D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   18   19   20   21   22   23   24   25   26

Резюме
В статье прослежена путь развития окончания –лы
4
, образующего прилагательное, 
начиная  с  “Дивани  лугати-ат-турк”  по  настоящему  времени,  освещены  мнения 
разных лингвистов об этом окончании.
Ключевые слова. Окончания –лы
4
, “ Дивани лугати-ат-турк», «Деде Коркут».
Conclusion
In the article traced way of development of completion of - lı
4
 formative an adjective, 
since “ Divanü lüğat-it-türk “ on present tense, opinions of different linguists are lighted up 
of this completion.
Key words. - lı
4
 suffix, “Divanu Lûgat-it-turk”, “Dede Korkut” .

261
   
 
 
Nərmin Məmmədova,
   
ADPU-nun  Azərbaycan dilçiliyi kafedrasının magistrantı                           
 
 
SİFƏTİN DƏRƏCƏ KATEQORİYASININ 
TƏDQİQİ TARİXİ
    
Sifəti  digər  nitq  hissələrindən  fərqləndirən  ən  əsas  xüsusiyyət 
onun  dərəcə  kateqoriyasına  malik  olmasıdır.  Sifətin  dərəcələrinin 
sayı ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif cür verilmişdir: M.Ka-
zımbəy “Türk-tatar dilinin qrammatikası” (1839) əsərində sifətin üç 
dərəcəsini göstərmişdir: müqayisə, kiçiltmə, üstünlük; H.Mirzəzadə 
“Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar” (1953) 
əsərində sifətin üç dərəcəsini göstərmişdir: adi, azaltma və ya kiçilt-
mə, çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsini də öz növbəsində nis-
bət, artıqlıq və şiddətləndirmə növlərinə bölmüşdür; Ə.Dəmirçiza-
də “Azərbaycan dilinə aid tədqiqlər” kitabında sifətin üç dərəcəsini 
müəyyənləşdirmiş, üstünlük dərəcəsini öz növbəsində müqayisə, üs-
tünlük və artıqlıq olmaqla üç növə ayırmışdır; M.Hüseynzadə 1954-
cü ildə nəşr olunmuş “Müasir Azərbaycan dili” kitabında sifətin altı 
dərəcəsini qeyd etmişdir: adi, müqayisə, üstünlük, şiddətləndirmə, 
kiçiltmə, çoxaltma. 1983-cü ildə çap olunmuş “Müasir Azərbaycan 
dili”ndə isə adi, azaltma, çoxaltma dərəcələrini müəyyənləşdirmiş, 
şiddətləndirmə  və  üstünlük  dərəcələrini  isə  çoxaltma  dərəcəsinin 
növləri kimi vermişdir; Y.Seyidov “Azərbaycan dilinin qrammatika-
sı”nda (2000) sifətin ancaq üç dərəcəsini qeyd etmişdir: adi, azalt-
ma, çoxaltma; F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatika-
sı” (2008) əsərində sifətin aşağıdakı dərəcələrini aydınlaşdırmışdır: 
adi, müqayisə, üstünlük, kiçiltmə, çoxaltma; B.Xəlilov da “Müasir 
Azərbaycan  dilinin  morfologiyası”  (II  hissə,  2007)  kitabında  adi, 
azaltma və çoxaltma dərəcələri deyə üç qrupa ayırmış, üstünlük və 
Onomastika, Dialektologiya, Etimologiya

262
DƏDƏ QORQUD ARAŞDIRMALARI
şiddətləndirmə növlərini çoxaltma dərəcəsinin tərkibində vermişdir;     
Ə.Tanrıverdi  “Azərbaycan  dilinin  tarixi  qrammatikası”nda  (2010) 
əlamət və keyfiyyətin normal dərəcədə, normadan az və ya çox ola 
biləcəyini qeyd etmiş, bu mənada sifətin üç dərəcəsindən bəhs et-
mişdir: adi, azaltma və çoxaltma.
Yuxarıda qeyd etdiklərimizdən məlum olur ki, sifətin dərəcə ka-
teqoriyasının təsnifi əsasən eyni xətt üzrə getmişdir.

263
 Maral Mustafayeva,
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının magistrantı
LERİK RAYONUNUN ƏRAZİSİNDƏ
TÜRK MƏNŞƏLİ HİDRONİMLƏR
Dilimizin lüğət tərkibində xüsusi lay təşkil edən hidronimlər to-
ponimlərin bir növü kimi deyil, onomalogiyanın müstəqil bir yarım-
şöbəsi kimi öyrənilməlidir.
Müxtəlif  dövrlərdə yaranmış coğrafi adların əksəriyyəti bu gün 
xalqımızın  keçmişini  öyrənmək  baxımından  qiymətli  mənbələrdir. 
Müşahidələr  göstərir  ki,  su  obyektlərinin  adları,  yəni  hidonimlər 
daha uzaq keçmişdə formalaşmışdır.
 Lerik rayonunun hidronimlər xəritəsində əsas yeri çaylar, göllər, 
bulaqlar, arx və kəhrizlər tutur ki, bunların da hər birinin öz adı,öz 
yaranma və əməlgəlmə tarixi vardı.
Tədqiqata cəlb etdiyimiz ərazidə hidronimlərin böyük əksəriyyə-
ti antroponim mənşəlidir, yəni şəxs adları ilə bağlıdır. Məsələn, Vəli 
bulağı, Əsəd bulağı, Məstəli şəlaləsi, Həmzə şəlaləsi və s.
Lerik rayonunun ərazisində topohidronimlər – yaşayış məntəqə-
si, kənd, dağ, dərə və s. adları əsasında formalaşmış hidronimlər var-
dır. Məsələn, Kəlvəz çayı, Mistan çayı, Şələcran çayı, Kələxan çayı, 
Lələhiran çayı, Şəmləri çayı və s.
Lerik rayonuda talışlar və türklər qarışıq şəkildə yaşayırlar. Ona 
görə də burada talışdilli etnohidronimlərlə yanaşı, türkdilli etnohid-
ronimlər  də kifayət qədərdir. Məsələn,Türklər bulağı, Çələbi bulağı, 
Zuvandçay, Çanaq bulağı və s.
Bu ərazidə təsviri hidronimlər də xüsusi qrup təşkil edir. Məsələn, 
Kor bulaq, Soyuq bulaq, Yel bulağı, Qarasu gölü, İləcə çayı və s.
Onomastika, Dialektologiya, Etimologiya

264
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülgün Əhmədova,
magistrant
HÜSEYN CAVİDİN DRAM ƏSƏRLƏRİNİN
EMOSİONAL-EKSPRESSİV LEKSİKASI
Ekspressiv sözlər vasitəsilə fikir daha təsirli, kəsərli ifadə olu-
nur. Emosional sözlər isə hiss-həyəcanı, emosiyanı qüvvətləndirmək 
üçün işlədilir. Hüseyn Cavid də öz əsərlərində, o cümlədən, dramla-
rında bu tip sözlərdən istifadə edərək, fikrini oxuculara daha canlı, 
obrazlı şəkildə çatdırmağa çalışmışdır. O, əsərlərindəki hər bir obra-
zı öz dili ilə danışdırmışdır. Obrazların nitqindəki ekspressivlik və 
emosionallıq onların insanlara, həyat hadisələrinə və ümumən ya-
şadığı şəraitə, mühitə reaksiya və münasibətini əks etdirir, bir növ 
xarakterlərini açır, mənəvi-daxili aləmini, psixologiyasını, kimliyini 
tam aydınlığı ilə müəyyənləşdirməyə kömək edir. 
Dramaturq  əsərlərində  təsvir  etdiyi  bu  və  ya  digər  hadisəni, 
hərəkəti,  əlaməti    və  prosesi  səciyyələndirmək,  aydınlaşdırmaq, 
əhatəli  və  təfərrüatı  ilə  oxucularına  çatdırmaq  və  onlara  öz  şəxsi, 
subyektiv münasibətini bildirmək və eyni zamanda fikrini daha tə-
sirli ifadə etmək məqsədilə emosional, ekspressiv sözlərdən yüksək 
sənətkarlıqla istifadə etmişdir. H.Cavidin dram əsərlərində ekspres-
sivlik  və  emosionallıq  ifadə  edən  sözlər  əsasən  aşağıdakılardan 
ibarətdir:
Nidalar. H.Cavidin dram əsərlərində nidalar fikrin emosional şə-
kildə ifadəsinə imkan yaradır. Bunu aşağıdakı nümunə də təsdiqləyir. 
Ah, nə çirkin, nə çəkilməz qabalıq!
O ki, yapmış sana az-çoq babalıq. (“Knyaz”, səh.105)

265
Məcazlar. Məcazlar vasitəsilə fikir daha rəngarəng, incə məna 
çalarlıqları ilə ifadə edildiyindən Hüseyn Cavid də dramlarında ifa-
dəni qüvvətləndirmək, ona yeni məna çalarlığı qatmaq, fikrini təsirli 
vermək üçün bu cür sözlərdən istifadəyə geniş yer vermişdir. Məs.:
Insan bir gün dikən, bir gün çiçəkdir,
Insan gah bir şeytan, gah bir mələkdir.
Fənalıq, eyilik bil nə deməkdir!
Yarın adın dastan olur dillərdə... (“Maral”, səh. 69)
Vulqar sözlər. Hüseyn Cavid dramlarında surətlərin daxili alə-
mini açmaq, onların fikirlərini daha aydın, təsirli ifadə etmək, nitq-
də emosionallıq yaratmaq məqsədilə vulqar sözlərdən özünəməxsus 
bir sənətkarlıqla istifadə etmişdir. Məs.: Ah, namərd! Məni namurad 
qoydun. Ona ... Sevgili Emaya... Həsrət qaldım. (“İblisin intiqamı”, 
səh. 163)
Vokativ  sözlər.  Dramaturq vokativ sözlər vasitəsilə obrazların 
hisslərini, onların qarşı tərəfə olan münasibətini oxucuya çatdırmağa 
nail olmuşdur.
Gəl, utanma, hifz etsin sizi Tanrım;
Gəl, öpəyim səni, gəl, quzum, yavrum!
   
 
 
(“Ana”, səh. 33)
Evfemizmlər. Hüseyn Cavid obrazların dünyagörüşünü, onlara 
olan  münasibəti  göstərmək  məqsədilə  evfemizmlərdən  istifadə  et-
mişdir. Bunu aşağıdakı nümunədən də görmək olar: Iki sənə əvvəl 
böylə  məşum,  qara  günü  kim  xatırlardı?  Məsud  bir  gövərçin  kibi 
saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam 
tərki-həyat etdi. (“Maral”, səh. 62) 
Onomastika, Dialektologiya, Etimologiya

266
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Yaqut Əliyeva,
ADPU-nun Ümumi dilçilik ixtisası üzrə magistri
MUĞAN VƏ ARANLI TOPONİMLƏRİ
Toponimlərin  bir  növü  olan  oykonimlər  hər  hansı  bir  əraziyə 
məxsus yaşayış məntəqəsinin (şəhər, kənd, qəsəbə) adını bildirir. Bu 
toponimlərin bəzilərinin tarixi yeni, bəzilərinin tarixi qədim, bəzilə-
rinin tarixi isə ən qədimdir. Belə paleotoponimlər respublikamızın 
bir çox bölgələrində vardır.
Biləsuvar rayonu ərazisində də ən qədim toponimlərdən Muğan 
və Aran toponimləri ilə formalaşan Muğan və Aranlı oykonimləri 
vardır.
Ən  qədim  toponimlərimizdən  biri  Aran  toponimidir.  Aran 
“düzənlik, hamar yer, qışlaq” anlamında işlənən sözdür. Ümumiy-
yətlə, yayı isti, qışı mülayim iqlimə malik olan düzənlik və ovalıq 
yerlər aran adlanır.
Biləsuvar  rayonunun  ərazisi  düzənlik  hissədən  ibarət  olduğu 
üçün oykonim də düzənlik anlayışını ifadə edən aran sözündən for-
malaşmışdır.  Aranlı  “Aran”  toponimindən  və  yer,  məkan  mənası 
verən –lı şəkilçisindən yaranmışdır.
Tarixi toponimlərimizdən biri də Muğandır. Muğan Azərbayca-
nın ən qədim yer adlarından biridir. Bu adla bağlı hazırda çoxlu miq-
darda oykonimlərimiz vardır. Muğan qədim “muğ” tayfasının adını 
əks etdirir, yəni etnotoponimdir. –an isə qədim şəkilçi olub qram-
matik cəmlik bildirir. Biləsuvardakı Muğan oykonimi də bu tarixi 
toponimin adını əks etdirir. Məlumdur ki, Muğan toponim kimi, ilk 
olaraq məhz Muğan düzünün adı olmuşdur.Sonradan bu ad oyko-
nim, hidronim, antroponim və s. kimi də işlənmişdir.

267
Gülnara Əliyeva, 
ADPU-nun İngilis dili və onun tədrisi 
metodikası kafedrası
İNGİLİS CÜMLƏLƏRİNİN STRUKTURAL 
CƏHƏTLƏRİ HAQQINDA 
İngilis dilində cümlələr iki prinsip əsasında tətbiq olunur:
1. Məqsəd və intonasiyaya görə,
2. Struktural cəhətlərə görə.
İngilis  dilində  cümlələr  struktual  cəhətlərə  görə  təktərkibli  və 
cüttərkibli cümlələrə bölünür.
Cüttərkibli cümlələrdə hər iki baş üzv - mübtəda və xəbər iştirak 
edir. Əgər baş üzvlərdən biri buraxılarsa, konteksdən onu asanlıqla 
başa düşmək olar, məs:
“Fleur  had  established  immediate  contact  with  an  architect.” 
(Galsworthy) 
Cüttərkibli cümlələr bütöv və yarımçıq ola bilər. Əgər cümlədə 
həm mübtəda, həm də xəbər varsa, belə cümlə bütöv cümlə adlanır.
“French people only come to England to make money.”
Əgər baş üzvlərdən biri və ya hər ikisi buraxılarsa bu yarımçıq 
cümlə  adlanır. Ancaq  bu  üzvləri  asanlıqla  bərpa  etmək  olar.  Belə 
cümlələrə həm də elliptikal cümlə də deyilir və daha çox şifahi danı-
şıqda, xüsusən də dialoqlarda geniş istifadə olunur, məs:
“Best not to see her again. Best to forget all about her.”(Abra-
hams)
“What were you doing?” – Drinking (Shaw).
“Where were you yesterday?” – At the cinema.
Baş üzvlərdən ya mübtəda, ya da xəbər buraxılırsa və bunu kon-
teksdən bərpa etmək olmursa, belə cümlələr təktərkibli cümlələr ad-
Onomastika, Dialektologiya, Etimologiya

268
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lanır.
Otto Jespersona görə təktərkibli cümlə “amorphous” cümlə ad-
lanır. Təktərkibli cümlələr xüsusən bədii təsvir və ifadə vasitələrin-
də,emosional nitqlərdə geniş şəkildə istifadə olunur. Əgər təktərkib-
li cümlələrin əsas hissəsi isimlərlə,substantivləşmiş sifətlərlə ifadə 
olunursa, belə cümlələrə adlıq cümlə deyilir.İngilis dilində və ingilis  
ədəbiyyatlarında adlıq cümlələri nominal cümlə də adlandırırlar. Ad-
lıq cümlələrdə isim sifətlələrlə də işlənə bilər, məs:
“Dusk - of a summer night” (Dreiser).
“Freedom! Bells ringing out, flowers, kisses, wine ”(Heym).
Təktərkibli cümlələrin əsas hissəsi tez-tez məsdərlə ifadə olunur, 
məs:
“No!To have his friendship his admiration but not at that price.”
İngilis  dilində  həm  təktərkibli,  həm  də  cüttərkibli  cümlələr 
müxtəsər və geniş olur. Cümlə yalnız ilk və əsas üzvlərdən ibarətdir-
sə, belə cümlələr müxtəsər cümlələr adlanır,məs:
“She is a student.”
“Birds fly.”
“Winter.”
Əgər cümlə həm baş üzvlərlə, həm də ikinci dərəcəli üzvlərdən 
biri  və  ya  bir  neçəsi  ilə  ifadə  olunursa,  həmin  cümlələr  isə  geniş 
cümlələr adlanır, məs:
“The two native women stole furtive glances at Sarie”.

269
P E D A Q O G I K A , 
F Ə L S Ə F Ə   V Ə
P S I X O L O G I YA

270
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səlimə Məmmədova
«Dədə Qorqud» elmi-tədqiqat 
 laboratoriyasının kiçik elmi işçisi
«DƏDƏ QORQUD» KİTABINDAKI DAVRANIŞ VƏ
RƏFTAR QAYDALARININ XII ƏSRƏ QƏDƏR 
TÜRK PEDAQOJİ FİKRİNDƏ YERİ
İnsan  fəaliyyəini,  psixologiyasını,  mil-
lətlərin və xalqların tarixi, mədəni və sosial 
inkişafını bir sıra elm sahələri öyrənir. Bu 
elm  sahələri  arasında  pedaqogika  elminin 
müstəsna yeri var. Pedaqogika elmi vasitə-
silə  gələcək  nəslin  təlim-tərbiyə  işləri  icra 
edilir,  bununla  yanaşı  demək  lazımdır  ki, 
pedaqogika  mütləq  keçmiş  tərbiyə  üsulla-
rını təhlil və araşdıran bir xüsusi elm sahəsidir. Bir çox alimlər pe-
daqogika elmini tərif edərkən onun mürəkkəb, dialektik mahiyyətini 
qabardaraq zəngin nəzəri və praktiki materiallarını tədqiq edərək bu 
elmi ictimai hadisələri öyrənən elm sahələri arasında xüsusi tutuma 
malik elm kimi əsaslandırmışlar. 
Müasir pedaqoji fikir tarixində XVII əsrin böyük nəzəriyyəçisi 
Y.A.Komenski  pedaqogika  elminin  banisi  hesab  edilir.  Bu  heç  də 
pedaqoji fikrin məhz XVII əsrlə bağlı mütəşəkkil surətdə sistemə sa-
lınmasını ifadə etmir. Çünki pedaqogika elmi artıq Y.A.Komenskiyə 
qədər zəngin pedaqoji irsə, qabaqcıl pedaqoji təcrübəyə malik idi. 
Pedaqogika tarixi qədim dövrlərlə səsləşir. İlk insanın formalaşdığı, 
ilk cəmiyyətin meydana gəldiyi dövrdən tərbiyə, davranış məsələləri 
aktual ictimai problemlərdən olduğu üçün məhz pedaqoji fikir tarixi-
nin izləri də də qədim dövrlərə gedib çıxır. Ə.Paşayev və F.Rüstə-
movun  fikrincə:  «Pedaqogika  elmi  sosial  elmdir.  Belə  fikir  vardır 

271
ki, guya ancaq təbiət və texnikaşünaslıq elmləri istehsal qüvvəsinə 
çevrilmişdir. Sosial elmlər isə sosial-dəyişdirici qüvvəyə malik de-
yil. Elmi biliklərin ayrı-ayrı sahələrinin bir-birinə qarşı qoyulmasını 
düzgün hesab etmək olmaz» (2; 11).
Pedaqogika  elmi  pedaqoji  iş  təcrübəsinə  əsaslanır.  Pedaqoji  iş 
ictimai əsaslarla tənzimləndiyindən cəmiyyətin sosial, milli, mənəvi, 
elmi, dini və tərbiyə anlayışlarını dərindən əks etdirməli və doğru is-
tiqamətin seçilməsinə istinad etməlidir. Bu cəhətdən pedaqoji təfək-
kür xalqın qədim və müasir milli dəyərlərinə söykənir. Ona görə də 
pedaqogika elminin inkişafına təkan verən tarixi materialları təhlil 
etmək və araşdırmaq xüsusi prinsipial məqamlardandır.
Hər bir millətin özünəməxsus tarixi inkişaf prinsipləri mövcud 
olmuşdur. Bu milli prinsiplər xalqın mədəni-mənəvi həyatını, siyasi 
durumunu  və  sosial  inkişaf  mexanizmini  əhatə  etmişdir.  Nəticədə 
bu və ya digər tərəqqiyə, yüksəlişə səbəb olan amilləri məhz xalqın 
dünyagörüşü  və  milli  dəyərlərində  əsaslandırmaq  imkanları  üzə 
çıxır. Məhz bu baxımdan «Dədə Qorqud» kitabının pedaqoji aspek-
tdən tədqiqi xüsusi elmi mahiyyət daşıyır. Tarixi, mədəni irsimizin 
başlıca əlaməti və xəzinəsi olan «Kitabi-Dədə Qorqud» müasir döv-
rümüzdə də pedaqogika elmi üçün maraqlı materiallar təqdim edir. 
Bu zəngin ədəbi-tarixi irsimizi pedaqoji fikrin inkişaf istiqamətindən 
tədqiqata cəlb edərək nəinki tarixi reallıqları əsaslandırmaq müm-
kündür,  eyni  zamanda  xalqımızın  müasir  davranış  tərzini,  mədəni 
potensialını dəyərləndirmək mümkündür.
«Dədə  Qorqud»  kitabı  pedaqoji  fikir  tarixində  müxtəlif  is-
tiqamətlərdə  araşdırmalara  cəlb  edilmişdir.  Müasir  tədqiqatımızda 
bu ədəbi-tarixi abidəyə pedaqogika elminin spesifik tədqiq obyekti 
olan davranış psixologiyası və rəftar qaydaları baxımından müriciət 
etmək istərdik. «Dədə Qorqud» kitabının tədqiqində xalqın bir sıra 
maraqlı davranış spesifikasına və rəftar qaydalarına malik olması-
nı müşahidə edə bilərik. Bunları aşağıdakı şəkildə ümumiləşdirmək 
olar.  Davranış-rəftar  qaydaları  və  psixologiyasını  bu  ədəbi-tarixi 
Pedaqogika, Fəlsəfə, Psixologiya

272
DƏDƏ QORQUD ARAŞDIRMALARI
abidədə aşağıdakı münasibətlərdə müşahidə edirik: 
1. Milli-mənəvi dəyərlərin mahiyyətində görmək olar – toy-dü-
yün mərasimlərində; advermə, adaxlanma, açıq döyüş səhnələrində; 
ovçuluq və təsərrüfat münasibətlərində; niqabla gəzmə və yaşmaq-
lanma davranışlarında; demokratiya məsələlərinin qabardılmasında; 
Qalın Oğuz daxilində mövcud olan İç Oğuz və Daş Oğuz münasibət-
lərində; dini və milli inamlar sistemində (Axır zamana, axirətə, aqi-
bət və Allaha münasibətdə; Xızır, Oğuz, Qorqud ataya və Qorqudçu 
ozan obrazlarında, aşıq idealında əksini tapır) əks olunur.
2. Ayrı-ayrı şəxslərə münasibətdə rəftar fərqliliyinin əyani təza-
hürünu vermiş olur. Burada Bayandır xana, Dirsə xana, Qazan xana, 
Bəkilə, Aruza, Basata, kafir məliklərinə, rəiyyət və bəylərə xüsusi 
fərqli rəftarları müşahidə edə bilərik.
3. Dastanda davranış estetikasının mahiyyətində xüsusilə seçilən 
məqamlar da vardır ki, bunları – andlarda, alqış və qarğışlarda, ha-
lallıq məsələlərində, vədlərdə, müraciət tərzlərində, tərif və təşbeh-
lərdə görə bilərik.
4. Müxtəlif situasiyalarda rəftarın vəziyyətə uyğun deyil, məhz 
qəbul olunmuş davranış qaydalarına müvafiqliyi şəklində müəyyən 
olunmasının  şahidi  oluruq.  Məsələn,  ağac,  qurd,  it,  qopuz,  at,  qı-
lınc  kultlarına  münasibətdə  «can  yerinə  can»  süjetində,  ailədaxili 
münaqişələrdə, adətə və ənənələrə sədaqətin təzahürlərində geniş və 
qabarıq üzə çıxan ictimai-sosial davranış qaydaları ayrı-ayrı şəxslə-
ri deyil, bütövlükdə oğuz cəmiyyətinin mədəni həyatını ifadə etmiş 
olur.
«Dədə Qorqud» kitabı müasir dövrümüzdə də əhəmiyyətli dərə-
cədə həyatımıza təsir edə biləcək qüvvədə olan dəyərlərin təmsilçisi 
rolunu oynaya bilər. Bu abidə pedaqoji fəaliyyət sahəsində əvəzsiz 
mövqeyə malikdir. Yeni nəslin tərbiyəsində, milli ruhun bərpasında 
mühüm məzmun və ideoloji mahiyyət daşıması ilə hələ də öyrənil-
məyə ehtiyac duyulan dastanlardandır.
«Dədə  Qorqud»  kitabının  tədqiqatında  xalqın  pedaqoji  təsəv-

273
vürlərinin  XII  əsrədək  artıq  müəyyənləşməsinin  məziyyətləri  və 
əlamətləri üzərində aparılan araşdırma kimi burada Azərbaycan ədə-
bi və bədii yaradıcılıq nümunələrindən – nağıl, əski türk dastanla-
rı, rəvayət və əfsanələrin, tarixi-sosial anlamda xüsusi mövqeyi ilə 
seçilən – Tanrıçılıq, İslam dininin və qədim türk inamlarının das-
tanla  ortaq  cəhətləri  müstəvisində  nəzərdən  keçirilməsi  lazımdır. 
Yazılı ədəbiyyat nümunəsi olmasına qədər «Kitabi-Dədə Qorqud» 
VII əsrədək şifahi şəkildə mövcud olduğundan xalqımızın mənəvi, 
pedaqoji və psixoloji dünyagörüşü nümunələri də məhz qədim döv-
rlərlə əlaqədar mahiyyətə malik olması ilə dastanda əksini tapmış-
dır. Buna görə də «Kitabi-Dədə Qorqud»u tədqiqata cəlb edərkən 
məhz qədim dövrlərin dünyagörüşü materiallarına müraciət etmək 
lazımdır. Bu zaman aşağıdakı ədəbi-bədii və milli-mənəvi abidələr 
nəzər-nöqtəsində saxlanılmalıdır:
1. III-V əsrlərdə Azərbaycanda qıpçaq türklərinin və bunların ar-
dınca oğuz türklərinin məskunlaşması istər «Azərbaycan xalqının, 
istər  Azərbaycan  etnik-mədəni  sisteminin,  istərsə  də  Azərbaycan 
epos təfəkkürünün təşəkkülündə daha böyük rol oynamışlar ki, bunu 
sonrakı dövrlərin ən müxtəlif (dil, mədəniyyət, ictimai təfəkkür və 
s.)  fakt-əlamətləri  təsdiq  edir»  (2;  146).    Bu  zaman  «Kitabi-Dədə 
Qorqud» dastanlarının yaranması prosesi başlamışdır. Burada «Ər-
gənəkon», «Boz qurd» dastanları olan Göy türk dastanlarının təsirlə-
rinin, «Köç», «Törəyiş kimi» uyğur dastanlarının faktlarının, «Oğuz 
kağan» oğuz dastanının obraz, motiv və süjet xətlərinin mükəmməl 
şəkildə qovuşduğunu müşahidə edə bilirik. «Kitabi-Dədə Qorqud» 
həm dastan, həm də kitab olaraq türk xalqlarının istər bədii təfəkkü-
rünü dastan halında, istərsə də tarixi, etnomədəni, elmi, siyasi və so-
sial görüşlərini kitab halında özündə cəmləşdirmişdir. Bunun nəticə-
sidir ki, burada mifoloji qat zəngin şəkildə sintez halında əksini tapır.
2. VI  əsrdən  İslam  dininin Azərbaycanda  yayılması  ilə  «Dədə 
Qorqud» kitabında yeni qat – dini-mistik qat zənginləşir. Artıq ob-
razlar dinin səlahiyyətində idarə olunur, qədim obrazlardan Qorqud 
Pedaqogika, Fəlsəfə, Psixologiya

274
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ata, Qazan xan İslamiyyətin təmsilçisinə çevirlirlər və xalqa onların 
timsalında dini tərbiyə aşılanmağa başlanır. Təsadüfi deyil ki, on-
ların şəxsiyyətində İslam təbliğatçılığı ilə yanaşı qədim türk inanc-
lar sisteminə məxsus əlamətlər yaşamaqdadır. Qorqud Ata qopuzu, 
alqışı və qarğışı, ad vermə müqəddəsliyi onun peyğəmbəri görməsi 
ilə bərabər vurğulanır. Qazan xan yuxuya inamı ilə, içki məclisləri 
təşkil etməsilə, qurda, suya, it kultuna inamı əks etdirməsilə yanaşı 
məscid tikilişində və məscidlər təsis etməkdə, namaz qılmaqda təs-
vir edilir.
3. Qonşu xalqların və dövlətlərin mədəni həyatının dastanda əksi 
də özünəməxsus psixoloji məqamlardandır. Belə ki, qədim inamlar-
la yaşayan Tuman qalasının təkurunun xalqının ölülərin diri olması 
inamına  qarşı  Qazan  xanın  tənələrini,  Qanturalının  Trabzon  təku-
runun  qəddar  əmrinə qarşı  igidliklə uğurlarını göstərməklə dastan 
yaradıcıları geniş erudisiyaya və dünyagörüşü nümayiş etdirmişlər. 
Müxtəlif xalqlar və tayfaların spesifik cəhətlərini göstərərək dastan 
müəllifləri Azərbaycan xalqına nəinki maraqlı süjet izləməyi təklif 
edir, eyni zamanda onun tərbiyə işində müxtəlif istiqamətli pedaqoji 
iş  görmüş  olurlar.  Burada  davranış  tərbiyəsi  xüsusilə  geniş  əksini 
tapmışdır.
«Dədə Qorqud» kitabının bu cəhətlərini konkret faktlar əsasında 
nəzərdən keçirdikdə aydın olur ki, kitabın bədii mətni dəyərli pe-
daqoji mahiyyət daşıyır. Burada təlim, tərbiyə, özünüdərk, milli qü-
surun yaradılması, şəxsiyyətin formalaşdırılması və eyni zamanda 
etnik  mənəviyyatın  gücləndirilməsi  işlərinin  aparılma  mexanizmi 
məqsədyönlü  şəkildə  problem  kimi  ortaya  qoyulmuşdur.  Bir  boy-
dan digər boya fərqli problemlər qoyulsa da, ümumilikdə pedaqoji 
mahiyyət qabarıq bir folklor nümunəsi kimi bu dastan da didaktik 
mahiyyətə malikdir və bu da onun milli dəyərini yüksəldir və xalqın 
mütəşəkkil şəkildə milli ideya və milli dəyərlər ətrafında birləşməsi-
ni təmin edən tərbiyəvi əhəmiyyətini əsaslandırır.
Etnik  xarakter  etnik  psixologiyanın  və  pedaqogikanın  mühüm 

275
tərkib hissəsidir. O, etnik simanı müəyyənləşdirən başlıca ünsürlər-
dən biridir. «Kitabi-Dədə Qorqud» da davranış psixologiyası etnik 
psixologiyanın ayrılmaz hissəsi kimi etnik xarakteri müəyyən edir. 
Oğuzların  etnik  xüsusiyyətləri  onların  qonaqpərvərliyi,  əliaçıqlı-
ğı, sədaqətlərində, dözüm və səbr etmək keyfiyyətlərində, döyüşdə 
mərdliklərində və s. məqamlarda əksini tapır. Qadınlar haqqında da-
nışılarkən dastanda onların «dörd cür» olması vurğulanır və əyani 
olsun deyə misal və onların dilindən ifadələr, cümlələr, spesifik kə-
lamlar verilir.
Qarılar dört dürlüdür:
Birisi solduran sopdur,
Birisi dolduran topdur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən, bayağıdır (1; 22).
Bundan əlavə qadınların bu xasiyyətlərinin açıqlanmasını nəin-
ki dastanın «Müqəddimə»sində görürük, eyni zamanda Dirsə xanın 
xatununun, Qazan xanın xanımı Burla xatunun, Banuçiçəyin, Qantu-
ralının, Selcanının, Dəli Domrulun xatununun və s. xanımların tim-
salında igid, ağıllı, tədbirli, qorxmaz, sədaqətli görürüksə, Qısırca 
yengənin,  Boğazca  Fatmanın, Aruzun  xatununun  simasında  mənfi 
xasiyyətli  qadınların  pislənildiyini  müşahidə  edirik.  Dirsə  xanın 
xatunu cəsarətlə tədbir tökür, Dirsə xanı doğru haqq yoluna çəkir, 
oğlu Buğacı xilas edir, ata və oğul arasında yaxınlaşmağa nail olur. 
Tədbirli və ağıllı olan bu qadın sevilərək təsvir edilir. Aşağıdakı ifa-
dələrlə bu qadına hörməti görmək mümkündür: «Dirsə xan arvadının 
sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini dilədi» (1; 178), 
«Arvadı belə danışanda Dirsə xan cavab vermədi» (1; 182), «Oğlan 
anasının sözünü sındırmadı» (1; 184).
İgid və cəsarətli Selcan xanımın davranışı vasitəsilə dastan müəl-
lifləri qadının gözəl sifətlərini aşağıdakı kimi açıqlayırlar:
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin