zəif bir müşahidə qabi-
liyyəti duyulur. Müəllif qışın gəlməsi ilə təbiətin ümumi mənzərə-
sində yaranan dəyişiklikləri bir sənatkar duyumu ilə müşahidə edir. 
Bağçalarda güllərin solmasından, yarpaqların xəzələ dönməsindən, 
hətta günəşin rənginin saralmasından sanki həzin bir musiqi dili ilə 
söhbət açır. Lakin yaratdığı tablo fonunda şairin oxucuları ilə başqa 
mətləblər barədə də söz-söhbəti vardır. O, məhz ictimai şərait çərçi-
vəsində qışın gəlməsi ilə könüllərin yetim qalmasından, ümidlərin 
qırılmasından, ürəklərin tutulmasından söz açır.
Qalmadı bağdan əsər,
Zəhmətlər oldu hədər.

131
Söndü bir-bir ümidlər−
Ürəyimiz qaraldı. ( 4, 36 )
Sənət və sənətkar üçün bəlkə də ən ümdə keyfiyyət başqa sözlə 
gözəllik hesasb edilə biləcək bir cəhət Nitqinin yaradıcılığında qa-
barıq  şəkildə  özünü  göstərməkdədir.  Bu  da  sənətin  əzəli  və  əbədi 
qanunlarına hörmət etməklə bərabər, öz yolu ilə getmək məsələsidir. 
Onun sənət dünyasında bu fikir çox güclü səslənir: əgər sənətkar yal-
nız özünə qədər salınmış cığırla getsə, onda şerin ömür yolu hardasa 
qırılar, ondan ancaq bir ilğım qalardı.
İlk baxışda Nitqinin şeirlərində tərənnüm obyekti kimi alınmış 
həyat həqiqətlərində sanki bir dəmir soyuqluğu vardır. Fəqət, bu şe-
irlərin daxili aləminə yol tapdıqda hadisə və insanlara isti bir mü-
nasibət olduğu nəzərdən yayınmır. Həm də belə hallarda damlada 
dəryanın təqdimi xüsusi razılıq hissi doğurur ( 3, 8 ).
Uca  dağın  köksündə,  uçuq  bir  daxmada  yerləşmiş  çayxanaya 
yolu düşən şairin hər şeydən artıq divardan asılmış saz nəzərini cəlb 
edir. Toz basmış, unudulmuş saz. Adətən dil-dil ötən bu “nəğməka-
rın” pərişan halı onu düşündürür. Bu hal nə üçündür! O, susmuşmu! 
Susdurulmuşmu! Koroğlunun qılınc vurub at oynatdığı hünər mey-
danlarında dəlilərlə bir sırada vuruşan bu “dəliqanlıya” nə gəlmiş-
dir!  O,sazın  kimə  məxsus  olması  ilə  maraqlanır.  Bu  sorğu-suallar 
şairi çox uğurlu bir aləmə aparıb çıxarır. Bu, el-obanın bütün həyatı 
sorağında olduğu bir aləmdir. Qaranlıqlar arxasından boylanan Dan 
ulduzlu bir Sabah:
Qurtuldum boğazımı sıxan pəncədən bir an,
Dan Ulduzu görsəndi gecənin arxasından...  ( 4, 30 ).
Yuxarıda xatırlatdıq ki, Həmid Nitqi yüksək fikir və ideallar sa-
hibi olmuş Şeyx Məhəmməd Xiyabani qətlə yetirilən gün dünyaya 
Folklor, mifologiya, etnoqrafiya

132
DƏDƏ QORQUD ARAŞDIRMALARI
göz açıb. 
Şair “Şeyx Məhəmməd” adlı əsərində məhz özünəməxsus bir sə-
liqə ilə Şeyxin ideallarına bağlı olduğundan söz açır. Fəqət, şairin 
artıq boya-başa çatdığı illərdə də ö böyük insanın arzularının çiçək 
açmaması, bu elin-obanın hələ sağlığında o odlu vətənpərvərin qəd-
rini bilməməsi onu dərindən düşündürür. O böyük insanın gözlədiyi 
saatın nə üçün vaxtında səslənməməsi, əkdiyi ağacların qol-budağa 
dolmaması köksündə yaralar doğuran təəsüf hisslərinə çevrilir.
Amma neçün,
Vədə etdiyin
Saat çalmadı,
Nədən əkdiyin ağac
Dal-budaq salmadı, −
Yaralar sağalmadı? (4, 38 ).
“Goz yaşı” şerində görüb şahidi olduqlarını sadəcə olaraq tərən-
nümdən başlayan şairin söz karvanı nəticə etibarilə ab-havasından 
nisgil, həsrət yağan bir mənzil başına gətirib çıxarır. Bu, keçmişə sə-
daqətdən, ömrün dünəninə məhəbbətdən doğur. Bu yadetmə, dünənə 
boylanmış o qədər səmimi və təsirli təsvir edilir ki, hətta lirik qəh-
rəmanı da kövrəldir. Gözlərini doldurur. Başlıca ideya belədir desək 
yanılmarıq: dünəni qiymətləndirməyi bacarmayanların sabahı da ola 
bilməz. 
Xatirə gəldikdə,
Hər yolçu
Çarəsiz
Bir ləhzə o keçmiş 
   
günlərə dönəcək,
Gözü nəmlənəcək,

133
Papirosu
Əlində sönəcək. (4, 67 )
Həmid Nitqinin qələmindəki lirik vüsət bəlkə də bütün yaradıcı-
lığını əhatə edəcək qədər imkanlıdır. O, özünün sevgi hisslərini bir-
başa izhar etməkdən çəkinir. Bu yolla gedərsə, ifadələrinin bərəkə-
tini, rahiyəsini itirəcəyindən ehtiyat edir. Bu yerdə o, mən sənin daş 
qəlbinə Kəbə demişəm,gözlərini ümman bilmişəm də, deyə bilərdi. 
Amma o:
−Daş qəlbinə Kəbə deməm,
Gözlərinin dənizində
Yelkənlər açıb getməm...
Sevda deyilmi! − deyir (4, 108 ).
Həmid  Niqinin  şeirləri  Güney  Azərbaycan  türk  ədəbiyyatının 
üfüqlərinin Türkiyəyə, quzey Azərbaycana, Avropaya qədər geniş-
ləndirən bir dərin mədəniyyətə, müasir insanın qayğılarına, inkişaf 
etmiş bir şeir dilinə, duyğu yüklü, sehirləyici bir təsirə malikdir. 
Biz bu şeirlərdə çağdaş Türk poeziyasının gəlib çatdığı mərhələ-
ni görürük.
Ədəbiyyat
1.  Akpınar.Y. Her rengden, Dünenden bugüne. Ankara, “Aytan”, 1996, s. 193.
2.  Qarayev. Y.  “Azərbaycan  ədəbiyyatı  19  və  20-ci  yüzillər”  Bakı,”Elm”  , 
2002, s. 737.
3. Nəbioğlu. S. “Başlıca meyar əməldir”. “Ədəbiyyat qəzeti”, 1991, 28 iyun, 
s. 8.
4. Nəbioğlu. S. Həmid Nitqi.Seçilmiş əsərləri. Bakı, “AVRASİYA PRESS”,       
2005, s. 150.
5. Nitqi. H. “Ana dili – Sevgili dil”. “Ədəbiyyat qəzeti”, 1991, 8 mart, s. 5.
Folklor, mifologiya, etnoqrafiya

134
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Резюме
                        
           Наргиз Мирза-заде 
Гамид Нитги сыграл своеобразную роль в развитии поэзии Азербайджана 
и  обогатиль  его  своей  лирикой.  Лирика  Гамида  Нитги  обладает  богатой 
культурой,  чарующим  стихотворным  воздействием    и  отвечает  проблемам 
современного человека.
Ключевые  слова:  поэзия,  стиль,  творчество,  поэт,  литература, 
лирический.
Summary
                                   
Nargiz Mirzazade
Hamid Nitgi has played an important role in the development of Azerbaijani 
poetry, it also enriches it with his own lyrics. Lyrics Hamid its rich culture, care 
of modern man, evolved in the development of poetic language, equipped with 
magical powers.
Keywords: poetry, style, activities, poet, literature, lyrical. 

135
Səidə Məmməmdova,
AMİ-nin magistri
N.HƏSƏNZADƏNİN DRAMATURGİYASINDA
MÜASİRLİK VƏ TARİXİLİK
Azərbaycan ədəbiyyatı tarixinə əsasən lirik şair kimi daxil olmuş 
N.Həsənzadə  həm  də  teatr  tariximizdə  özünəməxsus  yer  tutmuş-
dur. 80-ci illərdən etibarən onun pyesləri tamaşaya qoyulur. Onun 
müxtəlif  teatrlarda  beş  mənzum  pyesi  tamaşaya  qoyulub:  “Bütün 
şərq bilsin” 1982-ci ildə Sumqayıt Dövlət Teatrında, “İmzalar içində 
” 1980-ci ildə Şəki Dövlət dram Teatrında, “Nabat xalanın çörəyi” 
1989-cu ildə Mingəçevir Dövlət Dram Teatrında, “Atabəylər” 1984-
cü ildə, “Pompeyin Qafqaza yürüşü” 1997-ci ildə Akademik Milli 
Dram  Teatrında.  Bu  pyeslərin  əksəriyyəti  tarixi  mövzuda  qələmə 
alınıb, uzaq və yaxın tarixi keçmişi əks etdirir. Nəriman Həsənza-
də “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı” dram 
əsərlərini  tarixi  mövzuda  yazmışdır.  Təcrübələr  göstərir  ki,  tarixi 
səhnəyə gətirmək, onu səhnədə canlandırmaq həm müəllifdən, həm 
də rejissor və aktyorlardan böyük istedad, tarixi bilik və savad tələb 
edir. Tarixi mövzuda mənzum pyes yazmaq olduqca çətindir.
Ədəbiyyatımızda  mənzum  tarixi  dramların  ən  qiymətli  nü-
munələrini  Azərbaycan  romantizminin  banilərindən  olan  Hüseyn 
Cavid  və  xalq  şairi  Səməd  Vurğun  yaratmışlar.  Hüseyn  cavidin 
“Xəyyam”,  “Peyğəmbər”,  “Topal  Teymur”  kimi  əsərləri,  Səməd 
Vurğunun “Vaqif” mənzum tarixi dramı bu səpkidədir. Səməd Vur-
ğunun  “Vaqif”  mənzum  tarixi  dramının  yarandığı  vaxtdan  (1938) 
sonra, təxminən qırx ildən artıq zaman ərzində bu janrda sanballı bir 
əsər meydana çıxmamışdır. Xalq şairi Nəriman Həsənzadənin “Ata-
bəylər” (1984) mənzum tarixi dramı ilə bu boşluq doldurulmuşdur. 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin