D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   18   19   20   21   22   23   24   25   26

UŞAQ NAĞILLARININ İDEYA-MƏZMUNU
Rəyçi:f.e.d.,dos.R.M.Əliyev
qasimova-filoloq@mail.ru
Ключевые  слова:  детские  сказки,  детский  фольклор, 
Джыртдан, Аляр, жанры  фольклора.
Key  words:   fairy tales, children’s folklore, Jirtdan, Alyar, folk-
lore genres.
Xalq  uşaqları  qoçaq,  qorxmaz,  haqsızlığa qarşı  barışmaz,  zəh-
mətsevər,  özgə  malına  göz  dikməyən,  xeyirxah  görmək  istəyirdi. 
Bu istəyini onların həyatına, davranışına, mübarizəsinə aid nağıllar-
da  ifadə  edirdi.  El  arasında  əsas  qəhrəmanı  böyüklər  qədər  ağıllı, 
fərasətli, dözümlü, tədbirli uşaq olan nağıllar çoxdur: «Cırtdan və 
Xortdan», «Göyçək Fatma», «Tələt», «Əlyar və dovşan», «Kamal 
və Reyhan», «Murtuz», «Cırtdan» və s. Bu uşaqlar böyük çətinlik-
lərlə qarşılaşırlar, lakin balacalıqlarına baxmayaraq qorxmurlar, bə-
zisi öz xeyirxahlığı ilə, bəzisi kələk gəlməklə, bəzisi də heyvanların 
dostluğuna arxalanmaqla qəddar düşmənə qalib gəlir. Qeyd edək ki, 
uşaq nağıllarında da əfsanəvi Simurq quşu, div, xortdan, sehrli top-
puz iştirak edir (1, 415). Lakin Cırtdan kimi balaca uşağın qabağında 
aciz qalan divlə, xortdanla Məlikməmmədtək igidlər üç gün, üç gecə 
güləşən  və canı şüşədəki quşda olan div arasında fərq göz qabağın-
dadır. Birincisi meşədə, insanlara yaxın yerdə tək yaşayır, özü xörək 
bişirir, ev və təsərrüfat işləri ilə məşğul olur, əlinə düşən bəni-insanı, 
daha doğrusu, uşağı yuxuya verib sonra yemək istəyir. İkincisi isə 
yerin altında, mağarada əsir etdiyi gözəllə ömür sürür, vəhşidir, rast-
laşdığı adamı o dəqiqə parçalayır. Deməli, uşaq nağıllarında sehrli 

315
qüvvələr  uşaq  qəhrəmanın  hünərini,  düşdüyü  vəziyyətin  ağırlığını 
nəzərə çapdırmaq məqsədi güdür. 
M.H.Təhmasib yazırdı: «Qəhrəmanların öz düşmənləri ilə apar-
dıqları  mübarizədə  onlara  yardım  edən  qüvvələrin  ən  başlıcası 
heyvanlardır.  Bu  heyvanlar  bəzən  həqiqi,  bəzən  də  fantastik  olur. 
Ümumiyyətlə, bu vasitələri, nağıllarda iştirak edən qüvvələri qəhrə-
manlara bəslədikləri münasibət etibarı ilə başlıca olaraq iki yerə böl-
mək olar. Bunlardan birincisi dost, ikincisi isə düşmən və maneçilik 
törədən qüvvələrdir» (6, 3-6). Alim Simurq quşunu, atı, göyərçini, 
sədaqətli itləri, ağ ilanı, ayını və hətta tülkünü dost, divi, əjdahanı, 
ceyranı düşmən qüvvə kimi verir.
«Tələtin nağılı»nda tacir Məlik balaca uşaqların həyatı bahasına 
var-dövlətini artırır. O ancaq uşaqları nökərliyə götürür, çünki onları 
aldatmaq asandır. Tacir Məlik bir dağın əlçatmaz, ünyetməz zirvə-
sində çoxlu ləl-cəvahirat yerləşdiyini bilir. Tez-tez dəvələrini yük-
ləyib ora gedir. Bir yabının qarnını yarıb nökərliyə götürdüyü uşağı 
orda gizlədir. Nəhəng, ac quşlar cəmdəyi göyə qaldırıb ləl-cəvahirat 
olan yerə aparır. Tacirin tapşırığı ilə nökər yabının qarnından çıxır və 
kisələri qızılla doldurub aşağı atır. Bundan sonra uşaq tacirin nəyinə 
lazımdır? Onu oradaca qoyub geri qayıdır. Xalq bu azğın uşaq qatili 
ilə Məlikməmməd, Tapdıq, Nərbala kimi qolugüclü bir igidi deyil, 
balaca uşağı qarşılaşdırır. Tələt yetimdir, qoca nənəsi ilə uçuq dax-
mada yaşayır. Qarının toxuduğu corabları bazarda satıb dolanırlar. 
Tələt fərasətlidir, corabları nənəsindən baha qiymətə sata bilir. Bu-
nunla belə xeyirxahdır, haqsızlığa dözmür. O, bir nəfər yad adamın 
kor dilənçini aldatdığını görüb təəccüblənir, kimliyini öyrənmək və 
intiqam məqsədilə onun ardınca düşür. Beləliklə, Tələt uşaq qatili ilə 
rastlaşır, ona nökər durmağa razılaşır.
Tacir Məlik Tələti də ləl-cəvahirat tullamaq üçün dağın zirvəsinə 
atdırır. Oğlan görür ki, «burda çoxlu uşaq cəmdəyi var». Öz-özünə 
deyir: «Ey dad, burda qalıb mən də onlar kimi olacağam. Yaxşısı bu-
dur, baş götürüb qaçım». Tələt özü acınacaqlı vəziyyətə düşməsinə 
Uşaq folkloru

316
DƏDƏ QORQUD ARAŞDIRMALARI
baxmayaraq  xeyirxahlığından  qalmır.  Simurqun  balalarını  yemək 
istəyən ilanı öldürür və sehirli quşun köməyi ilə şəhərlərinə qayıdır. 
(Bu hadisə olduğu kimi  sehrli nağıllardan keçmişdir). Lakin tacir 
Məlik bu dəfə də onu aldadır. Tələt çöllərə atılır, dəli divlə qarşıla-
şır. Cırtdan kimi o da divin pəncəsindən kələklə qurtarır, onun sehr-
li toppuzunun sirrini öyrənir. Sonra toppuzu ələ keçirir. Göründüyü 
kimi, bütün nağıl boyu Xeyirlə Şərin mübarizəsi təsvir edilir. Murtuz 
kimilər uşaqları - elin gələcəyini ölümün pəncəsinə atır. Nağılın so-
nunda özü də uşaq əli ilə məhv olur.
Xalqın yaratdığı ikinci uşaq obrazı Əlyardır. O, xasiyyətcə Tələt-
dən zəifdir, çətinə düşəndə ağlayır. Dovşanla rastlaşıb dostlaşandan 
sonra isə tamam dəyişir, cürətlənir, hətta azğın xanın məhvinə səbəb 
olur. «Əlyar və Dovşan» nağılında bir sıra qovunun təsviri verilir: 
«Ətri  bir  ağaclıqdan  adamın  huşunu  aparırdı».  Kəndli  bu  qovunu 
alın təri ilə yetişdirmişdi. Onun varı-yoxu elə bir qovundan ibarət-
dir. Ona görə də balaca oğlu Əlyarla onu göz bəbəyi tək qoruyurlar. 
Kəndli qovunu xana aparıb xələt almaq ümidi ilə yaşayır. Əlyarın 
qovuna tamahı düşsə də, nəfsini saxlayır. Lakin dovşan onların ümi-
dini puça çıxardır: qovunu korlayır. Balaca Əlyara da bu lazım idi, 
qovunun yerdə qalan hissəsini yeyir. Bu əhvalat azğın xana çatır. O, 
çox ağır hökm çıxardır: «Əlyarın boynu vurulsun!» Bu nağılda xalq 
xanların zülmünə, haqsızlığa son qoymaq vəzifəsini uşağa - Əlyara 
həvalə edir (2, 322).
Ən məşhur uşaq qəhrəmanı isə Cırtdandır. Milli xüsu-siyyətlə-
ri ilə seçilən Cırtdan haqqında bir neçə nağıl qoşulmuşdur. O yeri 
gələndə tənbəllik edir, meşəyə uşaqların dalında yollanır, odununu 
onlara  yığdırıb  daşıdır,  hələ  üstəlik  boyunlarına  minnət  də  qoyur: 
«Anam sizə yağ yaxmacı verib». Amma uşaq əti yeyən divlə rast-
laşanda  bu  məzəli,  ayaqlarını  güclə  atan,  hər  addımında  göz  yaşı 
ovucunda olan balaca oğlana şir cürəti gəlir, özünü hamıdan ayıq, 
tədbirli və qorxmaz göstərir, göz yaşları da quruyur.
Div uşaqları mehribanlıqla qarşılayır, çünki onları yuxuya verib 

317
Uşaq folkloru
qara niyyətini həyata keçirəcəyinə əmin idi. Lakin o, Cırtdantək də-
cəllə rastlaşdığından xəbərsiz idi.
Uşaqların yuxulamasını səbirsizliklə gözləyən div soruşur:
– Cırtdan nə üçün oyaq?
– Çünki anam mənə hər gecə qayğanaq bişirərdi, yedirib yatır-
dardı...
Div qalxıb qayğanaq bişirir, Cırtdana yedirir ki, tez yatsın. 
Cırtdanın əsl siması divin bişirdiyi qayğanağı yeyəndən sonra gö-
rünür. Hiss edir ki, div onları aldadır. Ona görə ərköyünlüyünə salır 
və divə qəribə şəkildə kələk gəlir: onu çaydan xəlbirlə su gətirməyə 
yollayır. Cırtdan nə qədər ağıllı, tədbirli, fərasətli təsvir edilirsə, div 
bir o qədər səfeh, küt və acizdir, əlindən bir iş gəlmir, ömründə suya 
girməyib.  Uşaqlardan  soruşur  ki,  necə  o  tərəfə  keçdiniz?  Cırtdan 
cavab  verir:  «Get,  bir  dənə  dəyirman  daşı  tap,  boynuna  tax,  özü-
nü suya at, onda keçərsən». Cırtdan sehrli qüvvəni (şüşədəki quşu) 
dəf etməklə deyil, ağlın köməkliyi ilə divə qalib gəlir. Uşaqların at-
danıb-düşməsinin, yerli-yersiz ağlamasının qarşısını almaq istəyən 
bəzi valideynlər onları xortdanla qorxudurlar. Rahatlıqlarını təmin 
etmək, qorumaq naminə böyüklər deyirlər ki, dinc dur, yoxsa xor-
tan gəlib səni aparar!.. Azərbaycan uşaq folklorunda bunun əleyhini 
təşkil edən maraqlı bir nağıl var, «Cırtdan və Xortdan» adlanır. Ola 
bilsin ki, bu nağılın əsl məğzi, ideyası körpələrini əcaib heyvanların 
xofu ilə qorxudan valideynlərə aydın olmamışdır.
Xalq pedaqoqları milyonlarla uşağın ümumiləşmiş obrazı Cırt-
danı körpələrin qənimi Xortdanla qarşılaşdırmaqda nə məqsəd güd-
müşlər? Bu suala nağıldakı hadisələri bilmədən cavab vermək müm-
kün deyil. Cırtdanın atası Fəttah kişi Xortdana belə bir xasiyyətnamə 
verir: «Xortdan ağlayan uşaqları aparıb yeyir... Onun yeddi ayağı, 
yeddi əli, yeddi başı var». Cırtdan bu nağılda da bir qədər ərköyün 
təsvir  olunur.  Həyətə  çıxıb  oynamaq  istəyir.  Lakin  ata-anası  qoy-
mur ki, xortdan gəlib səni yeyər. Onda Cırtdan atasından tələb edir: 
«Gedib xortdanı öldür, bütün uşaqların canı qurtarsın». Fəttah kişi 

318
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əlacsız  qalıb  yola  düşür.  Lakin  Xortdanla  rastlaşanda  özünü  itirir, 
bir təhər canını götürüb qaçır, oğluna isə yalan danışır: «Xortdanı 
tikə-tikə doğradım».
Cırtdanın sevinci yerə-göyə sığmır, atası ilə fəxr edir. Həqiqəti 
öyrənəndən sonra isə daha böyüklərə bel bağlamır, uşaqlarla əlbir 
olub Xortdanı öldürmək qərarına gəlir. Lakin yoldaşlarını asanlıqla 
razı sala bilmir. Xortdanın zülmü günü-gündən artır. O hər gün üç 
uşaq aparıb yeyir. Bu, bütün uşaqları sarsıdır. Onların başqa əlacı 
qalmır. Əlbir, dilbir olub böyük bir dəstə düzəldirlər, Cırtdanı öz-
lərinə başçı seçib Xortdana «müharibə» elan edirlər. Maraqlıdır ki, 
uşaqların  silahı  oyuncaqlardan-qarğıdan  qayrılan  qılıncdan,  ox  və 
kamandan, nizədən, ağac atdan ibarətdir. Cırtdan öz ağlı, fərasəti ilə 
Xortdanı  əsir  alır,  meydana  gətirir,  bütün  uşaqları  başına  toplayıb 
onu mühakimə edir, cinayətlərini bir-bir üzünə deyir: «Bu uşaqla-
rın düşməni Xortdandır. Gündə üç-dörd uşaq aparıb yeyirdi. Uşaqlar 
bunun əlindən zinhara gəlmişdi. Mən onu gətirmişəm. İndi siz de-
yin, uşaqlar, bunun cəzası nədir?» Uşaqlar hamısı bir ağızdan hökm 
çıxardılar: «Xortdanın cəzası ölümdür!» 
Nağılda maraqlı bir cəhət özünü göstərir: böyüklərin nümayən-
dəsi Fəttah kişi Xortdanın öhdəsindən gələ bilmir, uşaqlar isə birlə-
şib onu məhv edirlər. Cırtdan balaca olmasına baxmayaraq gözləri-
miz qarşısında dəyanətli, iradəsi möhkəm və inadkar pəhləvan kimi 
canlanır. Xortdanı görən başqa uşaqlar o dəqiqə qorxub ağlaşırlar. 
Cırtdan isə onları kiridib Xortdanla dil-dil ötür. Ona görə ki, Cırtdan 
bu amansız düşmən tərəfindən yeyilən yüzlərlə uşağın intiqamını al-
mağa gəlmişdir. Onda uşaqların oyunlarını, danışıb-gülməyini, əy-
ləncəsini, sevincini «oğurlayanlara» qarşı sonsuz nifrət oyatmışdır. 
Başlıcası bu nifrət idi onu Xortdandan qorxmağa qoymayan. 
Nağılda oyuncaq silahlar da böyük rol oynayır, ən ağır anlarında 
uşaqların karına çatır. Cırtdanın təklifi ilə onlar yatmamışdan qabaq 
paltarlarına çoxlu iynə taxıb qarğı nizənin başına keçirirlər. Özləri 
isə qaçıb mağaranın dibində gizlənirlər. Xortdan gecənin bir aləmin-

319
Uşaq folkloru
də gəlir, paltarları yatmış uşaqlar zənn edib bir-bir yerdən qapır, ağ-
zına dürtür. Cırtdan Xortdana qakib gəlir.
Ədəbiyyat
1.Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, “Elm və Təh-
sil”, 20013.
2.Qafarlı R. Uşaq folkloru. «Azərbaycan ədəbiyyatı tarixi» kitabında. VI cild-
də. I cild. AMEA-nın Ədəbiyyat İnstitutu. Bakı, Elm, 2004, s. 310-327
3Çəmənzəminli Y.V. Azərbaycan  nağıllarının  əhval-ruhiy-yəsi.  Əsərləri.  III 
cild. Bakı, Elm, 1977.
4.Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1981
5.Nağıllar.  «Azərbaycan  ədəbiyyatı»  seriyasından,  tərtib  edəni  N.Seyidov. 
Bakı, 1985.
6.Təhmasib M.H. Müqəddimə. «Nağıllar” kitabında. B., 1941.
РЕЗЮМЕ
ИДЕЯ-СОДЕРЖАНИЕ ДЕТСКИХ СКАЗОК
В  статье  указываются  особенности,  идея-содержание  детских  сказок 
на основании существующих теоретических знаний. В ней обосновывается 
желание  увидеть  детей  храбрыми,  отважными,  трудолюбивыми, 
некорыстолюбивыми,  добрыми.  Отмечается,  что  это  желание  выражено 
нашими предками в сказках о жизни, поведении, борьбе детей. В обществе к 
анализу привлекается ряд сказок, где главный герой умен, ловок, терпелив, 
мудр как взрослый человек.
 
SUMMARY
IDEA-CONTENT OF FAIRY TALES
The article includes the features, idea-content of fairy tales on the basis of 
available theoretical conception. It explains the desire to see children being brave, 
fearless, hard-working, non-self-interested, kind. There’s noted that this desire is 
pointed out by our ancestors in the fairy tales about life, behavior and struggle. In 
society the great number of fairy tales with smart, skilful, patient, and wise hero 
is analyzed. 

320
DƏDƏ QORQUD ARAŞDIRMALARI
K İ TA B I N   İ Ç İ N D Ə K İ L Ə R
Folklor, Mifologiya, Etnoqrafiya
Ramazan Qafarlı. Mifoloji kontinuum (məkan-zaman 
 
sistemi) daxilində vəhdət - xronotoplar   
 
4
 
Türk-oğuz eposunda mifoloji kontinuum (zaman-
 
məkan sistemi)   
 
 
 
 
6
 
Eposun «uzunluq toposları» 
 
 
 
16
 
Mifoloji dünya modelinin kəmiyyət strukturu   
23
 
Bir 
 
 
 
 
 
 
33
 
İki 
 
 
 
 
 
 
35
 
Üç 
 
 
 
 
 
 
36
 
Dörd   
 
 
 
 
 
39
 
Beş 
 
 
 
 
 
 
40
 
Altı 
 
 
 
 
 
 
41
 
Yeddi   
 
 
 
 
 
41
 
Doqquz  
 
 
 
 
 
44
 
On iki   
 
 
 
 
 
45
 
Qırx   
 
 
 
 
 
46
 
Oğuz-türk mifik Dünya Modelinin qurulmasında sakr-
 
al rəqəmlərin rolu və funksiyası  
 
 
50
Pərixanım Soltanqızı. “Dədə Qorqud kitabı”ndakı at
 
kultunun yazılı ədəbiyyata transferi 
 
 
65
Xoşbəxt Əliyeva. “Dədə Qorqud kitabı”nın ənənələri
 
şifahi və yazılı ədəbiyyatda 
 
 
 
81
Gülnar Məmmədova. Nağıl və dastanlarda “təpəgöz”
 
motivi   
 
 
 
 
 
112
Leyla Hüseynova. Dastanlarda dağ obrazı   
 
117
Qəmər Yolçuyeva. M.S.Ordubadinin “Dumanlı Təbriz”
 
romanının bıdii sənətkarlıq xüsusiyyətləri 
 
124
Nərgiz Mirzəzadə. Həmid Nitqinin poeziyası  
 
130
Şəidə Məmmədova. N.Həsənzadənin dramaturgiyasında
 
tarixilik və müasirlik   
 
 
 
135

321
Mündəricat
Gülnaz Hüseynova. Səməd Vurğunun “Komsomol poema-
 
sı”nın nəşri tarixi və tekstoloji vəziyyəti  
 
140
Günay Əliyeva. Azərbaycan mənzum dram janrının
 
inkişaf tarixindən 
 
 
 
 
144
Süsən Bədəlova. Yusif Səmədoğlunun “Qətl günü” ro-
 
manının yazıldığı dövr   
 
 
 
150
Onomastika, Dialektologiya, Etimologiya
Bəhram Məmmədov. “Kitabi-Dədə Qorqud” və “Dastani-
 
Əhməd Hərami” əsərlərinin ortaq sintaktik xüsusiy-
 
yətləri   
 
 
 
 
 
156 
Murad Seyidov. “Kitabi-Dədə Qorqud” dastanı və “Das-
 
tani-Əhməd Hərami” poemasının ortaq leksik xüsusiy-
 
yətləri   
 
 
 
 
 
167
Əlvan Cəfərov. “Kitabi-Dədə Qorqud” dastanı və “Dastani-
 
Əhməd Hərami” poemasının ortaq morfolji (əsas nitq 
 
hissələri üzrə) xüsusiyyətləri 
 
 
 
187
Aynurə Əliyeva. “Kitabi Dədə Qorqud” dastanında işlən-
 
miş toponimlərin müasir türk dillərində yeri 
 
204
Yaqut Əliyeva. Biləsuvar rayonunun bəzi etnonim mən-
 
şəli oykonimləri haqqında 
 
 
 
220
Xəyalə Əsədova. Bəxtiyar Vahabzadənin şeir dilində sino-
 
nim və antonim  
 
 
 
 
224
Kəbirə Süleymahova. Feldə təsirlik-təsirsizlik kateqori-
 
yası 
 
 
 
 
 
 
228
Küşvər Rəsulova. Polisemantik sözlərin semantik 
 
strukturu 
 
 
 
 
 
233
Nuranə Hüseynova. Dilçilikdə funksional üslubların
 
yaranması tarixi  
 
 
 
 
235
Göyçək Mikayılova. Azərbaycan dialektlərinin bəzi
 
qrammatik xüsusiyyətləri 
 
 
 
240
Gülgün Əhmədova. Hüseyn Cavidin dram əsərlərində
 
ekspressivlik və emosionallıq yaradan vasitələr   
245

322
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Maral Mustafayeva. Zuvand toponimi haqqında 
 
251
Nərmin Məmmədova. Sifət düzəldən -li
4  
şəkilçisinin 
 
tədqiqi tarixi   
 
 
 
 
256
Nərmin Məmmədova. Sifətin dərəcə kateqoriyasının 
 
tədqiqi tarixi   
 
 
 
 
261
Maral Mustafayeva. Lerik rayonunun ərazisində türk
 
mənşəli hidronimlər 
 
 
 
 
263
Gülgün Əhmədova. Hüseyn Cavidin dram əsərlərinin
 
emosional-ekspressiv leksikası   
 
 
264
Yaqut Əliyeva. Muğan və Aranlı toponimləri  
 
266
Gülnara Əliyeva. İngilis cümlələrinin struktural cəhətləri
 
haqqında 
 
 
 
 
 
267
Pedaqogika, Fəlsəfə, Psixologiya
Səlimə Məmmədova. “Dədə Qorqud kitabı”ndakı davranış
 
və rəftar qaydalarının XII əsrə qədər türk pedaqogika-
 
sında yeri 
 
 
 
 
 
270
Səbinə Muradova. Məktəbəqədər yaşlı uşaqların umümi
 
inkişafında oyunların yeri 
 
 
 
288
Tərlan Əsgərova. “Dədə Qorqud kitabı”ndakı ailə müna-
 
sibətlərinin XII əsrə qədərki türk pedaqoji fikrində 
 
yeri 
 
 
 
 
 
 
292 
Mehriban Sərdarova. “Dədə Qorqud kitabı”ndakı vətən-
 
pər vərlik motivlərinin XII əsrə qədərki türk pedaqoji
 
fikrində yeri 
 
 
 
 
 
304
Uşaq folkloru
Leyla Qasımova. Uşaq nağıllarının ideya-məzmunu   
314

DƏDƏ QORQUD ARAŞDIRMALARI
2-ci kitab
«Qafqaz+» MMC-də hazırlanmışdır.
Bədii dizayner 
Xəyyam Əliyev
Texniki redaktorlar 
Ramin Abduxalıqov,
Ləman Qafarova
Çapa imzalanmış 06.05.2013. Kağız formatı 84x108 1/32. 
Həcmi 20, 81. Tirajı 300. Sifariş 037.
Qiyməti müqavilə ilə.
 
Nəşrə məsul: prof. Ramazan Qafarlı
Kitab ADPU-nun mətbəəsində
hazır diapozitivlərdən çap edilmişdir.

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin