D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   2   3   4   5   6   7   8   9   ...   26

Folklor, mifologiya, etnoqrafiya

26
+ aşağı + yuxarı. «Altı»nın sistemində istiqamət bildirən anlamlar 
olduğu  kimi  qəbul  edilsə  də,  tənzimləyici  funksiyasını  «mərkəz» 
əvəzinə «yuxarı» və «aşağı» hissələr öz üzərinə götürür. Beş və altı 
rəqəmlərinin sakrallığını əyaniləşdirən sxemlərə nəzər salaq:
İnsan təbiətdə baş verən hadisələrin arxasında magik qüvvənin 
dayandığını  zənn  etməklə  yanaşı,  bir  sıra  rəqəmlərin  də  fövqəltə-
biiliyinə inanmış və onları iki qismə ayırmışdır: uğurlu və uğursuz 
rəqəmlər. Mifoloji təsəvvürlərdə hər ikisi qeyri-adi işlərin törədici-
sidir. Dünya mifik sistemlərində, xüsusilə xristianlıqda üç dəfə altı 
rəqəminin təkrarı (666) iblisin gəlişini, üç dəfə səkkizin yanaşı iş-
lənməsi  (888)  İsus  Xristosun  yenidən  doğuşunu  bildirir.  Eləcə  də 
iyirmilik  say  sisteminə  daxil  olan  13  nəhs  rəqəm  hesab  edilir. Ay 
təqvimində bir neçə rəqəm - 10, 13, 16, 25 bədbəxtlik, 29 isə uğur-
suzluq gətirən gündür, qalan hallarda 13 rəqəminin nəhsliyi deyil, 
iki müqəddəsliyi – 1-i (tanrı) və 3-ü (dünyalar) özündə əks etdirən 
şöhrət rəmzi olmasından bəhs açılır. 
Göy cisimləri ilə bağlı mifoloji təsəvvürlərdə (astral mifologiya-
da) sakral rəqəmlər planetlər və rənglər göy cisimləri ilə əlaqələn-
“5” SAYININ SAKRALLIĞI “7” SAYININ SAKRALLIĞI
1 - Dünyanın
mərkəzi
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
6 - Yuxarı
7 - Aşağı
2 - Şimal
3 - Şərq
4 - Cənub
5 - Qərb
1 - Dünyanın
mərkəzi
DƏDƏ QORQUD ARAŞDIRMALARI

27
dirilir: bir Günəşin rəmzidir - yaradıcıdır, kişidir, işığın, odun təm-
silçisidir;  iki Aydır  -  qaranlıq,  soyuqluqdur,  dağıdıcıdır,  qadındır; 
üç Yupiterdir  -  ucalıq,  böyüklük  deməkdir;  dörd  Urandır  -  ağılın, 
müdrikliyin yayıcısıdır; beş Merkuridir - dövlət simvoludur, sərvət 
gətirəndir; altı Veneradır - məhəbbətin və gözəlliyin qoruyucusudur; 
yeddi və səkkiz ayrılıqda hər hansı bir planetlə bağlanmır; doqquz 
Marsdır – müharibələrin hamisidir. 
Müqəddəs rəqəmləri Azərbaycanda ilk araşdıran Y.V.Çəmənzə-
minlidir. O, 3, 7, 9, 40 rəqəmlərinin mənşəyi məsələsinə toxunmuş 
və  «Məlikməmməd»  nağılından  bəhs  açanda  onların  sakrallığına 
xüsusi  diqqət  yetirmişdir.  Padşahın  üç  oğlunun  dünyaya  gəlməsi, 
quyuda üç mağarada üç divin  yanlarında üç qız saxlaması, Məlik-
məmmədin divlərlə 40 gün, 40 gecə güləşməsi, Zümrüd quşunun 40 
şaqqa ət, 40 tuluq su götürməsi, 40 gün, 40 gecə toy olması epizodla-
rını mifoloji düşüncənin məhsulları saymışdır. Y.V.Çəmənzəminliyə 
görə, yeddi sayı o səbəbə müqəddəsdir ki, onda insanın yaşaması 
üçün zəruri olan və Zərdüşt fəlsəfəsində materialist əsaslarla məna-
landırılan, yerə məxsus dörd (torpaq, su, hava, od) və göyə məxsus 
üç (günəş, ay, ulduz) ən əsas şey birləşmişdir (4+3=7). Rəqəmlərin 
sakrallaşmasını mifoloji görüşlərlə bağlayan ədib bəzən ziddiyyətli, 
mübahisəli  qənaətlər  irəli  sürsə  də,  ümumilikdə  problemə  düzgün 
yanaşmışdır. «Türküstanda və türk-tatarların təsiri olaraq rus nağıl-
larında  rast  gəldiyimiz  9  rəqəmini  bizdə  görmürük»  hökmü  onun 
folklor materialları ilə hərtərəfli tanış olmaq imkanı tapmaması ilə 
və xalqımızın ilkin dünyagörüşünün təkcə atəşpərəstliyə köklənmə-
si ideyasını əsaslandırmağa çalışması ilə bağlamaq olar. Türklüyün 
Azərbaycanda ancaq dil faktoru tək yaşadığını, özbək və qazaxlarda 
isə həm də kökdən gələn adət-ənənə şəklində qaldığını göstərən qə-
naətləri zərdüştlüyün türk inancına zidd tərəfləri ilə əlaqədar idi, o, 
məhz bu mənada yazırdı ki, «zərdüşti fəlsəfi və etiqadlardan doğan 
nağıllarımız yalnız dil etibarilə türkləşmişlər. İrqi rəqəmini nağıllar-
Folklor, mifologiya, etnoqrafiya

28
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da işlədən Orta Asiya yalnız dilcə deyil, məzmunca da nağıllara təsir 
etmişdir...» [4, 50]. «Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi» adlı 
məqaləsində  isə  türklüyü  həm  də  ruh,  adət-ənənə  baxımından  lap 
qədimlərdən özümüzdə daşıdığımız qənaəti irəli sürülür və bildiri-
lir ki, «Hər bir irqin özünə məxsus rəqəmi var: türkün 9» [28, 46]. 
Alim burada özünün əvvəlki hökmünün əksinə çıxaraq təsdiqləyir 
ki, Azərbaycan türkləri də 9 rəqəmini müqəddəs hesab etmiş və folk-
lorunda geniş işlətmişdir. 
Ümummiyyətlə,  kəmiyyət  anlayışlarının  meydana  gəlməsi  ilə 
bağlı təsəvvürlərə görə, bir kiloqram pambıqla, bir kiloqram dəmi-
rin  çəkisinin  eyniliyi  körpə  uşağın  ağlına  çətin  yerləşir.  O  səbəbə 
ki, pambıqla dəmirin həcminin onun gözündə tamam əks formada 
görünməsi iki varlığın çəkisinin bərabərliyini anlamağa maneçilik 
törədir. Bəşər övladının şüurunun oyandığı ilkin çağlarda da belə ol-
muşdur. Məsələ təkcə onda deyildi ki, başlanğıcda ulu əcdad əqli 
inkişafı ilə uşaqdan fərqlənmirdi, həm də sadəcə olaraq bütün topla-
dığı təcrübə, düşüncəsinin istiqaməti, dünyanı dərketmə qabiliyyəti 
də  analoji  cəhətdən  uşağınkılarla  eyni  idi.  Deməli,  insan  saymağı 
öyrənəndə üzərində hesablama apardığı konkret əşyanı nəzərdə tutsa 
da, rəqəmlərin dəyişməsinə deyil, sayılan varlıqların həcminin artma-
sına diqqət yetirmişdir. Ona elə gəlmişdi ki, rəqəmlər çoxalıb-azal-
dıqca varlıqlar da başqa keyfiyyətə, yaxud hala keçir. Digər tərəfdən, 
əşyaların sayının və çəkisinin eyniyyəti zamanı zahiri görünüşündə 
ciddi fərqlər nəzərə çarpırdı. Məsələn, yüz ədəd doğranmış odunla 
yüz oxun yer tutumunda böyük fərq vardı. Şüuru hələ tam inkişaf et-
məmiş körpə uşağa desən ki, bu əşyaların sayı bərabərdir, inanmaz. 
Yaxud  beş  atla,  beş  toyuğun  yerləşməsi  üçün  hazırlanan  tövlə  və 
hin bir-birindən tamamilə seçilir. Burada «sakinlərin» sayı eyni olsa 
da, tutumu, növü, xarakteri, çəkisi, funksiyaları tamamilə başqadır. 
Deyilənləri daha aydın başa düşmək üçün təbiət hadisələrinin sayı-
nın eyniliyində onların formasındakı fərqlərin mövcudluğuna nəzər 

29
Folklor, mifologiya, etnoqrafiya
salmaq kifayətdir. Azərbaycan xalqının mifoloji təsvirlərində tez-tez 
işlənən bir cümləyə diqqət yetirməklə aydınlıq gətirək: «Üç gün, üç 
gecə yol getdilər». Burada «üç» bir-birinə əks məfhumların (gün və 
gecənin) miqdarının eyniliyi bildirilir, lakin fikirdə say tam oxşar şə-
kildə nəzərə çatdırılsa da (3=3), zaman bölgüsünün tam bərabərliyi 
ilə rastlaşmırıq. Əslində 24 saatlıq bütöv gün fikirdə qoyulduğu şə-
kildə üç dəfə eyni formada təkrarlanmır: günlərin tərkibindəki «bir-
lər» «ikilər»lə zəncirvarı halda qarşı-qarşıya durmaqla (gün-gecə //
gün-gecə //gün-gecə) cütləşir. Başqa sözlə, gün tam şəkildə deyil, 
bərabər hissələrə – gecəyə və gündüzə bölünərək sıralanır: 
BİR GÜN - BİR GECƏ + BİR GÜN - BİR GECƏ + BİR GÜN - 
BİR GECƏ = ÜÇ GÜN - ÜÇ GECƏ. 
Kəmiyyəti zamana deyil, konkret əşyaya və insana aid edəndə 
isə fikir dəqiq ifadə olunur. Məsələn, «Çadırda üç qız  və üç oğlan 
oturmuşdu», yaxud «Özü ilə üç oxla üç xəncər götürdü» cümlələrinə 
diqqət yetirək. Birincidə canlı varlığın cins üzrə bərabər bölünmə-
sindən, ikincidə isə silahların sayının eyniliyindən bəhs açılır. De-
yilənləri sxemdə daha aydın görmək mümkündür. 
Bu cümlədəki iki «üç»ün mütləq bərabərliyi, eyniliyi nəzəri əsas-
la özünü doğrultsa da, praktik cəhətdən mümkünləşə bilmir. Başqa 
sözlə, üç gün dalbadal gündüz, ardınca da üç gün gecə baş verə bil-
məz. Çünki gecədən sonra mütləq gündüz gəlir və gecə qaranlıqsız 
1
G
ÜN
1
G
ec
ə
1
G
ÜN
 
1
G
ec
ə
 
1
G
ÜN
 
1
G
ec
ə
 
 
I
II
III
ÜÇ GÜN
Ü
Ç GECƏ
 

30
DƏDƏ QORQUD ARAŞDIRMALARI
(şimal qütbdəki bəyaz, cənubdakı ayazlı gecələri nəzərə almasaq), 
gündüz isə işıqsız mövcud olmur. 
Əski epik-mifoloji təsəvvürlər çağında Azərbaycanda da ayrı-ay-
rı saylara müxtəlif xüsusiyyətlər aid edilirdi. Bir qrupu xoşbəxtlik 
gətirən, həm də olduqca xeyirxah işlərə yardım göstərən qüvvə kimi 
təqdim olunur, digər qrupu isə, əksinə, guya şərin xidmətində du-
rurdu,  bədbəxtliyin  mənbəyi,  qəddarlığın,  fəlakətin,  pis  əməllərin 
törədicisi sayılırdı. Beləcə saylar təkcə təbiətə xas əlamətləri deyil, 
həm də insanlara aid keyfiyyətlərin daşıyıcısına çevrilir və nəticədə 
canlandırılırdı. Göyə baxan ulu əcdad ilk olaraq qaranlıqda parılda-
yan ulduzları görmüş və başa düşmüşdür - onlar o qədər çoxdur ki, 
sayını, ölçüsünü müəyyənləşdirmək çətindir. Və nəhəng göy üzünü 
hansısa şərti fiqurlara (bürclərə) bölməklə daha anlaşıqlı və iri rəqəm 
əldə etməyə çalışmışdır. 
Düşüncədə böyük çoxluğun olduqca kiçiklikdə yerləşdirilməsi, 
eləcə də əksinə – hansısa çox kiçik hissəciyin nəhəngdən də nəhəngə 
çevrilməsi ideyası qam-şamanların və atəşpərəstlik kahinlərinin irəli 
sürdükləri sistemlərdə özünə yer almışdır. Qədim qamlar və muğ-
lar  məhz  rəqəmlərin  yardımı  ilə,  onların  mahiyyətindəki  saymaq 
xüsusiyyətinə görə dünyanı dərk etmədə böyük sıçrayışlar etmişlər.  
Onlar bütün maddi və mənəvi varlıqların kəmiyyətini əks etdirməyi 
bacarmaqla Yaradıcının özünə yaxınlaşdıqlarını düşünmüşlər. Azər-
baycan xalqının etnogenində iştirak edən qədim tayfalardan biri əha-
linin sayını bilməyə cəhd göstərməklə mifik dünya modelinin yazı 
yaddaşına düşməsinə səbəb olmuşdur. 
Sakral sayların yozumunun tarixi elmin bünövrə daşları qoyu-
lan çağlardan başlanır. Bizim e.ə. I yüzillikdə yaşamış pifaqorçu Ni-
komax  belə  qənaətə  gilirdi  ki,  təbiətin  tam  halda,  yaxud  ayrı-ayrı 
hissələr şəklində ardıcıllıqla yaratdığı nə varsa, hamısı Yaradıcının 
bütün varlıqlarla bağlı düşüncəsinə müqabil saylar əsasında müəy-
yənləşib  qaydaya  salınmışdır,  başqa  sözlə, Allah-yaradıcı  dünyanı 

31
əvvəlcədən düşünüb hazırladığı sxem əsasında sayların təsiri ilə ger-
çəkləşdirmişdir,  elə  sayların  ki,  hələ  maddiləşməyib,  mücərrəddir, 
eyni zamanda məna və mahiyyətə malikdir. Hər şey – əşyalar, za-
man, hərəkətlər, göy üzü, ulduzlar və bütün növdən olan yeni yara-
nışlar saylara uyğunlaşdırılmışdır. Teoqoniyanın qanunları əsasında 
hər bir yaranışın yanında bir-birini tamamlayan rəqəmi göstərmək 
mümkündür: 
bir - heç bir parametri olmayan nöqtədir; 
iki – hər hansı iki nöqtəni birləşdirən kəsikdir; 
üç –düz səthi əks etdirən rəqəmdir, üçbucaqdır; 
dörd – bütün həcmi təcəssüm etdirən maddi varlıqdır, «tetraed-
r»dir (riyazi termindir, bütün üzvləri üçbucaqlardan ibarət olan dör-
düzlü cismə deyilir); 
beş, altı, yeddi, səkkiz – bir-birinə əks anlamlarda işlənir, o sə-
bəbə ki, onlarda bir sıra nöqtə gerçək dünyadan kənarda yerləşir; 
doqquz  –  əlçatmaz  böyüklükdür,  guya Yaradıcının  özüdür  ki, 
yaranmışların içərisindən çıxmışdır. 
«Dünyada nə mövcuddursa, hamısı rəqəmdir!» şüarını irəli sürən 
pifaqorçulara görə, sayların ümumi sırasında bəziləri mənası və işlək 
dairəsi ilə daha əsasdır, bütün varlıqların özülündə durur. Üçölçülü 
(yəni həndəsi cisim) bütün varlıqlar riyazi zirvəyə çatır – nəticədə  
«dörd»ü (daxilindəki üç ölçü + varlığın özü) meydana gətirir. Təbiət-
dən keçən işıq və keyfiyyətlər – «beş»in, canlılıq – «altı»nın, bilik və 
səadət – «yeddi»nin, məhəbbət və dostluq - «səkkiz»in, müdriklik və 
bacarıq - «doqquz»un yardımıyla əldə edilir. Mükəmməlləşmənin, 
tamlaşmanın son həddi isə «on» sayılırdı. Ona görə də pifaqorçular 
«on - bütün varlıqların ən gerçəyi və müqəddəsidir» - deyirdilər. A.
Makovelski İon Xiosskiyə (b.e.ə. V əsr) istinadən  yazırdı ki, «Hər 
şey – üçdən ibarətdir və üçdən böyük və yaxud kiçik mövcudat yox-
dur. Çünki hər bir varlığın yetişməsində, bütövləşməsində üçlüyün 
- ağıl, güc və səadətin rolu var» [29, 112]. 
Folklor, mifologiya, etnoqrafiya

32
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ümumiyyətlə,  rəqəmlərin  qeyri-adi  gücə  malikliyi,  magikliyi 
haqqında müxtəlif səpgili və dərəcəli bu cür baxışlar dünya xalqları-
nın əksəriyyətində özünə yer tapmışdır. Müəyyən mərhələdə rəqəm-
lərin  sakrallığına  fəlsəfi  don  geydirib  dünyadakı  pis-yaxşı  bütün 
əlamətlərlə qoşa işlədirdilər. Zoroastrizmdə və qam təsəvvürlərində 
hər rəqəmin öz xarakteri olduğu göstərilirdi: bir  - «Avesta»da «ruh 
və canlılıq» mənasında işlənir. Yazın gəlişi ilə əlaqələndirilir. Təbiə-
tin oyanması, qanın qaynaması, torpağın canlanması birlə əlaqələn-
dirilir. 
İki - ən böyük ədaləti
üç –bütövlüyü, 
dörd – ucalığı, yüksəkliyi, 
beş – ölümsüzlüyü, əbədiliyi, 
altı – hakimiyyəti, 
yeddi – evliliyi, 
səkkiz – saflığı, duruluğu, 
doqquz – odu, 
on – uğurlu əməli (yaradıcılıq fəaliyyətini), 
on bir – xeyirli düşüncələri
on iki – müqəddəsliyi, on üç – axirəti, dünyanın sonunu bildirir-
di. 
Bundan başqa, rəqəmlərin magik gücünü müxtəlif keyfiyyətlərlə 
əlaqələndirirlər: bir – iradə, iki – bilik, üç - nikah (kollektiv), dörd 
– fəaliyyət, beş – inanc, altı – şəhvət və nəfs, yeddi – qələbə, sək-
kiz – haqq və ədalət, doqquz – müdriklik, on – xoşbəxtliyin ötüb 
keçməsi, on bir – cəsarət, on iki – günah və qurban, on üç – dahi-
lik və istedad, on dörd – özünütərbiyyə,  on beş – hərəkətin gücü 
(magiya), on altı – fəlakət, on yeddi – doğruluq və ümid, on səkkiz 
– böhtan, on doqquz – sevinc və xoşbəxtlik, iyirmi - oyanış və dir-
çəliş, iyirmi bir – uğur, iyirmi iki – uğursuzluq və xəyaldır [27, 36]. 
 Sayların fəlsəfənin «predmeti» kimi yanaşanda hər biri ayrılıqda 

33
ya müsbət, ya da mənfi anlamda götürülür. 
Bu, insanın özünün daxilində iki əks qütblü keyfiyyətləri daşıma-
sı ilə əlaqələndirilir. Müqəddəs rəqəmlərin geniş yayılmış yozumla-
rını Azərbaycan xalqının mifoloji görüşləri əsasında ümumiləşdirən-
də maraqlı mənzərəylə rastlaşırıq.
Bir. Təkallahlı din sistemlərinə aid mifik dünya modellərində bir 
qayda olaraq vahid təkcə əsas, birinci element deyil, ümumiyyətlə, 
tamlıq, kamillik anlamında götürülür. Kainatın özünü də bütöv halda 
qəbul edib birlə işarələyirdilər. Hər şey birdən ayrılır və bütün fəa-
liyyəti boyu onun təsir dairəsindən çıxa bilmir. Bu səbəbdən də çox 
RƏQƏMLƏR
SAKRAL 
 FUNKSİYASI
ASTRAL
MÖVQEYİ
ATƏŞPƏRƏST-
LƏRDƏ
PİFAQORÇU-
LARDA
FƏLSƏFİ 
MƏZMUNU
1
2
3
4
5
6
BİR
Allah-Yaradıcı
Günəş - yaradan, 
kişi, işıq, od
Ruh və canlılıq
Yaradıcı güc / Ağıl
İradə
İKİ
İkili dünya 
(Yuxarı-Aşağı, 
Yerüstü-Yeraltı)
Ay - qaranlıq, 
soyuqluq, dağıdan, 
qadın
Ən böyük ədalət
Kişi və qadın 
başlanğıcı – doğuş 
/ güc
Bilik
ÜÇ
A) Dünyanın 
üçqatı (göy, 
yerüstü, yeraltı);
B) zamanın üç 
aspekti (keçmiş, 
indi, gələcək)
Yupiter - ucalıq, 
böyüklük
Bütövlük
Yaradıcının üçlüyü – 
özü və iki həyat verici 
başlanğıc / Səadət
Nikah (ailə, 
kollektiv)
DÖRD
A) Ünsürlər 
(su, od, torpaq, 
hava) və
B) istiqamət 
(şərq, qərb, 
şimal, cənub)
Uran - ağlın, 
müdrikliyin yayıcısı
Ucalıq, 
yüksəklik
Bütövləşmə, tamlaşma
Fəaliyyət
BEŞ
Yer üzünün 
dörd istiqaməti 
+  dünyanın 
mərkəzi
Merkuri - 
hakimiyyət, sərvət
Ölümsüzlük, 
əbədilik
Təbiətdən keçən işıq 
və keyfiyyətlər
İnanc
ALTI
A) Yerlə göyün 
vəhdəti, yaxud 
iki üçlüyün 
birliyi (Gün, Ay, 
Ulduz – Göy, 
Dağ, Dəniz).
B) İnsanlığın 
yarandığı gün
Venera - 
məhəbbətin 
və gözəlliyin 
qoruyucusu
Hakimiyyət
Ruh, canlılıq
Şəhvət və nəfs
Folklor, mifologiya, etnoqrafiya

34
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hallarda bir rəqəmi ehtiyatla dilə gətirilirdi. Birdən (Allahdan) bəhs 
açmağa bir növ yasaq qoyulmuşdu. Qədim yazılı mənbələrdə ondan 
sakral vasitə kimi nadir hallarda da olsa, istifadə edilirdi. 
Məsələn,  Nizami,  ümumiyyətlə,  dövründə  fəaliyyət  göstərən 
inancları rəqəmlərlə işarələyib şərh edirdi: 
Üçlükdən vaz keç, çünki bu boş təsəvvürdür, 
İkilikdən də keç ki, bu, ikipərəstlikdir [ikiallahlılıq].  
Kişi kimi birlik sapından yapış, 
İkiliyi at, üçlüyü isə birə çevir. 
Sən o üçün üçlüyündən canını qurtarmayınca, 
Vəhdət topunu [kosunu] göylərə ucalda bilməzsən. 
 
 
 
 
 
 
[14, 49]. 
Bu mətnin heç yerində bəhs açılan inanc sistemlərinin – islam, 
xristianlıq və atəşpərəstliyin adı çəkilmir, əvvəldən axıradək həmin 
dinlərə məxsus xüsusiyyətlər müvafiq rəqəmlərə şamil edilir. R.Əli-
yev şairin poemasına yazdığı şərhdə bildirir ki, «Vahid, yəni yeganə 
Allahdır. Üçlük – xristianlıqdır, onun inamını üç allah təşkil edir: ata 
tanrı, oğul tanrı İsus Xristos (İsa) və ana (Məryəm). İkilik (dualizm) 
– atəşpərəstliyin əsasını təşkil edir. Onlar dini təbliğ edir ki, allah 
ikidir: işıq, nur tanrısı – Ahur-Məzd (Hörmüzd) və qaranlıq, fəsad 
tanrısı Anhro-Manyu (Əhriman)» [8, 304]. 
Adi  danışıqda  və  folklor  ənənəsində  «bir»  rəqəmi Yaradıcının 
əlaməti sayılır və iki şəkildə təzahür edirdi: a) «Bir» çox hallarda 
Allah  kəlməsi  ilə  yanaşı  işlənirdi.  Səcdə  və  ehtiram  göstəriləndə 
«Bir olan tanrı...» qənaəti dildən düşmür. Eləcə də imkanlılardan pay 
umulanda «Bir olan Allah eşqinə! Yardım əlini uzat!» - deyilir. Kim-
sə başqasına güc tətbiq edəndə yenə «Bir olan Allah eşqinə...» - yal-
varışı köməyə çatırdı. b) «Bir» rəqəmi müstəqil işlənir və ayrılıqda 
sakrallıq xüsusiyyətini özündə əks etdirir: «Bir bölünməzdir» məsəli 
və  «Birin  gücü  çoxun  birliyindədir»  atalar  sözünün  ilkin  mifoloji 

35
məna tutumu Allahın təkliyinə əsaslanır.
Düşüncədə belə bir qənaət formalaşmışdır ki, «Allah var, ancaq 
gözə görünməzdir». Bu, hal-hazırda islam inancının dünyabaxışını 
əks etdirsə də, kökü çox dərin qatlara gedib çıxır. Diqqət yetirsək 
görərik ki, arxaik söyləmələrin və nağılların ilk cümləsində özünə 
yer alan «biri var imiş, biri yox imiş» təsviri ilk baxışda söz oyununu 
xatırlatsa da, bütün olmuşların əzəlini nişan verir və əslində iki mü-
lahizəni çatdırmaq məqsədi daşıyır: birincisi, «bir var!» və ikincisi, 
«bir yoxdur». Təbiidir ki, ibtidai görüşlərdə var olmaq – mövcudluq, 
daimilik, əbədilik demək idi, yoxluq isə gözəgörünməməzlik kimi 
anlaşılırdı (bu gün də elə anlaşılır) və hər ikisi birləşəndə ancaq yara-
dıcılara (qamçılıqda ruhlara, islamda Allaha) xas xüsusiyyət sayılır-
dı. Allahın əsas nişanələrindən biri məhz «yoxdan var olmaq», yəni 
heç nə yaranmamışdan qabaq da var olmaq idi. O da təsadüfi deyildir 
ki, nağıllarda «bir var, bir yoxdu» («biri varmış, biri yoxmuş») qə-
naətindən sonra «Allahdan başqa heç kəs yox idi» təsdiqi gəlir.
İki ilə xeyirlə şər, işıqla qaranlıq yaxşı ilə pis qoşalaşır və dün-
yanın əkslikləri doğulur. Lakin sakral rəqəmlərin mənşəyini öyrənən 
tədqiqatçılar çoxsaylı mülahizələri ümumiləşdirib belə qənaətə gəlir-
lər ki, bir sıra faktları təsdiqləyən amillər istisna edilsə, irəli sürülən 
mülahizələrdə bəzi sayların yaranma səbəbi tam açıqlanmır. Guya 
«iki», «dörd», «altı», «səkkiz» və s. rəqəmlərin müqəddəsləşdiril-
məsinin kökü qaranlıq, izahsız qalır. Onlar «Bəs bu sayların daşıdığı 
simvolik mənanın mənbəyini necə tapmalıyıq?» - sualını verməklə 
fikirləri dolaşığa salırlar. Unudurlar ki, bir sıra mədəni ənənələrdə, 
o cümlədən Azərbaycan folklorunda həmin rəqəmlər, xüsusilə «iki» 
«üç» və «yeddi»dən az rol oynamır. 
Duallaşan (qoşalaşan) -  «iki», «dörd», «altı», «səkkiz» rəqəmlə-
ri öz daxilində «əkizliyi» və əksliyi daşımaqla əslində qeyri-adiliyin 
mənbəyinə çevrilir. Təbiətdəki əks qarşılaşmalar - «gecə-gündüz», 
«işıq-qaranlıq»,  «isti-soyuq»,  «od-su»,  «ölüm-həyat»  və  s.  «iki»li 
Folklor, mifologiya, etnoqrafiya

36
DƏDƏ QORQUD ARAŞDIRMALARI
hadisələr, varlıqlar ulu əcdadın ən çox rastlaşdığı əksliklərdir, mifo-
loji-astral anlamda isə əkizlərdir. Dünyanın özünün cütləşdirilməsi 
(gerçək və kənar aləm) əkizliyin ən böyük mifik obrazlarını meyda-
na gətirmişdir.
Xalqımızın  əkinçiliklə  bağlı  əsgi  inanclarında  cütləşdirilmənin 
uğuru xüsusilə vurğulanır: «Bir küləş iki sünbül gətirərsə möcüzə-
dir» [3, 243]. – deyirlər. Fallarda da cüt uğura səbəb olan vasitədir: 
«Düyü ilə fala baxırlar. Bir qədər düyü götürüb sayırlar. Düyü cüt 
sayı ilə qurtarsa, xeyirdir, tək sayı ilə qurtarsa şərdir» [3, 244]. Ulu 
babalarımızın ovçuluqda və qoyunçuluqda uzun müddət istifadə et-
dikləri cütləmə adəti də «iki»nin sakrallaşması haqqındakı təsəvvür-
lərin qalıqlarıdır. Ə.Axundovun bildirdiyinə görə, çoban bir mahnı 
ilə sürü-sürü qoyunları cütləyib yoxlayır. İtib yoxa çıxan olursa, dər-
hal bilir. Ala kərə qoyunu görür, tayını gözləyir, ala kərənin tayını 
görəndə qara kürə qoyunun tayını gözləyir. Çoban hansı qoyun cütü-
nü görmək istəyirsə, tütəkdə onlara aid havanı səsləndirir. Öz «mah-
nısını» eşidən kimi qoyun cütü gəlib arxaca keçir. Adını çəkmədiyi 
qoyunlar dayanıb çobanı gözləyir. Bu minvalla qoyunların hamısını 
cüt-cüt yoxlayıb qurtarır [3, 247].
Duallaşan – (ikiləşən və qoşalaşan) varlıqların dünyanı birlikdə 
yaradıb  idarə  etməsi  haqqındakı  təsəvvürlər  qədim  atəşpərəstlərin 
inanclarının əsasında dururdu. Lakin təbiətdəki ikiliyi - əkizliyi və 
əksliyi ulularımız daha əski çağlarda duymuş və yazqabağı məra-
simlərinin içərisinə hopduraraq bu günədək yaşatmışlar.
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin