Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

oksitosin 
hormonu ifraz olunur ki, bu qana sorularaq qanla alveollara
axarlara və süd çəninə gətirilərək onların sıxılması nəticəsində süd əmcəklərə axır. 
Sonra oksitosin 4-6 dəqiqə fəaliyyətdə olub, get-gedə onun fəaliyyəti zəifləyir və 
sönür. Odur ki, calışmaq lazımdır ki, inək 4-6 dəqiqə müddətində sağılsın.
Sağım prosesinə də bir sıra emasional amillər təsir göstərir (səs-küy, zəng səsi 
və s.). sağım prosesinə həmçinin inəyin irsi xüsusiyyəti, fərdiyyəti, sutkalıq sağının 
sayı və s. amillər təsir edir.
Sağım üsulları 
– Qaramalın sağılması üçün iki əsas üsuldan istifadə edilir: 
əllə və maşınla. Əllə sağım az miqdarda sağmal heyvanlar olan təsərrüfatlarda 
əsasən həyata keçirilir. Əllə sağım zəhmət tələb edən üsuldur. Bu zaman əmcəklərin 
kökündən başlayaraq barmaqların köməyi ilə əmcək uca doğru sıxılır və nəticədə 
sıxılma istiqamətinə doğru südün sıxılaraq axımı baş verir. Əllə sağım aparılarkən 
sağım cəld, sürətli və əmcəklər eyni bərabərdə sıxılmalıdır. Sağımdan əvvəl inəyin 
yelini isti su ilə yuyularaq quru dəsmalla silinib, qurulanır. Sonra sağıma hazırlıq 
üçün yelin və əmcəklərin masajı aparılır. Masaj yelinin dərisini qıcıqlandırır, bu 
qıcıq baş beyinə ötürülür. Baş beyin və daxil sekresiya vəzlərinin köməyi ilə süd 
vəzlərində refleksii nizamlayır və süd ifrazını gücləndirir.
Sağımdan sonra yelin yükgülcə massaj edilir və sağım sona çatır. Belə 
olduqda yelindəki süd tamamilə ifraz olunur. Həmçinin son damla süddə 10%-dən 
çox yağlılıq olur. Əllə sağımın çatışmayan cəhəti onun bütün əmcəklərdə bərabər 
sağılmasına nail olunmamaq; açıq qaba sağılan südün çox zibillənməsi; fiziki 
əməyin çox sərfidir.
Maşınla sağım – əllə sağımda olan çatışmazlıqlar bu üsulda aradan qaldırılır. 
Ən iri südçülük təsərrüfatlarında maşınla sağım həyata keçirilir. Maşınla sağım 
prosesi də 4-7 dəqiqə çəkir. Əllə sağıma nisbətən süd bakterioloji cəhətdən təmiz 
olur.
Sağım müxtəlif maşınların köməyi ilə «karusel», «yoloçka», «tandem» və s. 
quluşlu maşınlarda həyata keçirilir.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin