D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   2   3   4   5   6   7   8   9   ...   26

Folklor, Mifologiya, Etnoqrafiya
lardan gəlib analıq vəzifələrini yerinə yetirməklə meydandan çəkilir-
lər. Bu, bəlkə də Dünya mifoloji sistemlərində yeganə haldır. Sonra-
kı proseslərdə qadın tərəf tamamilə nəzərdən qaçırılır, yəni Oğuzun 
oğlanlarının kimlərlə evləndiyi barədə məlumat dumanlı qalır, ərlər 
bütün hallarda öndə gedirlər.
Faktlar göstərir ki, Azərbaycanda rəqəmlərin sakrallığı həmişə 
diqqət mər-kəzində olmuşdur. N.Gəncəvi XII yüzillikdə «Rəqəmlər 
rəmzinin taxtasında Nücuma aid bütün yazıları oxuduğunu» [13, 15] 
yazırdı. O, rəqəmlərin simvollaşması – sakrallığı barədə nücum el-
mindəki bilikləri dərindən mənimsəmiş və yaddaşlardan götürdüyü 
mifik görüşlər əsasında formalaşan müqəddəs saylar (1, 2, 3, 4, 5, 7, 
9) əsasında poetik fiqurlar yaratmışdır. «Bir» sayına canlı varlıq kimi 
müraciət  edərək  (şəxsləndirərək)  onu  mifopoetik  mənada  Allahla 
eyniləşdirmişdir: «Sayın əvvəlində (bütün) birincilərin birincisisən, 
İşlərin sonunda bütün axırıncıların axırıncısısan» [15, 17]. Şair Ya-
radıcının ikili xüsusiyyətini «birinci-axırıncı» arxetipik simvollarını 
qarşılaşdırmaqla üzə çıxarırdı. Çünki Tanrı mərhəmətli olmaqla bə-
rabər həm də qəzəbli və cəzalandıran idi. O, cənnətlə yanaşı cəhən-
nəmi  də  yaratmışdı.  Nizamiyə  görə,  tanrı  sayların  birincisi  və  ən 
böyüyüdür. Hər şeyin bünövrəsi Vahidlə qoyulmuş, bütün varlıqlar 
Vahiddən törəmiş və bütün yerdə qalan varlıqlar – rəqəmlər Vahidin 
ətrafında  daim  dolanmaqla  dünyanın  bütövlüyünü  təmin  etmişdir. 
Çox hallarda Nizaminin nəzərində «iki» «Avesta»dakı dualizmi mə-
nalandırdı. Şair dünyadakı əksliklərin bir-biri ilə əlaqələndirilməsin-
dən danışanda da «iki» rəqəminə üz tuturdu: «Ancaq nə edim ki, 
hava iki rənglidir, Fikir geniş, sinəm isə dardır» [15, 36].
Ümumiyyətlə, Nizaminin əsərlərində sakral rəqəmlərin işlək da-
irəsi çox genişdir. Müasirlərinin və özündən sonra gələn sənətkarla-
rın heç birinin yaradıcılığında onun qədər saylara müraciət edən, on-
ların sakrallığına söykənib fikrini daha obrazlı, anlaşıqlı ifadə edən 
olmamışdır. Bu səbəbdən də şairin poemalarının poetik strukturunda 
rəqəmlərin rolu və əhəmiyyəti ayrıca araşdırılmalıdır. «Xəmsə»dəki 

60
DƏDƏ QORQUD ARAŞDIRMALARI
rəsmi hissələrdə dini mövzulardan yazması, mədhnamələrdə hökm-
darları tərifləməsi, özü və ailəsi barədə məlumat verməsi qayəsinə, 
məramına görə bir-birindən tamamilə fərqli mövzular olsa  da, hər 
birində  məqam  düşən  kimi  fikirlərini  sakral  rəqəmlərlə  ifadə  et-
mişdir,  eləcə  də  ayrı-ayrı  məsnəvilərindəki  epik  təsvirlərdə  onlar-
dan poetik vasitə kimi gen-bol faydalanmışdır. Nizami Azərbaycan 
xalqının mifologiyasına, inanclarına bələdliyini nümayiş etdirməklə 
yanaşı miflərin qədimliyinə, zənginliyinə və əhatəliliyinə heyrətini 
gizlətməmişdir. O, deyirdi ki, «Yeddi xəzinənin [yeddi göyün] qa-
pısını [sən] açdın. Dörd gövhərə qədəm basdın...» Bəzən bir bey-
tində bir neçə sakral rəqəmi bir-biri ilə əlaqələndirməklə bütöv mif 
strukturunu yazı yaddaşına köçürürdü. Məsələn: «O, yeddi məclisin, 
doqquz beşliyin Yusifi, Həm zamanın valisi, həm də vəliəhdidir». 
Xristian və islam dünyasında Yusif haqqında çoxsaylı mifoloji əhva-
latlar yaranmışdır və Azərbaycanda onun möcüzələri barədə bu gün 
də xalq arasında əfsanələr dolaşmaqdadır. Yusif haqqında mifdə yed-
di, doqquz və beş rəqəmləri elə sakrallaşmışdır ki, Şərqin və Qərbin 
bütün mütəfəkkirləri öz yaradıcılıqlarında ona üz tutmaq məcburiy-
yətində qalmışlar. 
Məşhur «Məndə sığar iki cahan, mən bu cahana sığmazam» 
[16, 115] misrasını sakrallığın, mifopoetikliyin ən yüksək nümunə-
si hesab etmək olar. Təkcə Nəsimi (1369-1417) yaradıcılığı imkan 
verir ki, Azərbaycan mifologiyasının mükəmməl strukturlara malik-
liyindən  söz  açaq.  Diqqət  edin:  misrada  işlənən  ilk  birdə  (allahın 
zərrəsi olan insanda) iki (gerçək dünya və mənəvi dünya) yerləşir, 
lakin onun özü üçüncü birdə cisminə yer tapmır. Görəsən, nə səbə-
bə? Çünki birinci bir tək deyil, onda iki dünya yerləşməklə üçləş-
mişdir. Mifik görüşlərdə bir-üç bağlılığı qarşıdurmanın, ziddiyyətin 
zirvəsi sayılır. Əslində mifik anlamda üçdən başqa digər rəqəmlər 
(dünyanın  elementləri)  birin  (bütövün,  vahidin)  içərisində  əridilir. 
Eləcə də inanclarımıza görə, iki vahidi, yəni iki yaradıcını – iki dini 
idiologiyanı bir nöqtədə birləşdirmək mümkünsüzdür. Deməli, şair 

61
Folklor, Mifologiya, Etnoqrafiya
insanı allahlaşdırmağa təşəbbüs göstərir. Bu, türkün çox dərin qat-
lardakı Atalar kultundan gəlirdi və islama zidd mövqedə duran baxış 
idi. Digər tərəfdən, Nəsimi müsəlman görüşləri ilə tam razılaşırdı. 
Bəlkə bu səbəbdən çox ehtiyatlı tərpənirdi: kamil insanı tanrının özü 
ilə deyil, bir-iki mühüm xüsusiyyəti ilə (düşünmək və yaratmaq qa-
biliyyəti ilə) eyniləşdirirdi. 
Nəsimiyə qarşı din xadimlərinin etirazının mayasında o dururdu 
ki, şair Allahla üst-üstə düşən cəhətlərini verməklə İnsanın öz daxi-
lində real və mifik dünyalardan ibarət daha möhtəşəm bir aləm yarat-
dığını vurğulayırdı. Məhz bu mənada Nəsimi kamil, yetkin insanı da 
vahid sayır və onda ikini, daha doğrusu, iki biri yerləşdirmək istəyir. 
İki vahidi (iki yaradıcı anlamında) isə bir-birinə qovuşdurmağa heç 
bir qüvvənin qüdrəti çatmırdı. Təsadüfi deyil ki, Şərq münəccimləri 
və  astroloqlar  on  biri  (11)  ən  ziddiyyətli,  uğursuz  rəqəm  sayırlar. 
Çünki on birdə də - Nəsiminin irəli sürdüyü kimi, iki bir yanaşı iş-
lənir. Beləliklə, müəyyən çağlarda ulu əcdadın mifik təfəkkürü elə 
mərhələyə çatmışdır ki, o, adi danışığında, söyləmələrində rəqəm-
lərlə çatdırmaq istədiyi bütün hadisələri mifik dünya modelinin mey-
dana gəlməsi prosesinə uyğunlaşdırmışdır. Diqqət edin, əhvalatlar 
vahidlə  başlayır:  «Biri  varımış,  biri  yoxumuş,  allahdan  başqa  heç 
kəs yox imiş» [1, 149]. Sonra bir naməlum ölkə ilə ikiləşir, o ölkə-
nin padşahı (yaxud şahzadəsi, taciri, ovçusu, əkinçisi və s.) meydana 
gətirilməklə isə üçləşir: «Göyün altında, yerin üstündə bir şah oğlu 
var idi» [2, 73] və primitiv də olsa, mifik dünya modeli (allah-yer-in-
san) qurulur. Əksər nağıllarda başlanğıcda qoyulan 3 rəqəmi süjet 
boyu bütün hadisələri müşayiət edir: Padşahın bağındakı «alma ağa-
cı birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü 
gündə bar verərmiş» [12, 51]. Nəhayıt, üç oğul meydana atılır. Mey-
vələrin qorunmasına üç dəfə təşəbbüs edilir. Şahın oğlanları quyuya 
düşmək istəyirlər. Lakin böyük və ortancıl qardaşlar acizlik göstərir-
lər. Kiçik qardaş isə quyuya enib üç dev və üç qızla rastlaşır. Hər de-
vin ayağını üç dəfə xəncərlə dəlir. Üç gün, üç gecə onlarla vuruşur, 

62
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qələbə çalır və s. Rəqəmlərin mifoloji əsasları ilkin dünyagörüşünün 
məhsuludursa, hesab və hesablama strukturları nisbətən sistem halda 
bir  qədər  sonrakı  çağlarda  -  arxaik  mədəniyyətlərin  formalaşması 
başa çatanda meydana atılmış, bundan sonra saylar həm də gerçək, 
həqiqi mənada dərk olunmuşdur.
Ədəbiyyat
Azərbaycan dilində
1. Azərbaycan  mifoloji  mətnləri. Tərtib  edəni,  ön  söz  və  şərhlərin  müəllifi 
A.Acalov. – B., Elm, 1988, 196 s.
2. Azərbaycan xalq əfsanələri. Toplayanı və tərtib edəni S.Paşayev. – B., Ya-
zıçı, 1985, 286 s. 
3. Azərbaycan folkloru antologiyası, İki kitabda. İkinci kitab. Toplayanı və 
tərtib edəni Ə.Axundov. – B., Elm, 1968, 260 s. 
4. Çəmənzəminli Y.V. Xalq ədəbiyyatında bəşəri təmayüllər. Əsərləri. Üçüncü 
cild. – B., Elm, 1977, s. 57-62. 
5. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. Üçüncü cild. – B., Elm, 1977, 328 
s.  
6. Çəmənzəminli Y.V. Nağıllarımızı necə toplamalı. Əsərləri. Üçüncü cild. – 
B., Elm, 1977, s. 48-50. 
7. Əfsanələr. Qeydlər və şərhlər M.Seyidovundur. - B., Gənclik, 1986, 174 s.
8. Əliyev R. «Yeddi gözəl» əsərində qeydlər. N.Gəncəvinin «Yeddi gözəl» 
kitabı. – B., Elm, 1983, s. 294-356.
9. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. – B., Azərnəşr, 
1991, 296 s. 
10. Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri - B., Elm, 1988, 
265 s.
11. Kitabi-Dədə Qorqud. Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni. 
Ş.Cəmşidovun «Kitabi-Dədə Qorqud: tarixi, coğrafi, tekstoloji tədqiqat» kitabın-
da. – B., Elm, 1999, 678 s.
12.Nağıllar. Tərtib edəni N.Seyidov. Azərbaycan ədəbiyyatı inciləri. On iki 
kitabda. Birinci kitab. – B., Yazıçı, 1985, 506 s.
13. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə prof. R.Əliyevindir. –B., 
1981, 248 s.
14. Nizami Gəncəvi Yeddi gözəl. Filoloji tərcümə, izahlar və qeydlər prof. 

63
Folklor, Mifologiya, Etnoqrafiya
Rüstəm Əliyevindir. – B., 1983, 361 s
15.  Nizami  Gəncəvi.  İsgəndərnamə.  İqbalnamə.  Filoloji  tərcümə  filologiya 
elmləri doktoru Vaqif  Aslanovundur. - B., Elm, 1983, 650 s.
16. Nəsimi İmadəddin. Mən bu cahana sığmazam. Seçilmiş əsərləri. Tərtib 
edəni Ə.Səfərlidir. – B., Gənclik, 1991, 384 s.
17. Oğuznamələr. Tərtib edənlər: Kamil Vəli Nərimanoğlu və Fəxri Uğurlu. – 
B. Universiteti Nəşriyyatı, 1993, 92 s.
18. Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. – B., Gənc-
lik, 1994, 232 s. 
19. Sümər Faruq. Oğuzlar. Tarixləri. Boy təşkilatı, dastanları. – B., Yazıçı, 
1992, 432 s.
20. Tarix-i qezelbaşan («Qızılbaşlar tarixi). Fars dil. tər. M.Ə.Məhəmmədli-
nindir. – B., «Azərbaycan» nəşriyyatı, 1993, 48 s.
Rus dilində
21.  Бартольд  В.В.  Турецкий  эпос  и  Кавказ.  В  кн.  Книга  моего  Деда 
Коркута» - М., 1962, с. 5-11
22. Бахтин М.М. Формы времени и хронотопы. В кн.: «Эпос и роман». – 
СП б.: Издательство «Азбука», 2000, 304 с.
23. 143.Бахтин М.М. Вопросы литературы и эстетики. – М., Наука, 1975, 
246 с. 
24.  Гумилев  Л.Н.  История  народа  гунну.  В  2  книгах.  Книга  1.  –  ОО 
«Издательство АСТ», 2002,  404 с. 
25. Жирмунский. В.М. Избранные труды. Тюркский героический эпос. – 
Л., Издательство «Наука». Ленинградское отделение, 1974, 726 стр.
26. Кравцов Н.И. Сербскохорватский эпос, М.: Высшая школа, 1985, 273 
с.
27. Магия чисел / Ав.-сост. С.Г.Витошнев. – Мн.: ООО «Кузьма», 1999, 
512 с.
28. Лихачов Д.С. Поэтика древнерусской литературы. 3-е изд., доп. М., 
1979, 346 с. 
29. Маковельский А.О. Авеста. - Б., Азернешр, 1960, 221 с.
30. Фролов Б.А. Число в графике палеолита. - Новосибирск, 1974, с. 192.
31.  Хубяков  Ю.С.  Шаманизм  и  мировые  религии  у  кыр-гызов  в  эпоху 
средневековья. В кн. «Традиционные верования и быт народов Сибири. XIX 
– начало XX в. – Новосибирск: Наука, 1987, 204 с.

64
DƏDƏ QORQUD ARAŞDIRMALARI
РЕЗЮМЕ
Рамазан Kафарлы
ЕДИНСТВО-ХРОНОТОПЫ В МИФОЛОГИЧЕСКОМ 
КОНТИНУУМЕ (ПРОСТРАНСТВЕННО-ВРЕМЕННАЯ СИСТЕМЕ)
В  статье  впервые  анализируются  хронотопы  (единство  времени 
и  пространства)  на  основании  текстов  огузских  эпосов  «Деде  Горгуд»  и 
«Огузский каган».  Раскрывается мифологический континуум – особенности 
пространственно-временной  системы,  количественная  структура  мифо-
логической модели Мира в тюркско-огузском эпосе. 
Ключевые слова: мифологический континуум, хронотоп, временные 
топосы, тюркско-огузский эпос, сакральные цифры. 
SUMMARY*
Ramazan Kafarli
THE UNİTY İNSİDE MYTHOLOGİCAL  CONTİNUUM 
(THE SYSTEM OF PLACE AND TİME)
In this article khronotops (the unity of time and place) are on the basis of stead 
fast of «Oghuz» eposes - the book of «Dede Korkud» and the Kaghan of Oghuz. It 
is explained the importance of system of time, place. The quantity structure of the 
models of mythological world in turk-oghuz epos. It is generalized the interpre-
tations of holy figures which has been spread widely on the basis of mythological 
continuum people’s mythological meetings and it is shown their roles and functi-
ons in the building of Oghuz –Turk mythical world model.
Key words: Mythological  continuum, Khronotop, Time toposes, the epos of 
turk-oghuz, holy figures.
*Topludakı xülasələrin ilgilis dilinə tərcüməsinə və redaktəsinə “Dədə Qorqud” 
ETL-nın kiçik elmi işçisi Zemfira Abbasova məsuldur.

65
Folklor, Mifologiya, Etnoqrafiya
Pərixanım Soltanqızı 
filologiya elmləri üzrə fəlsəfə doktoru 
“DƏDƏ QORQUD KİTABI”NDAKI AT KULTUNUN
YAZILI ƏDƏBİYYATA TRANSFERİ
“At  kultu”  birdən-birə  meydana  gəlməyib.  Onun  kökü  tarixə 
söykənir. Məkanından asılı olmayaraq at insanların həyatında mü-
hüm rol oynayıb, sınaqlardan keçib. Ta qədimlərdən tarixi şəxsiyyət-
lər, sərkərdələr döyüş meydanlarına at belində getmiş, nizə, qalxan, 
qılınc, süngü, oxla düşmənə at belində zərbə endirmişlər. Zəfərləri at 
belində qazanmışlar. 
Xalqların savaş salnaməsinə nəzər salsaq görərik ki,  atçılıq in-
kişaf etdikcə hər bir xalqın döyüş meydanında  piyada qoşunlarla 
yanaşı atlı qoşunları da olmuş, sonra piyadaları getdikcə atlılar əvəz 
etmişdir. At sahibi ilə birləşmiş düşmənə hücum etmiş, məğlub ol-
muş, qalib gəlmiş, ölüb və öldürmüşdür. Döyüş meydanlarında atı 
öldürülmüş döyüşçü qanadı qırılmış şahinə bənzəyib. Atın döyüş və 
qələbə simvoluna çevrilməsi də elə bununla bağlanıb.
Azərbaycan xalqının həyatında, tarixində və mədəniyyətində at 
mühüm  rol  oynayıb. Azərbaycan  atçılığın  inkişaf  etdiyi  ən  qədim 
ölkələrdən biridir. Bu məkanda atçılığın yaranması və inkişafı son 
tunc və ilkin dəmir dövrünə təsadüf edir. Bu dövrdə atçılıq heyvan-
darlığın əsas sahələrindən biri olmuş məişətdə ondan tək minik kimi 
deyil, yük və qoşqu vasitəsi kimi də istifadə olunmuşdur. At totemi 
və ata sitayiş kimi ünsürlər bu dövrdə  meydana gəlmişdir. 
Atın sahibi öləndə atının onunla birgə basdırılması, atın qurban 
kəsilməsi, ölünün at dərisinə bükülərək dəfn olunması və s. bu kimi 
hallar adətə çevrilmişdir. Müsəlman aləmində bu adət ata olan ina-
ma köklənmişdir.  Müsəlman mühitindən fərqli olaraq xristian inan-

66
DƏDƏ QORQUD ARAŞDIRMALARI
cında ata münasibət bütün hallarda mənfidir. Xristian inancında ata 
müqəddəs varlıq kimi yox fəlakət, müharibə, aclıq, ölüm rəmzi kimi 
baxılmışdı.
“Tayfa başçılarına və üzvlərinə məxsus zəngin qəbir abidələrin-
də  Qarabağ  (Borsunlu,  Bəyimsarov,  Sarıçoban,  Xocalı,  Dovşanlı, 
Ballıqaya, Gəncə, Naxçıvan, Şahtaxtı, Mingəçevir, Xaçbulaq, Talış 
kurqanlarında böyük təmtəraqla müşayət olunan at dəfninə tez-tez 
təsadüf olunurdu ( 7, səh. 49). Sonralar atların şəxsləndirilməsi, atla 
bağlı meydana gəlmiş atalar sözləri ata olan inancdan yaranmışdı:   
At yürüyər, igid öyünər.
At minənindir, qılınc qurşananın.
At altımda büdrəməsin.
At igidin yaraşığıdır.
Ərsiz arvad, yüyənsiz at.
İgid at belində tanınar.
Atsız igid yürüyə bilməz.
At muraddır.
Atsız igidin ümidi olmaz.
At bəslənir, qız istənir.
Ata arpa, igidə plov.
At minərsən Allahı,
Atdan enərsən  atı unutma.
At addımına görə deyil,
Adamına görə yürür.
Ata yəhər gərək, yəhərə də ər gərək.
Atın suçunu onun yəhərində anlamalı.
İgid igidə at bağışlar.
Türkün ayağı üzəngidə gərək.
Qatıra baban kim demişlər,
Dayım atdır demiş. 
Qıratın yanında duran ya huyundan, 

67
Folklor, Mifologiya, Etnoqrafiya
 
 
 
ya suyundan.
Bu  gündə  at Azərbaycanda  inam  yeridir. At  dırnaqlarının  cibə 
qoyulması  və  cibdə  gəzdirilməsi,  at  nalının  qapıya  vurulması  ru-
zi-bərəkət rəmzidir. Yuxu yozmalarda at xeyir işin, murada çatmaq, 
işdə yüksəlmək, madiyyatın yüksəlişi və s. kimi simvolların daşıyı-
cısıdır. “Şərq xalqlarının inancında at daha çox od və işıqla əlaqələn-
dirilir. Müsəlman intibahına aid poeziyada vurğulanır ki, şəfəq atları 
çaparaq qaranlığı əridir, dan yeri ağarır, hava işıqlanır və dünya bir 
gün aydınlığa qərq olur. Bu kimi əski dəlillər təsdiqləyir ki, at bəşər 
oğlu ilə doğmalaşıb, kişilərə arvadı və oğlu qədər özünü istədə bil-
mişdir” (3, səh. 5).
Sonralar hər bir xalqın ata olan inamı, onun sirli, sehrli olması 
xalq  yaradıcılığında  qəhrəmanlarla  bağlı  əfsanələrdə,  dastanlarda, 
rəvayətlərdə və s. ədəbi lirik-epik növlərdə bədiiləşdi. Türk mifo-
logiyasına görə bugünkü at göydən enmiş,  insan yeyən heyvanla su 
ayğırının bir göldə döl tutmasından yaranıb.  
Atla ova çıxmaq, ov ovlamaq da türk mifologiyasına söykənir. 
Qobustanda daşın üzərində atı minən şəxsin maral ovlamasının təs-
viri,  qədim  zamanlarda    atdan  ov  ovlamaq  üçün  də  istifadə  olun-
duğunu təsdiqləyir. Bədii ədəbiyyatda atla ov etmə lövhələrinə rast 
gəlməyimiz bu faktdan irəli gəlir ki, bu da atla bağlı tariximizə (xü-
susilə heyvandarlıqdakı), adətlərimizə söykənir. “Nagahandan Oğu-
zun üzərinə bir sürdi keyik gəldi. Bamsı beyrək birini qova getdi. 
Qova-qova bir yerə gəldi”(1, səh. 54).        
Əfsanələrimizdə,  nağıllarımızda  və  dastanlarımızda  at  sahibi-
nin, qəhrəmanın xarakterinə, adına uyğun şəxsləndirilmiş. Məşhur 
sərkərdə   Atillanın  atı  ilə  bağlı  əfsanələrdə  onun  atının  adı  “Şim-
şək”lə şəxsləndirilmişdir. Bu ad Atillanın xarakterinə uyğun veril-
mişdir.  Onunla  bağlı  əfsanələrdə  Şimşəyin  nəhəng,  güclü  olduğu, 
ayağının dəydiyi yerdə ot bitmədiyi söylənilir. Bu Atillanın atının 
sürətinə işarədir və bu funksiyalarına görə prof. Ramazan Qafarlı-

68
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nınn qeyd etdiyi kimi sürətli, qaçağan olduğundan “Şimşək” adlan-
dırılmışdır.” Belə səsləndirilən qəhrəmanın xarakterinə uyğun, adına 
layiq, onu tamamlayan at adlarına Azərbaycan nağıllarında, dastan-
larında bir sözlə bədii ədəbiyyatın lirik-epik janrlarında da rast gəli-
rik. Məs. Boz at, Boz ayğır, Qazlıq at, Keçibaşlı  Keçər ayğır, Toqlı 
başlı Turu ayğır, Ağ-boz at, Təpəlaşqa ayğır, Gök bədəvi at (“Dədə 
Qorqud”), Qırat, Dürat (“Koroğlu”), Boz at (“Qaçaq Nəbi”), Şəb-
diz (“Xosrov və Şirin”), Qəmər, Şahbaz (“İki od arasında”), Qəmər 
“Dəli Kür” və s. xeyli belə nümunələr göstərmək olar. Bu heyvanla-
rın şəxsləndirilməsi ilə bağlı olaraq indiyədək əyalətlərdə bəzi hey-
vanlar (inək, camış, keçi, qoyun) bu adlarla çağrılır. Məs. Keçibaşlı, 
Təpəl, Qaşqay, Ala göz, Qonur göz və s.
Qoç Koroğlunun, Qaçaq Nəbini ələ keçirmək, qürurunu sındır-
maq, qanadını qırmaq məqsədilə hiylə yolu ilə Qırat, Bozat qaçırılır. 
Bu zaman onlar necə həyəcan, narahatçılıq, sarsıntı keçirirlərsə, atı-
nın quyruğu kəsilən Cahandar ağa da eyni anları daha doğrusu ondan 
da artıq yaşayır. Bəlkə də Qəmər qaçırılsaydı bir o qədər ona belə 
təsir etməzdi.
“Sonralar“  bərk  qasması,  aralıq  yerləri  tullanaraq  aşması  atı 
bir rəmz kimi göylərə qaldırmış, birbaşa Günəşlə əlaqələndirilmiş 
və Günəş arabasına qoşulan heyvan olaraq təqdim edilmişdir. Atın 
rəmzləşdirilməsində uzun müddət ikili xüsusiyyəti diqqət mərkəzin-
də saxlanılmış, bir tərəfdən işıq saçan ağ at Xızırın, həzrət  Əlinin xi-
laskarlıq, qəyyumçuluq funksiyasında əsas vasitəçi rolunu daşımış, 
digər tərəfdən isə qara rəngə bürünüb zülmətdə qanad açaraq fan-
tastik sürətliliyin, sakral gücün  (uzaq məsafəni bir göz qırpımında 
qət etməklə) daşıyıcısına çevrilmişdir” (3, səh. 5). Qəhrəmanlıq və 
məhəbbət  dastanlarında  ağ-boz  atlı  Xızır  bu  funksiyanın  daşıyıcı-
sıdır. O, bir göz qırpımında dara düşənlərin köməyinə gəlir. Onları 
düşdükləri  zülmət qaranlıqlardan xilas edir. Məhəbbət dastanlarında 
onun missiyası aşiqləri bir göz qırpımında mənzil başına çatdırmaq-
dır. Kitabda Xızır peyğəmbər Dirsə xan oğlu Buğac xan boyunda 

69
Folklor, Mifologiya, Etnoqrafiya
Buğacın köməyinə gəlir. Onun yarasını üç dəfə sığallayıb “Bu yara-
dan sana  ölüm yoxdır. Tağ çiçəgi anan südü sana  məlhəmdir”— (1, 
səh. 39) deyib yox olur. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən 
atların hər biri öz sahibləri ilə birgə qədim türk xalqının tarixinin 
və etnoqrafiyasının daşıyıcısıdır. Oğuz igidlərinin həyatı at belində 
keçib. Düşmən üzərinə at belində gedib, at belində qılınc oynadıb, 
ov ovlıayıb. 
“Dədə Qorqud kitabı” Azərbaycan xalqının tarixi, mədəniyyəti, 
milli xəzinəsi, mənəviyyatıdır. Tariximizdən gələn ata inanc, onun 
sirli, sehrli olması kitabda da öz əksini tapıb. Prof. Ə.Tanrıverdinin 
qeyd etdiyi kimi “eposda bunu təsdiqləyən detallar çoxdur.  Məsələn 
at sözü intensivliyi ilə seçilir, at sözünün iştirakı ilə yaranmış, bir 
sıra atalar sözləri və məsəllərə, deyimlərə təsadüf olunur, atlara ve-
rilən  adların  (zoonimlərin)  əksəriyyəti  qəhrəmanların  adlarına  uy-
ğunlaşdırılmış şəkildədir. Həm də bu tip zoonimlər qəhrəmanların 
antroponomik modellərində ləqəb kimi çıxış edir, at ən dəyərli hə-
diyyələrdən biri kimi təqdim olunur. At oğuz igidi üçün zərbə qüvvə-
si, həm də sədaqətli yoldaş, qardaşdır. Oğuz igidi yaralandıqda atının 
quyruğu kəsilir, öldükdə isə atı öldürülür və s”. (3, səh. 17) 
At  qəhrəmana  vəfalı  sədaqətli  dostdur.  Qəhrəmanın  sirdaşıdır, 
məsləkdaşıdır. Pünhan və pünhan qalmayan sirlərinin şahididir. Ağır 
və çıxılmaz vəziyyətdə qalanda onu qoruyandır. Sahibindən diqqət, 
məhəbbət istər. Əks halda əhilləşməz. At insan kimi dil anlayandır. 
Sahibini  başa  düşəndir.  Sahibi  tərəfindən  əzizlənəndə,  oxşananda 
başını  sahibinə  sürtər.  Ona  göstərilən  məhəbbətin  mehribanlığın 
qarşılığını verər. Sahibini onu gözləyən fəlakətdən, bəlalardan xə-
bərdar edər. Bu halda ayaqlarını yerə döyər, kişnəyər, vurnuxar, var-
gəl edər, qulaqlarını şəkləyər. Qəhrəman yatmış vəziyyətdə olarsa, 
başını onun qoltuğuna sürtər, əgər oyanmazsa təkrar bu hərəkətləri 
etməkdə davam edər. At sahibini səsindən belə tanıyır. Onunla öyü-
nür. Sahibi öləndə belinə heç kimi mindirmir. O, məkandan uzaq-
laşır. Oğuz xanlarının adətinə görə Beyrək toyundan öncə ox atır. 

70
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Oxun  sancıldığı  məkanda  toy  otağını  qurdurub  39  yoldaşı  ilə  ye-
yib-içib yatır.  Bundan xəbər tutan düşmən onu əsir götürür. Bir il 
əsarətdə qalan Beyrək qaçanda yolda düşmənin ilxısına rast gəlir. 
“Bir at bularsam, tutayım binəyim!” deyib  ilxını nəzərdən keçirəndə 
öz Dəniz qulunu, Boz ayğırı otlayan görür. “Boz ayğır dəxi Beyrəgi  
görüb tayandı  iki ayağının üzərinə turdu, kişnədi. At başını yuqarı 
tutdu, bir qulağını qaldırdı, Beyrəgə qarşı gəldi. Beyrək at köksin 
qucaqladı. İki gözün öpdi.  Sıçradı bindi” (1, səh. 60).  Bu epizoda 
oxşar motivlərə “Koroğlu”, “Qaçaq Nəbi” dastanlarında, “Dəli Kür” 
romanında da rast gəlinir. “Qırat Koroğlunun səsini eşitcək, az qaldı 
ki, tövləni başına götürsün. Elə oynadı, elə oynadı ki, gəl görəsən... 
At Koroğlunu görəcək elə kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə 
gəldi”. Koroğlu qucaqlayıb atın üzündən-gözündən öpüb duz kimi 
yalamağa başladı. Qırat da burnunu onun qoynuna, qoltuğuna soxub 
elə iyləyirdi  ki, elə bil inək balasını iyləyir” (8, səh. 151). “At Nəbi-
nin hənirini alan kimi bərkdən kişnədi. Nəbi onu qucaqlayıb gözlə-
rindən öpdü”. (9, səh.199)
“At həmişə Cahandar ağanın ayaq tappıltısını eşidəndə bərkdən 
kişnəyərdi, irəşməni dartıb ora-bura qaçar, sonra da dal ayağı üstün-
də şahə qalxıb dayanardı. Ancaq bu dəfə tərpənmədi. Cahandar ağa 
mıxçanı yerdən çıxartdı. İrəşməni yığdı və atın yanına gəldi. Onun 
belini  sığalladı.  Nədənsə,  lap  fağırlayıb.  Süst  düşən  atın  boynunu 
quçaqlayıb üzündən öpdü”  (9, səh. 305) 
“Atsız igidin ümidi olmaz”. Oğuz igidlərinin başına elə nə gə-
lirsə mindiyi atın belindən düşüb bərk yuxuya gedəndə gəlir. Onlar 
döyüş zamanı nə qədər möhkəm əzəmətlidilərsə yuxuları da  bir o 
qədər möhkəm olur. Atlarının kişnəməsi, ayaqlarını yerə bərk döy-
mələri də onları oyada bilmir. Bunu bilən yağı düşmən igidləri yat-
mış vəziyyətdə, bir də hiylə işlətməklə ələ keçirə bilirlər. Düşmən 
Qazan xanı, Bamsı Beyrəyi yatmış vəziyyətdə ələ keçirmişdi. Aruz 
Beyrəyə sifariş göndərib Qazana qarşı onunla birgə olmağa çağırıb, 
hiylə işlədir, onu razı salmayanda öldürtdürür. Qaçaq Nəbi də atının 

71
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin