D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

Onomastika, Dialektologiya, Etimologiya

162
DƏDƏ QORQUD ARAŞDIRMALARI
üçün xarakterik deyildir. Bu felə Türkiyə türkcəsində daha çox rast 
gəlinir. Nümunədə qarşılaşdığımız qıl(maq) feli də müasir dilimiz 
üçün demək olar ki, arxaikləşmiş cəmi bir-iki sözün tərkibində qal-
mışdır. Məs.; namaz qılmaq, səcdə qılmaq və s.
Poemanın dilində qıl(maq) felinin isimlərə qoşularaq feli xəbər 
əmələ gətirdiyi bir neçə məqamla rastlaşırıq:
Gərəyincə bulardan aldılardı,
Gerü getməgə niyyət qıldılardı (3, 30).
Xəzinədar malı dərdi və buladı,
Geri yerli yerincə şükri qıldı (3, 35).
Aytdı kətxuda danla gələyin, 
Tapın nə kim buyurursa qılayın (3, 41).
Çün axşam irişbən gün tolundu,
Qamu dağlar başı yavı qılındı (3, 41).
Kişi gönlündəkin kişi nə bilə,
Nə var içində məgər fitnə qıla 
Mübarək dügün edib başlayavuz (3, 44).
Ana görə işimiz işləyəvüz (3, 44).
Şəhər kətxudasına der bilirvən
Özün yaxşı kişi dövlət olurvən (3, 40).
Saqın bu razı kimsəyə deməgil,
Bu sözü kimsəyə faş eyləməgil (3, 55).
Güləndam qatına gəldi sordu
Güləndam halın ona edüverdi.
Güləfrüx der: bıçaq sögügə irdi,
Nə səbr edəm, çü fürsət ələ girdi (3,67).
Sonuncu  cümlədəki  feli  xəbərlərin  ifadə  vasitələri  maraqlıdır. 
Xüsusən də fürsət ələ girdi xəbərinin frazeoloji birləşməsinin bıçaq 
sögügə (sümüyə) irdi cümləsinin feli xəbəri olan irdi (yetişdi) sözü 
ilə qafiyə təşkil etməsi bir tərəfdən qafiyə yaradırsa, digər tərəfdən 
sözün leksik məna yükünün digəri ilə uyğunlaşmasında fərqlilik ya-
radır.

163
Dedi ki, ey kərim, xeyr et düşümi
Gönüldən sən gedirgil təşvişümi (3, 102).
Poemada diqqətimizi cəlb edən xüsusiyyətlərdən  biri də felin şə-
killəri ilə bağlı bir neçə morfoloji əlamətləri kimi çıxış edən xəbərlik 
şəkilçiləri:  -ayın, -əyin; -ayım, -əyim (I şəxs təkdə); -avuz, -əvuz; 
-alım, -əlim (I şəxs cəm); qıl (II şəxs tək), -vən (II ş.tək) şəklində, 
müasir ədəbi dildən fərqli işlənir. Poemanın dilində ismi xəbərlərin 
işlənmə rəngarəngliyinə rast gəlirik. “Dastani-Əhməd Həramı” poe-
masında işlənmiş ismi xəbərlərin  bəzilərinə diqqət yetirək: 
Zira kim dilləri söylədən oldur,
Aanın hikmətləri qullara boldur (s.19)
Anın dil zikrini etmək gərəkdir
Anın doğru yolun getmək  gərəkdir (s.20)
Əbubəkir, Ömər, Osman, Əlidir,
Eyi diriliklidir bunlar vəlidir (3, 201).
Nə var tanrı bir isə iş ikidir
Ölüm dedikləri sonmu ikidir (3, 30).
Dedi kim, ey kərim qüdrət sənindir
Təalallah, qamu hikmət sənindir (3, 34).
Dürüst gəldi malım hərgiz kəmi yox,
Qamu yerli yerincə əskigi yox (3, 36).
Məgər kim bu bir iqlimin bəgidir,
Sanırmısız bunu bizim biğidir (3, 39).
Bəlli  olduğu  kimi  müasir  dildə  ismi  xəbərlər  sifət,  isim,  say, 
əvəzlik, zərf, I, II və III növ ismi birləşmələr, məsdər və feli sifgət 
tərkibləri, predikativ sözlərlə ifadə olunur. “Dastani-Əhməd Həra-
mi” poemasında da ismi xəbərlərin ifadə vasitələri müasir Azərbay-
can dilində işləndiyi formadadır. Məsələn, “Əlidir” rəvadır (isim), 
“boldur” (sifət), “ikidir” (say), “sənindir”  (əvəzlik), “iqlimin bəgi”, 
“bizim bigidir” (III növ ismi birləşmə) və s. İsmi xəbərlərdən “yox-
Onomastika, Dialektologiya, Etimologiya

164
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dur”, “gərəkdir” xəəbərləri predikativ sözlərlə ifadə olunmuşdur.
Qeyd olunan ismi xəbərlərdən   “iqlimin bəgidir”, “bizim bigidir” 
xəbərləri quruluşca mürəkkəb xəbərlərdir.
Cümlənin baş üzvü kimi xəbər cümlə üzvünün “Kitabi-Dədə 
Qorqud” dastanında da  geniş ifadə vasitələrinə rast gəlirik. “Ki-
tab”ın  dilində  işlənmiş  xəbər  cümlə  üzvünü  ifadə  olunma  baxı-
mımdan hər iki növünə - həm isim, həm də feli xəbərlərə rast gəli-
rik. “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş feli xəbərlərin bir 
neçəsinə nəzər salaq:
Toğan quş oluban uçaynımı?
Saqalınla boğazından tutayınmı?
Ğafillücə sənin başın mən kəsəyinmi?
Alaca qanın yer yüzinə tökəyinmi?
Qara başın tərkiyə asayınmı? (3, 115).
Nümunədə işlənmiş feli xəbərlər felin əmr şəkli ilə ifadə olun-
muşdur. Maraqlıdır ki, qeyd olunan cümlələrin mübtədalar I şəx-
sin təkində olduğu halda xəbərlər II şəxsin cəm şəkilçisini qəbul 
etmişdir.
“Kitab”da felin digər şəkilləri ilə ifadə olunan feli xəbərlərə də 
rast gəlmək mümkündür. 
Ğafillə görklü başın kəsdirdinmi?
“Qadın ana, bəg baba” deyü
                           bozlatdınmı?
Sən gəlürsən, bir bəbəgüm görünməz
Bağrım yanar (2, 14) – xəbər şəkli
Yügrək olsa, yarışsam, güclü olsa, görüşsəm
Haq Taala inayət eyləsə, Üç canvəri öldürsəm
Gözəllər sərvəri Sarı donlu Selcan xatunu alsam.
Atam anam evinə dönsəm (2, 107) - şərt şəkli
Qadir qorsa, yapam-yığam
Göz qaçuban könül alan görklüsinin

165
Onomastika, Dialektologiya, Etimologiya
                                       boynın öpəm.
Yağrınında qalqan oynar babasının
Qadir qorsa, başın kəsəyim  (2, 106).
Qonur atın sürücdirəsən
Savaşdügin vaqtın kəndüni tutdurasan
Ğafillücə gözəl başın kəsdürəsən (2, 88) – arzu şəkli
“Dədə Qorqud” dastanında ismi xəbərlərin işlənmə məqamlarına 
diqqət yetirək:
Sənün bir Tanrın varsa,
mənüm yetmiş iki bütxanam var! (2, 143).
Qanlu Oğuz ellərində dərnək var imiş (2, 146).
Mərə qavat, mənim babam Bayındır xan degilmidir.
Ağ-boz ata binən ol yigit nə yigitdir (2, 159).
                            kimün nəsidir (2, 161).
 Ağ saqqalu Baban adı nədir (2, 132).
Altundağı Al ayğırı bilürüz Bəkilindir
                         Bəkil qanı?
Əgər Bəkil bunda imiş isə (2, 142).
Yucalardan yucasan yuca Tanrı!
Kimsə bilməz necəsən
                     Görklü Tanrı ( 2, 143).
Çox zamanmış “Əgrək” deyərlər, 
   
bir yigit tutsağmış (2, 143).
“Dədə Qorqud”  dastanında xəbər cümlə üzvünün adlarla ifadəsi 
feli xəbərlərə nisbətən azlıq təşkil edir. Abidələri müqayisə etdikdə 
belə bir nəticəyə gəlmək olur ki, hər iki əsərdə xəbər cümlə üzvü 
istər ifadə imkanları, istərsə də qrammatik cəhətdən  formalaşmış 
haldadır.  Hər  iki  abidənin  dilində  xəbər  cümlə  üzvünün  ifadə  va-
sitələri  genişdir,  onların  formalaşmasında  iştirak  edən  qrammatik 
ünsürlər də tam formalaşmışdır. Bu səbəbdən də abidələrin dilində 
xəbər cümlə üzvünün formalaşması müasir dildə olduğu kimi, bu və 

166
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ya digər şəxsə aid olması üçün cümlədə mübtədanın iştirakı vacib 
sayılmır. Burada həlledici rolu şəxs-xəbərlik şəkilçiləri oynayır.
Ədəbiyyat
1. Q.Kazımov. Azərbaycan dilinin tarixi, Bakı, 2003.
2. “Kİtabi-Dədə Qorqud. əsl və sadələşdirilmiş mətnlər. Bakı, 2004.
3. Dastani-Əhməd Hərami. Bakı, 2004.
4. Ə.Tanrıverdi. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 2010.
5. Y.Seyidov. Əsərləri, On beş cilddə, III cild, Nəsiminin dili, Bakı, 2007.
6. B.Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, 2013.
7. Ə.Z.Abdullayev, N.Q.Cəfərov, Y.M.Seyidov, A.Q.Həsənov. müasir Azər-
baycan dili, IV hissə, Sintaksis, Bakı, 2009.
8. Dədə Qorqud araşdırmaları. Bakı, 2012.
SUMMARY
Bahram Mammadov 
The syntactical features in the work of “Kitabi-Dede Korkud” and 
“Dastani-Ehmet-Harami” (Tha main parts of sentences)
In this research work is researched the main parts of the sentence in historical 
monuments. The historical development directions are identified.
РЕЗЮМЕ
Бахрам Мамедов
Общие синтактические особенности произведений “Книга-моего 
Деда Коркуда” и “Дастани Ахмед Харами” ( на базе главных членов 
предложений этих памятников )
В  работе  выявляются  особенности  использования  главных  членов 
предложения  в  исторических  памятниках  Азербайджанского  языка. 
Исследуются стадии исторического развития подлежащего и сказуемого.

167
Onomastika, Dialektologiya, Etimologiya
Murad Seyidov,
ADPU-nun “Dədə Qorqud elmi-tədqiqat 
laboratoriyası”nın kiçik elmi işçisi 
“KİTABİ-DƏDƏ QORQUD” DASTANI VƏ 
“DASTANİ-ƏHMƏD HƏRAMİ” POEMASININ ORTAQ 
LEKSİK XÜSUSİYYƏTLƏRİ
(Müasir dilimizin lüğət tərkibi ilə müqayisədə)
Anadilli ədəbiyyatımızın ən qədim qaynaqlarından biri olan “Ki-
tabi-Dədə Qorqud” dastanı özünün zəngin universal keyfiyyətləri ilə 
seçilir. Dastanda kifayət qədər tarixi, etnoqrafik, mifoloji, coğrafi, 
bədii, linqvistik faktorlar mövcuddur. Dastanın universal keyfiyyəti 
də elə onun bu cəhətləri ilə şərtlənir. Buna görə də dastan tədqiqa-
ta cəlb olunduğu ilk dövrlərdən dilçilərlə yanaşı, bir çox tarixçi və 
ədəbiyyatşünas alimlərin də diqqətini cəlb etmiş, bu xüsusda kifayət 
qədər elmi tədqiqat əsərləri yazılmışdır.
Xüsusilə, Azərbaycanın müstəqil bir dövlət olaraq mövcud oldu-
ğu son 22 il ərzində bu tədqiqatlar daha da intensivləşmişdir.
Lakin dastan nə qədər elmi tədqiqata cəlb edilsə də, bu barədə nə 
qədər fikirlər söylənsə də bu şah əsərin hər dəfə yenidən işlənilmə-
sinə, elmi araşdırmalar süzgəcindən keçirilməsinə ehtiyac yaranır.
“Kitabi-Dədə Qorqud” dastanı özünün zəngin leksik xüsusiyyət-
ləri ilə fərqlənir. Buna görə də ilk öncə onun leksik xüsusiyyətlərini 
tədqiqata cəlb etməyi qarşımıza məqsəd qoymuşuq. 
Xüsusilə onu anadilli ədəbiyyatımızın digər qədim yazılı qaynaq-
ları ilə tutuşdurduqda ortaya daha maraqlı nəticələr çıxır. Biz ilkin 
tədqiqat  olaraq  dastanın  lüğət  tərkibini  “Dastani-Əhməd  Hərami” 
poemasının leksik tərkibi ilə müqayisə etmək istərdik. Bu məqsəd-
lə bir sıra maraqlı faktları nəzərdən keçirmək daha məqsədəuyğun 

168
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olardı.
Dastanda qıl (“tük”), qılağuz (“bələdçi”), qılıc (“qılınc”), qılmaq 
(“etmək”) sözləri mövcuddur ki, həmin sözlər eyni ilə “Dastani-Əh-
məd Hərami” poemasında da işlənməkdədir. Məsələn: Qıl sicim ağ 
boynına taqalım (14, s. 33); Məhəmmədin sağ yanında namaz qı-
lan (14, s. 21); Məanidə qılı iki biçənlər (yəni mənada tükü tükdən 
seçənlər – M.S.Seyidov), Dilindən daima gövhər saçanlar (23, s.19); 
Olursa həqq-taaladan inayət, Qılam (yəni edəm - M.S.Seyidov) bu 
qissəyi bir-bir inayət. (23, s. 22); Gəlin, barı bu gün söhbət qılalım 
(yəni edək - M.S.Seyidov) (23, s. 19); Nələr qılır (yəni edir - M.S.
Seyidov) görün bu çərxi-qəddar, Qılır (yəni edir - M.S.Seyidov) dər-
də necələri giriftar. (23, s. 64).
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanında qılınc sözü yal-
nız bir formada - qılıc kimi işlənir. “Dastani-Əhməd Hərami” poe-
masında isə bu söz iki formada – həm qılıc, həm də müasir dilimizdə 
səsləndiyi kimi, qılınc formasında işlənir. Məsələn: Qılucumdanmı 
gördi, süfrəmdənmi gördi (14, s. 24); Qara polat uz qılıcum əlümə 
alayımmı? (14, s. 26); Qılıcunı nə ögərsən, mərə kafir (14, s. 39); 
Qara polat uz qılıcın vergil mana (14, s. 43); Qılıcından saparım yoq! 
(14, s. 156); Qılıc salsa bir ərə təpinəydi (23, s. 23); Şoluqdəm belinə 
qılınc quşandı (23, s. 29); Qılınc ilə çün anı dəxi yıxdı (23, s. 32).
Qeyd etmək lazımdır ki, qıl sözü qədim söz köküdür. Günümüz-
də bu söz öz izlərini qıl (et, elə), qıl (tük) sözlərində qoruyub sax-
lamışdır. Müasir Azərbaycan dilinin lüğət tərkibində hər iki sözün 
mənası daralmışdır. Belə ki, bu gün dilimizdə qıl (et, elə) sözü ancaq 
namaz qılmaq ifadəsində öz izini qoruyub saxlamışdır. Qılınc sözü 
də  bu  qəbildəndir.  Qıl  (tük)  sözü  isə  “razı  olmaram  ki,  qılına  bir 
zərər gəlsin”, “ələkçinin qıl verəni”, “qıl körpüsü” kimi ifadələrdə 
daşlaşmışdır.   
“Kitabi-Dədə Qorqud”da “axar su, dənizə tökülən axar su, çay” 
mənasını ifadə edən ırmaq sözü işlənir. Bu söz cüzi fonetik dəyi-

169
Onomastika, Dialektologiya, Etimologiya
şikliklə irmaq formasında “Dastani-Əhməd Hərami” poemasında da 
işlənir. Eyni zamanda, hər iki abidədə irmaq sözü ilə eyni mənşədən 
olan  ir(mək),  iriş(mək),  iraq  sözləri  işlənir.  Bundan  başqa,  “Kita-
bi-Dədə Qorqud”da irgür(mək), “Dastani-Əhməd Hərami” poema-
sında isə iral(maq) sözləri işlənmişdir. Nümunələrə diqqət yetirək: 
Qova-qova  könül  dünyaya  irdi  (23,  s.  20);  İrərlər  İsfəhan  şəhrinə 
bir gün (23, s. 60); Məgər mədəd irişə Mustafadan (23, s. 21); Çün 
axşam irişbən gün tolundu (23, s. 41); Anın hikmətlərinə əql irişməz 
(23, s. 19); Ol ucdan mənzilə irəməyəvüz (23, s. 31); Nə zahirdir o 
kim  gözdən  iralmaz  (23,  s.  20);  Boğuldum  qaldım  uş  irmağ  için-
də.  (23,  s.  65)  Qeyd  etmək  lazımdır  ki,  bu  sözlərin  kökü  ir(mək) 
müstəqil feli, hətta məsələyə bir qədər də dərindən yanaşsaq, ir sink-
retik söz köküdür. (5)
Hər iki abidədə ir(mək), iriş(mək), irgür(mək) sözləri “çatmaq”, 
“qovuşmaq”  mənalarında  işlənmişdir.  Qeyd  etmək  lazımdır  ki,  ir 
kökü qədim sinkretik söz köküdür və müasir dilimizin lüğət tərki-
bində bu söz y(er) ismində, iri sifətində, irəli, iraq zərflərində, y(er)
imək, yüy(ür)mək fellərində, həmçinin bu nitq hissələrindən yara-
nan bütün söz, söz birləşmələri və ifadələrdə öz izlərini qoruyub sax-
lamışdır.
Poemada işlənən iral(maq) sözü isə fel olaraq “ayrılmaq” mə-
nasını ifadə etmişdir. Yaxud hər iki abidədə “uzaq” mənasını ifadə 
edən iraq//ıraq sözü mövcuddur. Qeyd etmək lazımdır ki, hər iki söz 
eyni mənşəlidir və ir sinkretik kökü ilə əlaqədardır. Burada bir cəhət 
diqqətimizi cəlb edir. İral(maq) feli və iraq zərfi ir(mək) felinə -al və 
-aq şəkilçilərinin artırılması ilə ona əks mənalı sözlər kimi yaranmış-
dır. Müqayisə edək: İr (çat, qovuş) + al (şəkilçi) = iral (ayrıl), yaxud 
ir (çat, qovuş) + aq (şəkilçi) = iraq (uzaq).
İr kökü ilə eyni mənşədən olan irmaq//ırmaq sözünü isə etimoloji 
baxımdan bu cür izah edə bilərik: Yuxarıda qeyd etdiyimiz kimi ir 
sinkretik söz kökü olaraq tarixən “çatmaq”, “qovuşmaq”, “ayrılmaq” 

170
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mənalarını öz semantik tutumunda ehtiva etmişdir. İrmaq//ırmaq sö-
zündə ir sinkretik söz kökünün məhz birinci əsas mənası - “çatmaq”, 
“qovuşmaq”  mənası  öz  izlərini  qoruyub  saxlamışdır.  Müqayisə 
edək: İrmaq//ırmaq – çatan, qovuşan, axan, dənizə tökülən su, çay. 
Məlumdur ki, axmaq, tökülmək kimi çatmaq, qovuşmaq xüsusiyyət-
ləri də suya aiddir.
“Kitabi-Dədə Qorqud”da diqqəti cəlb edən sözlərdən biri də ay-
maq felidir. Bu söz də tarixi kökləri etibarilə qədim olmaqla ay sink-
retik söz kökündən törəmişdir. Qeyd etmək lazımdır ki, aymaq feli 
dastanda olduqca aktiv işləkliyi olan qədim söz – fel kimi çıxış edir. 
Qədim yazılı qaynaqlarımızdan biri olan “Kitabi-Dədə Qorqud” 
dastanında bu söz kökü “demək” mənasını ifadə edən ayıtmaq for-
masında  işlənmişdir.  Məsələn:  Qorqut  ata  ayıtdı:  “Axır  zamanda 
xanlıq gerü - Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman 
olub qiyamət qopınca” (14, s. 19); Ayıtdılar: “Xanım, bu gün Ba-
yındır xandan buyruq şöylədir kim, oğlı-qızı olmayanı Tanrı Taala 
qarğayıbdır, biz dəxi qarğarız, demişdir” – dedilər (14, s. 25). Bu 
söz kökü eposda bir çox hallarda aydır formasında da işlənmişdir. 
Məsələn: Dirsə xan yerindən uru durdı, aydır: “Qalqubanı, yigitlə-
rim, yerünizdən uru durun, bu qərayib bana ya bəndəndir, ya xatun-
dandır”, - dedi  (14, s. 25).
Aymaq feli “Dastani-Əhməd Hərami” poemasında da eyni dərə-
cədə aktiv işləkliyə malikdir. Poemada bu fel aytdı, ayıtdı, aydır, ay-
dun, aydın, aydam kimi bir çox formalarda işlənmişdir. Nümunələrə 
diqqət  yetirək: Aytdı  kətxuda  danla  gələyin  (23,  s.  41); Aytdı:  nə 
əcəb söz söylədiniz (23, s. 47); Ayıtdı (kim) əgər diri qalırsam (23, 
s. 58); Sevindi, aydır; imdi neyləyəlim (23, s. 45); Şəhənşah aydir 
kim dəstur verəyim (23, s. 58); Nə deyisər bizi, aydun eşidən (23, s. 
70); Güləfrux aydın: ana, göstər anı (23, s. 80); Nə aydam ki, necə 
düzdilər anı  (23, s. 96)
 “Kitabi–Dədə Qorqud”un lüğət tərkibi özünün zənginliyi ilə se-

171
Onomastika, Dialektologiya, Etimologiya
çilir. Dastan dilinin leksikasını təşkil edən sözlərin bəzilərinin kökü 
şəffaf olsa da, bəzilərində kök və şəkilçinin sərhəddini müəyyənləş-
dirmək çox çətindir. Eyni asemantik kök bir пеçə sözdə müşahidə 
olunur” (5, s. 113). “Kitabi-Dədə Qorqud”da işlədilən belə sözlərdən 
biri də “söz-söhbət”, “şayiə” mənalarını ifadə edən və aymaq sözü ilə 
mənşə etibarilə bağlı olan aydına sözüdür. Nümunəyə diqqət yetirək: 
ulu-kiçi qalmaya, - söz aydına, qarı-qoca qalmaya, - qu aydına. (14, 
s.. 111). Fakt göz önündədir: Aydına sözü bizə belə deməyə əsas ve-
rir ki, həmin sözün əsasında ay sinkretik kökü və onun “danışmaq”, 
“səs çıxartmaq” mənası dayanır. Lakin bu gün nə ədəbi dili¬mizin 
lüğət  tərkibində,  nə  dialekt  və  şivələrimizdə,  nə  ümumtürk  yazılı 
abidələrində, nə də qohum türk dillərində bu sözə eyni anlamda rast 
gəlmirik. Buradan belə bir nəticəyə gəlirik ki, ay sinkretik kökünün 
“söz-söhbət”, “şayiə” mənası yalnız yazılı abidələrimizdə öz izini 
qoruyub saxlamışdır. Bu da yəqin ki, dilimizin türk dillər ailəsindən 
fərqlənən  özünəməxsus,  spesifik  cəhətidir,  sözyaratma  vasitəsidir. 
Lakin bu fakt eyni zamanda onu göstərir ki, aydına sözü ortaq türk 
dilinə məxsus olan ay sinkretik kökünü özündə qoruyub saxlamışdır.
Maraqlı faktlardan biri də budur ki, bu gün dilimizin lüğət tər-
kibində “deyişmək”, “höcətləşmək” mənalarını ifadə edən atışmaq 
felinə  yazılı  qaynaqlarımızda  aytışmaq  formasında  rast  gəlirik. 
Məsələn,  “Kitabi-Dədə  Qorqud”un  lüğət  tərkibində  “deyişmək”, 
“höcətləşmək” mənalarını ifadə edən aytışmaq feli mövcuddur. Bu 
gün dilimizin lüğət tərkibində işlənən atışmaq sözünün mənaları isə 
Azərbaycan dilinin izahlı lüğətində aşağıdakı kimi izah edilmişdir: 
Atışmaq qarş. 1. Qarşı-qarşıya durub, bir-birinə güllə atmaq. [Mah-
mud] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır 
(Ə.Haqverdiyev). Adamlar  həmişə  qorxurdular  ki,  bu  saat  [qoçu-
lar] аtışacaq və arada yoldan keçən təqsirsiz adamlara güllə dəyə-
cək (H.Sarabski). // Vuruşmaq (odlu silahla). Midhət nəinki yaxşı 
və məharətlə uçmağı, bəlkə düşmən təyyarələri ilə sərrast atışmağı 

172
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da bacarır (Ə.Vəliyev); 2. Atışda, nişançılıqda yarışmaq; 3. məсəza 
mənadan. Bir-birinə ağır sözlər demək, söyüşmək, dalaşmaq. Onlar 
bir-biri ilə bərk atışdılar. Qonşulardı - atışırlar (3, s. 161).
Bu zaman heç bir şübhə olmadan deyə bilərik ki, “Kitabi-Dədə 
Qorqud”un lüğət tərkibində “deyişmək”, “höcətləşmək” mənaların-
da işlənən aytışmaq feli bu gün dilimizin lüğət tərkibində (daha çox 
danışıq dilində) işlənən və təxminən eyni mənaları ifadə edən atış-
maq felidir.
Qədim  tarixə  malik  olan  sinkretik  köklərin  tarixi  inkişaf  pro-
sesləri  nəticəsində  semantik  və  fono-semantik  dəyişmələrə  məruz 
qalması  zamanı  həmin  köklərə  müxtəlif  qrammatik  ünsürlərin  bi-
rikməsi və sonrakı inkişaf mərhələlərində sinkretik köklərlə birlikdə 
asemantikləşməsi və leksikləşməsi prosesi dilimizin lüğət tərkibində 
tədricən yeni-yeni sözlərin əmələ gəlməsinə səbəb olmuşdur. Həmin 
sözlərin tərkib hissələrinə, yəni kök və şəkilçiyə bölünməsi və on-
ların tarixi formalarının bərpa olunması prosesi isə olduqca gərgin 
linqvistik təhlil tələb edir. Belə ki, xüsusi tədqiqat nəticəsində əv-
vəlcə həmin sözlərin əsasında duran sinkretik köklər müəyyənləş-
dirilməlidir. Yalnız bundan sonra həmin sinkretik köklərə birikmiş 
qrammatik ünsürləri müəyyənləşdirmək və onların işləndikləri döv-
rdə hansı funksiyanı daşıdığını müəyyənləşdirmək olar. Bu barədə 
B.Xəlilov  qeyd  edir:  “Tarixən  qovuşuq  leksik  səciyyə  kəsb  etmiş 
sinkretik söz kökləri semantik və fono-semantik inkişaf ilə bağlı ola-
raq həm leksik, həm də qrammatik xüsusiyyətləri də özündə birləş-
dirmişdir. Beləliklə, müəyyən müddətdən sonra sinkretik söz kökü, 
onun  mənası  və  qrammatik  xüsusiyyətləri  leksikləşmişdir.  Məhz 
ona görə də leksikləşmiş sinkretik köklərin, qrammatik ünsürlərin 
sərhəddini müəyyənləşdirmək üçün tarixi Ieksikologiyanın tədqiqat 
metodlarına istinad etməli və onun imkanlarından müvəffəqiyyətlə 
istifadə olunmalıdır.
Müşahidələr bir daha göstərir ki, sinkretik söz kökləri izlərini di-

173
Onomastika, Dialektologiya, Etimologiya
alekt və şivələrdə, yazılı abidələrdə, qohum, о cümlədən türk dilləri 
ilə kontaktda olmuş bir sıra dillərdə az da olsa qorumuşdur. Amma 
sinkretik söz kökləri ilə müqayisədə qrammatik ünsürlər dilin erkən 
dövrlərində fəaliyyət göstərən kökə birikmiş, öz izlərini çox az, qəti 
demək olar ki, heç qorumamışdır. Yalnız leksikləşmiş dil vahidində 
sinkretik söz köklərinin sərhəddini müəyyənləşdirdikdən sonra ona 
birikmiş ünsürlərin – şəkilçilərin hansı qrammatik kateqoriyanın da-
şıyıcısı olduğunu müəyyən duyum və məntiqlə müəyyənləşdirmək 
olur” (2, s. 35).
Məhz bu mənada qeyd edə bilərik ki, bu gün biz atışmaq felini 
günümüzün tələblərindən irəli gələrək iki müsahibin qarşı-qarşıya 
dayanaraq bir-biri ilə söz (fikir) mübadiləsi etməsi, bir-birinə söz at-
ması, başqa sözlə, məcazi mənada atışması kimi başa düşürük. Buna 
görə də biz atışmaq sözünü at + ış(maq) şəklində tərkib hissələrinə 
ayırırıq. Lakin yazılı qaynaqlarda həmin sözün tarixi inkişaf prosesi-
ni izlədikdə bizə bir daha aydın olur ki, atışmaq sözünü at + ış(maq) 
şəklində deyil, a(y) + tış(maq) şəklində ay sinkretik kökünə və -tış 
şəkilçisi kimi tərkib hissələrinə bölmək lazımdır. Buradan da belə 
nəticəyə gəlmək olar ki, aytışmaq felində ay sinkretik kökünün və 
onun “danışmaq”, “səs çıxartmaq” mənasının mövcudluğuna heç bir 
şübhə yeri qalmır. Bu sinkretik kökün “deyişmək”, “höcətləşmək” 
mənası  öz  izini  yalnız  yazılı  abidələrimizdə  qoruyub  saxlamışdır. 
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  bu  gün  dilimizdə  mövcud 
olan atışmaq sözü tarixən dilimizin lüğət tərkibində mövcud olmuş 
aytışmaq sözündən tarixi inkişaf prosesləri nəticəsində у samitinin 
düşməsi ilə formalaşmışdır. Sözə tarixən artırılan -tış şəkilçisinə gəl-
dikdə  isə,  bu  şəkilçinin  -(ı)t  +  -ış  formasında  olduğunu  söyləmək 
olar. Ehtimal etmək olar ki, -(ı)t şəkilçisi təsirlilik kateqoriyasının, 
-ış isə növ kateqoriyasının, qarşılıq növün şəkilçisidir. Atışmaq sözü 
haqqında söylədiyimiz bütün qənaətlərimizi ümumiləşdirsək, bu fe-
lin tarixən mövcud olmuş formasını a(y) + (ı)t + ış (maq) şəklində 

174
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin