D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

Onomastika, Dialektologiya, Etimologiya

236
DƏDƏ QORQUD ARAŞDIRMALARI
sistemidir. Hər bir üslub ümumxalq dilinin tarixən formalaşmış rən-
garəngliyidir. Üslublar müxtəlif dil səviyyələrində müəyyən dil va-
sitələri toplusunun işlənmə tezliyi ilə səciyyələnir. Üslubların insan 
fəaliyyətinin müxtəlif vəzifələr daşıması onların funksional bölgü-
sünə şərait yaratmışdır. 
Dilçilikdə funksional üslubların yaranmasında dil faktları ilə ya-
naşı ictimai amillər də iştirak edir. Üslublar arasında qarşılıqlı əlaqə 
və münasibət, ümumi və fərqli cəhətlər var. Dilin ictimai funksiya-
ları çox zaman bir-birilə kəsişir. Dilçilikdə funksional üslublardan 
bəhs  edən  sahə  1950-ci  illərdən  formalaşmağa  başlamışdır.  Funk-
sional üslubları yaranma tarixinə görə iki yerə ayırmaq olar: yazıya 
qədərki və yazı dövrünün üslubları. Yazıya qədərki dövrlərdə poetik 
ədəbi söhbət, məişət-ədəbi söhbət, rəsmi-ədəbi söhbət kimi funksi-
onal üslublar olmuşdur. Yazı dövrlərində isə elmi, publisistik, kar-
güzarlıq, arxaik, natiqlik, təntənəli və s. kimi üslublar yaranmışdır. 
Ədəbi  dilimizin  ayrı-ayrı  inkişaf  mərhələlərində  müxtəlif  üslublar 
olmuşdur.  Zaman  keçdikcə  bu  üslublar  kəmiyyətcə  dəyişmiş,  art-
mış, zənginləşmiş, təkmilləşmişdir. Ünsiyyət prosesində dilin lüğət 
tərkibinin leksik qruplarında müxtəlif şəkildə, müxtəlif münasibətlə 
əlaqədar istifadəsi, sözlərin müəyyən məqsədə uyğun seçilməsi nə-
ticəsində ədəbi dilin dil mövzusunu elmi və ya kütləvi şəkildə ifadə 
etmək olar.  Hər iki formanın mövzusu, ideyası eyni olsa da onun 
dinləyicilərə çatdırılması müxtəlif yollarla, müxtəlif vasitələrlə olur. 
Funksional  üslubların  növləri,  kəmiyyəti  və  onların  əhatə  dairəsi 
barədə dilçilər-filoloqlar arasında fikir birliyi yoxdur. Funksional üs-
lubların bölgüsündə dilin insanlar arasındakı vəzifəsi və fəaliyyəti 
(V.Vinoqradov), təfəkkür tərzləri (Ə.Dəmirçizadə) tarixən yaranmış 
kommunikativ ixtisaslaşma (K.Əliyev) əsas götürülür. 
Azərbaycan  ədəbi  (yazılı  ədəbi)  dili  fəal  təşəkkül  prosesində 
ikən,  ümumən  ədəbi  dilin  funksional  üslublar  bölgüsü  mütəfəkkir 
yazıçılarımıza  da  bəlli  idi.  Görkəmli Azərbaycan  şairi  Ə.Xaqani-

237
nin hələ 800 il əvvəl gəlmə ədəbi dil əsaslarına əsaslanaraq verdi-
yi funksional üslubi bölgü elə Azərbaycan yazılı ədəbi dilinin ilkin 
formalaşma mərhələsinə də şamil edilə bilər. Ə. Xaqani alim dostu 
Qütbəddinə yazdığı məktubunda nəsr əsərlərindən və onların üslub 
xüsusiyyətlərindən bəhs edərək demişdir: “Katiblik (nəsrlə yazmaq)  
üç  növdən  artıq  deyil:  dibiranə,  vaizanə  və  mühəqqiqanə.  Lakin 
“ibarələr və sözlə oynamaq üslubları çoxdur”. Y.Seyidov qeyd edir 
ki, Xaqaninin bu bölgüsündə 1) “dibiranə”- bədii və rəsmi kargüzar-
lıq üslubuna, 2) “vaizanə”- dini didaktik üsluba, 3) “Mühəqqiqanə” 
– elmi tədqiqat üslubuna uyğun gəlir. 
Ədəbi dilimizin üslubi növləşmənin ilkin formalaşma (XIII-XIV) 
və erkən təkamül (qismən XIV-XV) mərhələsində klassik üslub xalq 
ədəbi dili üslubunun təkamülü ilə yanaşı getmişdir. 
XIII əsrdən Azərbaycan ədəbi bədii yazılarında üslubi ayrılma 
özünü göstərir. Üslublar differensiallaşır, ədəbi dil bütün əlamətləri 
ilə fəaliyyətə başlayır. Ədəbi dilin inkişafı üçün üslubların yaranma-
sı vacibdir. Üslubların ümumiləşdirilməsində tarixi şərait, dil faktor-
larının differensiallaşması nəzərə alınmalıdır. Üslubi ayrılmada dil 
faktorlarından istifadə, onların sistemləşdirilməsi əsasdır. XII-XIV 
əsrlərdə ədəbi dilin iki üslubu üstün idi: klassik-kitab üslubu və da-
nışıq-folklor üslubu. 
Klassik-kitab üslubunda əcnəbi dil elementləri- leksik və qram-
matik faktorlar boldur. Burada əcnəbi dillərin qəlib halına düşmüş 
ifadələri, cümlələri iştirak edir. Danışıq-folklor üslubunda xalq dili 
xüsusiyyətləri  üstündür.  Klassik-kitab  üslubunun  şeir  və  nəsr  dili 
ərəb-fars sözlərinin çoxluğu ilə səciyyələnir. 
Azərbaycan ədəbi dilinin publisistik üslubu XIX əsrin 70-ci il-
lərindən  fəaliyyətə  başlayır.  XIX  əsrdə  artıq  ədəbi  dilin  aşağıdakı 
üslubları vardı: bədii üslub, publisist üslub, elmi üslub, şəriət üslubu, 
rəsmi-epistolyar üslub. 
Publisistik  üslubda  məqsəd  müəyyən  məlumat  haqqında  xəbər 
Onomastika, Dialektologiya, Etimologiya

238
DƏDƏ QORQUD ARAŞDIRMALARI
vermək və dinləyicilərə təsir göstərməkdir. Bu baxımdan publisis-
tik üslub həm elmi, həm də bədii üsluba yaxındır. Bu üslub öz for-
masına,  məzmununa  və  həcminə  görə  müxtəlifdir.  Dövrün  aktual 
məsələlərinə  həsr  olunmuş  ictimai-siyasi  məzmunlu  qəzet-jurnal 
məqalələri, qəzetlərin baş məqalələri, oçerk, felyeton, çağırış, tənqid 
–biblioqrafiya əhatə olunur. 
Publisistik üslubun üç çaları var: siyasi publisist üslub, bədii-pub-
lisist  üslub,  elmi-kütləvi  üslub.  Bu  üslubların  dilində  standartlıq, 
qəliblilik, vahid formalar özünü göstərir. Bunun leksikasına ədalət, 
bərabərlik, hüquq, həmrəylik, əsarət, müxtariyət və s. sözlər aiddir. 
Publisist üslub müxtəlif janrlarda müxtəlif olur. İctimai- publisist üs-
lub baş məqalələr, intervyu, reportaj, oçerk, felyeton və s. ilə əlaqə-
dar  olaraq  bədii  ictimai  siyasi  məzmunlu  –mövzulu  məqalələrlə, 
tənqidi publisist işlərlə elmi üsluba yaxınlaşır. Burada fəlsəfi, siyasi, 
iqtisadiyyata aid əsərlərdəki ictimai fikirlərin dərin elmi təhlili ilə 
yanaşı, kütləvilik üçün lazım olan bütün xüsusiyyətlərə rast gəlmək 
olur. Bu üslubda yazılmış əsərlər yalnız müəyyən bir siyasi məsələni 
izah etməklə kifayətlənmir, həm də geniş xalq kütlələrini ələ ala bil-
mək  məqsədilə publisistikanın ən vacib cəhətlərindən istifadə edir. 
Publisistik  üslub  öz  xüsusiyyətlərinə  görə  təbliğat-təşviqat  xa-
rakterlidir. Təbliğat-təşviqat xarakterli nitqlərdə çoxlu abstrakt söz-
lər və siyasi terminlər işlədilir. Bu üslubda bədi təsvir vasitələri sər-
bəst tətbiq olunur, ritorik suallara yer verilir, hiss, həyəcan doğuran 
sözlər və ideomatik ifadələr, feli sifət, feli bağlama tərkibli sadə və 
mürəkkəb cümlələr işlədilir. Bu üslubun səciyyəvi cəhətləri aydın-
lıq, dürüstlük, dəqiqlik, sadəlik, anlaşıqlıq sözlərin istehza ilə işlədil-
məsi sarkazm yaratmaq, sitatlar verməkdir. 
Ədəbiyyat
1. Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı, 1995
2. Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri (elmi əsərlərin toplusu) BDU, 

239
1990
3. Adilov M.İ. Qəzet dilinin bəzi xüsusiyyətləri “Müxbir jurnalı”, 1970
4. Həsənov H.Ə. Nitq mədəniyyəti və üslubiyyatın əsasları, Bakı, BDU 1999
5. Xudiyev N. M. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1995
6. Mehrəliyev F. Mətbuatda publisistika, Bakı 1981
7. Cahangirov M. Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dilinin apa-
rıcı üslubları, Bakı 1989
Резюме
История возникновения функциональных стилей лингвистики
В  статье  говорится  об  исследовании  истории  возникновения 
функциональных стилей лингвистики.
Ключевые слова: Стиль, пресса, язык, публицистика
Summary
The history occurrence functional styles linguistics
This article deals about the study of the history of functional styles linguistics.
Key words: style, press, language, publicism
Onomastika, Dialektologiya, Etimologiya

240
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Göyçək Mikayılova,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı 
AZƏRBAYCAN DİALEKTLƏRİNİN 
BƏZİ QRAMMATİK XÜSUSİYYƏTLƏRİ
Azərbaycan  etnocoğrafiyasında  mövcud  olan  dialektlər  qədim 
türk tayfa  dilləri əsasında təşəkkül tapmış, özünəməxsus dil xüsu-
siyyətləri  sabitləşmişdir.
Ayrı-ayrı Azərbaycan dialektləri son illər daha sistemli şəkildə 
tədqiqatlara cəlb edilir, mükəmməl linqvistik qənaətlər əldə edilir. 
Azərbaycan dialektlərinin tədqiqi istiqamətində xüsusi bir yol olaraq 
qrammatik xüsusiyyətlərin, qrammatik kateqoriyaların öyrənilməsi 
daha çox diqqəti cəlb edir.
Dialektlərin  qrammatik  xüsusiyyətlərini  həm  sinxron,  həm  də 
diaxron baxımdan öyrənmək mümkündür. Lakin daha çox dialekt-
lərin müasir vəziyyətini əks etdirən sinxron tədqiqatlarda doğru ol-
mayan  qənaətlərə  gəlinə  bilər.  Buna  görə  tarixi  köklərə  əsaslanan 
diaxron təhlillər daha çox özünü doğruldur. Müxtəlif nitq hissələrinə 
aid kateqoriyaların tarixi köklərini, qrammatik qanunauyğunluqları-
nı müəyyənləşdirməyə imkan verir. “Problemin tam elmi mənzərəsi 
sinxron və diaxron tədqiqatların vəhdətdə aparılması ilə aydınlaşır”.
Müxtəlif nitq hissələrinə aid qrammatik kateqoriyaların dialekt-
lərdəki mövqeyi izoqlossların varlığı, xarakterik cəhətləri, innovasi-
yaların yaranması ilə müəyyənləşir. Dialektdaxili dil proseslərində 
qrammatik izoqlossların sərhədinin dəyişməsi də baş verir. lakin bu 
cəhət əhalinin miqrasiyası nəticəsində mümkündür. əhalinin bir yer-
dən digər yerə axını öz növbəsində dialekt və şivələrin mövqeyinə 
də təsir göstərir. Bundan başqa, demək olar ki, cəmiyyətdə baş verən 

241
yeniləşmə şivələrin quruluşuna da təsir göstərir. Coğrafi ərazilərdə 
- rayonlarda yaşayan əhalinin şəhərlərə təhsil üçün, iş üçün axın et-
məsi  də  yerli  şivə  xüsusiyyətlərindən  uzaqlaşmalarına  səbəb  olur. 
Bu zaman dialektlərarası əlaqələr – kontaktlar baş verir. daha çox 
dəyişikliyə məruz qalan şivələrin lüğət tərkibində yeni dil vahidləri 
sabitləşir, arxaizmlərin əvəzinə neologizmlər şivə leksikasına daxil 
olur, yeni leksik vahidlər formalaşır. Mərkəz ərazilərdə yeniləşmə 
daha sürətlə gedir, ucqar ərazilərdə isə əhali qədim dil xüsusiyyətlə-
rini daha çox saxlayır, tarixi-ənənəvi prinsipə daha çox sadiq qalınır. 
Müxtəlif  dialektlərə  mənsub  ərazilərdən  olan  insanların  niga-
ha girməsi yolu ilə də şivələrdə  dəyişikliklər baş verir. Bizim əsas 
məqsədimiz  Azərbaycan  dialektlərində  mövcud  olan  bəzi  qram-
matik  xüsusiyyətləri  müqayisəli  şəkildə  təhlilə  cəlb  etməkdir.  İlk 
növbədə,  ismin  qrammatik  kateqoriyalarının  dialektlərdə  işlənmə 
xüsusiyyətlərinə nəzər salaq: İsimlərə xas olan qrammatik xüsusiy-
yətlər dialektlərdə izoqlasslar şəklində yayılır. İsmin qrammatik ka-
teqoriyalarının tarixi kökləri elə xalqın və dialektin tarixi kökləri ilə 
əlaqəlidir. Fərqli cəhətlər türk tayfaların məxsusi dil fərqləri nəticə-
sində yaranmışdır. Bu fərqli cəhətlərə baxmayaraq, həmin türk dillə-
ri, Orxon-Yenisey, Qaşqarlının “Divan”ı, “Kitabi-Dədə Qorqud” və 
digər abidələrin dili ilə şivələr arasında yaxınlıq mövcuddur. 
Hər  bir  dilin,  dialekt  və  şivələrin  qrammatik  quruluşundakı 
müxtəlifliklər qrammatik kateqoriyalarla müəyyənləşir. Qrammatik 
kateqoriyalar isə qrammatik formalarla öz əksini tapır. Qrammatik 
kateqoriyalar sintaktik əlaqələrin daşıyıcısıdır. Kateqoriyalar ümu-
mi və xüsusi olur. Yalnız bir nitq hissəsinə aid olan kateqoriya xü-
susi, bir neçə nitq hissəsinə aid olanlar isə ümumi kateqoriyalardır. 
Məsələn, ismə aid olan hal, mənsubiyyət, kəmiyyət kateqoriyaları 
yalnız ismə aid olduğu üçün xüsusi, şəxs kateqoriyası isə həm ismə, 
həm də felə aid olduğu üçün ümumi kateqoriyadır. Şəxs kateqoriyası 
Onomastika, Dialektologiya, Etimologiya

242
DƏDƏ QORQUD ARAŞDIRMALARI
xəbərlik şəkilçiləri ilə ifadə edildiyi üçün şəxs-xəbərlik kateqoriya-
sı da adlandırılır və xəbərlik funksiyası daha çox felə aid olduğuna 
görə felə aid kateqoriya olaraq felin xüsusi kateqoriyası kimi qəbul 
edilir.
İsimlə  əlaqədar  bir  çox  məsələlərin,  kateqoriyaların  təşəkkülü, 
tarixi inkişafı, müasirlik və tarixilik baxımdan özünün tam, sistema-
tik, elmi təhlilini tapmamışdır və bundan sonra bir çox tədqiqatların 
obyekti ola bilər. İsmin halları ilə əlaqədar M.Şirəliyevin, A.Hüsey-
novun,  E,Əzizovun  və  nəhayət  M.Məmmədlinin  tədqiqatları  təq-
dirəlayiqdir. İsmin hal kateqoriyası ilə bağlı, onu qeyd etmək lazım-
dır ki, hələ hal  şəkilçilərinin mövqeyi, arealları, halların mənşəyi 
və digər məsələlər, arxaik hal formaları, bu sahədə innovasiyaların 
müəyyən edilməsi və s. geniş təhlil edilməmişdir. Aparılan tədqiqat-
lar isə  sinxron xarakterli olduğu üçün həmin istiqamətdə aparılacaq 
araşdırmalar  tarixi-diaxron  istiqamətdə,  müqayisəli  şəkildə  aparıl-
ması, doğru, düzgün qənaətlərə gəlmək olmaz.
“Türkologiyada mənşəyinə görə hallanmanın üç tipi: oğuz-qıp-
çaq; uyğur-qıpçaq və qarluk tiplərinin olması elmi ədəbiyyatda qeyd 
olunur... Dmitriyev hallanmanın iki tipini göstərir: cənub qrupuna 
Azərbaycan, türk və türkmən dillərini; şimal qrupuna isə digər türk 
dillərini daxil etmişdir. Şerbak hallanmanı iki dialekt – qədim öz-
bək və oğuz formaları ilə, M.Kazımbəy isə türk-Azərbaycan və ta-
tar-cığatay  formaları  əsasında  təşəkkül  tapmasını  şərh  etmişlər...” 
Göründüyü kimi, M.Kazımbəy də oğuz, qıpçaq və qarluk olmaqla 
hallanmanın üç tipinin olmasını təsdiqləmişdir. Əslində hallanmanın 
tipləri arasındakı fərqlər XI-XVI əsrlərdə cənub-şərq regionu türk 
dillərinin dialekt üzvlənməsi zamanı yaranmışdır. Qarluk tipli hal-
lanma, əsasən, yazı yaranandan sonra əmələ gəlmişdir və onun əsas 
cəhəti  ahəng  qanununun  pozulması  ilə  əlaqədar  olmuşdur.  Çünki 
müasir özbək dilində belə, ahəng qanunu sözlərin kökündə gözlənil-

243
diyi halda, şəkilçilərdə özünü göstərir.
Orxon-Yenisey  yazılarında  müşahidə  edilən  hallanma  forması 
bütün türk dilləri üçün tarixən vahid hallanma forması sayıla bilər. 
Sonradan bu tip iki yerə - oğuz və özbək tipinə bölünmüşdür. Qədim 
özbək tipli hallanmanın əlamətləri sonralar müasir qıpçaq və qarluk 
qrupu türk dillərində, oğuz əlamətləri isə yalnız oğuz qrupu türk dil-
lərində , eləcə də Azərbaycan dilində qorunub saxlanmışdır. Lakin 
qeyd  etmək  lazımdır  ki,  dillərin  qonşuluğunda,  sərhəd  zonalarda, 
qarışıq zonalarda da yaranır. Məsələn, oğuz və qarluq  əlamətlərinin 
qarışması ilə oğuz-qarluq tipli hallanma yaranmışdır. Bu hallanma-
da (Mərkəzi Özbəkistan ərazisi) oğuz qrupundan fərqli cəhət kimi, 
türkmən dilində yönlük halı ifadə edən –qa, -qe, -k şəkilçisini nü-
munə göstərmək olar. Özbək və oğuz dillərində təsirlik və yiyəlik 
halın  həm mənası (sahiblik, yiyəlik), həm də şəkilçiləri eynidir. Öz-
bək dilində yönlük halda “q” samiti, oğuzda isə “y” samiti, çıxışlıq 
halda özbək dilində (-dın, -din), oğuz dillərində (-dan, -dən) şəkil-
çiləri işlənməkdədir.
Dialektlərin qrammatik xüsusiyyətlərinin – isimlərin hallanma-
sının tiplərini müəyyən etmək üçün hal şəkilçilərinin fonetik, mor-
foloji dəyişmələrini, izoqlossları, areallıqları və s. cəhətləri nəzərə 
almaq vacibdir. Yalnız müasir vəziyyətin öyrənilməsi, müasir for-
maların  tədqiqə cəlb edilməsi yanlış nəticələrə gətirib çıxara bilər.
Ədəbiyyat
1. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999.
2. Məmmədli M. Azərbaycan dilinin Təbriz dialekti. Bakı, 2008.
3. Məmmədli M. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları. 
Bakı, 2003.
4. Şirəliyev M. Bakı dialekti. Bakı, 1957.
5. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1967.
6. Rüstəmov R. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı, 1965.
Onomastika, Dialektologiya, Etimologiya

244
DƏDƏ QORQUD ARAŞDIRMALARI
          Резюме
Грамматические особенности Азербайджанских диалектов
В статье говорится о грамматических особенностьях существительных 
в  Азербайджанских  диалектах  и  представляется  типы  склонения 
существительных по падежам.
Ключевые  слова:  диалект,  грамматика,  существительное,  склонение, 
тюркские языки…
                 
Summary 
Grammatical,  Teatures of the Azerbaijan Dialects
This article deals with grammatical features of the nouns in the Azerbaijan 
dialectology and its types of declining according to the cases.
Key words: grammatical,  noun, dialect eases of noun, turkish languages.

245
Gülgün Əhmədova,
magistrant
HÜSEYN CAVİDİN DRAM ƏSƏRLƏRİNDƏ
EKSPRESSİVLİK VƏ EMOSİONALLIQ 
YARADAN VASİTƏLƏR
Ekspressivlik sözün ifadəliliyini, təsir gücünü artırır. Emosional 
sözlər isə hiss və həyəcan bildirmək üçün işlədilir. Hüseyn Cavidin 
dram  əsərlərində  ekspressivlik  və  emosionallığın  əmələgəlmə  im-
kanları  genişdir,  yəni  onların  yaradılmasında  bir  sıra  vasitələrdən 
istifadə edilir. Türkan Əfəndiyeva da “Azərbaycan dilinin leksik üs-
lubiyyatı” adlı əsərində qeyd edir ki, bədii üslubda emosionallığın 
və ekspressivliyin əmələ gəlməsində fonetik və qrammatik vasitələr 
də iştirak edir. Leksik-sintaktik kateqoriyaların xüsusi formada iş-
lənməsi nəticəsində emosionallıq və ekspressivlik yaranır. Müəllifin 
fikrincə, bu özünü aşağıdakı şəkillərdə göstərir:
1. Sözlərin müxtəlif formada yüksək intonasiya ilə təkrar edil-
məsi.
2. Leksik-semantik vahidlərin yanaşı işlənməsi və qarşılaşdırıl-
ması.
Sözlərin müxtəlif formada yüksək intonasiya ilə təkrar edilməsi. 
Sözlərin yüksək intonasiya ilə təkrar edildiyi zaman yaranan təkrar-
lar ekspressiyanı gücləndirir, fikrin emosional şəkildə ifadəsinə im-
kan yaradır. Bunu Hüseyn Cavidin pyeslərindən aldığımız aşağıdakı 
misallarda aydın görmək olar. 
İbn Yəmin
Çal, haydı çal, etmə fevti-fürsət!
Çal, durma, sənindir iştə nevbət. 
   
 
 
(“İblis”, səh.45)
“İblis”də İbn Yəminin dilindən səslənən bu beytdə “çal” felinin 
Onomastika, Dialektologiya, Etimologiya

246
DƏDƏ QORQUD ARAŞDIRMALARI
təkrar  edilərək  işlədilməsi  ifadənin  təsir  gücünü  artırır,  fikri  daha 
kəsərli əks etdirir.
Hüseyn Cavidin dramlarında işlənmiş təkrarları, demək olar ki, 
bütün nitq hissələrinə, o cümlədən isimlərə də aid etmək olar. Müəl-
lifin  əsərlərindən  gətirilən  aşağıdakı  nümunələrdə  bunu  müşahidə 
etmək mümkündür.
Cəlal
Gövərçin, Gövərçin, gözəl Gövərçin!
Bu küskün baqışlar niçin? Ah, niçin?
Söylə, nədən solmuş pənbə yanaqlar?
Niçin, niçin gülməz o gül dodaqlar?
   
 
 
(“Uçurum”, səh. 274)
Göstərilən misalda xüsusi ismin – “Gövərçin”in təkrar edilməsi 
ilə şerdə ekspressivlik və dərin emosiya ifadə edilmişdir. Göründüyü 
kimi, bu bənddə eyni zamanda “niçin” sual əvəzliyinin təkrarına da 
yer verilmişdir ki, bununla da müəllif Cəlalın xitab etdiyi personajın 
(Gövərçinin) psixoloji vəziyyətini – küskün baxışlarını, qüssə, kədər 
və pərişanlığını, bundan doğan təəccüb və heyrətini parlaq, obrazlı 
bir dillə əks etdirməyə müvəffəq olmuş, nitqin təsir qüvvəsini birə-
beş artırmışdır.
Xüsusi  intonasiya  vasitəsilə  də  emosionallıq  yaradılmasının 
mümkünlüyü  faktlarına  H.Cavidin  dramlarında  rast  gəlmək  olur. 
“Ana” dramında İzzətin və Orxanın söylədiyi misralarda yaradılan 
emosionallıq da elə xüsusi intonasiya vasitəsilə əks etdirilmiş, real-
laşdırılmışdır. Orxanın isə “çoq” zərfini təkrarlaması bu emosiyanı 
daha da gücləndirmişdir.
Izzət
Nə yapmaq istiyorsun? Söylə əvvəl!
Orxan
Izzət! Gəl! Çoq söyləmə, çoq uzatma! 
   
 
 
(“Ana”, səh. 39)
Hüseyn Cavidin dram əsərlərində dərin hissi təsir, emosionallıq 

247
yaratmaq, şerdə ahəngdarlığı təmin etmək və fikri yüksək ifadəli-
liklə  əks  etditmək  məqamında  da  əvəzliklərin  təkrarından  istifadə 
olunmuşdur. Dramaturqun “Uçurum” əsərindən aldığımız aşağıdakı 
nümunədə bunu müşahidə etmək olar.
Yıldırım
O qumral saçlar, o çatılmış qaşlar,
O dalğın gözlər, o özgün baqışlar,
Sana pək başqa bir lətafət vermiş,
Inan, kim görürsə eylər pərəstiş.
    
 
(“Uçurum”, səh. 275)
Bədii dildə müəyyən leksik-semantik vahidlərin yanaşı işlənmə-
si və qarşılaşdırılması zamanı da ekspressivlik əmələ  gələ bilir. Bu 
hal H.Cavid yaradıcılığında da özünü göstərir. Dramaturqun əsərlə-
rində bunu əsasən aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Sinonimlərin yanaşı işlənməsi zamanı yaranan ekspressivlik. 
Sinonimlər vasitəsilə fikir daha rəngarəng, incə məna çalarlıqları 
ilə ifadə edildiyindən Hüseyn Cavid də dramlarında ifadənin təsirini 
qüvvətləndirmək, ona yeni məna çalarlığı, üslubi rəng qatmaq üçün 
sinonimlərdən istifadəyə geniş yer vermişdir. Məs.:
Orxan
Bütün Dağıstanda var bir şöhrətim,
Yüksək dağlardan böyükdür həşmətim,
Hürmətim, izzətim, varım, sərvətim,
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
Günəş kibi parlayorkən, fəqət bən
Yalnız məftunum sana, ah, yalnız sən!..   
   
 
 
(“Ana”, səh. 14)
Qeyd edək ki, buradakı sinonimlərin bir qismi nisbi sinonimlər-
dir.
2. Antonimlərin  qarşılaşdırılması  nəticəsində  yaranan  ekspres-
sivlik.  H.Cavidin  dram  dilində  antonimlərin  qarşılaşdırılması  ilə 
kəskin təzad (kontrast) yaradılır ki, bu da fikrin emosional, obrazlı 
Onomastika, Dialektologiya, Etimologiya

248
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ifadəsində mühüm rol oynayır. Aşağıdakı misralarda Orxan İsmətə 
müraciət edərək bildirir ki, insafsız olma, mərhəmət elə. Orxan ona 
onsuz yaşaya bilmədiyini, onu çox sevdiyini söyləyir. O bu məqam-
da öz fikirlərini daha təsirli, yüksək ifadəliliklə əks etdirmək məqsə-
dilə antonimlərdən istifadə edir. Aşağıdakı nümunə bu cəhətdən sə-
ciyyəvidir.
Orxan
Mərhəmət qıl, insafsız olma, İsmət!
Ya gəl canımı al, ya ver tazə can,
Iştə sən, iştə xəncər, iştə Orxan! (“Ana” səh.17)
Hüseyn Cavid dramlarında surətlərin daxili aləmini açmaq, on-
ların  fikirlərini  daha  aydın,  təsirli  ifadə  etmək,  nitqdə  emosional-
lıq  yaratmaq  məqsədilə  həm  mütləq,  həm  də  nisbi  antonimlərdən 
özünəməxsus bir sənətkarlıqla istifadə etmişdir. Belə ki, o, aşağıdakı 
III və VI misralarda mütləq, IV və V misralarda isə nisbi, mətni anto-
nimlər yaratmaqla zidd məna ifadə edən məfhumların daha qabarıq 
nəzərə çarpdırılmasına uğurla müvəffəq olmuşdur.
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin