Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   2   3   4   5   6   7   8   9   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

Qaramal cinsləri 
Təsərrüfat təsnifatına əsasən qaramal qəbul etdikləri qidalı 
maddələri onların bir qismi əsasən süd məhsuluna, bir qismi ət məhsuluna və bir 
qrup heyvanlar isə həm süd və həm də ət məhsuluna çevirirlər. Bu xassə müxtəlif 
cins heyvanların anatomiki və fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq onların 
orqanizmasında gedən maddələr mübadiləsi ilə əlaqədardır. Belə ki, qəbul etdikləri 
yemi südə çevirmə xüsusiyyətinə malik olub, onlarda maddələr mübadiləsi 
intensiv gedir. Ətlik tip heyvanlarda isə maddələr mübadiləsi nisbətən az intensiv 
gedir. Bu təsnifata əsasən qaramal onlardan alınan əsas məhsulların miqdar və 
keyfiyyətinə əsasən aşağıdakı qruplara bölünürlər:
1) Südlük məhsuldarlıq 
istiqaməti. Bura əsasən Holland, Holmoqor, Qara-
ala, Yaroslav, qırmızı səhra, Tağıl, Ayrşir, Çerzey, Hernzey və s. cinslər daxildir.
2) Südlük – ətlik və ətlik-südlük. 
Bu qrupa həmdə ikili, qarışıq 
məhsuldarlığa malik cinslər də deyilir. Bu əsasən Simmental, Şvis, Kostroma
Lebedin, Alatau, Kavkaz qonuru,
 
Qonur karpat, Bestujev və s. cinslər daxildir.
3) Ətlik məhsuldarlıq 
istiqamətli – buraya Şorthorn, Hereford, Kazax ağbaş, 
Kalmık, Aberdin Anqus, Şarole və s. cinslər daxildir.
Südlük istiqamətli qaramal cinsləri 

Holland (friz) cinsi 
– Hollandiyada xalq seleksiyası yolu ilə yaradılan ən qədim 
cinsdir. Dünyada ən geniş yayılmış südlük cinsdir. Onun üç qolu mövcuddur: friz, 
maas-reyneysel və qroningen (ağ baş). Bu cinsin iştirakı ilə qara-ala, Bestujev, 
Xolmoqor, Tağıl, Qırmızı səhra, Yaroslav, Ağ başlı ukrayna və s. cinslər 
yaxşılaşdırılmışdır. Laktasiya ərzində 4500-5000 kq süd verirlər. 
Yaroslav cinsi –
Yaroslav quberniyasında yerli aborigen cins malı seçmə, 
taylaşdırma yolu ilə yaradılıb. İnəklər ildə 4000-5000 kq 4,1-4,2% yağlılıqda süd 
verirlər. 
Xolmoqor cinsi 
– bu cins XVII-XVIII əsrlərdə Arxangelsk vilayətində yerli 
qaramalı uzun müddətli seçmə və taylaşdırma aparılmaqla yaradılmışdır. Bəzi 
müəlliflər isə qeyd edirlər ki, Xolmoqor cinsinin yaradılmasında Holland cinsi də 
iştirak etmişdir. Bu cins Şimal rayonları üçün əlverişli cinsdir. Çünki soyuğa çox 
davamlı heyvanlardır. Sağmal inəklər laktasiyada 4500-5000 kq 3,7-3,8% yağlılıqda 
süd verir.


Qara-ala cinsi 
– bu cins 1959-cu ildə yerli malın Holland və Ostfriz cinsinin 
çarpazlaşdırılmasından alınmışdır. Çox geniş yayılmış və respublikamızda da 
yetişdirilir. Damazlıq təsərrüfatlarda hər bir inəkdən 3,6-3,7% yağlılıqda 3500-6000 
kq süd alınır.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin