Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri


Qaramalın artıb fizioloji çoxalması



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

Qaramalın artıb fizioloji çoxalması.
 
Artıb çoxalma dedikdə fizioloji proses başa düşülür ki, bu hər hansı növ 
heyvanın həyatının davamı deməkdir. Normal artmaya aşağıdakılar daxildir: 1) 
cinsiyyət hüceyrələrinin əmələ gəlməsi- spermatozoidlər və yumurta hüceyrəsi; 2) 
yumurtlama; 3) balanın inkişafı – boğazlıq.


Düyə və erkək danalarda cinsi yetişkənlik təxminən 6-9 aylıq yaşda başlayır. 
Bu proses orqanizm fizioloji yetiqkənliyə tam çatmamış baş verir. Lakin 
maldarlıqda artıb çoxalmaya bundan gec, vaxtda başlanılır. Belə ki, bu müddətdə 
doğub törəmə baş verərsə həm doğulan bala və həm də ana heyvan vaxtından erkən 
cütləşdirilib mayalanarsa bu zaman həm doğulan bala tam inkişaf etməmiş olur və 
həm də ana heyvan inkişafdan geri qalır. Bu həmçinin erkək heyvana da aiddir.
Adətən düyələr ilk dəfə 18-20 aylıq yaşda, onlar 300-350 kq canlı kütləyə 
çatarkən, erkəklər isə 14-18 aylıq yaşda olarkən ilk cütləşdirilməyə buraxılırlar. Bu 
həmçinin, heyvanın tezyetişkənliyi, yemləmə və bəsləmə şəraitindən, məhsuldarlıq 
istiqamətindən də asılıdır. Belə ki, ətlik istiqamətli cinslər südlük istiqamətli 
cinslərdən tez inkişaf edirlər.
Cinsiyyət sikli 
– heyvanlarda mayalanma hər bir vaxtda baş verməyib, yalnız 
cinsi oyanma dövrü – çərə axıtma zamanı (cinsi həvəs) baş verir. Bu proses inəklərdə 
20 saat çəkir ki, inəyi yalnız bu zaman mayalandırmaq lazımdır. Cinsiyyət həvəsi o 
dövrə deyilir ki, bu zaman dişi heyvanın bədənində mayalanma üçün şərait yaransın. 
Qaramalda cinsiyyət sikli dövrü olaraq orta hesabla hər 21 gündən bir təkrar olunur. 
Odur ki, heyvan bu müddətdə mayalanmazsa, onu təkrar 21 gündən sonra 
mayalandırmaq lazımdır.
Cinsiyyət sikli bir çərə axıtmadan başqa çərə axıtmanın başlanğıcına qədər 
davam edir. Bu zaman dişi heyvanda yumurta hüceyrəsi yetişir. Hər bir yumurta 
hüceyrəsi follikuldan ibarət olub, inəkdə bu follikulanın sayı balalıqda yaşlı 
inəklərdə 2500 düyələrdə isə 75000-ə qədər olur. Cinsiyyət sikli zamanı follikullar 
yetişir, həcmcə artır, yumurta toxuması isə çox miqdarda follikul toxumaları ilə 
əhatə olunur. Yetişmənin sonunda yumurtalıqda follikul 1,5 sm diametrində, 
yumurta toxuması isə 0,2 mm-də olur. Cinsiyyət sikli zamanı inəkdə adətən bir 
follikul yetişir, bəzən isə iki follikul yetişir və bu zaman ekiz doğma baş verir. Bu 
çox nadir halda olub, qaramalda 2% təşkil edir.
Follikul yetişərək yumurtalığın periferiyasına doğru hərəkət edərək, onun 
təbəqəsinə yapışaraq partlayır. Yetişmiş yumurta hüceyrəsi balalıq yoluna düşür. 
Yumurtalıqdan yumurta toxumasının ayrılması yumurtalama – 
ovulyasiya 
adlanır. 
Ovulyasiya çərə axıtma ilə müşahidə olunur. İnəklərdə bu proses çərə axıtmanın 
sonunda, orta hesabla çərə axıtma başlanmasından 25 saat sonra başlayır.
Follikulun yetişmə sürəti orqanizmanın fizioloji vəziyyətindən, yaşından və 
ilin fəslindən asılıdır. Follikulun boy və inkişafı, onda follikulin hormonunun 
toplanması və nəhayət ovulyasiya hipofizin baş beyində olan hormonu ilə 
nizamlanır. Bu hormon qana sorularaq, yumurtalığa gətirilir və cinsiyyət siklində 
follikulun yetişməsini nizamlayır. Çərə axıtmanın başlanması, onun nizamlanması, 
cinsiyyət yollarındakı dəyişikliklər follikulin hormonu ilə əlaqədardır.


Əgər yumurtlama baş verirsə, yetişmiş yumurtanın yerində daxili 
sekresiyanın vəzisi olan 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin