D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Folklor, mifologiya, etnoqrafiya
belində olduğu zaman öldürülmür.  Naqafil arxadan namərdcəsinə 
vurulur. 
Deyilənlərə  görə,  Qaçaq  Kərəmin  atası  Qara  İsgəndər  öləndə 
onun qara xallı boz atı meyitinin başına dolanırmış. Dəfnindən xey-
li vaxt keçəndən sonra  İsgəndərin qəbrini ziyarətə gedənlər leysan 
kimi yaşlar axıdan boz atın kişnəyə-kişnəyə qəbrin başına dolandığı-
nı görürlər. (Qaçaq İsgəndər oğlu Qaçaq Kərəm uzun illər at belində 
qaçaqçılıq etmişlər).  
At həm də evin dirəyi, arxası sayılırdı. 
Boz atım niyə getdi?
Nə oldu, niyə getdi?
Evdən bir arxa gedər
İkisi niyə getdi? 
At igidin qardaşıdırmı?....  
                                 
At demərəm, sana qartaş deyərəm,
Qartaşımdan yek!” (1, səh. 56)
“Ay qardaşımdan vəfalı heyvan, sən də  düşmənin zindanına düş-
müşdün”. (9, səh. 199)
                                    
At igidin qardaşıdır.  
Qoç Koroğlu öyünər: ( 8, səh. 137)
“Mən səni özümə qardaş, sirdaş bilirdim “Qəmər” (10, səh. 308). 
Göstərilən parçalarda Beyrək, Qaçaq Nəbi atı qardaşdan üstün tutur. 
Sədaqətdə, etibarda, dayaq durmaqda at qardaşın göstərə bilmədiyi 
dəyanətinə görə qiymətləndirilir. “Qardaşımdan artıq”, “Qardaşım-
dan vəfalı”.Onlardan fərqli olaraq isə Korpoğlu, Cahandar ağa atı 
qardaşa bərabər tutur. Bu qəhrəmanların Qaçaq Nəbidən başqa heç 

72
DƏDƏ QORQUD ARAŞDIRMALARI
birinin  erkək  qardaşı  yoxdur.  Koroğlunun  isə  heç  biri  yoxdur.  Nə 
erkək, nə də qız qardaşı. Qaçaq Nəbi atına qardaşdan vəfalı heyvan 
deyib, onu əzizləyir. Bu onu təsdiqləyir ki, at nəinki, igidə qardaş ola 
bilməz, heç ata da,  oğul da ola bilməz. Ata, oğul-qardaş hər kəs üçün 
arxa, dayaqdır. Lakin qəhrəmana aid məkanlarda ümumiyyətlə onla-
rın həyatında belə onların heç biri qəhrəmana atı qədər yaxın, həm-
dəm ola bilməz. At qədər vəfalılıq, sədaqət göstərmək iqtidarında da 
deyillər. At qəhrəmanın bir parçasıdır. “İgid atı ilə tanınar”, “Atsız 
igid yürüməz” və s. fikirlərimizi təsdiqləyən belə xeyli hikmətli ata-
lar  məsəlləri  nümunə  göstərmək  olar. Yuxarıda  gətirilən  lirik-epik 
nümunələrdə  qəhrəmanın  dilində  verilən  və  araşdırmalarda  söylə-
nilənlər  atın qəhrəmana vəfalı dost, sirdaş, hər bir mənada yaxınlıq 
dərəcəsinin keyfiyyətini göstərməsinə  yönəlmişdir.  Rəvayət və əf-
sanələrdə söylənilir ki, at göydən insanlara tanrı tərəfindən hədiyyə 
göndərilib. Buna görə də at müqəddəs varlıq hesab olunur. Tarixi 
zamanlarda da bu gün də atın hədiyyə verilməsi bu inanca söykənir. 
Bədii ədəbiyyatın bütün janrlarında atın hədiyyə verilməsinə rast gə-
linir. Beyrəyə dəniz qulunu olan Boz ayğır atası tərəfindən hədiyyə 
olunur. Koroğluya Qırat, Dürat  atası tərəfindən bağışlanır. Beyrəyin 
dəniz qulunundan əvvəl boz rəngdə atı olmuşdu. Yüyrək olduğun-
dan Şahbaz adı ilə şəxsləndirilmiş. Şahbaz atının belində Beyrək ova 
çıxar qılınc oynadardı. Atası Baybörənin əmrilə ona hədiyyə almaq-
dan qayıdan tacirlərin yolunu kəsən kafirləri Şahbaz atın belində qı-
lıncdan keçirmiş, qan tökmüşdü. “Nə dedigimi yetürün, geyünimlən 
mənim Şahbaz atımı gətürün! Hey məni sevən yigitlər binsünlər” (1, 
səh. 53).   Baş kəsmək, qan tökmək oğuz elində adət olduğuna görə 
Boz ayğır dəniz qulunu ona hədiyyə edildiyindən Dədə Qorqud ona 
Boz ayğırlı Bamsı Beyrək adını verir. “Adı Boz ayğırlı Bamsı Bey-
rək olsun! Adını bən dedim, yaşını allah versin”.
Atın sirli sehirli olması onun göydən gəlməsi  inancı ilə bağlıdır. 
Bu müstəvidə də qəhrəmanlara məxsus atların törəməsi də sirli seh-
rlidir. Beyrəyə hədiyyə olunan Boz ayğır dəniz qulunundan  törəmə-

73
Folklor, mifologiya, etnoqrafiya
dir. Bu eposda üç dəfə xatırlanıb: “Tacirlər Baybörənin oğluna bir 
dəniz qulunı, boz ayğır aldılar”. “Yigidin gözi bir dəniz qulını boz 
ayğırı tutdu”, “Bağdı gördi kəndümin  dəniz qulunı, Boz ayğır bunda 
otlanıb,turar”. 
Qırat  da,  dürat  da  dəniz  qulunundan  törəmədir.  Beyrəyin  Boz 
ayğırından fərqli olaraq onların əmələ gəlməsi bədii lövhələrlə əks 
olunur.  “Dəryadan iki ayğır at çıxdı. Atlar gəlib naxıra qarışdılar. İki 
madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi 
nə qədər ilxıçılıq eləmişdi belə şey görməmişdi” (8, səh. 5) 
Qaçaq Nəbinin də atı adi deyil, bozqır at nəslindəndir. Dəryadan 
çıxmış madyanla çöl ayğırından törəyib. ( 9, səh. 16)
Şirinin Şəvdizi də  sirli, sehrlidir. O, süvariyə oxşar qara daşla 
Rəmgilə çölündən gələn madyanın dölündən yaranıb. 
Kilsənin altında var bir mağara,
Orda süvaritək bir daş-qap-qara,
Rəmgilə çölündən-o uzaq yoldan,
Döl tutmağa gəlir ora bir madyan.
Gəlir yüz ağacdan duyub o yeri,
Sürünüb ilantək girir içəri.
Qızğın bir şəhvətdən gələrək hala,
Sürtünür o daşa çox ehtirasla.
Allahın əmriylə döl tutur ondan,
Allah əmridir ki, sən buna inan!
O döldən törəyən hər yeni daylaq
Vaxtdan yüyrək olur, yeldən qaçaraq.
O ağıllı keşiş söylədi-hətta,
O daşın dölüdür bu Şəvdiz at da. (2, səh. 68) 
Qıratın, Düratın böyüməsində də sehirli aləm var. Alı kişi onları 
xüsusi nəzarətdə saxlayıb yetişdirir. “Tövlədə hər day üçün qırx göz-

74
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lü bir axur qayırarsan. Atların qırx günlük arpasını, samanını həmin 
bu axurlara da dolduracaqsan... zümrüd bulaqdan tövlənin içərisinə 
bir arx salacaqsan hər axurun yanında da balaca bir çarhavuz tikəcək-
sən. Atlar qirx gün burada yeyib-içib bəslənəcəklər” (8, səh. 8). Alı 
kişi dedikləri hazır olandan sonra Rövşənə tapşırır:  tövləyə nə işıq 
düşə, nə də atlara bəni-insan gözü baxa. Otuz doqquzuncu gün Ko-
roğlu səbirsizlik göstərib bir oyuq açıb ordan içəri baxır. Sağ axurda-
kı atın çiyinlərində alov kimi yanan iki qanad görür, sol axurdakı ata 
baxır onda qanad görməyib yenidən sağ tərəfə baxanda heyrətə gəlir. 
Sağ tərəfdəki atın qanadı qeyb olmuşdu. Atasından axura baxmağı-
nı gizlətməyə çalışsada Alı kişi atları yoxlayanda onlara bəni-insan 
gözünün baxdığını bilir. Atların xarici görünüşləri də qeyri-adidir. 
Sol axurdakı uzun caydaq, çəkmə sağrılı, nazik ortalı. Sağ tərəfdəki 
at gözəl görünüşlü, iri başlı, dolu gözlü, qarabirçəkli, uzun boyunlu, 
tökmə döşlü, yoğun, enli sağrılı bir atdı. Alı kişi atları sınaqdan ke-
çirir. Sınaqdan yaxşı çıxan sağ axurdakı at olur. Alı kişi onun adını 
Qırat, sol axurdakı nisbətən zərif atın adını isə Dürat qoyur. Qorxulu 
səfərlərə, düşmən üstünə qalalar almağa Qıratla getməyi və Qıratın 
onu hər bəladan qurtaracağını söyləyib , onun qədrini bilməyi, ca-
nından əziz, göz bəbəyi kimi qorumagı tövsiyə edir.
Sağ axurdakı atın çiyinlərində alov kimi yanan, qızıl kimi parıl-
dayan qanadlarının olması da bununla bağlıdır. Türk mifologiyasına 
görə atın yel qanadlıdır, sürətli uçuşu ilə xəyalda ona çatmır. Xızır 
peyğəmbər bir göz qırpımında mənzil başına çatır. Qəhrəmanın atı 
elə yüyrək olur ki, düşmən nə qədər  qovsa da ona çata bilmir. Uçu-
rum dağları quş kimi sıçrayır. 
“Qırx nəfər kafirlər atlandılar. Ardınca düşdilər, qov getdilər yet-
mədilər, döndilər ”. (1,səh 60). Dədə Qorqud Banuçiçəyi Beyrəyə 
istəmək təklifini alanda deyir: “Dəlü Qarçar qız qardaşını diləyəni 
öldürər.  Bari Bayındar xanın tövləsindən iki şahbaz yükrək at gətü-
rün. Bir Keçi başlı Keçər ayğırı, bir  Toğlı başlu Turı ayğırı. Nagah 

75
qaçma-qovma olarsa, birisini binəm, birisini yedəm”  (1, səh. 55)   
Dədə Qorqud Dəli Qaçardan qaçanda yolda Toğlu başlu Turu ayğır 
yorulduğundan  Keçi başlu Keçərə sıçrayıb minir. Toğlu başlı Turu 
ayğır, Keçi başlı Keçər ayğır və Qırat, Dürat. Dastanda Qırat Keçi 
başlı Keçər ayğır kimi güclü, Dürat isə Toğlu başlı Turu ayğır kimi 
zəif təsvir olunmuşdur.  Demək olar ki,Dədə Qorquddakı bu atlar ad-
larını dəyişmiş Qırat, Dürat adları ilə öz soylarını Koroğluda davam 
etdirmişlər. Zaman dəyişdikcə keçi başlı Keçər ayğır, Qırata Toğlu 
başlı Tur ayğır, Dürata ötürülmüşdür. 
“Qırat  dörd  ayağını    yığıb    qızılquş  kimi  sıçradı,  uçurumun  o 
tərəfinə düşdü, özü də elə sıçradı ki, Koroğlunun başından papağı da 
tərpənmədi.” 
“Ala gözlü boz atım, quş kimi uç, kovun ətəyinə düş”. Boz at 
ayaqlarını yerə döydü, fınxırıb bərkdən kişnədi. Boz at bir neçə dəfə 
atılıb düşəndən sonra özünü palantökən kovundan aşağı saldı” (9, 
səh. 27).
Şirinin də atı yel qanadlıdır, xəyaldan iti tozuna külək çatmaz, 
tufandan qorxmaz.
Bir at bağlanıbdır sərtövləyə tək,
Onun tozuna da çatmaz heç külək,
Xəyaldan tez gedər qalxsa dördnalla,
Qorxmur sona kimi tufandan əsla,
Yerindən sıçrasa günəşə sarı,
 Yeddi qatlı göydən qalxar yuxarı,
 Qalar dırnağının daşlarda izi,
 Banbuq quyruğu ilə yarar dənizi
 Səhərtək oyaqdır, xəyal yerişli.
 Gecə quştək huşyardır, zaman gərdişli,
 Rəngi, şəvə rəngi, Şəbdizdir adı.
 Şirin İshaq kimi sevir o atı.

76
DƏDƏ QORQUD ARAŞDIRMALARI
 Ayaqlarında var qızıl zənciri,
 O, qızıl zəncirin olmuş əsiri,
 Nə Şirindən şirin insan mən gördüm.
Nə Şəbdizdən qara bir köhlən gördüm.                                                          
 
 
 
 
( 2, səh. 67)
Allahyarı öldürüb geri qayıdanda Allahyarın adamları Cahandar 
ağanın arxasınca düşsələr də lakin ona çata bilməyib geri qayıdırlar. 
Cahandar ağa “Allahyarın kəndində qoçaq adam yoxdur” - deyir.
Oğuz igidlərinin atı sahibinin dostuna dost, düşməninə düşmən-
dir. Aruz Beyrəyi çağırıb Qazan xandan üz döndərməyə onunla birgə 
olmağa razı salmaq istəyəndə Beyrək razılaşmayıb Qazan xana dö-
nük çıxmayacağını bildirir. 
Mən Qazanın nemətini çox yemişəm,
 
 
bilməzsəm, gözümü tutsun!
 Qaracıqda Qazlıq atına çox minmişəm,
 
 
bilməzsəm, tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişəm,
 
 
bilməzsəm, kəfənim olsun!
 Böyük, geniş otağına çox girmişəm,
 
 
bilməzsəm, zindanım olsun!
 
Beyrək  Boz ayğırı deyil Qazan xanın Qazlıq atını minərdim de-
mişdir: Artıq Aruza ona düşmən olduğunun bəyanatını verir.  
Aruz, mən bilsəydim bu niyyətini, 
Qaracıqda Qazlıq ata minərdim!
 Əynimə bərk dəmir donu geyərdim!
 Böyük, iti polad qılınc bağlardım!
 Öz alnıma parlaq zireh vurardım!

77
Folklor, Mifologiya, Etnoqrafiya
 Altmış tutam süngünü götürərdim!
 Alagözlü bəyləri gətirərdim!         
Oğuz igidləri dostunun dostu ilə dost düşməni ilə düşməndir. At 
oğuz  igidləri  dostluğunun  bütövlüyünü,  sədaqətinin,  vəfalılığının 
rəmzi  mənasının  daşıyıcısıdır.  “Aruz  mən  bilsəydim  bu  niyyətini 
Qarcıqda Qazlıq ata minərdim (1, səh. 137)”.  Əgər ölərəmsə,  me-
yitin Qazlıqatın belində dostum Qazan xanın üstünə getsin.  Görsün 
ki, ölümdən mən qorxmadım, onun yolunda canımı qurban verdim, 
mənasını daşıyır. 
Bamsı Beyrək öz igidlik missiyasını Koroğluya, Qaçaq Nəbiyə, 
Qaçaq Kərəmə, Fətəli xana, Cahandar ağaya, boz ayğırı isə Qırata, 
(“Koroğlu”) Şahbaza, (“İki od arasında”) Qəmərə (“Dəli kür”) ötü-
rüb və s. 
Müsəlman  aləmində  üç  şey  arvad,  papaq,  at  kişinin  namusu-
dur. Müsəlman adətinə görə igid öləndə atı da öldürülür. (bu barədə 
yuxarıda bəhs etmişik).  Oğuz elində də igid öləndə atının quyruğu 
kəsilir. Yağılarla təkbaşına vuruşan Beyrək ölərkən deyir:  
                       
İgidlərim, yerinizdən qalxın, durun!
Boz atımın quyruğunu tutun, kəsin!  
Cahandar  ağanın  isə  namusuna  sataşılmışdı.  Atının  quyruğu 
qırxılmışdı.  Cahandar  ağa  çox  sevdiyi  Qəməri  öldürür.  Qəmər  də 
onu nə gözlədiyini anlayır. Sahibinə baxışlarıyla günahsız olduğunu  
deyir. Qəmər də qürurludur. Bu görkəmdə sahibi kimi ləkəsiz, gözü 
kölgəli yaşamaq istəmir. Yaşayanda da mərd, öləndə də mərd ölmək 
istəyir. Cahandar ağanın Qəmərlə bağlı epizodları Beyrəyin Boz ay-
ğır ilə, Koroğlunun Qıratla, Qaçaq Nəbinin Boz atı ilə bağlı təsvirləri 
yada salır. 
Cahandar ağa öz dövrünün, mühitinin qəhrəmanıdır. Zaman də-

78
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yişdiyindən onu  döyüş meydanında, əlində qılınc yox, tüfəng, xəncər 
var. Bir toy mərasimində onun qabağına çıxan olmazdı, öz məharəti 
ilə hamını tay-tuşlarını da heyrətləndirər, cavanlarda qısqanclıq ya-
radardı.  Qızların  ürəyini  ovlardı.  Bu  məharətilə  o,  oğuz  igidlərini 
xatırladır. Oğuz qəhrəmanları da igidlik göstərib ad-san qazanardı-
lar. Yuxarıda dediyimiz kimi zaman və tarix kontekstində Qazan xan 
at yalına yatan igiddir. Cahandar ağa da at yalına yatan igiddir. Bu 
kontekstdə Cahandar ağa Qazan xanla birləşir.  Qəmər yoxdur. La-
kin onun əvəzləyicisi var. O da sələfləri kimi sahibini başa düşür. 
Ona etibarlıdır, sədaqətlidir. O,  ölümündən qorxmur. Dərk edir ki, 
sahibi ilə birgə ölümə doğru gedir. Sürətlə yel kimi uçur. Sahibinin 
vurulduğunu görən olmasın, atlı kazaklar onu yaxalamasın deyə Ya-
rağana, uçuruma doğru çapır, yarağan  uçur Cahandar ağa  ilə birgə 
yarağanın altında qalır. 
Bədii ədəbiyyatda atın tərif olunması ata olan inancın ifadəsidir. 
Bu baxış Dədə Qorqud kitabından lirik-epik nümunələrə transfor-
masiya olunmuşdur.
               
Açuq-açuq meydana bənzə sənin alıncuqun,
İki səbçırağa bənzər sənin gözcigəzin,
Əbrisimə bənzər sənin yəlincigin.
İki səbçırağa bənzər sənin gözcigəzin
Əri muradına yetürər sənin arxacığın.
 
 
 
 
 
(“Dədə Qorqud”)
 Addımla qurban qoluna
 Tərlana bənzər uçuşun
 Əl çatmaz ipək yalına
 
 
 
 
 
(“Koroğlu”)
 Boz atım davada pələngdən nəhəng
 Qızılquş baxışlı gözlərin qəşəng

79
Folklor, Mifologiya, Etnoqrafiya
 Boz atım bərabərdi aslana, şirə
 Meydana girərkən çəkir nərə
 
 
 
 
 
(“Qaçaq Nəbi”)
Sən quşdan ayıq və ehtiyatlı bir atsan, Qəmər. Çox qaranlıq ge-
cələrdə, məndən qabaq, yolda təhlükə olduğunu sən başa düşübsən. 
Qulağını yapıxdırıb sakitcə dayanmısan və məni başa salmısan ki, 
irəli getmək olmaz. Məndən qabaq özün yolu dəyişmisən, Qəmər. 
Bir toyda, bir nişanda geri qalmamısan, hələ indiyənəcən cıdırlar-
da səni keçən olmayıb. Məni utandırmamısan, başımı uca eləmisən. 
Neçə dəfə mən sənin yalına yatıb, “gözlərinə qurban, Qəmər, əlac 
sənə qalıb” demişəm. Sən quş kimi qanad açıb məni güllənin altın-
dan çıxartmışam. Mən səni özümə qardaş, sirdaş bilirdim, Qəmər, 
sən kişnəyəndə ürəyim dağa dönürdü. Şahə qalxıb fırlananda elə bi-
lirdim yeri, göyü mənə bağışlayırlar, Qəmər. indi mən nə edim, sənin 
rüsvayçılığına necə dözüm” (10, səh. 307).
Zaman dəyişib inkişaf etdikcə ata da münasibət dəyişib. Ondan 
daha çox minik vasitəsi kimi istifadə olunur. Sovet dönəmində kənd 
yerlərində poçt xidmətlərindən atdan istifadə olunub.  Əsgər mək-
tubları ilə valideynləri sevindirərdi. Toy, nişan mərasimlərində toya 
dəvət olunanlara dəvətnamələr at belində paylanardı. 
Bu gün dövlət səviyyəsində at Azərbaycan xalqının qəhrəmanlıq 
simvollarının  daşıyıcılarından  biri  kimi  əbədiləşdirilmişdir.  Azər-
baycanın ayrı-ayrı məkanlarında şahə qalxmış vəziyyətdə at abidəsi 
var. Məsələn, Abşeron rayonunun Xırdalan şəhərində İcra Hakimiy-
yətinə yaxın mərkəzi yerdə Qıratın heykəli qoyulmuşdu.
Bakı  şəhərində  Koroğlunun  Qıratın  belində    abidəsinin  qoyul-
ması atın sahibi ilə birgə Azərbaycan xalqının qəhrəmanlıq təcəs-
sümünün ifadəsidir. “Koroğlu” Qıratın belində  Koroğlu olmuşdu. 
Koroğlu-Qırat bir-birini tamamlayan  qəhrəmanlıq simvoludur.

80
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ədəbiyyat  
1. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı 1988.
2. N.Gəncəvi. .Xosrov və Şirin.  Bakı, Lider, 1961.
3. Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nda at kultu, Bakı, 2012.
4. R.Qafarlı.  Mif və Nağıl, Bakı, 1999.
5. N.Cəfərov. Xanım hey, Bakı, 1999.
6. B.Xəlilov. Türkologiya giriş. Bakı, 2006.
7. Azərbaycan tarixi.   I cild  Bakı, ADN, 1994.
8. Koroğlu. Bakı, Gənclik, 2005.
9. Qaçaq Nəbi. ADN.  Bakı, 1961.
10. İ. Şıxlı. Dəli Kür, Bakı, 1982.
РЕЗЮМЕ
Гусейнова Париханым
ТРАНСФЕР КУЛЬТА КОНЯ В КНИГЕ «ДЕДЕ ГОРГУД» 
В ПИСЬМЕННУЮ ЛИТЕРАТУРУ  
В статье произведен научный анализ использования культа коня из книги 
«Деде Горгуд» в письменной и устной литературе. На основании образцов 
приведены  поэтические  сходства.  Как  и  в  эпосе,  в  отдельных  жанрах 
письменной и устной литературы конь исследуется как священное существо, 
символ героизма азербайджанского народа.
Ключевые  слова:  Эпос,  Культ,  Миф,  Предание,  Жанры  письменной 
литературы.
SUMMARY
Parixanım Soltanqızı
THE TRANSFER TO WRİTTEN LİTERATURE 
OF “AT KULTU” İN THE BOOK “DEDE KORKUD”
In this article it is analyzed the using of  “At Kultu” in orally and written 
literature in the book “Dede Korkud”. It is taken poetical similarities on the basis 
of examples. As in the epos the horse is investigated like holy existence in the 
examples of orally an written literature.
Key words: Epos, Kult, Myth, Legend, The tradition of written literature.

81
Folklor, Mifologiya, Etnoqrafiya
Xoşbəxt Əliyeva 
«Dədə Qorqud elmi-tədqiqat laboratoriyası»nın
«Folklor-Etnoqrafiya-Mifologiya» bölməsinin 
böyük elmi işçisi
«DƏDƏ QORQUD KİTABI»NIN ƏNƏNƏLƏRİ
ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATDA
Dünya ədəbiyyatınin şah əsərləri sırasında yer alan «Kitabi-Də-
də Qorqud» eposu da ölməz bədii abidələrdən biridir. Əsrlər keç-
dikcə, bu sənət incisinin qiyməti, bədii dəyəri daha da artır, xalqın 
öz soykökünü, keçmişini, tarixi kimlik və qəhrəmanlıq salnaməsini 
öyrənmək üçün əsas milli-mənəvi qaynağa çevrilir. Bu unikal qay-
naqda xalq öz mifoloji-tarixi dəyərlərini, dünya və insan haqqında 
düşüncələrini,  folklor  təfəkkürünü  nümayiş  etdirir.  Elə  buna  görə 
də «Kitabi-Dədə Qorqud» dünya sivilizasiyasının, «İliada», «Odis-
seya», «Nibelunqlar haqqında nəğmə», «Alpamış», «Manas» və s. 
kimi möhtəşəm ədəbi-tarixi abidələri ilə yanaşı durur.
«Dədə  Qorqud»  dastanlarının  Azərbaycan  xalqının  ən  qədim 
ədəbi-tarixi qaynaqlarından olduğu elm aləmində çoxdan qəbul edil-
mişdir. Dastanı həm də Oğuz kökənli xalqların müştərək, ortaq eposu 
hesab etmək mümkündür. «Dədə Qorqud» eposu oğuzların Şərqdən 
Qərbə, Mərkəzi Asiyadan Kiçik Asiyaya hərəkəti - axını dövründə 
Qərbə gətirilmiş süjetlər məhz Azərbaycanda yenidən formalaşmalı 
olmuşdur.
Dastanda təsvir edilən hadisələr, Azərbaycanın VII-XI əsrlər ta-
rixi ilə sıx bağlıdır, burada əksər tədqiqatçıların doğru qeyd etdiyi 
kimi, Azərbaycan toponimiyasının elementləri çox güclüdür və ən 
əsası isə əsər Azərbaycan türkcəsində yazılmışdır. Azərbaycan xalqı-
nın mənşəyi məsələsini öyrəndikdə ən etibarlı mənbə kimi «Kita-

82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bi-Dədə Qorqud» dastanına müraciət olunur.
XX əsrin əvvəllərində dastana maraq və diqqət daha da artmışdır. 
Dastanın ilk tədqiqatçılarından olan H.Araslının, Ə.Dəmirçizadənin, 
Bəkir Çobanzadənin, Əmin Abidin, M.Təhmasibin xidmətləri əvəz-
sizdir. Xalq şairi Səməd Vurğun hələ 30-cu illərin sonlarında eposun 
təsir  gücünü  vurğulayaraq  yazırdı:  «Nizami  yaradıcılığında Azər-
baycan xalqının olduqca zəngin folklorundan geniş istifadə etmişdir. 
Nizaminin çox əsərlərində təsiri görünən məşhur Azərbaycan xalq 
eposu «Kitabi-Dədə Qorqud» hələ XI əsrdən bəri şöhrət qazanmış-
dır» (18, 108) 
Nizami  Gəncəvi  yaradıcılığının  Azərbaycanda,  xalqla,  onun 
adət-ənənəsi, mədəniyyəti, etnoqrafiyası, mifologiyası ilə bağlı ol-
ması  haqqında  nə  qədər  deyilsə,  nə  qədər  yazılsa,  yenə  də  azdır. 
Çünki  qüdrətli  zəka  sahibi  dünyanı  heyran  qoyan  misilsiz  əsərlər 
yaratmışdır. Nizami Gəncəvi həmişə xalqını sevmişdir. O, xalqının 
qəhrəmanlıq göstərən şəxsiyyətləri haqqında yaranan əfsanə və rə-
vayətlərindən, hikmətli atalar sözü və məsəllərindən geniş istifadə 
etmişdir. Şair əsərlərində mənşə etibarilə türk-oğuz-qıpçaq qəbilələ-
rindən  olan  qəhrəmanlara  üstünlük  vermişdir.  Bu  qəhrəmanlar  ox 
atan, at minən, qılınc oynadan, ağıllı və dərrakəli alp və ərlər kimi 
təsvir edilirlər. Şairin xəlqiliyi, onun tarixə açıq gözlə baxması, özü-
nün türk-oğuz qəbiləsinə mənsub olması ilə bağlı idi. Nizami Gəncə-
vinin qan yaddaşında Ozan Dədə Qorqudun ruhu olub. Dədə Qorqud 
igidlərin adını verən, yaşını isə Allahdan istəyən, həmişə dastan da-
nışan el ağsaqqalı olub. Nizami Gəncəvi dastan danışan ozan Dədə 
Qorqud kimi bəşər ədəbiyyatına gözəl dastanlar bəxş etmişdir.
Nizami Gəncəvi «Kitabi-Dədə Qorqud» dastanlarının adını heç 
bir  əsərində  çəkməsə  də,  dastandan  xeyli  faydalanmış  və  istifadə 
etmişdir. «Dədə Qorqud» boylarının Nizami Gəncəvi əsərlərindəki 
izləri və təsiri, oxşar süjetlər hər an diqqəti cəlb edir. «Kitabi-Dədə 
Qorqud»  boylarında  əksər  qəhrəmanlar  qələbə  qazandıqdan  sonra 

83
Folklor, Mifologiya, Etnoqrafiya
Dədəm  Qorqud  gəlib  boy  boylayır,  söy  söyləyir.  Bu  ənənə,  ədəbi 
forma  yalnız  «Dədəm  Qorqud»  boylarına  məxsusdur. Azərbaycan 
nağıllarında bu xüsusiyyət yoxdur. Lakin Nizami Gəncəvinin «Yed-
di gözəl» əsərindəki «Ərə getmək üçün şərt qoyan qızın nağılı»nda 
bu motivə rast gəlirik. Əsərdə deyilir: «Şahzadə şəhərin qapısından 
asılmış şəkili çıxarır, onu bükür və nökərlərindən birinə verir. Asıl-
mış bütün başları acıqlı halda endirir və ailələrinə verir. Hamı ona 
«afərin» söyləyir. Başları bədənləri ilə birgə dəfn edirlər. O, alqışlar-
la evə qayıdır və mütrüb çağırıb, nəğmə oxutdurur.
O, minlərlə alqışla evə qayıtdı,
Mütrüb gətirib, nəğmə ucaltdı. (13, 190)
Dədə Qorqud başbilən, ağsaqqal, pir, ata olmaqdan başqa, saz 
və  söz  ustasıdır.  Nizami  Gəncəvinin  əsərdə  işlətdiyi  mütrüb  sözü 
çalar, həm də oynayan mənasında verilmişdir. Mütrüb Nizami Gən-
cəvi dövründə saz sənətində mahir olduğu üçün məhz qopuz çalan 
«ozan» deyil, «mütrüb» işlədilmişdir. Deməli, Nizami Gəncəvi xalq 
adət-ənənəsini dərindən bildiyinə görə bu motivi əsərinə əlavə et-
miş, bununla da bir daha xalqla bağlı olduğunu göstərmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında təsvir olunan xalq ənənələri 
Nizami  Gəncəvinin  «Ərə  getmək  üçün  şərt  qoyan  qızı  nağılı»nda 
da eyni ilə xalqın toy-düyün adətləri, zəngin ziyafət məclislərinin 
təsviri verilmişdir. Şair xalqın mədəniyyətinə bələd olduğu üçün yeri 
gələndə həmin mərasimlərdən geniş istifadə etmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında «Salur qazanın evinin yağma-
lanması  boyu»nda  Qaraca  çoban  və  Qazan  xətti  daha  çox  diqqəti 
cəlb edir. Dastanda Qazan xan Qaraca çobana deyir ki, «Allah mə-
nim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm». Boydan gö-
ründüyü kimi, Qazan xan Qaraca Çobana xalqın etimadını qazan-
mış, cəsur, bacarıqlı şəxsiyyət kimi hörmət edir.

84
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin