Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
  1   2   3   4   5   6   7   8   9   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji




Maldarlıq
1.Qaramal və onun bioloji xüsusiyyətləri 
2.Camış və onun bioloji xüsusiyyətləri 
3.Zebu və onun bioloji xüsusiyyətləri 

Maldarlığın əsas x/t əhəmiyyəti onun süd istehsalı mənbəyi olmasıdır.


Süd məhsulları – xama, yağ, qaymaq, pendir, şor və s. insanların 
qidalanmasında mühüm əhəmiyyətə malikdir. Bu məhsullar orqanizm tərəfindən 
yaxşı və asan mənimsənilməklə yanaşı, bunların tərkibi mineral maddələr
fermentlər, vitaminlər və s. ilə zəngindir.
Respublikada südlük inəklərin laktasiya müddəti 300-305 hesablanır. Lakin 
bu rəqəm daha çox cins mal-qara üçün özünü doğruldur.
Qaramalın bioloji xüsusiyyətləri. 
Qaramal heyvandarlığın əsas və çox dəyərli 
sahəsi olub, özünəməxsus bioloji xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyətlər 
aşağıdakılardan ibarətdir: tipinə görə iri buynuzlu qaramal ot yeyən heyvanlar 
olub, qəbul edib, udduqları yemi yenidən ağıza qaytarıb, təkrar çeynəyərək 
udduqları üçün kövşəyən heyvanlar qrupuna aid edilirlər. Kövşəyən heyvanlar: 
inək, qoyun və keçi, dəvə, maral mürəkkəb, çox kameralı mədəyə malikdirlər. 
Buna işkənbə, torcuq, kitabça və qursaq aiddirlər. Bu heyvanların bağırsaq sistemi 
nisbətən uzundur. Bu onunla əlaqədardır ki, qəbul edilən çox həcmli qaba yem 
yaxşı həzm oluna bilsin.
İri buynuzlu qaramalın mədə önlükləri çox tutumludur: işkənbəyə 150-180 litr 
mötəviyyat, torcuğa – 12 l, kitabçaya – 18 litr mötəviyyat yerləşir. Mədə 
önlüklərinin kövşəyən heyvanlarda belə böyük tutmlu olması imkan verir ki, 
kövşəyən heyvanlar çox miqdar və tutumda bitki mənşəli qaba yemlər – quru ot, 
saman, küləş, tərəvəz bitkiləri qalıqları və s. qəbul etsin və işkənbədə olan 
mikroorqanizmlər həmin yemlərdə olan çox miqdar sellilozanı həzm edib, onun çox 
dəyərli qidalı maddəyə çevirə bilsin. Heyvanın ifraz etdiyi (sutkada 100 litrə qədər) 
tüpürcək bu yemləri isladaraq onları horra şəklinə salır və bu yemlər mədə 
önlüyündən qurşağa asanlıqla keçirlər. Tüpürcək isə mədəönlüklərində zəif qələvi 
reaksiyası yaradır ki, bu da mikrofloranın çoxalmasına şərait yaradır.
Qaramalın belə özünə məxsus qurluşda həzm sistemi aparatının olması 
sayəsində qaramal çox böyük miqdarda qaba yemi həzm edərək onu yüksək 
qidalılığa malik ət və süd məhsuluna çevirsin. Bu xüsusiyyət əsasən südlük mala 
daha çox xasdır. Hansı ki, bu heyvanlarda maddələr mübadiləsinin intensivliyi və 
konstitusiya xüsusiyyətləri ilə əlaqədar olaraq daha çox süd məhsulu ələmə gəlir.


Qaramal nisbətən daha tez və yaxşı öyrəşmə qabiliyyətinə malikdirlər. Onlar 
yeni şəraitə tez uyğunlaşmaqla yanaşı, bu zaman bir sıra dəyərli xassələr də 
qazanırlar. Odur ki, qaramalı dünyanın bütün hər yerində yetişdirmək mümkündür. 
Bununla yanaşı, qaramal bütün yetişdirilmə şəraitlərində yaxşı yemləməyə də yaxşı 
cavab verməklə, məhsuldarlığını artırır.
Qaramalın əsəb sistemi də onların əhliləşdirilməsi ilə əlaqədar olaraq 
dəyişmiş, daha rahat, dinc, sakit xarakter almışdır. Qaramalın əcdadının cinsi 
fəaliyyəti fəsli xarakter daşısada, ev heyvanlarında bu xüsusiyyət, demək olar ki
aradan qaldırılmışdır.
Qaramal tez böyümə və inkişaf etməyə nail olmuş, az məhsuldar və 
gecyetişmədən yüksək məhsuldar və tez yetişən heyvanlara çevrilmişlər. Qaramalda 
olan bu bioloji xüsusiyyətlər çox uzun bir dövrdə baş vermişdir. Bunun üçün isə 
insanlar tərəfindən çox böyük əmək sərf edilməklə, əlverişli şərait yaradılmışdır.
Tipinə görə iri buynuzlu qaramal və həmçinin qidalanmasına görə onlar ot 
yeyən heyvanlar, ağızda çeynəyib udulan yemin mənimsənilməsinə görə isə 
kövşəyənlərə aid edilirlər. Gövşəyən heyvanlardan – qaramal, qoyun, keçi, dəvə, 
ceyran mürəkkəb, çox kameralı mədəyə malik olurlar. Onların mədə sistemi işkənbə, 
torcud, kitabça və şirdandan ibarətdir. Bu heyvanların, qaba yemi yaxşı həzm 
etmələri üçün, bağırsaq sistemi nisbətən uzundur.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin