Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   2   3   4   5   6   7   8   9   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

elita-rekord, elita, 
I və II sinfə 
ayrılır, bu zaman inəyin süd məhsuldarlığı (miqdarı və yağlılığı), buğa və cavanlarda 
isə onların əcdadı haqda göstəricilər nəzərə alınır. Bununla yanaşı heyvanın diri 
çəkisi və bədən qurluşu da nəzərə alınır, törədicilər üçün isə onların nəslinin 
məhsuldarlığı nəzərə alınır. Qaramalın məhsuldarlığı və diri çəkisini 
qiymətləndirmək üçün müvafiq standartlar nəzərdə tutulur ki, bu cinsin hazırki 
vəziyyətdə onun potensial imkanları nəzərə alınır. Bu standartda inək və buğa üçün 
bədən quruluşuna görə göstəricilər nəzərdə tutulur. Bu zaman buğa üçün olan 
göstəricilərdə beş ball artıq götürülür.


Bonitrə nəticələrinə əsasən heyvanlar damazlıq, istehsalat və kökəltmə qrupuna 
ayrılır. Damazlıq qrupundan alınan balalar fermada naxırın təmiri və sayının 
artırılması, istehsalat qrupu süd istehsalı üçün istifadə edilir. Damazlıq nüvə üçün 
döllük törədicilər ayrılır, süni mayalanma və damazlıq işi planları tərtib olunur.
Buğa və düyələrdə cinsi yetişmə adətən 6-9 aylıq yaşda başlayır ki, bu zaman 
onlar hələ fiziki cəhətdən tam yetişməmiş olur. Odur ki, onları belə erkən yaşda ilk 
cütləşməyə buraxmaq olmaz, çünki düyələrdə erkən boğazlıq onların sonrakı 
inkişafını ləngidir. Erkən mayalanma baş verməsin deyə buğa və düyələr 5-6 aylıq 
yaşdan ayrıca saxlanırlar. Düyələr 16-20 aylıq yaşda, onların çəkisi analarının 
çəkisinin 70-75 %-ni təşkil etdikdə buğaçalar isə 14-18 aylıq yaşda ilk cütləşməyə 
buraxılırlar. Həvəsdə olan heyvanların dişilərinin cinsiyyət orqanı şişib, qızarır, 
ondan selik-çərə axır. İnək narahat olur, tez-tez mələyir, başqa inəyin üzərinə-belinə 
sıçrayır, iştahı kəsilir, sağım azalır. Qış zamanı bu əlamətlər çətin bilinir. Həvəsdə 
olan inəyin südü qaynadılarkən çürüyür. 
Maldarlıqda cütləşmə əllə, sərbəst və süni mayalanma yolu ilə həyata keçirilir. 
Əllə cütləşdirmədə insanın nəzarəti ilə baş verir. Həvəsdə olan düyənin yanına buğa 
gətirilir və cütləşdirilir. Əllə cütləşdirmə xüsusi dəzgahın köməyi ilə aparılır. Bu 
üsülun müsbət cəhəti odur ki, heyvan istənilən vaxtda və planda cütləşdirilir, 
taylaşdırma düzgün və asan aparılır. Bu üsulda tam yaşda olan buğaya 80-100 inək 
təhkim olunur. Bu üsul damazlıq təsərrüfat üçün əhəmiyyətlidir. 
Sərbəst cütləşdirmə üsulunda buğa inəklə sərbəst cütləşir və bu zaman doğum 
planlaşdırılmır və bu üsulda məqsədyönlü damazlıq işi aparmaq olmur. Bu üsulda 
təsərrüfatda çox miqdar törədici saxlanır, törədici tez yorulur, yoluxucu xəstəlikləri 
yaya bilir. 
Süni mayalandırma ən müasir üsul sayılır. Bu üsulda qiymətli törədicinin 
toxumunu həddən çox uzaq məsafəyə nəql etmək olur və ondan daha çox heyvanı 
mayalamaq mümkündür. Bu zaman əllə cütləşdirmədən 15-20 dəfə çox inək və 
düyəni cütləşdirmək mümkündür. Süni mayalanmada bir baş buğaya 1500-2000 və 
bəzən 3000 inək təhkim olunur. 
Normal yemləmə və saxlanma şəraitində inəyin boğazlıq müddəti orta hesabla 
285 gün, tərəddüdlə isə 240-312 gündür. Bu tərəddüd heyvanın fərdiyyəti, tez 
yetişkənliyi, yemləmə və saxlama şəraiti, dölün cinsiyyəti və s. dən asılıdır. Yaxşı 
yemləmə, tezyetişənlərdə doğuin tez baş verir, erkəklər dişidən gec doğulurlar. 
Qaramal naxırının, tərkibi törədici buğadan, inək, düyə, 2 yaşına 
qədər buzovlar və 1 yaşa qədər cavanlar daxildir. Sürünün tərkibi təsərrüfatın 
ixtisaslaşmasından 
asılıdır. 
Südlük 
təsərrüfatda 
sağmal 
inəklər 
sürünün 50%-ni, şəhərətrafı rayonlarda isə 60%-ni təşkil edir. Belə təsərrüfatda 
bütün cavanlar ət üçün bəslənir və erkən yaşda ətliyə verilir. Sürüdə düyələrin ilboyu 
tutduğu həcm 20-30% olur. Sürüdən xəstə, qoca və aşağı məhsuldar heyvanlar, nadir 


halda cavanlar çıxdaş edilir. Ətlik istiqamətli maldarlıqda sürüdə sağmal inəklər 30-
40% olur. 
Maldarlıqda bağlı və açıq saxlama sistemindən istifadə edilir. 
Bağlı üsulla saxlama - bu üsulda heyvanlar pəyədə bağlı saxlanılır. Bu zaman fərdi 
yemləndirmə, geniş sağım asan aparılmaqla, heyvanın sağlamlığına və köklüyünə 
asan nəzarət olunur. Pəyədə inək üçün uzunu 1,7-1,9 m, eni isə 1,05-1,1 m, sahə 
ayrılır. Törədi buğa tövlədə uzunu 1,8-2,05 m sahədə saxlanır. İnəklər hər gün 3-4 
saat gəzintiyə buraxılırlar. Yay zamanı imkan olarsa otlaqda otanlırlar. İnəklər 
"yoluçka" "tandem" sağım aparatının köməyi ilə sağılır. Avstriya və bir sıra qabaqçıl 
Avropa ölkələrində bu aparatlarla inəklər robotların köməyi ilə säğlırlar.
Açıq üsulla saxlama - bu üsulla qaramal bağsız, qrup şəklində qalın döşənək 
üzərində saxlanır. Pəyənin yanında isə möhkəm döşəməli gəzinti sahəsi olur. 
Döşənək kimi hər 1 başa sutkada 4-6 kq, cavanlara isə 3-4 kq saman xərclənir. 
Gəzinti sahəsində bir başa 4-5 m
2
, cavanların hər birinə 3-3,5 m
2
(tövlədə), həyətyanı 
sahədə isə müvafiq olaraq 25-30 və 15-20 m
2
-sahə ayrılır. Bir-birinə zədə yetirməsin 
deyə yaşlı heyvanın buynuzu mişarlanır, cavan buzovlar isə buynuzsuzlaşırılır. Bu 
üsulla saxlanmada mal uzun müddət açıq havada saxlandığından onlar daha gümrah 
və sağlam olurlar. 
Oturaq və oturaq - düşərgə şəraitində saxlama - bu zaman qaramal yayda 
düşərgədə, qışda isə tövlədə saxlanır. Bu üsulda yaşıl 
konveyerdən geniş istifadə edilir. Yaşlı inəklər sutkada 60-70 kq, cavanlar isə 25-
30 kq yaşıl yem yeyir. 
Otlaq şəraitində saxlama - qaramal otlaq şəraitinə tədricən köçürülür. Birinci 
günlər mal sahəyə yemləndirilib çıxarılır və 2-3 saat otarılır. Sonra otarma müddəti 
6-8 saata qədər uzadılır. 
Bazar iqtisadiyyatı şəraitində respublikamızda ət istehsalını artırmaq, onun 
keyfiyyətini yaxşılaşdırmaq günün aktual məsələsidir. Beləki, heyvan ətinin dünya 
bazar standartlarına uyğun istehsal etmək vacib məsələdir. Bununla yanaşı 
kökəldilmiş heyvanın əti arıq heyvanın ətinə nisbətən daha qidalı və yüksək kalorili 
olur. Məsələn, orta köklükdə kəsilmiş yaşlı malın 1 kq ətinin kaloriliyi 1080 kkal 
olduğu halda, kökəldilmiş 1 kq ətin kaloriliyi 1580 kkal olur. Bununla yanaşı 
təcrübələrlə müəyyən olunmuşdur ki, kökəltmə nəticəsində ətin kimyəvi tərkibi 
dəyişdiyindən onun kaloriliyi də yüksəlir. Kökəldilən cavan malın ətinin miqdarı 
artdığı halda, yaşlı malın orqanizmasında çox miqdarda piy toplanır
Təcrübələrlə müəyyən edilmişdir ki, tam kökəldilmiş öküzün bədənində 
19,1% piy toplandığı halda, piylənmiş öküzdə bu göstərici 30,1% olur. Kökəltmə 
həm də faydalıdır, ona görə ki, rentabellik artmaqla, ətin maya dəyəri azalır. 
Hazırda aşağıdakı kökəltmə üsulları tətbiq edilir: pəhriz (dietik) buzov əti, 
çox körpə və zərif buzov əti, qidalılıq keyfiyyəti yüksək ola cavan mal əti və süfrə 
əti almaq üçün aparılan kökəltmə. Bu kökältmənin müddətləri bir-birindən fərqlənir. 


Pəhriz buzov əti - bu əti əldə etmək üçün buzov doğulan gündən 45-60 günlüyə 
qədər əsasən südlə kökəldilir, son mərhələdə isə onlara üzsüz süd və qüvvəli yemlər 
verilir. 
Zərif buzov əti - buzov doğulan gündən 3-4 aylıq yaşa qədər aparılan 
kökəltmə nəticəsində əldə edilir. Bu kökəltmə üsulunda buzova 20 günlükdən 
başlayaraq üzsüz süd (yaxud üzlü südün əvəzedicisi), qüvvəli yemlər verilir. Bu növ 
kökəltmə ABŞ, İnqiltərə və Fransada geniş tətbiq edilir. Kökəldilmiş buzovun çəkisi 
3-3,5 aylıqda 100-120 kq-a çatdırılır. 
Cavan mal əti - bu kökəltməyə "Bebi-bif"-də deyilir. Bu üsül ilə kökəltməyə 
ətlik cinsləri və onlardan alınan 6-8 aylıq mələzlər qoyulur və kökəltmə 3-4 ay 
davam etdirilir. Heyvanın yem payı quru otdan (paxla və taxıl fəsiləsi), 
kökümeyvəlilər və xüsusi hazırlanan qarışıq yemdən tərtib edilir. Bu üsul ABŞ, 
Cənubi Amerika, Avstraliya, Yeni-Zellandiya və s. ölkələrdə aparılır. 
Süfrə üçün qaramal əti - respublikamız və bir sıra xarici ölkələrdə süfrə üçün 
qaramal əti alımaq üçün 18-20 aylığadək kökəltmə aparılaraq, həmin yaşda çəki 
400-450 kq-a çatdırılır. Xalis ətlik istiqamətli təsərrüfatlarda cavan malı əvvəl otlaq 
şəraitində, sonra isə bordaq şəraitində bəsləyərək, onların diri çəkisi 2 yaşında 400-
450 kq-a çatdırılır. 
Qida məhsulu kimi ətin dəyəri onda olan yağ və zülalın miqdarından asılıdır. 
Qaramalın ətində ədətən 17-21% zülal, 23 %-ə qədər yağ-piy olub, heyvanın 
köklük dərəcəsindən asılı olaraq ətinin 1 kq-nın kaloriliyi 1200-3000 kkal-dır. 
Morfoloji və kimyəvi tərkibcə qaramal ətinin göstəriləri 26 saylı cədvəldə verilir. 
Ətin ümumi qidalılığı onun kalorisi ilə ölçülür. Qaramalın ət məhsuldarlığına 
cins, yaş, köklk dərəcəsi, cinsiyyət və yemləmə saxlama şəraiti təsir edir. 
Cinsin və cinsiyyətin təsiri - ən yüksək ət məhsuldarlığına tezyetişən 
ixtisaslaşdırılmış ətlik cinslər malik olur. Ətin - keyfiyyətinə həmçinin 
buğaların axtalanması da təsir göstərir. Bu zaman onların əti daha zərif olur. 
Axtalanmamış buğaların əti qaba, lifli və az yağlı olur. Baxmayaraq ki, buğaçalar 6-
10 aylıq yaşda axtalanırlar, lakin onların inkişaf sürəti axtalanmamışlardan aşağı 
olur. Düyələrin əti nisbətən zərif, zərif lifli olub, yağ əzələ daxilində bərabər 
paylanmış olur. 
Yaşın təsiri - cavan qaramal əti buzov və cavan ət qrupuna ayrılır. 1,5-3 aylıq 
yaşda kəsilən buzov əti yüksək keyfiyyətə və dietik xassəyə malikdir. 
Heyvanın cinsiyyəti və yaşından, əzələ və piy toxumasının inkişaf 
dərəcəsindən asılı olaraq standarta əsasən qaramal aşağıdakı qruplara bölünürlər: I - 
öküz və inəklər; II - törədici buğalar; III - 3 aylıqdan 3 yaşa qədər cavanlar IV - 2 
həftəlikdən 3 aylığa qədər buzovlar. 
Köklük dərəcəsindən asılı olaraq inək, öküz və 3 aylıqdan yuxarı yaşda olanlar 
üç kateqoriyaya: yüksək, orta və ortadan aşağı kateqoriyaya; buğa və buzovlar - iki 


kateqoriyaya I və II bölünürlər. I və II kateqoriyanın tələbini ödəməyən heyvanlar 
arıq qrupuna aid edilirlər. Köklük dərəcəsi əllə, palpasiya ilə və həmçinin kontrol 
kəsimlə müəyyən edilir. Qaramalın ət məhsuldarlığı göstəricilərindən ən əsası ət 
çıxarıdır. Bu qaramalın köklük dərəcəsindən asılı olaraq 40-45, kök heyvanlarda - 
50-60%-dir. 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin