Maldarlıq Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri Zebu və onun bioloji xüsusiyyətləri


sarı cisim  əmələ gəlir. Sarı cisim qana  prohesteron



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix20.11.2023
ölçüsü296,85 Kb.
#165146
1   ...   6   7   8   9   10   11   12   13   14
1. Qaramal v onun bioloji x susiyy tl ri Cam v onun bioloji

sarı cisim 
əmələ gəlir. Sarı cisim qana 
prohesteron 
hormonu ifraz edir ki, bu da başqa follikulun yetişməsini tormozlayır, çərə axıtma 
və yumurtalamanı dayandırır. Sarı cisim yalnız boğazlıq dövründə əmələ gəlir. 
Boğazlığın sonunda sarı cisim sorulur, itir. Sarı cisim həmçinin ovulyasiyadan sonra 
mayalanma baş vermədikdə də itir. Beləliklə, cinsiyyət sikli daxili sekresiya vəzləri 
ilə həyata keçirilir.
Törədicilərdə isə spermatozoidlər qoşa cinsiyyət üzvü xayalarda əmələ gəlir. 
Spermatozoidlər fasiləsiz olaraq əmələ gəlir və xaya artımında 100 mlrd ədədə qədər 
olur. Burada onlar 1-2 ay yaşayır. Əgər spermatozoidlər bu müddətdən artıq vaxt 
xaya artımında qalırsa, onlar ölür və qana sorulur. Buğa bir dəfəyə 2-6 ml sperma 
ifraz edir ki, onun 1 ml-də 1-2 mlrd spermatozoidlər vardır.
Vaqina dəhlizindən spermatozoidlər balalıq boynuna doğru oradan balalığa 
düşərək və nəhayət yumurtalığa düşərək mayalanma baş verir. İnəklərdə toxumun 
dişi yumurta hüceyrəsi ilə görüşüb, mayalanma gedənə qədər olan dövr 5-6 saat 
çəkir. Balalıqda toxum 24 saat yaşaya bilirlər.
Qısırlıq və onunla mübarizə tədbirləri
Cinsi həvəsdə olub, mayalandırılmış inək əgər bir il ərzində doğmursa, onda 
inək qısır sayılır. Bununla bərabər bəzi hallarda inək 3-5 ay müddətinə mayalanmır 
və bu vəziyyətdə qısırlıq olmasını bildirir. Qısırlığa səbəb olan amillərə heyvanın 
pis, əlverişsiz şəraitdə yemləndirilməsi və saxlanması, onların həddən çox 
yemləndirilməsi, süni mayalanmanı dəqiq aparmadıqda, inək və törədicinin 
cinsiyyət üzvlərinin xəstə olması, törədicilərdən düzgün istifadə edilməməsi və 
onların toxumunun pis keyfiyyətli olması, heyvanın vaxtında mayalandırılmaması 
və s. amillər daxildir.
Qısırlıq təsərrüfatlara böyük ziyan vurduğu üçün onun vaxtında aradan 
qaldırılması çox vacibdir. Bu tədbirlərə ən əsası cütləşdirilən heyvanların düzgün, 
vaxtlı-vaxtında, tam dəyərli, balanslaşdırılmış yemlərlə qidalandırılması tədbiridir. 
İnək və düyələrin mayalanmasına onlar yay zamanı otlaq şəraitində və qışda 
masiyonun yerinə yetirilməsinin müsbət əhəmiyyəti vardır. Bunlarla yanaşı, 
mayalandırılma aparılan inək daimi nəzarət altında olmalı, onun boğazlığa xas olan 
əlamətlərinə ciddi fikir verilməlidir. Belə ki, boğaz inəklərdə həvəs təkrarlanmır, 
heyvan sakit xarakter alır, törədicini yaxınına buraxmır, inəkdə iştah artır, 
boğazlığın 5-ci ayından sonra sağım azalmağa başlayır, inəyin qarınının həcmi artır. 
Ən düzgün üsul rektal müayinənin aparılmasıdır. Bu yolla mayalanmanın 28-30-cu 
günündən sonra boğazlığı müəyyən etmək olur.


İnəkləri normal yemləmə və saxlama şəraitində saxladıqda, onlarda boğazlıq 
müddəti orta hesabla 240-312 gün davam edir. Belə böyük həddin olması heyvanın 
cinsindən, fərdi xüsusiyyətindən, tez yetişkənliyi, yemləmə və saxlama şəraitindən
inəyin qarnında olan balanın cinsiyyətindən və s.-dən asılıdır. Tez yetişən inəklərə 
nisbətən gecyetişən inəklərdə doğum nisbətən gec başlayır. Yaxşı və bol yemləmə 
zamanı doğum qıt və pis yemləmə şəraitində bəslənən inəklərdən tez doğurlar. 
Erkək heyvanlar dişilərə nisbətən gec doğulurlar.

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin