Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri


Camışçılıq, zebuçuluq, onların x/t əhəmiyyəti, bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

 
Camışçılıq, zebuçuluq, onların x/t əhəmiyyəti, bioloji xüsusiyyətləri, 
onlardan məhsul istehsalı. 
 
Camışlar vəhşi öküzlər bos- soyuna mənsubdur, lakin bioloji xüsusiyyətlərinə 
görə həmin soyun növləri əsil qaramaldan - yakdan, bantenqdən, qayaldan çox 
seçilir. Camışlar Bovinal yarım ailəsinə, boşbuynuzlular Coricornia, yaxud 
Bovidal ailəsinə, aypara dişlilər Selenodonta dəstəsinə, gövşəyənlər 
yarımdəstəsinə, cütdırnaqlılar dəstəsinə aiddir. Camışlar anoa, Asiya və Afrika 
camışları kimi üç əsas soya ayrılırlar. 
Afrika camışları 
- üç növü və ya yarım qrupa bölünür: 
1. 
Kafr camışı - Afrikanın qərb, cənubi-qərb və cənub rayonlarında 
yaşayırlar. Buynuzları çox inkişaflı, rəngi qaradır. 
2. 
Qızıl camışlar - Afrikanın Seneqal, Qambiya, Konqo və Mərakeşdə 
yayılıblar. Rəngi qırmızımltıldır. 


3. 
Qısabuynuzlu camışlar - Afrikanın mərkəzində, Çad gölü rayonlarında
yayılıblar. Buynuzları aypara şəklində, rəngi qara, ana camışlar qırmızı-qonur 
olur. 
Asiya camışları 
- iki növə ayrılır: 
1) 
vəhşi hind camışı (arni) 
2) 
mindor camışı 
Vəhşi hind camışı (arni) qədim zamanlardä Midiya (Azərbaycan), 
Mesopotomiya və cənub-şərqi Hindistan, Birma, Şri-Lankada rast gəlinir. 
Uzunbuynuz arni camışı əhliləşmə prosesində qısabuynuzlu formaya 
çevrilmişdir. Bəziləri buynuzsuz olur. 
Hind camışları arasında iki forma mövcuddur:
1) 
Uzunbuynuz camış - Cənubi Çində, Sakit okean adalarında, 
İndoneziyada yayılmışlar. 
2) 
Qısabuynuzlu camış - Yaponiya, Şimali Çin, Qərbi Asiya, 
Şimali-Şərqi Afrika, Cənubi Avropa və Qafqazda yayılmışlar. 
Camışlar eramızdan 5500 il qabaq Hindistanda əhliləşmişlər. Azərbaycanda 
camışlar Kür və Araz çayları və onlara tökülən qolların hövzələrində-bataqlıq-
subtropik yerlərdə, habelə İranın Mazandaran və Gilan əyalətlərində 
yaşayırdı. Sonradan camışlar Şimali Qafqaz və Krıma tərəf yayılmışlar. 
Hazırda yer kürəsində 120 mln camış vardır. Azərbaycanda camışlar son 
məlumata görə qaramalın 18-21%-ni təşkil edir. 
Camışlar aşağıdakı bioloji xüsusiyyətə malikdirlər: 
1) 
Camışlar çaylaq, rütubətli və subtropik iqlimli rayonlarda, eləcədə 1800-
2000 m hündürlükdə olan dağlıq rayonlarda yaşayır. 
2) 
Azərbaycanda camışların əsas kütləsi Şəki - Zaqatala, Gəncə - Qazax, Mil-
Qarabağ, Lənkaran-Astara, Quba-Xaçmaz, Muğan-Salyan və Şirvan zonalarında 
saxlanılır. 
3) 
Xarici görünüşçə buynuzludur (uzunluğu 21-64 sm-dir) 
4) 
Rəngi-əsasən qara, qırmızımtıl-qonur. 
5) 
Fəqərə çıxıntıları xeyli inkişaflıdır, sağrısı sallaq olur. 
6) Boğazlıq müddəti 11-aydır. Hövrə gəlmə və doğuş fəsli xarakter daşıyır. 
7) Respublikada yetişdirilən camışların hövrə gəlməsi əsasən aprel- 
iyul (83,4%) aylarında baş verir. 
8) Camışlar hidrofil heyvanlar olmaqla suyu çox sevir və yaxşı üzə bilirlər. 
9) Camışlarda 
tər 
vəziləri 
dərinin 
dərinliyində 
yerləşir. 
10)Camışlar küləyə çox həssasdırlar. Çox küləkli yerdə camış az 
yayılmışdır. Külək camışın tük örtüyü arasında normal hava rejimini pozur, 
dərini qurudur. Bununla yanaşı camışlar çox soyuq havaya da həssas 
heyvanlardır, çox soyuğu sevmirlər. 


Hazırda MDB-də 370 min baş camış yetişdirilir ki, bunun 319 min başı 
Azərbaycanda yetişdirilir. Camışların x/t - da əhəmiyyəti onlardan yüksək 
qidalılığa malik süd və ət məhsulunun alınmasıdır. Bununla yanaşı camış dərisi, 
buynuzu, tükü sənayedə məişət əşyaları, geyim malları, bəzək materialları 
hazırlanmasında istifadə edilir. Camışların südünün kimyəvi tərkibi ilə əlaqədar 
olaraq camış südündən emal sənayesində çox qiymətli və dəyərli süd 
məmulatları, xama, qaymaq, qatıq, şor, smetana və s. məmulatlar da hazırlanır. 
Camışlar bir sıra fermer təsərrüfatlarında qoşqu və minik heyvanı kimi 
onlardan az da olsa istifadə edilir. 
Zebu
. Zebunun dəqiq əcdadı haqda elə bir fikir yoxdur. Bəzi tədqiqatçılar onun
sərbəst növ olduğunu, bir başqaları isə qaramalın nəzdində olan bir növ, başqaları 
isə qaramala uyğun bir mal hesab edirlər. Bir sıra alimlər göstərirlər ki, bütün 
morfoloci nişanələrinə, genioloci xüsusiyyətlərinə görə onlar qaramala çox yaxındır. 
Aparılan tədqiqatlardan aydın olur ki, fırlı və fırsız mallar bir-birindən fərqlənirlər. 
Zebunun formalaşma mərkəzi Hindistanın şimali və mərkəzi hissəsi olmuşdur 
Zebu hələ antik dövrdə Hindistan ərazisindən çox-çox uzaqlarda yayılmış və 
yetişdirilmişdir. Hazırda təkcə Hindistanda 35-ə qədər zebu cinsi vardır. Həmin 
cinslərin əsasında Afrika, Amerika və Avstraliyada bir neçə zebu və hibrid cinslər 
yaradılmışdır. 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin