D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

Cürəli  oykonimi.  “Azərbaycan  toponimlərinin  ensiklopedik 
lüğəti”ndə yazılmışdır: “Biləsuvar rayonunun Ağalıkənd i. ə. v.-də 
kənd. Muğan düzündədir. XIX əsrə aid mənbələrdə rayonun ərazi-
sində Cürəli adlı yalnız bir kənd qeyd olunmuşdur. Sonralar həmin 
kənd Yuxarı Cürəli və Aşağı Cürəli adlı iki kəndə ayrılmışdır. Oy-
konimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə 
cürəli  tayfasının  adını  əks  etdirir. Yerli  əhalinin  məlumatına  görə, 
Sovet hakimiyyəti illərində Yuxarı Cürəli adlanan məntəqədən bir 
qrup ailə ayrılaraq Aşağı Cürəli kəndini əmələ gətirmişdir” (2. 282).
T.Əhmədovun yazdıqlarına görə, “Oykonim keçən əsrin sonla-
rında Lənkəran qəzasında yaşamış cürəli adlı tayfanın adından ya-
ranmışdır. XIX əsrin II yarısına aid yazılmış mənbələrin birində bu 
qəzada perembel, dərvişbəyli, panavand, dilağarda, şahsevən, mah-
mudlu tayfaları və habelə seyidcə,ərusa, adnabazar qrupları ilə yana-
şı cürəli tayfasının da yaşaması qeyd olunmuşdur” (3. 30). 
Aparılan  araşdırmalardan  aydın  olur  ki,  Xırmandalı,  Bəydili, 
Cürəli oykonimləri etnonim mənşəli oykonim olub, vaxtilə bu əra-
zilərdə yaşayan tayfaların adını əks etdirir.
Ədəbiyyat
1 “ Azərbaycan Sovet Ensiklopediyası”. II cild. Bakı, 1978.
2. “Azərbaycan Toponimlərinin Ensiklopedik lüğəti”. I, II cild. Bakı, 2007.
3. Əhmədov T. “El – obamızın adları”. 1984.
4. Əliyeva T. “Etnik toponimlərin şəcərə əsasları”. Azərbaycan onomastikası 
problemlərinə həsr olunmuş IV elmi – nəzəri konfransın materialları. Bakı, 1993.
5. Hüseynzadə Ə. “Coğrafi adlar”.  Bakı, 1977.
6. Məmmədbəyov E. “Kür – Araz ovalığında hidroqrafik prosesləri əks et-
dirən toponimlər”. Azərbaycan onomastikası problemlərinə həsr olunmuş II elmi 
– nəzəri konfransın materialları. Bakı, 1988.
7. Məmmədov N. “Azərbaycanın yer adları”. 1993.
8. Mirzəyev M. Ağayev Ş. “Masallı toponimləri”. 1992.
9. Türkel Y. “Biləsuvar”. 1995.
Onomastika, Dialektologiya, Etimologiya

224
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xəyalə Əsədova,
ADPU-nun magistri
 
BƏXTİYAR VAHABZADƏNİN ŞEİR DİLİNDƏ 
SİNONİM VƏ ANTONİM
Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasında öz orijinal üslu-
bu, özünə xas dəsti-xətti olan, şeir poetikasının zənginliyi ilə seçilən 
şairlərimizdən  biridir.  Sözü  mənalandırma,  fəlsəfi  ümumiləşdirmə 
məqamlarında onun poetik təfəkkür orijinallığı özünü bütün aspekt-
lərdə təcəssüm etdirir. Onun bədii dilində söz xüsusi üslubi siqlətli 
təqdim olunur, sözün deyiliş tərzində qüdrətli qələm ustasının dili 
incə duyum keyfiyyətləri aşkarlanır. 
Şeirdə yersiz və yorucu təkrarın qarşısını almaq, estetik tamlığa 
nail olmaq üçün B. Vahabzadə təsvirin obrazlı bədii səciyyəsini fər-
diləşdirir, kontekstləşdirir, bir sözlə, poetik hərarətin qabarıq şəkildə 
hiss olunmasını sinonim və antonimlərlə mükəmməl şəkildə ifadə 
edir. Fikrin ifadəsində mənaca eyni və ya yaxın olan sözlərdən mət-
nə münasibətinin müəyyənləşdirilməsi ilk növbədə şairin söz duyu-
mu, onun üslubi incəliklərinə həssaslığı, məna çalarlarına nüfuzet-
mə vərdiş və bacarığı ilə bağlı mühüm sənətkarlıq məsələsidir. Bu, 
o dərəcədə vacib sənətkarlıq problemidir ki, bəzən şeirin taleyini, 
uzunömürlülüyünü təyinetmə qüdrəti kəsb edir. Həyat hadisələrinə 
estetik  münasibəti  gücləndirməkdən  ötrü  dilin  bütün  üslubi-leksik 
qatlarına xüsusi həssaslıqla yanaşan bədii söz ustası təlqin edəcəyi 
duyğu və düşüncələrinə müvafıq ifadə formaları axtarıb tapır. Dilin 
bu istiqamətdə fəallaşdırma prosesi daha artıq şairin əxz etdiyi bədii 
qayənin estetik reallaşma keyfiyyətinə öz müsbət təsirini göstərir 
Əsl şeirin istənilən sətrində sinonim sözlərin bir sözünü belə də-
yişsən, onun sehri də, musiqisi və ahəngi də dəyişir. Sinonimlik şeir 

225
dilinin ən mühüm ifadə ve poetik obrazlılıq vasitələrindən biridir. 
Varlığın ziddiyyətli cizgilərinin antonimlərin köməyi ilə təsvirində, 
adətən, emosional mühakimə tərzinin üstünlüyünə nail olur. Anto-
nimlərin əsasında şair antiteza yaradır ki, bu da öz estetik təbiətinə 
xas olaraq müxtəlif anlayışların, obrazların, əlamətlərin əks qütblə-
rini qarşılaşdırır və bu qarşılaşdırma nəticəsində “fikrin ifadəsi üçün 
aforistik dəqiqlik şəraiti yaranır” (4,100). Aşağıdakı nümunədə sino-
nim və antonimlərin bir-birini izləməsinə fikir verək:
Göydə qürub çağı da, dan yeri də gözəldir.
Həyatın sevinci də, kədəri də gözəldir.
Həyat–bir cıdır düzü, bir döyüş meydanıdır.
Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
İnci üzə çıxarmı çalxalanmasa ümman?
Bu meydanda heyif ki, daim eniş axtaran,
“Azca aşım, ağrımaz başım” – deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar 
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Hər kədəri səadət, hər sevinci qəm izlər. 
Əsl könül həm qəmi, həm sevinci əzizlər...         
...Onlar orta yol tutub nə “hə”, nə də “yox”, – dedi.
Havaya nə “istidir”, nə də ki, “soyuq”, – dedi...
...Sən qımışma güləndə, inləmə ağlayanda        
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül.
Gülsən də, ağlasan da tamam doysun qoy könül (1, 10).
Nümunədən sezilir ki, sinonimik  və  antonimik təkrarda üslubi 
məna istiqamətinə yad olan heç bir detal yoxdur. Misraların simmet-
rik qurulması da sinonim və antonim sözlərə borcludur. Danışıq dili-
nin sintaktik çevikliyi şeirin dilində məhz bu təkrarın sayəsində əks 
olunmuşdur. Ümumi mətnin linqvistik təhlilində eyni leksik–seman-
Onomastika, Dialektologiya, Etimologiya

226
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tik mənalı sözlərin fəal şəkildə işlənməsində ritm–poetika axtarışla-
rı, poetik əhval–ruhiyyəni yüksək səviyyədə cavablandırmaq, asso-
siativliyə nail olmaq, intellektual, yetkin bədii dillə qələmə vermək, 
canlandırmaq cəhdləri vardır. Buraya şairin sinonim və antonimlər 
vasitəsilə şeir dilinin estetik zənginliklərini təzahür etdirmə cəhdlə-
ri də daxildir. Sinonim və antonimlərin daxili enerjisini, çevikliyini 
səfərbərliyə alıb onları eyni misrada işlətmək üsulu da şeir dilinin 
karına gəlir.
Sevdim! Gecə - gündüz yandım şam kimi
İztirab... Göz yaşı... Min qan, min qada....
...Seyr edib yaxını, gah da uzağı
Bir az seçə bildim qaranı ağdan...
...Evləndim...hicrana son qoymaq üçün
Qurtardı həsrət də, xoş intizar da
İndi də qayğılar artdı günbəgün
Dedim:- Ay səadət, hardasan, harda? (1, 17).
     
“Əksliklərin təmasını görmək və əks etdirmək şairin poeziyasına 
xüsusi ekspressiya gətirir. Məhz buna görədir ki, onun dilində anto-
nimlər  sevimli  və  işlək  semantik  fiqurlardandır. Antonimlər  həyat 
və fikir təzadlarının  onun dilindəki siqnallarıdır; həyatın inkişafını 
təmin edən ziddiyətlərin, bir–birini yetirən ağla qaranın, acı ilə şiri-
nin, ölümlə doğuluşun–dialektik əksliklərin əks–sədasıdır” (3, 116).  
Onun  təsvirindəki  ziddiyətli  lövhələr  bədii  qayənin  bütövlüyünü 
təmin edir, təsvir obyektinin btün təfərrüatlarının oxucuya çatdırır. 
Əks mənalı sözlərin semantikasından doğan təzadlar poetik canlan-
dırmanın əsas stimuluna çevrilir.
Antonimlərin bədii gözəllik yaratma imkanını söz sənətkarımız 
onun varlığını obrazlı şəkildə əks etdirən bədii düşüncə prosesi ilə 
bağlı görür, əksmənalı leksik vahidlərə poetik təfəkkürdə baş verən 

227
inkişaf,  hərəkət,  proses  kimi  baxır.  Həyat  həqiqətlərinə  həssas  və 
fəal münasibəti nəzər çarpdırmaq, lirik qəhrəmanın mənəvi dünya-
sını dolğunluqla ifadə etmək baxımından da əks mənalı sözlər şairin 
poetikasını təyin etməklə müstəsna əhəmiyyətə malikdir.
Ədəbiyyat
1. B.Vahabzadə. Seçilmiş əsərləri. I cild. Öndər nəşriyyatı. Bakı-2004, 328 
səh.
2. B.Vahabzadə. Sənətkar və zaman. Bakı, 1978, 297 səh.
3. T.Hacıyev. Şeirimiz. Nəsrimiz. Ədəbi dilimiz. Bakı, Yazıçı, 1990, 360 səh.
4. M.Hüseynov. Dil və poeziya. Bakı , 2008, 434 səh.  
РЕЗЮМЕ
                       
                                        Асадова Хаяла
Синонимы и антонимы в стихах Бахтияра Вагабзаде 
В статье проанализированы стилистические особенности синонимов и 
антонимов, использованных в стихах Бахтияром  Вагабзаде. Здесь   на основе 
конкретных  примеров  был  проведен  анализ  стилистическо-семантических 
качеств синонимов и антонимов, использованных в текстах стихов.
Ключивые слова: синоним, антоним, поетизм, лексика
SUMMARY
 Asadova Xayala
Synonyms and antonyms in poems Bakhtiyar Vahabzade
In this  article was researched  in common use synonyms and antonyms in 
Bakhtiyar Vahabzadeh’s speech. In this article poetical and semantical features of 
synonyms and antonyms were analysised on basic concrete samples.
Key words:   synonym, antonym, poetic lexica       
Onomastika, Dialektologiya, Etimologiya

228
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Kəbirə Süleymanova,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı
FELDƏ TƏSİRLİLİK-TƏSİRSİZLİK
KATEQORİYASI
Fellər  özünün  leksik-semantik,  morfoloji-sintaktik,  frazeoloji, 
fonetik  xüsusiyyətlərinin  zənginliyi,  rəngarəngliyi,  çox  cəhətliliyi 
ilə,  kateqoriyaların  çoxluğu  və  səciyyəvi  xüsusiyyətləri  ilə  başqa 
nitq hissələrindən seçilir. Bu nitq hissəsi milli orijinallığını, qədim 
izlərini daha yaxşı mühafizə edib saxlayır, söz yaradıcılığında, lüğət 
tərkibinin zənginləşməsində, fikrin başqalarına çatdırılmasında xü-
susi rol oynayır.
Məhz  buna  görə  də  dilimizdəki  felləri  hərtərəfli  tədqiq  etmək, 
onların az öyrənilmiş, az toxunulmuş sahələrini, tədrisdə böyük mü-
bahisələrə  səbəb  olan  təsirlilik-təsirsizlik  kateqoriyasını,  təsirli-tə-
sirsiz fellərin xüsusiyyətlərini faktik dil materiallarına əsasən dəqiq, 
səhih şərh etmək dilçiliyimiz qarşısında duran əsas problemlərdən 
biridir. Bu mövzunun ətraflı şəkildə şərh olunması və araşdırılması 
dilçiliyimizdəki bir sıra mübahisəli məsələlərin həllinə kömək edə-
cəkdir. Təsir  kateqoriyasının  şərhi  aşağıdakı  mövzuların  sərhədini 
dəqiqləşdirməyə kömək edəcəkdir: hərəkətlə obyekt və subyekt ara-
sındakı  münasibət,  vasitəli  tamamlıqla  vasitəsiz  tamamlıqlar,  təsir 
və növ kateqoriyası arasındakı münasibət, təsirlik hallı feli birləş-
mələr, felin bəzən təsirli, bəzən təsirsizlik çıxış etməsi, obyekt və 
subyekt arasındakı münasibətdə sözün semantik mənasının omonim 
və çoxmənalılığın rolu və s.
Məlum olduğu kimi, obyektiv aləmdə müəyyən bir səbəb və tələ-
bat nəticəsində hərəkət baş verir, müəyyən bir vəziyyət yaranır. Bu 
zaman əşya-obyekt az və ya çox dərəcədə, bu və ya digər cəhətdən 

229
təsirə məruz  qalır.  Bu  təsir  nəticəsində əşya  dəyişir,  bir  formadan 
başqa formaya düşür, bir əşyanın yerində digəri yaranır və s. təbi-
idir ki, hərəkət olan yerdə onun təsiri də olmalıdır. Hərəkəti təsir-
siz təsəvvür etmək mümkün deyildir. Obyektiv aləmdə olan hal və 
hərəkətin dildə “fel” adlanan sözlərlə ifadə olunduğu nəzərə alındıq-
da belə bir nəticə hasil olur ki, təsirsiz fel olmamalıdır. Belə olduqda, 
biz “təsirsiz fel” terminindən də imtina etməliyik. Lakin dilçiliyin fel 
bəhsində bu terminlər-təsirsiz və təsirli sözləri qismən başqa mənada 
başa düşülür. Belə ki, hərəkət obyektlə birbaşa, heç bir vasitə olma-
dan əlaqəyə girirsə, bu iş obyektin üzərində icra edilirsə, subyektin 
icra etdiyi hərəkət obyekti (əşyanı) dəyişikliyə uğradırsa, bir sözlə, 
əşya bu və ya başqa şəkildə hərəkətin təsirinə məruz qalırsa, belə 
hərəkəti ifadə edən fellər təsirli, belə hərəkəti ifadə etməyənlər isə 
təsirsiz fel adlanır.
Təsirlik kateqoriyası obyekt və subyekt arasındakı münasibətdə 
meydana çıxır. Bu münasibət zamanı fel özündən əvvəlki sözü ismin 
təsirlik halında idarə edir. Təsirlik halda olan isim kimi? nəyi? hara-
nı? nə? suallarından birinə cavab verir.
Obyektə olan təsir və onun dərəcəsi çoxcəhətli və müxtəlif xa-
rakterli  olur.  Obyektə  olan  təsirin  dərəcəsini  aşağıdakı  kimi  ümu-
miləşdirmək olar:
1) Obyektə olan təsir tam qabarıq şəkildə özünü göstərir. Məsələn: 
daş yonmaq, söz yazmaq və s.
2)  Obyektə  olan  təsir  qismən  qabarıq  şəkildə  özünü  göstərir. 
Məs: O dişini qıcayır; Tahir dostunun əlini sıxdı və s.
3) Obyektə olan təsir nəticəsində obyekt meydandan yox ola bi-
lir. Məs: Əhməd işığı söndürdü; O sükutu pozdu; Qonaq çayını içdi 
və s.
4) Obyektə olan təsir nəticəsində yeni bir obyekt yaranır. Məs: 
Mühəndislər yeni bir proyekt cızdılar; Kəşfiyyatçılar yeni plan qur-
dular və s.
Onomastika, Dialektologiya, Etimologiya

230
DƏDƏ QORQUD ARAŞDIRMALARI
5)  Obyektə  olan  təsir  nəticəsində  obyekt  yerini  dəyişir.  Məs: 
Pambıqçılar yaş pambıq qozalarını yerə sərdilər; Yaqut su götürdü 
və s.
Obyekt təsir altında olsa da, ona olan təsir nəzərə çarpmır. Məs: 
(məni) anla, (məsələni) duy, (kitabı) oxu və s.
Azərbaycan  dilində  ismin  təsirlik  halında  olan  fellərlə  yanaşı, 
məcazlaşmış fellər də təsirli və təsirsiz ola bilirlər. Təsirli olanlar: o 
kitabı aldı – həsrətin səbrimi əlimdən aldı (məcazlaşmışdır); Dərzi 
parçanı dönə-dönə ölçdü – Ramazan hirsli-hirsli əl qolunu ölçdü və 
s.
Azərbaycan  ədəbi  dilində  təsirsiz  fellərdən  təsirli  fel  əməl  gə-
tirən şəkilçilər  aşağıdakılardır:
- t şəkilçisi. Aşağıdakı hallarda təsirli fel əmələ gətirir:
a) sonu saitlə qurtaran fellərə qoşulduqda: çürü-çürüt, quru-qurut 
və s.
b) –la
2
 şəkilçili təsirsiz düzəltmə fellərdən təsirli fel yaradır: irə-
lilə-irəlilət, gerilə-gerilət və s.
c) sonu –a
2
 şəkilçisi ilə qurtaran təsirsiz fellərdən təsirli fel yara-
dır: oyna-oynat, yaşa-yaşat və s.
ç) sonu –ı
4
 şəkilçisi ilə qurtaran təsirsiz düzəltmə fellərdən təsirli 
fel əmələ gətirir. Məs: acı-acıt, bərki-bərkit, böyü-böyüt və s.
- ıt
4
 şəkilçisi. Məs; qorx-qorxut, hürk-hürküt və s. Bəzən –ıt
4
 şə-
kilçisi –ız
4
  şəkilçisi ilə əvəz olunur. Məs: qorx-qorxsuz və s.
- dır
4
 şəkilçisi. Məs: sol-soldur, sus-susdur, din-dindir və s.
- ar
2
 şəkilçisi. Məs: qop-qopar, çıx-çıxar və s.
- ır
4
 şəkilçisi. Məs: it-itir, bit-bitir, köç-köçür və s.
Ədəbi  dilimizdə  aşağıdakı  şəkilçilər  vasitəsilə  təsirli  fellərdən 
təsirsiz fellər yaranır:
a) felin məchul növünün şəkilçisi –ıl
4
; -l; -ın
4
; -n: yaz-yazılmaq, 
de - deyilmək və s.
b) felin qayıdış növünün şəkilçisi: -ıl
4
; -l; ın
4
; -n: de-deyinmək, 

231
dara-daranmaq və s.
c) felin şəxssiz növünün şəkilçisi ıl
4
, -l: bax-baxılmaq və s.
ç) felin qarşılıqlı növünün şəkilçisi –ış
4
, -aş
2
, -ş: yaz-yazışmaq, 
vur-vuruşmaq və s.
d) felin müştərək növünün şəkilçisi –ış
4
, -aş
2
, -ş: hür - hürüşmək, 
mələ - mələşmək və s.
Müasir Azərbaycan ədəbi dilində təsirsiz felləri həm də düzəltmə 
və mürəkkəb fellərdə izləmək lazımdır. Əgər düzəltmə və mürəkkəb 
fellər özündən əvvəl ismin təsirlik halında olan obyekt tələb etmirsə, 
onda fel təsirsiz olur. Əksinə olduqda isə təsirli olur. Deməli, geniş 
götürdükdə təsirli-təsirsiz felləri fellərin quruluşunda da izləmək la-
zımdır. Yəni sadə, düzəltmə, mürəkkəb fellərdə təsirlilik-təsirsizlik 
məsələsi  özünü  göstərir. Türkoloji  ədəbiyyata  gəldikdə  demək  la-
zımdır ki, bu kateqoriya haqqında yekdil rəy yoxdur. Təsirli-təsirsiz 
fellərə münasibətə görə türkoloqları, əsasən üç qrupa ayırmaq olar.
Bunların bir qismi feli şərh edərkən ondakı təsirlilik və təsirsiz-
lik məsələsinə qətiyyən toxunmurlar. İkinci qrup türkoloqlar feldə-
ki təsirlilik və təsirsizliyi növ kateqoriyasına daxil edirlər, bunu fel 
növlərinin içərisində bu və ya başqa şəkildə əridirlər. Üçüncü qrupa 
daxil olan N.K.Dimitriyev, A.Kononov və s. dilçilər bu kateqoriyanı 
növ kateqoriyasından ayırırlar. 
Azərbaycan dilçiliyində də təsirli-təsirsiz fellər haqqında yekdil 
fikir yoxdur. A.Tahirov, A.Axundov, L.Budaqov, N.Z.Hacıyevadan 
fərqli olaraq X.M.Əfşar, M.S. Axundov, Z.Budaqova, F.Zeynalov və 
s.  dilçilər  təsirlilik-təsirsizlik  kateqoriyasını  növ  kateqoriyasından 
ayırmış və onu ayrıca şərh etmişlər. Qeyd etmək lazımdır ki, Azər-
baycan dilçiliyində təsirli-təsirsiz fellər haqqında rəylər müxtəlif ol-
duğu kimi ona aid terminlər də müxtəlif olmuşdur. Dilçiliyimizdə 
əvvəllər  təsirli  fellər  “mtəəddi”,  təsirsizlər  isə  “lazım”  adı  altında 
şərh olunmuşdur. 1839-1846-cı illərdən 1940-cı illərə qədər Kazım 
bəyin, təxminən 1870-ci illərdən 1936-cı ilə qədər Əfşarın təsirli-
Onomastika, Dialektologiya, Etimologiya

232
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lik-təsirsizlik fel növləri haqqında dedikləri fikirlər bu və ya başqa 
şəkildə təkrar olunmuşdur. 1936-1946-cı illər arasında çap olunan 
praktik  qrammatika  kitablarında  feldəki  təsirlilik-təsirsizlik  ayrıca 
mövzu  kimi  verilmir,  felin  növlərinin  içərisində  əridilir.  Nəhayət, 
1950-ci ildən sonra felin təsirlilik-təsirsizlik kateqoriyası müstəqil 
bir kateqoriya kimi dərsliklərə daxil edilmişdir.
Azərbaycan  dilçiliyində  felin  təsirlilik-təsirsizlik  kateqoriyası 
haqqında bir sıra qiymətli fikirlər söylənmiş, tədris işində çətinlik 
törədən bu mövzunun hərtərəfli izaha da dəqiq tədqiqə yenə də eh-
tiyacı vardır.
Ədəbiyyat
1. Əfəndiyev İ. Fel. Azərbaycan dilinin qrammatikası, Bakı, 1951.
2. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1973.
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası, II hissə, Bakı, 2007.
4. Mirzəyev H. Müasir Azərbaycan dilində təsirli və təsirsiz fellər. Elmi əsər-
lər. Dil və ədəbiyyat seriyası, ADU-nun nəşri, Bakı, 1979.
5. Mirzəyev H. Azərbaycan dilində fel, Bakı, 1986.
Summary
 The  category  of  transitive  and  intransitive  verbs. This  article  is  about  the 
category of transitive and intransitive verbs. The article deals with the importence 
of this category. Here it is spoken the suffixes making intransitive from transitive 
verbs and transitive from of intransitive verbs. The thoughts about transitive and 
intransitive category has found its reflection in linguistic. 
Key words: verb, transitive, intransitive, objective, subjective 
Резюме
Данная  статье  о  грамматических  категориях  глагола,  где  идет  речь 
о  значимости  этих  категорий.    Также  здесь  даны  окончания,  с  помощью 
которых  возможно  перейти  с  переходного  глагола  на  непереходной  вид,  в 
том числе обзор окончаний, связанных с   переходностью -непереходностью 
глагола  в лингвистике. 
Ключевые  слова:  глагол,  переходность  глагола,    непереходность 
глагола, объект, субъект.

233
Küşvər Rəsulova,
ADPU-nun magictrantı
POLİSEMANTİK SÖZLƏRİN 
SEMANTİK STRUKTURU
Məlumdur ki, sözlərin əksəriyyəti müxtəlif konseptləri ifadə edir 
və müvafiq mənalara malikdir. Müxtəlif mənaları olan sözlər polise-
mantik sözlər adlanır, və birdən çox mənası olan bu sözlər “polise-
miya” termini ilə ifadə olunur.
İngilis  dilində  olan  sözlərin  əksəriyyəti  polisemantikdir.  Qeyd 
edilməlidir ki, dilin ifadə imkanlarının zənginliyi daha çox həmin 
dildə polisemiyanın nə dərəcədə inkişaf etməsindən asılıdır.Bəzən 
linqvistik məsələlərdən aydın məlumatı olmayan insanlar iddia edir-
lər ki, əgər eyni söz bir neçə hallara tətbiq olunarsa, onda bu halları 
ifadə etmək üçün dildə sözlər çatışmır. Əslində isə bu fakt əksinədir: 
əgər hər söz bir deyildə iki anlayışı ifadə etməyə qadirdisə onda bu 
sözlər bütöv lüğətin ifadə potensialını iki dəfəyədək çox artırır. Buna 
görə də, yaxşı inkişaf etmiş polisemiya həmin dilin üstünlüyüdür.
Digər tərəfdən də qeyd edilməlidir ki, insan danışıq orqanlarının 
yaratdığı səs kombinasiyalarının sayı məhduddur. Buna baxmaya-
raq, dilin inkişafının müəyyən mərhələsində yeni sözlərin morfoloji 
vasitələrlə yaradılması məhdudlaşır və polisemiya dilin lüğət tərki-
bini zənginləşdirmək cəhətdən önəmli rol oynayır. Buradanda mə-
lum olur ki, dilin lüğət tərkibinin zənginləşməsi təkcə yeni sözlərin 
əlavə olunması ilə deyil, həmçinin polisemiyanın daimi inkişafı ilə 
də bağlıdır.
Hər  hansı  bir  polisemantik  sözün  mənalar  sistemi  tədricən  əs-
rlərlə,  yeni  mənaların  köhnə  mənalara  əlavə  olunması  və  ya  köh-
nə  mənaları  sıxışdırıb  aradan  çıxarması  ilə  inkişaf  edir.  Beləliklə 
Onomastika, Dialektologiya, Etimologiya

234
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mürəkkəb bir proses olan polisemiyanın inkişafı həm yeni mənaların 
yaranması həm də köhnə mənaların aradan çıxması ilə düzəlir.
Polisemantik  sözün  semantik  strukturunu  təhlil  edərkən,  onun 
iki səviyyəsini fərqləndirmək lazımdır. Birinci səviyyədə sözün se-
mantik strukturu mənalar sistemi kimi izah edilir. Sözün semantik 
strukturunun ikinci səviyyədə təhlilinə əsasən hər bir məna struktur 
analizin  mövzusudur  hansı  ki,  bu  mənalar  semantik  komponentin 
üzvləridir.
Sözün semantik strukturu hər iki səviyyədə tədqiq olunmalıdır:  
1) Müxtəlif mənalar səviyyəsində
2) Hər bir ayrı mənanın semantik komponenti səviyyəsində. 

235
Nuranə Hüseynova,
 ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
DİLÇİLİKDƏ FUNKSİONAL
ÜSLUBLARIN YARANMASI TARİXİ
   
Dil insan fəaliyyətinin müxtəlif sahələri ilə bağlı müxtəlif funksi-
yalar yerinə yetirir. Bu funksiyalar ünsiyyət, məlumat və təsir səciy-
yəlidir. Onları reallaşdırmaq üçün dilin tarixən yalnız müəyyən tət-
biq sahəsində işlənən xüsusi ifadə vasitələrinin funksional üslubları 
formalaşır. Dil ünsiyyət vasitəsi kimi fəaliyyətinin bütün sahələrin-
də, o cümlədən məişətdə, elmdə, təhsildə, ictimai həyatda, siyasət-
də,  iqtisadiyyatda,  sənayedə  və  s.  sahələrdə  istifadə  olunur.  Dildə 
fikrin ifadə edilməsi dil vasitələrini seçib işlətmək əsasında qurulur. 
Funksional üslubların yaranmasında və formalaşmasında aşağıdakı 
amillər xüsusi təsir göstərir: 1) milli ənənə, 2) milli mədəniyyət, 3) 
dövlət quruluşu, 4) dini təbliğat, 5) dil kontaktı, 6) dil siyasəti və s. 
Ədəbi  dilin funksional üslublarının yaranması və  fəaliyyət dairəsi 
eyni olmur. Belə ki, Azərbaycan bədii üslubunun tarixi qədim, elmi 
üslubun tarixi isə son dövrlə bağlıdır. Bir sözlə, funksional üslublar 
ədəbi dilin insan fəaliyyətinin ayrı-ayrı sahələrinə uyğun işlədilmə-
sidir.  Üslublar  nitqdə  təzahür  edir.  Ədəbi  dilin  üslubları  müəyyən 
vəzifə yerinə yetirdiyi üçün funksional üslub adlanır. Üslub bu və 
ya  digər  ictimai  ümumxalq  dil  mühitində  ictimai  dərk  olunmuş, 
funksional şərtlənmiş, nitq ünsiyyəti vasitələrinin işlənmə, seçimi və 
əlaqələnməsinin, daxilən birləşməsinin elə toplusudur ki, başqa bu 
cür ifadə üslublarına münasibətdə həmin xalqın ictimai nitq təcrü-
bəsi zamanı ayrı məqsədə xidmət edir, özgə vəzifələri yerinə yeti-
rir. Funksional üslublar ünsiyyətin hər hansı bir sahəsində müəyyən 
məqsədə xidmət edən və müəyyən funksiya daşıyan dil vasitələrinin 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin