Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   2   3   4   5   6   7   8   9   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

Ağ baş malı 
yaradılmışdır. İnəkləri 550-600 kq, erkəkləri isə 800-900 kq-dır. Kəsim çıxarı 65-
68 və bəzən 72% olur.
Aberdin anqus - 
XVII əsrin sonunda İngiltərədə Aberdin qraflığında 
(Şotlandiyada yerləşir) yerli şotland malının uzun müddət seçmə və taylaşdırılması 
nəticəsində yaradılmışdır. Bu cins tipik ətlik cinsdir. Buynuzsuzdurlar, rəngi 
qaradır. Çox tezyetişən cinsdir. Buzovu anadan ayrılarkən 200 kq olur. Ət çıxarı 65-
70%-dir. İnəkləri sağılmır.


Şorthorn cinsi 
– XVIII əsrdə yerli tisvater aborigen malın uzun müddət 
seçilməsi və taylaşdırılması və sonralar Hallovey və Holland malı ilə 
çarpazlaşdırılmasından yaradılmışdır. Bu cins ABŞ, Argentina, Çili, Avstarliya, 
Danimarka, Almaniya və s. ölkələrdə yetişdirilir. Şorthornun iştirakı ilə RF-da 
Kurqan cinsi yaradılmışdır. Əti yüksək keyfiyyətlidir. Ət çıxarı 65 və bəzən 72% 
təşkil edir. Şorthorn cinsinin iştirakı ilə onları hindistan zebusu ilə çarpazlaşdırılıb 
ABŞ-da yeni ətlik cins – 
Santa hertruda 
cinsi yaradılmışdır.
Şarole cinsi 
– XVIII sonunda Fransada yerli normand malı şorthornla 
yaxşılaşdırılmışdır. İnəkləri 500-600 kq, buğaları 800-1000 kq olur. Respublikamıza 
gətirilmiş və dağlıq rayonlarda yetişdirilir. Ət çıxarı 60-65 və bəzən 70% olur.
Sağım və onun aparılması
 
İri buynuzlu qaramalın süd məhsuldarlığı onun bütün növ məhsulları 
içərisində əsas məhsul sayılır. Yüksək süd məhsuldarlığına malik inəklərin 
orqanizmasında proseslər çox intensiv getdiyi üçün onlar həyatı boyu çox böyük 
miqdarda qidalı maddələr istehsal edərək süd məhsulu ilə onları ifraz edirlər. Bu 
qidalı maddələr isə südə heyvan qəbul etdikləri müxtəlif növ yemlərin tərkində daxil 
olur və həzm prosesində bu qidalı maddələr qana sorulur və onunla yelinə 
gətirilərək, burada südün tərkibinə daxil olur.
Sağımın normal aparılması və bunu həyata keçirmək üsullarının 
müvəffəqiyyəti isə süd istehsalı işçilərinin bilik və bacarığından asılıdır. Belə ki, 
sağım aparılarkən sağıcı onun keyfiyyətinə ciddi fikir verməlidir. Sağıcı bilməlidir 
ki, sağımın bərabər qaydada aparılması, onun tezliyi və yelindəki südün tamamilə 
sağılması inəyin sutkalıq sağımını artırmaqla südün də yağlılığı yüksəlir. Düzdür, 
hazırda südlük qara mal ilə məşğul olan fermer və şəxsi özəl təsərrüfatların hələdə 
iqtisadi qüdrəti aşağıdır. Lakin buna baxmayaraq çalışmaq lazımdır ki, 
təsərrüfatlarda sağım mexaniki formada, yəni mexanikləşdirilsin, onun getmə 
prosesinə diqqət daha da artırılsın. Onu da qeyd etmək lazımdır ki, sağım prosesinin 
avtomatlaşma və mexanikləşdirilməsi üçün inəyin yelininin qurluşunu, südün əmələ 
gəlmə prosesini və onun yelində toplanması mexanizmini və inəyin südvermə 
qanunauyğunluqlarını da bilmək çox vacibdir.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin