Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə7/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   2   3   4   5   6   7   8   9   10   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

Yelinin qurluşu 
– inəyin yelini dörd paycıqdan ibarət olub, hər bir payda 
axarları ilə bir-biri ilə birləşməyən əmcəklər olur. Yelinin ön hissəsi arxa hissəyə 
nisbətən kiçik olur. Yelinin xarici çox qırışlı, elastik dəri ilə örtülmüşdür. Yelinin 
hər bir payı bir-birindən arakəsmə ilə ayrılır və bu arakəsmə yelini saxlayaraq onu 
dəriyə bərkidir.
Yelinin əzələ hissəsi birləşdirici toxumadan təşkil olunmuş və bu birləşdirici 
toxuma kürəcikləri yelini ayrı-ayrı paylara ayırır. Bu paycıqlar külli miqdarda xırda 
alveollardan ibarətdir və bu alveolların diametri 0,1-0,4 mm-dir. Alveolların daxili 


vəzli bir təbəqəli epitelilərdən ibarətdir. Alveolların bu hissəsində süd əmələ gəlir. 
Alveollara isə çox sıx qan kapillyarları daxil olur.
Alveolların xarici tərəfində 
miepiteli
toxumaları vardır ki, bunlar ulduz şəklində 
olub, alveollardan südün çıxmasında böyük rol oynayırlar. Onlar yığılaraq alveolları 
sıxır və südün axarlara axmasını tənzimləyir.
Alveollardan çox zərif axım boruları çıxır ki, süd bunlarla axaraq süd 
axarlarına, onlardan birləşərək süd boruları, süd boruları da birləşərək süd çənini 
əmələ gətirir. Bundan aşağıda isə əmcəklər yerləşir (şəkil…) 
Yelinin vəzli toxuması hər bir tərəfdən sıx birləşdirici toxuma ilə örtülü olur 
ki, bu qanla və sinirlə təchiz olunub. Ən əlverişli yelin qabaq və arxa tərəfə eyni 
bərabərdə inkişaflı, enli və dərin olmaqla, silindir şəkilli aşağı yönəlmiş 
əmcəklərdən ibarət olmalıdır. Belə formalı yelin arzuolunan sayılmaqla fincana 
bənzər yelin adlanır.
Arzuolunmaz formalı yelinin hər dörd payı eyni bərabər ölçüdə olmayır, yelin 
qabaq və ya arxa tərəfdə çox yerləşir, əmcəklər qısa formada olur, yelində vəzli 
toxuma əvəzinə piy toxuması çox toplanır, bəzi yelin həddən çox sallanmış olur ki, 
inəklərin qocalmasından bu vəziyyət alınır. Bəzi inəklərin isə əmcəkləri çox bərk 
olduğundan belə inəklər çətin sağılır. Odur ki, bu göstərilən qurluşlu və formalı 
yelinə malik inəkləri sürüdən çıxdaş etmək lazımdır. Bəzi inəklərin isə əmcəklərinin 
ucundakı sfinktorlar çox boş olduğundan, yelin südlə dolanda ondan öz-özünə süd 
axmağa başlayır.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin