Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   2   3   4   5   6   7   8   9   ...   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

İri buynuzlu qaramal. 
Qaramalda mədə önlüklərinin belə çox tutuma malik 
olmaları heyvanın çox miqdar qaba bitki mənşəli yemlərin - ot, saman, küləş, 
tərəvəz bitkilərinin qalıqlarından istifadə etməyə imkan verir. Bundan başqa qeyd 
edilən yemlərin tərkibində sellilozanın miqdarı daha çoxdur və heyvan biı maddəni 
çox çətin, kövşəməyənlər isə heç həzm edə bilmirlər. Lakin kövşəyənlərin 
işkənbəsinin mötəviyyatında həddən çox mikroorqanizmlər olur ki, onlar 
sellilozanı mənimsəyərək öz mədələrində onu həzm olunan hala salırlar. 
İşkənbədən vəzli, şirəli mədəyə düşən (şırdana, qursağa) həmin 
mikroorqanizmlərin özləri də parçalanaraq həzm olunmaq dərəcəsinə gəlmiş 
selliloza ilə birlikdə vəzli nnədədə həzm olunma halına düşərək bağırsaqlardan 
protein kimi qana sorulurlar. İşkənbədə tüpürcəklə çox islanmış qaba yemlər 
(inəkdə sutka ərzində 100 litrə qədər tüpürcək ifraz oluna bilir) yemi horra şəklinə 
salır və belə vəziyyətdə yem qursağa asan daxil ola bilir. Tüpürcək həmçinin 
işkənbədəki mötəviyyatda qələvi mühit yaradır və nəticədə mikrobların çoxalması 
baş verir.
 
İri buynuzlu qaramalın həzm aparatının belə qurluşa malik olması bu 
heyvanların çox miqdarda qaba yemi həzm etməyə və onlardan yüksəkqiymətli qida 
məhsulları - ət və südün əmələ gəlməsinə imkan yaradır. 
İri buynuzlu qaramal yeni saxlanma şəraitinə daha tez uyğunlaşdıqları üçün 
onları müxtəlif şəraitdə saxlamağa imkan yaradır. Bununla yanaşı bu heyvanlar 


yaxşılaşdırılmış yemləmə şəraitinə daha tez reaksiya verirlər və onlarlan yüksək 
məhsul əldə etmək olur. 
İri buynuzlu qaramalın, onlar əhliləşmə dövrlərində, əsəb sistemi ev şəraitinə 
daha tez uyğunlaşırlar və onlar bu proses ərzində vəhşi haldan çox sakit hala keçirlər. 
İri buynuzlu qaramalın vəhşi əcdadlarının cinsi funksiyası fəsli xarakter 
daşıyır, onlar yaz və yay zamanı cinsi əlaqəyə həvəs göstərirlər. 
Əhliləşmiş ev heyvanlarında isə bu hala rast gəlinmir. Qular ilin bütün 
fəsillərində cinsi həvəsdə ola bilirlər. Onlardan ilin bütün fəsillərində bala alınır. İri 
buynuzlu qaramal tez inkişaf etməyə və boy artımına malik olmağa qadir olmuşdur. 
Bu vəziyyət onlarda uzun müddətli evalyusiyada, əlverişli şəraitdə baş vermişdir. 
İri buynuzlu qaramalın bioloji xüsusiyyətlərinə həmçinin onların fizioloji 
çoxalma xassəsi də daxildir. Fizioloji çoxalma üçün normal şəraitə aşağıdakılar 
daxildir: 
1) 
cinsiyyət toxumalarının əmələ gəlməsi (spermatozoid və yumurta 
hüceyrələri); 
2) 
yumurtalama; 3) balanın inkişafı - boğazlıq. 
Düyə və buğaçalarda cinsi yetişkənlik təxminən 6-9 aylıq yaşda başlayır ki, bu 
fizioloji yetişkənlikdən tez başlayır. Buna baxmayaraq İri buynuzlu qaramalı bu 
yaşda ilk cütləşməyə buraxmaq olmaz. Çünki erkən yaşda ilk cütləşdirilməyə 
buraxılan heyvanlar ümumi inkişafdan qalırlar və onlardan alınan bala tam qiymətli 
olmur. Bu hər iki cinsiyyətə aiddir. Odur ki, düyələri birinci dəfə 18-20 aylıq yaşda 
onlar 300-350 kq diri çəkiyə çatarkən mayalamaq lazımdır. Erkək danaları isə 14-
18 aylıq yaşda ilk çütləşməyə buraxmaq olar. Bu məqsəd üçün yaş həddi heyvanın 
tezyetişkənliyi, yemləmə və bəsləmə şəraiti, məhsuldarlıq istiqamətindən (ətlik 
istiqamətli heyvanların cavanları südlük istiqamətli cinsdən bir neçə dəfə tez 
inkişafa başlayır). 
Cinsiyyət sikli. Qaramalda mayalanma yalnız cinsi oyanma dövründə baş verir 
ki, bu çərə axıtma (cinsi həvəs) adlanır. Bu dövr inəkdə 20 saat müddətində baş 
verməmişdirsə, onda inək təkrarən dövrü olaraq orta hesabla hər 21 gündən bir təkrar 
həvəsə gəlir və bu zaman da təkrar mayalandırılmalıdır. Bu onunla əlaqədardır ki, 
inək və ya düyədə cinsiyyət məhsulu sayılan yumurta hüceyrəsi hər iki balalıq 
buynuzunda yetişir. Hər bir yumurta hüceyrəsi rüşeyim qovuqcuğundan - 
föllikuldan ibarət olmaqla yaşlı inəyin yumurta follikulası 25000, düyəninki isə 
75000 sayda olur. 
Cinsiyyət sikli dövründə follikulalar yetişir, həcmcə artır. Adətən cinsjyyət sikli 
dövründə inəkdə bir ədəd follikul yetişir, əgər iki follikul yetişsə əkiz doğma baş 
verir ki, bu hal inəklərdə çox nadir hallarda (2%-ə qədər) baş verir. İnkişaf etmiş 
follikula yumurtalığın periferiyasına doğru hərəkət edib, şişir və partlayaraq 
yetişmiş yumurta hüceyrəsi balalığın yumurta borusuna düşür. Yumurtalıqdan 


yumurta toxumasının azad olması yumurtalama adlanır. İnəkdə yumurtalama çərə 
axıtmanın sonunda, orta hesabla çərə axıtmanın başlanmasından 25 saat sonra baş 
verir. Yumurta hüceyrəsinin yetişmə sürəti orqanizmanın fizioloji vəziyyətindən
yaşından (yaşlı heyvanda yetişmə yavaş baş verir) və ilin fəslindən asılıdır. 
Follikulalar inkişafı və yetişməsi hipofizin hormonu vasitəsilə 
r
nizamlanır. Bu 
hormon qana sorularaq bu prosesi nizamlayır. Əgər mayalanma baş verirsə, yetişib, 
partlayan follikulun yerində daxili sekresiya vəzinin məhsulu olan sarı cisim əmələ 
gəlir. Sarı cisim qana prohesteron hormonu ifraz edir ki, yumurtalıqda başqa 
follikulaların əmələ gəlməsini və çəra axıtmanı dayandırır. Sarı cisim yalnız 
boğazlıq dövründə əmələ gəlir. Boğazlığın sonuna sarı cisim sorulur. 
Törədicilərdə toxum isə toxumluqda, xayada yerləşən yumurtalarda əmələ 
gəlir. Spermatozoidlər fasiləsiz əmələ gəlib, xaya artımında 100 mlrd-la toplanır, 
burada yetişərək 1-2 ay yaşayır. Xaya artımında sperma çox qaldıqda onlar 
canlılığını tədricən itirir, qocalır, ölərək, sorulur. Buğadan bir dəfəyə 2-6 ml sperma 
alınır ki, bunun 1 ml-də 1-2 mlrd. spermatozoid olur. 
Nəzərə almaq lazımdır ki, inəkdə normal şəraitdə çərə axıtma 18-20 saat çəkir, 
yumurtlama isə onun sonunda baş verir, odur ki, yaxşı olar ki, inəyi həvəsin 
ortasında, yəni onun başlanmasından 8-10 saat sonra mayalamaq lazımdır. Yaxşı 
olar ki, inəyi iki dəfə - həvəsin əvvəlində, ikinci dəfə isə 10-12 saatdan sonra 
mayalamaq lazımdır. Yumurta toxumasına onlarla spermotozoid daxil olsada, 
onlardan -yalnız biri mayalanır. Mayalanma baş verən kimi ziqota özünün sıx zülal 
təbəqəsi ilə əhatə olunur və ziqotaya digər spermotozoidlərin daxil olmasına mane 
olur. Ziqota isə bölünərək inkişaf etməyə başlayır. 
Son zamanlar süni mayalandırmadan geniş istifadə olunur ki, bu zaman bir 
törədicinin toxumu ilə 10-15 dəfə çox inək mayalanır. 
Boğazlıq, doğuş və laktasiya. Boğazlıq dedikdə rüşeymin fizioloji inkişaf 
prosesi başa düşülür ki, sonralar bu inəyin orqanizmasında balaya çevrilir. 
Mayalanmış yumurta hüceyrəsi - ziqota ädlanır, o inkişaf edərək mayalanmadan 4-
5 gün sonra balalığa düşərək onun dibində selikli qişaya yapışır. Rüşeym tezliklə 
selikli qişanın toxuma təbəqəsi ilə əhatə olunaraq qidalı materialların zonasını əmələ 
gətirir. Sonra rüşeymin özünün qişası təbəqəsin yaranır və rüşemin sonrakı 
qidalanması göbəyi vasitəsilə plasentadan qidalanır. Balanın və inəyin qan damarları 
plasentaya daxil olaraq bir-birinə sıx söykənirlər. Onlar bir-birindən öz 
kapilyarlarının divarları vasitəsilə ayrılırlar, bunun nəticəsində onların qanları biri-
birilə qarışmır. Qida maddələri və oksigen balaya kapilyarların divarı vasitəsilə 
inəyin orqanizmasından qəbul olunur. Sonra parçalanma məhsulları və əksinə olaraq 
inəyi orqanizması tərəfindən kənar olunur. 
Əvvəlcə rüşeym çox yavaş böyüyür, sonra boyu sürətlə artmağa başlayaraq 
doğumun sonuna sutkada 400-500 qr artır. 


İnəklərdə boğazlıq müddəti 250-310 gün çəkməklə heyvanın cinsindən, 
yemləmə və bəslənmə şəraitindən asılıdır. 
Doğuşa 50-60 gün qalmış inək sağımdan dayandırılır. Bu onunla əlaqədardır 
ki, inək dincəlsin və doğuşa hazır olsun. İnəyin sağımdan kəsiləndən doğuşa qədər 
olan dövrü süd qurutma dövrü adlanır və bu 60 gün çəkir. Doğumdan qabaq inəyin 
yelini böyüyür, cinsiyyət orqanı xaricdən şişir. 
Süd vəzlərində südün əmələ gəlməsi və ifrazı laktasiya adlanır, süd ifrazı dövrü 
isə laktasiya dövrü adlanır. Laktasiya dövrü inəyin cinsindən, heyvanın növündən 
əhliləşmə dərəcəsi və istifadə xarakterindən asılıdır. İnəklərdə bu müddət 300 gün 
çəkir. 
Hazırda dünyada 1180 mln. baş qaramal 150,3 mln. baş camış 
yetişdirilir. Respublikamızda qaramalın ümumi sayı 2,3 mln. baş, camışların sayı isə 
550 min təşkil edir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda 
başqa növ heyvanlar kimi, qaramal da əsasən fermer, kəndli və digər hüquqi və fiziki 
şəxslərin təsərrüfatlarında yetişdirilir. Yeni idarəetmə sisteminə keçilərkən 
qaramalın sayı az olsada, onun cins tərkibi pisləşsədə, son illər qaramalın həm baş 
hesabı ilə sayı çoxalmış və həm də xarici dövlətlərdən cins, damazlıq heyvanların 
satın alınması nəticəsində cins tərkibi də yaxşılaşmışdır. Respublikamıza çox miqdar 
yüksək məhsuldarlığa malik ətlik, südlük və qarışıq məhsuldarlıq istiqamətinə malik 
mədəni damazlıq cins heyvanlar gətirilmişdir. 
Dünyada 900-dən çox qaramal cinsi yetişdirilir ki, bunun 50-dən 
çoxlu MDB - ölkələrində yetişdirilir. Respublikamızda bazar iqtisadiyyatı ilə 
əlaqədar olaraq, həmçinin şəhər və şəhərətrafında əhalinin son zamanlar 
daha çox məskunlaşmasını nəzərə alaraq bu zonalarda yüksək məhsuldar südlük 
istiqamətli Holland, Qara-ala, Holmoqor, Qırmızı səhra, Latviya qonur malı 
yetişdirilməyə 
başlanmışdır. 
Bu 
onunla 
əlaqədardır 
ki, 
əhalinin 
daha sıx yerləşən zonalarda onları süd və süd məhsulları ilə təmin etmək 
asanlaşsın. 
Heyvanların damazlıq dəyərliyini təyin etmək üçün və törədicilərin təyini 
məqsədilə təsərrüfatlarda hər il bonitrə aparılır. Bonitrə «bonitas» sözündən 
götürülmüş və yaxşıları seçmək deməkdir. Daha doğrusu – heyvanların kompleks 
əlamətlərinə görə qiymətləndirilməsi bonitrə adlanır. Fəaliyyətdə olan bonitrə 
məlumatına əsasən qaramal dörd bonitrə sinfinə: 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin