D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   18   19   20   21   22   23   24   25   26

Pedaqogika, Fəlsəfə, Psixologiya

288
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Səbinə Muradova,
ADPU-nun “Dədə Qorqud” ETL-nın əməkdaşı
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN
ÜMUMİ İNKİŞAFINDA OYUNLARIN ROLU
Məktəbəqədər  yaşlı  uşaqların  ümumi  inkişafında  oyunlar  mü-
hüm rol  oynayır. Uşaq bağçalarında milli oyunların səmərəli təşkili 
uşaqların ümumi inkişafı üçün geniş imkan və şərait yaradır. Uşaq, 
adətən,  oyun  prosesində  yaşlı  adamları  təqlid  edir,  onların  əmək 
növlərini icra edir. Uşaq oyunu gerçəklikdən fərqləndirə bilməsə də, 
ondan həzz alır, onunla maraqlanır, sabahkı oyunun eşqi ilə yaşayır.
Oyunun səmərəli və təsirli təşkili bir çox cəhətdən tərbiyəçinin 
elmi-pedaqoji hazırlığından və metodik ustalığından asılıdır. Oyuna 
pedaqoji cəhətdən düzgün rəhbərlik etmək üçün hər bir tərbiyəçi ilk 
növbədə milli oyunlarımızdan xəbərdar olmalıdır. Uşaqların yaş sə-
viyyəsinə uyğun nümunələrdən məqsədyönlü istifadə etməlidir. Bu 
baxımdan “Kim iyirmiyə qədər sayar?”, “Oğru vəzir”, “Darı-darı”, 
“Göz yummaq”, “Kamanla ox atmaq”, “Şana qoymaq” kimi oyunlar 
çox səciyyəvidir. Məsələn, bunlardan “Darı-darı” oyununa nəzər ye-
tirək: bu oyunlar uşaqların əqli fəaliyyətini eşitmə, görmə, toxunma 
duyğularını və riyazi biliyini inkişaf etdirir.
Məktəbəqədər tərbiyə müəssisələrinin böyük qruplarında biliklə-
rin tətbiqi ilə  yanaşı yeni biliklərin əldə edilməsinə də imkan yaradır. 
Ona görə də didaktik oyunların məzmunlu və təsirli təşkilinə xüsusi 
əhəmiyyət verilməlidir. Bu qrup məktəbə hazırlığın ilkin mərhələsi 
olduğundan orada didaktik oyunlar yalnız əşyalarla və onların key-
fiyyəti ilə tanışlığa deyil, həm də həyat hadisələrinin ümumiləşdiril-
miş şəkildə mənimsənilməsinə istiqamətləndirilir.
Böyük qrupda oyun prosesində uşaqların psixi prosesləri daha 
davamlı olur və onlar şüurlu fəaliyyət göstərirlər. Bu isə mürəkkəb 

289
quruluşlu  oyunlardan,  xüsusilə  dama,  domino  kimi  əqli  gərginlik 
tələb edən oyunlardan və tapşırıqlardan istifadə etməyə imkan verir. 
Bu yaşda uşaqların oyun fəaliyyəti öz müstəqilliyi ilə səciyyələnir.
Uşaq  bağçalarında  milli  oyunların  nümunələrindən  də  istifa-
də etmək lazımdır ki, həmin oyunun təşkili tərbiyəvi səciyyə daşı-
sın, uşaqları düşünməyə, fikirləşməyə, müsbət əxlaqi keyfiyyətlərə 
yiyələnməyə sövq etsin, çətinlikdən xilas olmağın yollarını öyrətsin. 
Oyunların təsirli, maraqlı təşkilinə nail olmaq üçün qruplar arasında 
yarışlar təşkil etmək, qalib qrupları rəğbətləndirmək də faydalıdır.
Oyunların  təlimi  prosesində  uşaqlar  məişət  əməyini,  milli 
adət-ənənələri öyrənir, əmək  vərdişlərini mənimsəyirlər. Bu baxım-
dan “Qodu-qodu”, “Bağa”bağ”, “Xala-xala” və s. kimi oyunlar xü-
susi əhəmiyyət kəsb edir. Məsələn, “Xala-xala” oyununda  uşaqlar 
milli  adət  və  ənənələrlə  tanış  olur,  ev  tikir,  evcik  qurur  və  onları 
müxtəlif ev əşyaları ilə bəzəyirlər.
Onlarda  əməyin  müxtəlif  növünə  yaradıcı  münasibət  inkişaf 
edir. Palçıqdan ev heyvanları düzəldir, onlar üçün dam, tövlə tikir, 
yem tədarükü görürlər. Beləliklə, oyunun təşkili prosesində uşaqlar 
nəinki yaşayış qaydaları haqqında əməli bilik və bacarığa malik olur, 
həm də yaradıcı fəaliyyət göstərirlər.
Oyunların bir çoxu hesablama əməliyyatı ilə bağlıdır. Bu oyun-
ların  gedişində  qarşıya  müəyyən  riyazi  şərtlər  qoyulur.  Bu  şərtlər 
sayla,  ölçü  ilə,    hesablama  ilə  bağlı  olur,  Oyunda  qoyulmuş  şərti 
vaxtında yerinə yetirənlər qalib olunurlar. Belə oyunların təşkili pro-
sesində uşaqlar öz iradəsini, gücünü səfərbərliyə alır, zehni imkan-
lardan səmərəli istifadə etməyə çalışırlar. Buna görə də təcrübəli tər-
biyəçilər “Çilik dəstə”, “Divara döymə”, “Yerdən qalxma”, “Göy, 
sarı mindilli”, “Yanalma”, “Tap görək”, “Səsindən tanı”, “Tələsmə, 
tap”, “Cumur-cumur” kimi xalq oyunlarından geniş istifadə edirlər. 
“Divar döymə” oyununda tərbiyəçi uşağa say öyrədir. Oyun zamanı 
kim yanılmadan müəyyən edilmiş miqdarda saya bilərsə, onu həmin 
oyunun qalibi edirlər. “Üç daş”, “Dörd daş”, “Beş daş”  oyunlarında 
Pedaqogika, Fəlsəfə, Psixologiya

290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
miqdar sayı ilə bərabər sıra sayı da öyrədilir. Məsələn; “Xandəyməz” 
oyununda uşaqlara ancaq sıra sayı öyrədilir. Oyunun təşkilində püşk 
atmaq şərti ilə oyunçunun biri gövdəni qabağa əyib “keçi” vəziyyə-
tini alır, qalan oyunçular qaçaraq əllərini həmin uşağın belinə qoyub 
onun üzərindən tullanırlar.
Bağça yaşlı uşaqların tərbiyəsində uşağı əməyə alışdıran, onların 
diqqətini, iradi keyfiyyətlərini inkişaf  etdirən və əzələlərini möh-
kəmləndirən “Dirədöymə”, “Qıy-qıy”, “Xandəyməz”, “Kəndirbaz” 
və s. Azərbaycan xalq oyunlarından geniş istifadə etmək və əhəmiy-
yətlidir. Belə oyunların təşkili zamanı uşaqlar şüurunu eyni vaxtda 
bir  neçə  obyektə  yönəltməyə  diqqətli  olmağa  və  həssaslıq  göstər-
məyə səy edirlər.
“Darı-darı” oyununda tərbiyəçi ev və  çöl quşlarını yaxşı tanıyan 
uşaqlardan iki nəfər başçı təyin edir. Qalan uşaqlar başçılarla üzbəüz 
cərgəyə  düzülürlər.  Başçılardan  biri  bir  quşun  xarici  nişanələrini, 
böyüklüyünü, ətinin yeyilib-yeyilməməsini söyləyir. Bu quşun han-
sı quş olduğunu uşaqlardan soruşur. Sıraya düzülmüş uşaqlar bir-bir 
həmin sualın cavabını verir, qalanları isə qaçır. Sualın cavabını ta-
pan isə onları qovur. Geridə qalanı kəmərlə vurmağa çalışır. 100-150 
m qovduqdan sonra başçı “darı-darı” deyərək geri qayıtmaq əmrini 
verir. Uşaqları qovan oyunçu isə sürətlə geri qaçıb özünü “əvəyə” 
çatdırır ki, oranı uşaqlar tuta bilməsinlər.
Qeyd edək ki, bütün bu oyunlar uşaqların əqli və fiziki əmək fəa-
liyyətinə müsbət təsir göstərir, onları günahlandırır, qurub-yaratma-
ğa həvəs oyadır, yaradıcı işlər görməyə təhrik edir.
Ədəbiyyat
1. Gülmira Kərimova. Əmək tərbiyəsində xalq oyunlarından istifadə. “İbtidai 
məktəb və məkətəbəqədər tərbiyə” məcmuəsi. Bakı, 1990, N 3, səh.69-73.
2. G.Bağırova. Uşaqların bədii tərbiyəsində ailə və bağçanın əlbir işi. “İbtidai 
məktəb və məkətəbəqədər tərbiyə” məcmuəsi. Bakı, 1982, sayı 4, səh.44-48..

291
Р е з ю м е
Сабина Мурадова
Роль игр в общем развитии 
детей дошкольного возроста
В этой статье говорится о рациональной организации национальных игр 
в дутских садах, о создании этими играми широких возможностей и условий 
для общего развития детей.
S u m m a r y
 Sabina Muradova
The aim of nationally days white age is till the  school 
for general improvement
This article deals with efficient forming of the national plays for general de-
velopment of the children in the article in kindergartens of creating conditions and 
wide opportunity the plays.
Pedaqogika, Fəlsəfə, Psixologiya

292
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tərlan Əsgərova,
ADPU-nun elmi işçisi
«DƏDƏ QORQUD KİTABIN»DAKI AİLƏ 
MÜNASİBƏTLƏRİNİN XII ƏSRƏ QƏDƏRKİ 
TÜRK PEDAQOJİ FİKRİNDƏ YERİ
Məlumdur  ki,  «Kitabi  –Dədə  Qorqud»  dastanı  bütövlükdə  
ümummilli  türk  xalqlarının  ilk  milli-mənəvi  abidəsidir.  Dastanın 
süjeti, personajları haqqında  ilkin öyrənmələr, ailə münasibətləri, 
dostluq,  qəhrəmanlıq  səhifələri  igidlik,  əməksevərlik  tərbiyəsi,  ox 
atmaq, qurşaq tutmaq, at çapmaq, əkinçilik, qopuz çalmaq, ov etmək 
və s. cəhətlər uzun illərdir ki, türk pedaqoji fikrində əsaslı yer tutur.  
«Dədə Qorqud»  qədim türk xalqlarının tərbiyə məktəbi, təhsil kitabı 
kimi gələcək nəslin tərbiyəsində əvəzsiz rol oynamışdır.
«Dədə Qorqud kitabı» bir çox dillərə tərcümə edilmiş, tarixçilə-
rin,  etnoqrafların,  filosofların,folklorşünasların,  pedaqogika  tarixi 
və  nəzəriyyəçilərin  tədqiqat  obyektinə  çevrilmişdir.  Bu  möhtəşəm 
abidə bir çox  türk xalqlarının: özbək, qazax, türkmən, qırğız, tacik, 
ərəb, uyğur, oğuz, iraq, fars dillərinə də tərcümə olunmuş və geniş 
oxucu rəğbətini qazanmışdır.
Folklorşünas, professor Qəzənfər Paşayev yazır: «Əsər ərəb di-
linə tərcümə edilərək «Hekayət Dədə Qorqut» adı altında çap  edil-
mişdir  (Bağdad,  2007,  264  səh.).  Kitaba  öz  sözü  ədəbiyyatımızın 
böyük dostu Dr.Əbdüllətif Bəndəroğlu yazmışdır. Əsəri ərəb dilinə 
İraqda və Türkiyədə tərcüməsi, tədqiqatçı, eləcə də yazıçı kimi ta-
nınan  Cəlal  Polad  tərcümə  etmiş,  ona  maraqlı  və  çox  geniş  giriş 
məqaləsi  yazmış,  indiyə  qədər  aparılmış  tədqiqatlardan  və  «Dədə 
Qorqud kitabı»nın dünya şöhrətindən söz açmışdır» (2, sayı 4) .
Onu da qeyd edək ki, «Dədə Qorqud kitabı» türk xalqları arasın-

293
da geniş yayılan, ailə münasibətlərinin möhkəm təməllər üzərində 
qurulmasına təminat verən, sevilən  və müxtəlif aspektlərdə tədqiqa-
ta cəlb edilən əsərdir. Hikmətli bir el misalında deyilir: «Keçmişini 
bilməyən,  öyrənməyən  xalqın  gələcəyi  yoxdur!».  Keçmişiniz  türk 
xalqlarının tarixidir və sevindirici haldır ki, bu tarix «Dədə Qorqud 
kitabı»  vasitəsilə  pedaqoji  mühitə  yol  açmış,  təlim-tərbiyə  işində 
aparıcı mahiyyət daşımışdır.
İbtidai  siniflərdən  başlayaraq  «Əlifba»,  «Ana  dili»  və  «Oxu» 
dərsliklərində «Dədə Qorqud»la bağlı mətn, çalışma və tapşırıqlar-
dan istifadə olunur. Məsələn, «Çalışma 1. Kitabı - Dədə Qorqud» 
dastanından götürülmüş aşağıdakı xüsusi adları əlifba sırası ilə dü-
zün:  Selcan,  Xatun,  Məlik,  Zübeydə,  Qutlu,  Uruz.  Burlda  Xatun, 
Beyrək,  Osman,  Qorqud,  Qazan,  Hüseyn,  Bayandur,  Ulaş,  Basat, 
Züleyxa» və s. 
Yeni  nəslin  tərbiyəsində,  layiqli  vətəndaş  kimi  yetişməsində, 
peşə  sənət  seçimində  «Dədə  Qorqud  kitabı»  ailə  münasibətlərini 
tənzimləyir.  Müdrik  bir  məsləhətçi  kimi  öyüd-nəsihət  verir.  «Elm 
hərflərdən başlayır» monoqrafiyasında belə bir haqlı hökm verir ki, 
türk dillərinin kökü, mənşəyi Oğuz və Uyğur tayfalarıfndan başlanır. 
Və türk xalqları hər tərəfdən düşmənlə əhatə olunduğundan uşaqları 
ən sərt qanunlarla tərbiyə edir.  Bu fikri bir qədər gücləndirən prof. 
Fərrux  Rüstəmov  göstərir  ki,  uyğurlar  nəslin    davamçılarını-oğul 
övladlarının  fiziki  cəhətdən  sağlam,  mənəvi  cəhətdən  yetkin,  əx-
laqlı, ədəb-ərkanlı, cəsarətli, elmli və bilikli olmasını arzu edirdilər 
(3, səh. 12-14). Oğuz və uyğur tayfaları elmi işıq, zər, günəş kimi 
qiymətləndirmiş, onu dərindən öyrənməyi, yeni nəslin təfəkküründə 
formalaşdıra bilmişlər. Dastanın boylarında iki türk tayfası arasında 
mövcud olan tarixi ənənələr səciyyələndirilir. Bu cəhətdən biz das-
tanda böyüyə, ata-anaya, müdrik şəxslərə hörmət tərbiyəsi üzərində 
dayanmaq istərdik.
İnsan  həyatı  ana  südü  ilə  başlayır.  «Dədə  Qorqud»  dastanında 
Pedaqogika, Fəlsəfə, Psixologiya

294
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ana, ana südü haqlı olaraq müqəddəslik rəmzi kimi verilir. Övlad ana 
südü ilə boy atır, dil açır, ayaq tutur, həyata qədəm qoyur, elə-obaya 
qovuşur, həyatın, mühitin, cəmiyyətin tərbiyəsi, ailənin qayğısı ilə 
yetişir, məktəbdə formalaşır, inkişaf edib, kamilləşib insan olur.
Dastanın aşıladığı mühüm mənəvi keyfiyyətlərdən biri də böyü-
yə-ağsaqqala,  müdrik  şəxslərə,  qadına,anaya,  ataya  hörmətdir.  Bu 
hiss dastanın bütün məzmununu təşkil edir. İnsanın mənəvi kamil-
liyini  göstərən  böyüyə  hörmət  pedaqoji  cəhətdən  də  səciyyəvidir. 
Dastanda  böyüyə  hörmət  məsələlərinin  inikasına,  ailədə,  həyatda 
rast gəlmək mümkündür. Oğuz elinin xarakterik cəhətlərindən biri 
elə  budur.Burada  mənəvi  tərbiyə  məsələlərinin    qoyuluşunu  təhlil 
etdikdə belə nəticəyə gəlmək olar ki,Oğuz ailəsində tərbiyə işi döv-
rün tələbləri səviyyəsində aparılıb. Eləcə də dövr sosial sifariş olaraq 
Oğuz ailəsinin  mənəvi tələblərinə uyğun idarə olunub. Böyüyə hör-
mət hər bir kəsin mənəvi borcu kimi qəbul edilib (1).
Oğuz elinin ağsaqallı,dastandan məlumdur ki, Dədə Qorquddur. 
O, müdrik insandır. Dastanda ona sözsüz  hörmət və ehtiram göstə-
rildiyini də görürük. Onu da deyək ki, oğuzlar həm də insanın ağıl və 
düşüncəsinə,əxlaqına, mənəvi keyfiyyətlərinə də dəyər evrir,ehtiram 
göstərirlər. Dədə Qorqudun Tanrıya olan yaxınlığı da ona ehtiramı 
stimullaşdıran amillərdəndir. Oğuzlar ağsaqallı və müdrik insanla-
rı  tanrıya  yaxın  hesab  etmin,  onların  hörmətini  saxlamışlar.  «Ana 
haqqı-Tanrı haqqı» deyimi də bu mənada səciyyəvi xarakter daşıyır.
Folklorşünas Mahmud Allahmanlı «Şamanla ozan arasında» ki-
tabında yazır: «Dəli Qarçar qılıncını əlinə alıb çalmaq istərkən deyir: 
«Çalarsan əlin qurusun». Bundan başqa qurtuluş yolu da yoxdur. Bu 
hadisə tərəflərin gücünü,ozanla tanrı arasındakı parametr yaxınlığını 
əks etdirmək baxımından  uğurludur. Hadisənin bu cür gedişi Dəli 
Qarçar kimi ipə-sapa yatmayan igidi haqq yoluna qaytarır, bir növ 
başına ağıl qoyub cəmiyyət qanunlarına nizamlayınr.Bunu Dəli Qar-
çarın  Dədə  Qorquda  qurtuluş  üçün  yalvarışı  da  göstərir.  Eyni  za-

295
manda sonrakı mərhədəki elçilik üçün də razılıq alır.  «Dədə, qız 
qardaşımın yoluna mən nə istəsəm verərmisən?» Bu artıq adi şərt 
olmaqla yanaşı ağıllı adamın razılığıdır. Dəli Qarçarın bu vəziyyətə 
düşməyi bir nö vonu ağıllandırma səviyyəsi daşıyır və Dədə Qorqu-
dun qüdrətini əks etdirir. «Mədəd, aman, əlaman! Tanrının birliyinə 
yoxdu güman. Sən mənim əlimi sağaltdı gör, tanrının buyruğu ilə, 
peyğəmbərin qövmü ilə qız qardaşımı Beyrəyə verəyin»- dedi. Bu-
dur, həqiqətin açarı, tərbiyənin adı keçilməzlikdə olan gücü də bun-
dadır. Dədə Qorqud gücü ilə Dəli Qarçar ipə-sapa yatmağı bundadır. 
Dədə Qorqud duası adi insanın Allaha yalvarışı, imdadı deyil, onun 
tanrı  ilə  məsafə  və  ünsiyyət  yaxınlığıdır(4).  Oğuzların  ağsaqqala 
olan  ehtiram  sözsüz  ki,  ail  əvə  soykök  ənənələrindən  qaynaqlanır 
və gənc nəsil tərəfindən sədaqətlə davam etdirilir. Oğuz elində övlad 
böyüdən hər bir ata çalışır ki, oğlu yaxud qızı mətin xarakterli bir 
şəxs kimi böyüyə hörmət ruhunda tərbiyə olunsun, adət-ənənələrin, 
soy-kökünün layiqli varisi rolunda çıxış edə bilsin. Eləcə də böyük-
lərin hörmət və rəğbətini qazansın.
Mənəvi dəyərlərə sadiq Oğuz igidləri böyüklərin bir sözünü iki 
eləmir, hətta ölümün gözünə dik baxırlar. «Qazan bəyin oğlu Uruzun 
dustaq olduğu boy»da oxuyuruq:
Oğul, oğul, ay oğul!
Düşmən arasına girib baş kəsməyibsən,
Adam öldürüb qan tökməyibsən,
Ala gözlü qırx igidi götür özünlə,
Köksü gözəl dağ başına çıx,
Mənim necə savaşaraq döyüşdüyümə,
Mənim necə qılınc çalıb çəkişdiyimə,
Həm bax, öyrən, həm göz olub pusquda durr sən! (1).
Uruz  atasının  sözünü  sındırmadı,  geri  döndü.  Yoldaşlarını  da 
götürüb uca dağların başına çıxdı. O zamanlar oğul ata sözünü iki 
eləməzdi. İki eləsəydi, o cür oğulu qəbul etməzdilər. Uruz süngüsü-
Pedaqogika, Fəlsəfə, Psixologiya

296
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nü gen yaxasından keçirib, yerə sancdı, durdu (1). Oğullar atalarına 
yüksək ehtiram göstərdikləri kimi onların yolunda ölümə belə get-
məyə hazırdırlar. Yenə həmin  boyda oxuyuruq:
Bəri gəl, ağam Ozan!
Qalxıb yerimdən
Bədəvi atımı saxlayırdım bu gün üçün
Günü gəldi, hündür meydanda səyirdim mən sənin üçün!
Uzaq vuran, sür nizəmi saydayırdım bu gün üçün.
Günü gəldi, mürdar dinli kafir başın kəsdirim sənin üçün.
Əynimdə bərk dəmir donumu saxlayırdım bu gün üçün,
Günü gəldi, qolçaq-yaxa tikdirib-taxım sənin üçün!
Başımda parlaq zirehi saxlayırdım sənin üçün,
Günü gəldi, qaba toppuz altında əzdirim sənin üçün!
Qırx igidimi saxlayırdım bu gün üçün,
Günü gəldi, kafir başını kəsdirim sənin üçün.
Kafirlə əlbəyaxa tutaşım mən sənin üçün.
Ağız-dildən bir neçə söz söylə mənə!
Qara başım qurban olsun, ağa sənə! (1)
Doğrudur, burada Uruzun atasına olan hörmət və ehtiramsının 
şahidi oluruq. Amma bu məhəbbəti təkcə oğul-ata məhəbbəti çər-
çivəsində  səciyyələndirmək  olmaz.  Fikrimcə,  burada  Uruz  Oğuz 
igidlərinin, Qazan bəy isə ümumilikdə  Oğuzun özü kimi xarakte-
rizə oluna bilər. Böyüyə hörmət, əslində vətənə, el-obaya, torpağa 
hörmətlə ölçülür. Oğuz igidləri bu cəhətlərə malik olduqları üçün də 
mənəvi cəhətdən saydırlar, bütövdürlər.
Oğuzların böyüyə hörmət və ehtiramını «Baybörənin oğlu Bamsı 
Beyrək» qolunda da görürük. Beyrəyin qayıtması xəbərini, hörmət 
və ehtiram əlaməti kimi Banuçiçək ilk olaraq nişanlısının atası Bay-
böyrəyə və anasına deyir: 
Sıra dağların yıxılmışdı, ucaldı axır!
Aşıb-daşan suların axmırdı, çağladı axır!
Böyük ağacın qurumuşdu, göyərdi axır!

297
Gözəl atın qarımışdı, qulun verdi axır!
Dəvələrin qarımışdı, köşək verdi axır!
Qoyunların qarımışdı, quzu verdi axır!
On altı illik həsrətin- oğlun Beyrək gəldi axır!
Qayınata, qayınana, nə muştuluq verəsiz mənə! (1).
Oğuzlarda  ataya  olan  hörmət  və  ehtiram  «Qazılıq  Qoca  oğlu 
Yeynək  boyu»nda  da  təsvir  edilmişdir.  O,  bir  yaşında  ikən    atası 
Qazılıq Qoca dustaq düşür. Lakin Yeynək 16 yaşınadək onu ölmüş 
bilir. Günlərin birində atasının dustaq olduğunu eşidən Yeynək bu 
xəbərdən sarsılır. Atasına olan ehtiramı, onun ürəyini yerindən oyna-
dır. Bayandur xanın yanına gəlir. Yeynəyin Bayandur xana müraciəti 
gənc Oğuz igidinin ataya-böyüyə olan hörmət və ehtiramın nümunə-
si kimi xarakterizə olunur:
Səhər çağı sərt yerdə tikilən
Hündür evli!
Atlaslardan yapılmış göy alaçıqlı!
Çağıranda hay verən, yolu çavuşlu!
Süfrəsindən yağ tökülən, bol nemətli!
Bütün igidlərin arxası,
Yoxsulların ümidi!
Türküstanın dirəyi!
Tüklü quşun balası!
Amit soyunun aslanı!
Qaracığın qaplanı!
Dövlətli xan mənə kömək! (1).
Qoşun ver, məni atamın dustaq olduğu qalaya göndər!
Oğuz  igidlərinin  böyüyə  hörməti,  ulu  Tanrıya  olan  ehtiram, 
məhəbbət və inamından irəli gəlir. Qazlıq Qoca oğlu Yeynək Allaha 
sığınıb deyir:
Ucalardan ucasan!
Kimsə bilməz necəsən, əziz tanrı!
Sən anadan doğulmadın, sən atadan olmadın,
Pedaqogika, Fəlsəfə, Psixologiya

298
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Heç kimin malını yemədin
Kimsəyə güc etmədin.
Hər yerdə əhədsən, allahu səmədsən!
Adəmə sən tac qoydun,
Şeytana lənət etdin.
Bir günaha görə qapından qovdun
Nəmrud göyə ox atdı,
Qarnı yarıq balığı qarşıya tutdun.
Böyüklükdə həddin yox,
Sənin boyun-qəddin yox,
Ya bədənin, cəddin yox!
Vurduğunu ulatmayan ulu tanrı!
Basdığını bildirməyən bəlli tanrı!
Apardığını göyə yetirən əziz tanrı
Qəzəbləndiyini batırıb-boğan acıqlı tanrı!
Birliyinə sığındım, qadir tanrı!
Qara donlu kafirə qarşı at sürürəm,
İşimi sən başa vur, sən kömək et! (1).
Tanrıdan  aldığı  güc  və  qüvvət,  atasına  olan  sonsuz  məhəbbət 
Yeynəyin qoluna güc, möhkəmlik verir.  Yeynək atasını dustaqlıqdan 
azad edir, azadlığa qovuşdurur.
Dastanda anaya olan hörmət və ehtiram, sonsuz məhəbbət aparı-
cı xətlərdən birini təşkil edir. Ana məhəbbəti, anaya ehtiram duyğu-
ları oğuz gənclərinin mənəvi zənginliyindən, dəyərlərə bağlılığından 
xəbər verir. Anaya sonsuz məhəbbəti öncə  Qazan xanın timsalında 
təhlil etmək  istərdim. Qazan xanın Oğuz igidlərinə şəxsi münasibət-
ləri anasına olan məhəbbətində də özünü büruzə verir. «Salur Qaza-
nın evinin yağmalandığı boy»dan məlum olur ki, Şöklü Məlik Qa-
zan xanın evini, obasını yağmalayır, ailəsini, anasını əsir alıb aparır. 
El-obasını xilas etməyə gedən Qazan xan Şöklü Məliyə deyir:
Ay Şöklü Məlik!
Qızıl tağlı uca evlərimi götürüb gəlmisən,

299
Sənə kölgəlik olsun!
Qiymətli xəzinəmi, bol gümüşümü götürmüsən,
Sənə xərclik olsun!
Qırx incə belli qızla Burla xatunu gətirmisən,
Sənə əsir olsun!
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən,
Sənə qulun olsun!
Tövlə-tövlə şahanə atlarımı gətirib gəlmisən
Sənin miniyin olsun!
Qatar-qatar dəvələrimi gətirib gəlmisən,
Sənin yükünü daşısın!
Qoca anamı gətirmisən, ay kafir,
Anamı ver mənə!
Savaşmadan, vuruşmadan qayıdım geri,
Dönüm gedim! (1)
Göründüyü kimi, Oğuz elinin başçısı, baş qəhrəmanı Qazan xan 
ana yolunda bütün var yoxundan keçir. Oğuz elində ana mövqeyini, 
ana nüfuzunu qoruyan bir sərkərdə kimi danışır. O, anasına olan son-
suz məhəbbətini nümayiş etdirməklə həm də Oğuz igidlərinə anaya 
məhəbbət və hörmət hisslərini aşılayıb təlqin edir.
Oğuz igidlərinin anaya hörmət və ehtiramının kökündə isə na-
mus, qeyrət dayanırdı. Onlar haqlı olaraq oğuz qızının, oğuz qadı-
nın kafir əsirliyində qalmasını, el-obanın adına ləkə  hesab edirdilər. 
Namus, qeyrət yolunda canlarını çəkinmədən qurban verirdilər. Təki 
oğuz elinin adına ləkə gəlməsin.
Oğuz igidlərinin qadına, anaya bəslədikləri məhəbbət kimi, onun 
qadınları da həyat yoldaşlarına böyük ehtiramla yanaşırdılar. «Dirsə 
xan oğlu Buğac xan boyu»nda Dirsə xanın əsir düşdüyünü duyan 
kimi anası oğluna deyir:
Görürsənmi, ay oğul, nələr oldu?!
Sərt qayalar oynamadı, yer ovuldu.
Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi.
Pedaqogika, Fəlsəfə, Psixologiya

300
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Atanın o qırx namərd yoldaşı onu tutdu.
Ağ əllərini ardına bağladılar.
Ağ boynuna qılsicim taxdılar.
Özləri atlı, atanı piyadə yeritdilər.
Alıb uzaq kafir ellərinə yönəldilər.
Xan oğlum! Qalxıb yerindən ayağa dur!
Qırx igidi dəstəsinə qat!
Atanı o qırx namərddən qurtar!
Yenri, oğul!
Atan sənə qıydısa da, sən atana qıyma!-dedi (1).
Oğuz  igidləri    duşmən  qarşısında  cəsarətlə dayanan,  el-obanın 
namus və qeyrətinin qoruyucusudurlar. Bu səbəbdən onların hörmət 
və ehtiramı hamı tərəfindən qorunur. Onlara xüsusi ehtiram bəsləni-
lir.
Ağsaqqala,  böyüyə  hörmət  Oğuz  elində  yaşayan  hər  bir  insa-
nın  ümdə  vəzifəsidir.  Yolundan  dönmüş,  mənəvi  dəyərlərə,  adət-
ənənələrə xəyanət etmiş insanların cəzalandırılması «Basatın Təpə-
gözü  öldürdüyü  boy»da  ölüm  ayağında  olan  Təpəgözün  dili  ilə 
açıqlanır:
Ağsaqqalın qarğışımı tutdu ola, gözüm, səni?
Ağ birçəkli qarıları çox ağlatmışam,
Anaların göz yaşımı tutdu ola, gözüm səni?
Bığ yeri tərləmiş cavanları çox yemişəm,
Cavanlıqlarımı tutdu ola, gözüm səni?
Əlləri xınalı qızcığazları çox yemişəm,
Ovucları-qarışları tutdu ola, gözüm səni?
Belə ki, mən çəkirəm gözümün göynəmini,
Heç kimə verməsin allah göz yükü, göz qəmini!
Gözüm, gözüm, ay gözüm, yalnız gözüm! (1).
Göründüyü kimi, dastanın qəhrəmanları tutduqları mövqelərin-
dən,  ictimai  statuslarından,  yaşlarından  asılı  olmayaraq  ağsaqqal 
nüfüzunu, ağsaqqal müqəddəsliyini qəbul edir, ona sığınır, müqəd-

301
dəsliyinə, ucalığına tapınırlar. Təpəgözlə yanaşı, Dəli Qarçarı, Dəli 
Domrulu da bu sıraya aid etmək olan. Onlar da öncə ağsaqqala, ağ-
birçəyə qarşı çıxırlar, üsyan qaldırırlar. Amma sonradan səhvlərini 
dərk edib, bağışlanmalarını diləyirlər. Tanrı böyüklüyünü, ağsaqqal 
müdrikliyini dərk edirlər. Amma hörmət və ehtiram əvəzsiz qalma-
dığı kimi, hörmətsizlik də öz acı aqibətini yaşayır. Təpəgöz bütün 
yalvarışlarına baxmayaraq, Basat tərəfindən öldürülür. Buradan belə 
bir məntiqi nəticəyə gəlmək mümkündür ki, ağsaqqallar, ağbirçəklər 
yer üzündə şəksiz hörmət və ehtiram bəslənməli olan şəxslərdir. On-
lara ehtiram göstərmək, Tanrıya ehtiram göstərmək, onları tanımaq 
Tanrını tanımaq deməkdir. Bu yolu tutmayanlar, böyüyünə hörmət-
siz yanaşanlar cəmiyyət tərəfindən sevilməməklə bərabər, tanrı tərə-
findən cəzaya məruz qalırlar.
«Kitabi-Dədə Qoqud» dastanının məzmunundan  doğan mənəvi 
tərbiyə, o cümlədən, böyüyə hörmət məsələləri bu günümüz üçün 
də çox aktual səslənir. Müasir dövrün sosial münasibətləri şəraitin-
də Oğuz igidlərinin ata-anaya, bacı-qardaşa, eləcə də ətrafdakı digər 
insanlara münasibəti mühüm örnək, öyrətmə, təlim-tərbiyə vasitəsi-
dir. Biz tədqiqat işində bu vasitələrə müəyyən dərəcədə yer verməyə 
çalışmışıq. 
Dastanda  hörmət tərbiyəsi problemləri geniş şəkildə qoyulur və 
uğurlu həll olunur. Təbii ki, bunun əsasında insanın insana ehtiramı 
dayanır. Bununla yanaşı öz əməlləri, əxlaqı və ləyaqəti ilə hörmət 
qazanan,  faydalı  işlər  görən,  xeyirxahlığı  və  mübarizliyi  ilə  xalqa 
xijmət göstərən, valideyn, bacı-qardaş, ağsaqqal missiyasını yüksək 
səviyyədə  yerinə  yetirən  insanlar  həm  də  bu  keyfiyyətlərinə  görə 
hörmət və ehtirama layiq bilinirlər. 
«Kitabi-Dədə Qorqud» dastanlarındakı əxlaqi-mənəvi dəyərlərin 
özündən sonra yaranan folklor nümunələrinə və pedaqoji fikrə bö-
yük təsiri olmuşdur.
Xalq sənətkarları «Kitabi-Dədə Qorqud»u ən yaxşı öyüd-nəsihət 
kitabı, həyat dərsliyi kimi qəbul edərək, gənclərə bu kitbda yazılan 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin