D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

Folklor, mifologiya, etnoqrafiya

148
DƏDƏ QORQUD ARAŞDIRMALARI
doğru, düzgün hərəkət etdiyi, öz ideallarına uyğun Peyğəmbər ob-
razı yaratdığını danmaq olmaz. Təbii ki, tarixi Məhəmməd - islam 
dininin banisi haqqında Caviddən əvvəl əsər yazanlar Məhəmmədi 
müxtəlif mövqelərdən təqdim etmişlər. Klassik Azərbaycan ədəbiy-
yatında Məhəmməd Peyğəmbərin obrazı müsbət planda təqdim edi-
lir(yalnız Mirzə Fətəli Axundov istisna olmaqla).
H.Cavidin “Səyavuş” və “Xəyyam” pyeslərinə gəlincə, tənqid-
çilərin əsərlərdə Cavidin görüşlərində tarixə və müasir həyata mü-
nasibətində əmələ gələn yeniliklərdən söz açmaları təbii idi. Tənqi-
dçilər bu əsərlərdə Cavidin dəyişdiyini, yeniləşdiyini onun üsyançı 
kəndli surətlərinə yer verdiyini, şərq zehniyyəti əleyhinə çıxdığını 
göstərir və təqdir edirlər. M.Hüseyn o zaman bu pyes haqqında yaz-
mışdı:”Cavidin  sənəti,  Cavidin  poeziyası  “Səyavuş”  əsərində  də 
bütün qüvvətilə səslənməkdədir. Amma bununla bərabər “Səyavuş” 
yeni keyfiyyətli bir əsərdir. Burada müəllif qismən öz mücərrəd ro-
mantizmini məğlub edərək realizmə yaxınlaşmış, Keykavus sarayı-
nın iç üzünü, bəzəkli pərdələr arxasında gizlənən rəzalətli, əməkçi 
kütlələrin  vəhşicəsinə  istismar  olunmasını,  Turan  xaqanının  yerli 
məmurları əleyhinə qalxan məzlumlar üsyanını, sarayla əməkçi küt-
lələr arasındakı dərin ziddiyyətləri bədii təsvir dərəcəsinə qaldıra bil-
mişdir”.  Beləliklə, Cavidin tarixi mövzuda qələmə aldığı mənzum 
dramları həm tarixi hadisələrə, keçmişə müasirlik işığında diqqəti ilə 
seçilir- tarix və tarixi şəxsiyyətlər bu mənada “müasirləşir”, müasir 
dövrün həqiqətinə yetmək üçün sənətkar idealına xidmət edir - həm 
də tarix yenidən “doğulur”. Cavidin yaratdığı romantik qəhrəmanlar 
həmin fikrin parlaq və dolğun təcəssümünə çevrilirlər. Cavidin mən-
zum tarixi pyeslərində yaranan bu ənənə Azərbaycan dramaturgiya-
sının sonrakı inkişafına da təsirsiz qalmır.
Mənzum tarixi dramın H.Cavid mərhələsi əslində ümumən mən-
zum dramaturgiyanın təşəkkül və ilk inkişaf mərhələsidir. Mənzum 
dram,  xüsusilə  də  mənzum  tarixi  dram Azərbaycan  ədəbiyyatında 
həm bir bədii metod, həm də  ədəbi-fəlsəfi cərəyan kimi romantiz-

149
min janrı olaraq formalaşır. Çağdaş dünyanı və əski tarixi romantik 
- fəlsəfi idrak bu dramaturgiyanın əsas ideya məhvərini müəyyənləş-
dirir. Romantik mənzum dramaturgiyada H.Cavid yalnız tarixi təs-
vir etmir, tarixin fakt - sənət mənzərəsini, xronologiyasını təcəssüm 
etdirir. Qələmə aldığı dövrün bədii tarixi obrazını yaradır. Tarixi ob-
razlaşdırmaq çox çətin, fəlsəfi problemdir. Bu mənada H.Cavid dra-
maturgiyasında tarixilik həm ideya - fəlsəfi problem, həm də bədii 
əksetdirmənin prinsipi kimi iştirak edir. H.Cavid tarixin özünə də ta-
rixən yanaşır, tarixi tarixin öz təcrübəsinə istinadən əks etdirir. Tarix 
və şəxsiyyət, ideal və həqiqət, iman və məhəbbət H.Cavid dramatur-
giyasında qaldırılan, romantikcəsinə həll edilən başlıca bədii- fəsəfi 
problemlərdir. H.Cavid öz məzum dramları ilə tarixdən müasirliyə 
güzgü tutur, bu güzgünün fokusunda tarixi şəxsiyyətlərin psixologi-
yası və xarakterləri əksini tapır.
Ədəbiyyat
1. Əliyev. K. Azərbaycan romantizminin poetikası. Bakı, “Elm”, 2002.
2. Gəncəvi N. Xosrov və Şirin. Bakı, “Lider” nəşriyyat, 2004.
3. Hüseynov.R. Vaxtdan uca. Bakı, 1987.
4.  İsrafilov.H.  Azərbaycan  dramaturgiyasının  inkişaf  problemləri,  Bakı, 
“Elm”, 1988.
5. Qarayev.Y.  Faciə və qəhrəman. Bakı, “Elm”, 1965.
6. Qarayev.Y. H. Cavid: Sənətkar və tarix. “Azərbaycan” jurnalı, 1982, sayı 8.
7. Mir Cəlal, F.Hüseynov, XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 1984.
 
Folklor, mifologiya, etnoqrafiya

150
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Süsən Bədəlova,
AMİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistrı
YUSİF SƏMƏDOĞLUNUN 
“QƏTL GÜNÜ” ROMANININ YAZILDIĞI DÖVR
XX əsrin başa çatan son iyirmi illiyi ictimai və mədəni həyatın 
bütün sahələrində olduğu kimi, ayrı-ayrı ədəbi hadisələrə, ümumən 
ədəbiyyatın  təşəkkül  istiqamətlərinə  də  nəzər  salmağı  tələb  edir, 
onun təhlil və tədqiqini bir problem kimi aktuallaşdırır. Bu proble-
mi həm başa çatan əsrin ədəbi inkişaf meyillərini qiymətləndirmək, 
həm  də  mövcud  ədəbi  prosesi  müasir  milli  ədəbi-estetik  təfəkkür 
süzgəcindən araşdırmaq zərurəti şərtləndirir. Xüsusilə, ona görə ki, 
XX əsrin başa çatmaqda olan son iki onilliyi yalnız siyasi, ictimai, 
iqtisadi yox, ədəbi, bədii sahələrdə də köklü dəyişikliyə məruz qal-
mışdır. İctimai-siyasi quruluşun (sosializmin) dəyişməsi yeni müna-
sibətlər sisteminin yaranmasını şərtləndirmişdir. Siyasi sferada baş 
verən proseslər ədəbi həyata da öz təsirini göstərmişdir. Yaranmış 
yeni münasibətlər sistemində Azərbaycan ədəbiyyatı əvvəlki onillik-
lərdən fərqli bir mərhələsini yaşamalı olmuşdur.
Bu dövr, hər şeydən əvvəl, milli müstəqillik təfəkkürünün ele-
mentləri ilə səciyyələnir və ədəbi prosesin müxtəlif inkişaf meyilləri 
ilə ehtiva olunur. Ədəbi janrların təşəkkülü, mövzu, ideya, proble-
matika baxımından kifayət qədər zəngin olan bu dövr ədəbi prosesin 
təşkili etibarilə də əvvəlki mərhələlərdən  seçilir. Sovet İttifaqının 
ömrünü başa vurması ilə dünyanın siyasi mənzərəsi dəyişdiyindən, 
uzun müddət ədəbi incəsənət üzərində hegemonluq etmiş sosialist 
realizmi də ədəbiyyatın üzərindən öz kölgəsini yavaş-yavaş çəkməli 
olur. Bir əsrdən çox dünyanın böyük bir hissəsini öz təsiri altında 
saxlayan  marksist-leninçi  metodologiya    gücünü,  qüvvəsini  itirir. 

151
Ədəbi-bədii düşüncənin inkişaf istiqamətləri həyata, hadisələrə yeni 
baxış prizmasından yanaşma tələbini irəli sürür. Ədəbi proses yeni 
qanunauyğunluqlar,  şərtlər  əsasında,  fərqli  şəraitdə  təşəkkül  tapır. 
Ədəbi prosesdə artan fəallıq Azərbaycan yazıçı, şair, dramaturq və 
publisistlərinin qarşısına yeni vəzifələr qoyur. Yaradıcılıq axtarışları 
aparılır və bu axtarışlarda, demək olar ki, Azərbaycan ədəbi-bədii 
fikrinin bütün nümayəndələri iştirak edirlər. 
Bildiyimiz kimi, ən yeni dövr Azərbaycan  ədəbiyyatı tarixinin 
ikinci mərhələsi XX əsrin ortalarından - 50-ci illərin sonu, 60-cı illə-
rin əvvəllərindən başlayır. Əsrin bu dönəmində sovet cəmiyyətində 
siyasi ab-hava yumşalır, müəyyən demokratik meyillər özünü göstə-
rir, “xalqlar həbsxanası”nın qapıları tədricən dünyaya açılır. Kom-
munist  ideologiyası,  sosialist  realizmi  metodu  bədii  yaradıcılığa 
əvvəlki mərhələdə olduğu kimi ardıcıl təzyiq edə bilmir, yazıçının 
müstəqilliyi  artır.  Ədəbiyyatda  sosialist  həyat  tərzinin  uğurları  ilə 
yanaşı, qüsurları, problemləri də göstərilməyə başlayır. Repressiya 
illərinin faciələri, Stalin rejiminin törətdiyi amansızlıqlar, sovet li-
derlərinin şəxsiyyətinə pərəstiş ifşa olunur. Ədəbiyyat sosialist məh-
dudiyyətindən çıxıb ümumbəşəri dəyərlər üzərində düşünür, insanın 
daxili aləminə, mənəviyyatına maraq güclənir. Sovet dövrü hələ da-
vam etsə də, kommunist ideologiyasına bu və ya digər dərəcədə zidd 
olan əsərlər də yaranır.
Bütün  bunların  nəticəsi  idi  ki,  1970-80-ci  illər-  ən  yeni  dövr 
Azərbaycan ədəbiyyatı tarixinə öz kriteriyaları ilə daxil olmuşdur. 
Bu  illərdə Azərbaycan  yazıçılarının  qurultayları  ardıcıl  olaraq  ke-
çirilməyə, milli ədəbi prosesə elmi, ictimai-siyasi dəyər verilməyə 
başlandı.  Həmin  ənənə  sonrakı  illərdə  də  davam  etdirilirdi.  Məhz 
70-80-ci illərdə “yeni nəsr”in mövqeyi daha da gücləndi. S.Azəri, 
İ.Məlikzadə,  F.Kərimzadə,  M.Süleymanlı, Y.Səmədoğlu, A.Məsud 
və başqa yazıçılar həm tarixi, həm də müasir mövzularda yazmağa, 
nəsrin idrak dairəsini genişləndirməyə başladılar.
Folklor, mifologiya, etnoqrafiya

152
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Müasirliklə  tarixiliyin  qırılmaz  bağlılıqda,  vəhdətdə  qələmə 
alındığı ən maraqlı və müvəffəqiyyətli əsərlərdən biri Yusif Səmə-
doğlunun “Qətl günü” romanıdır. Azərbaycan nəsrinin mövzu və 
sənətkarlıq  baxımından  zənginləşməsində  mühüm  xidmətləri 
olan Yusif Səmədoğlu da sözü gedən dönəmin yazarlarından ol-
maqla spesifik (özünəməxsus) yaradıcılıq yolu keçmişdir. 
Yusif Səmədoğlunun “Qətl günü” əsəri təkcə yazıçının deyil, 
bütün Azərbaycan ədəbiyyatının uğurudur, mühüm ədəbi hadisə-
dir. “Qətl günü” romanı 1981-1984-cü illərdə yazılmış və ilk dəfə 
“Azərbaycan” jurnalında çap olunmuşdur. Romanın işıq üzü gör-
məsi bir çox maneələrlə başa gəlsə də, çap olunandan sonra ədəbi 
ictimaiyyət və oxucular arasında böyük rəğbətlə qarşılanmışdır. 
Romanın yazıldığı illər,  elə bir  dövr  idi  ki,  sosializm tədri-
cən süquta uğrayırdı, SSRİ adlanan nəhəng bir məmləkət “yeni-
dənqurma”, aşkarlıq dövrü ərəfəsində idi. Sistem artıq içəridən, 
daxildən tənəzzülə doğru gedirdi. İctimai şüurun bütün sahələrin-
də olduğu kimi, söz sənəti də özünün yeni bir inkişaf mərhələsinə 
qədəm  qoyur,  şeirdə,  nəsrdə  novatorluq  meyilləri  güclənməyə 
başlayırdı.  Doğrudur,  sistem  dəyişməmişdi,  yenə  də  ədəbiyyat 
bədii söz sənəti “kommunizm ideallarına” sədaqətdən danışırdı. 
Lakin  bununla  yanaşı,  ədəbiyyatda  yeni  mövzular,  yeni  qəhrə-
manlar görünürdü. Romanın yarandığı dövrdə yazıçılar bu və ya 
digər hadisə, problem barədə yox, ilk növbədə, şəxsiyyət, insan 
barədə əsərlər yazmağa çalışırdılar. Belə əsərlərdə ən vacib mət-
ləblər də, zaman da, xalqın xarakteri də qəhrəmanın, şəxsiyyətin 
simasında mərkəzləşərək təqdim edilirdi.  
1980-ci illər Azərbaycan ədəbiyyatında müşahidə olunan əsas 
meyillərdən biri ədəbi prosesin dünya ədəbiyyatına inteqrasiya-
sı  nəticəsində  sürətlə  sosialist  realizmindən  uzaqlaşmasıdır.  Bu 
yolda “Qətl günü” romanını ədəbi təcrübə olaraq götürmək müm-
kündür. 80-ci illər ədəbiyyatında bədii modelləşdirmədə ən yaxşı 

153
nümunə kimi “Qətl günü” romanında yazıçı böyük məharətlə yeni 
bir üslub özünəməxsusluğunun əsasını qoyur. Əsərdəki şərti metafo-
rik obrazların (Baba Kaha, Kirlikir və s.) yaradılması yazıçıya müa-
sir zamanın (yaşadığı mühitin) çərçivəsindən çıxmağa və yeni bir 
bədii həqiqət yaratmağa imkan verir.
“Qətl  günü”nün  ən  maraqlı  və Azərbaycan  romanı  üçün  yeni 
olan cəhətlərindən biri ondan ibarətdir ki, əsərdə bədii zaman və mə-
kan üçpilləlidir: yəni həm müasir dövrümüz, həm yaxın keçmişimiz, 
həm də çox qədim tarixi dövrün hadisələri təsvir olunur. Buna uyğun 
olaraq romanda üç təhkiyə qatı və hər bir dövrə aid əsas qəhrəman 
vardır: bizim günlərin qəhrəmanı - Xəstə, yaxın keçmişin qəhrəma-
nı-Sədi Əfəndi və uzaq keçmişin qəhrəmanı-hökmdar surətidir. 
Müəllif  hadisələri  elə  təsvir  edib  ki,  burada  konkret  bir  tarixi 
dövr, epoxa canlandırmasa da, biz təxminən hansı dövrdən, tarixin 
hansı mərhələsindən söhbət açıldığını bilirik. Ancaq romanda zama-
nın özü də şərtidir. Əsas məsələ insanın böyük ideallar naminə hər 
cür mənəvi sarsıntıya, şəxsi və ictimai faciələrə qatlaşmasını, həya-
tın gözəlliyi, cəmiyyətin sağlamlığı və xoşbəxtliyi uğrunda müba-
rizəsini əks etdirməkdir. 
 “Qətl günü”ndə yazıçı hadisələri paralel olaraq üç zaman-məkan 
müstəvisində təsvir etməklə əsasən bədii strukturunu xeyli dərəcədə 
genişləndirir və zənginləşdirir. Burada əsərin yazıldığı dövrün ha-
disələri  ilə  bərabər,  20-30-cu  illər  repressiya  həyatı  və  daha  uzaq 
keçmişin analoji (oxşar) həyat tarixləri bir-biri ilə üzvi surətdə bağ-
lanır. Bu bağlılıq əsərin vahid süjet xəttinin ayrılmaz tərkib hissəsi 
olur. Əsərin yazıldığı dövrdə - sovetlər dönəminin sonlarında insan-
ların  bir-birinə  yadlaşması,  dəyişməsi,  insanların  daxili  bir  qərib-
lik duyğusu ilə oxşarlığı, bütün canlıların kədər hisslərinin vəhdəti 
Səmədoğlu üslubunda bədii formada məharətlə ifadə olunur: “...Və 
birdən Mahmudun ağlına bir fikir gəldi: adamları bir-birinə bağlayan 
dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dola-
Folklor, mifologiya, etnoqrafiya

154
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir...” (3, 32).
Ədəbiyyat
1. Ədəbi proses - 83-84. Bakı, “Elm”, 1994.
2. Qeybullayeva Rəhilə. Yusif Səmədoğlunun yaradıcılığında ölüm. // “Azər-
baycan” jurnalı. 2005, № 12.
3. Səmədoğlu Yusif. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005.
4. Yusifli Vaqif. Romanlar, qəhrəmanlar. // “Azərbaycan” jurnalı, 1986, № 9.
Резюме
В статье исследуются о написанный период романа «Гетл Гюну» Юсифа 
Самед оглы.
Summary
This article deals with the written period of novel “Qetl gunu” by Yusif Samed 
oglu. The period of the novel is explained with comparing.

155
ONOMASTIKA,
DIALEKTOLOGIYA VƏ
ETIMOLOGIYA

156
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Cümlə  leksik  mənaya  malik  olan  söz-
lər  və  söz  birləşmələrinin  sintaktik  cəhətdən 
əlaqələnməsi  nəticəsində  yaranır.  Cümləni 
formalaşdıran  söz  və  söz  birləşmələri  cümlə 
üzvüləridir.  Sözlərin  və  ya  söz  birləşmələri-
nin cümlə üzvü ola bilməsi üçün onların təkcə 
leksik mənaya malik olması yetərli deyil. Lek-
sik mənaya malik olan söz və söz birləşmələri 
müəyyən bitkinlik intonasiyasına malik olmalı, cümlə daxilində di-
gər sözlərlə sintaktik əlaqəyə girməlidir.
Cümlə  üzvləri  fikri  ifadə  etməkdə,  cümləni  formalaşdırmaqda 
müəyyən əhəmiyyətə malikdir. Bu baxımdan elmi ədəbiyyatda cüm-
lə üzvləri iki qrupa – baş və ikinci dərəcəli üzvlərə ayrılır.
Cümlənin  formalaşmasında    ən  zəruri  və  həlledici  əhəmiyyətə 
malik olan üzvlər baş üzvlər adlanır. Baş üzvlər mübtəda və xəbərdir. 
Cümlənin baş üzvlərinin yazılı abidələrimizin dilində sintaktik 
vəzifəsi, eyni zamanda ifadə vasitələri müasir ədəbi dilimizə yaxın-
dır. Tarixi mənbələri araşdırdıqda aydın olur ki, mübtəda və xəbər 
cümlənin baş üzvləri kimi təxminən eyni vaxtda normalaşmışdır.
Cümlənin baş üzvü kimi, mübtəda cümlədə haqqında danışılan 
şəxsi bildirir. Qrammatik cəhətdən heç bir cümlə üzvündən asılı ol-
mayan mübtəda, hətta xəbəri də şəxsə və kəmiyyətə görə özündən 
asılı edir, kim? nə? hara? suallarına cavab verir.
Bəhram Məmmədov,
ADPU-nun “Dədədə Qorqud” ETM-nin elmi işçisi
“KİTABİ-DƏDƏ QORQUD” VƏ “DASTANİ-ƏHMƏD HƏ-
RAMİ” ƏSƏRLƏRİNİN ORTAQ SİNTAKTİK 
XÜSUSİYYƏTLƏRİ 
(Abidələrdə işlənmiş cümlənin baş üzvləri  əsasında)

157
Müasir  ədəbi  dilimizdə  mübtədanın  ifadə  vasitələri  kimi  isim, 
şəxs əvəzlikləri, ismi birləşmələr, isimləşmiş sifət, say, feli sifət və s. 
vahidləri göstərmək olar. Qeyd etdiyimiz morfoloji vahidlərin mü-
btəda vəzifəsində işlənməsi üçün adlıq halda  olması əsas şərtlərdən-
dir. Abidələrin dilində mübtədanın adlıq haldan başqa, yiyəlik halda 
da işlənməsi müşahidə edilir. Bu haqda Q.Kazımov yazır: “...dastan-
larda canlı danışıq dilinə demokratik münasibət mübtədanın yiyəlik 
halda ifadəsinə də imkan yaratmışdır. Məsələn, Boynı uzın bədəvi 
atlar gedərsə, sənin gedər – cümləsində “sənin” sözü mübtədadır və   
“sənin  atların”  şəklində  təsəvvür  olunur.  Bu  cür  ifadə  tərzi    canlı 
danışıq dilində indi də qalmaqdadır. Belə cümlələr də birləşmənin 
birinci  komponenti  ümumi  və  qeyri-müəyyən  şəkildə  ikinci  kom-
ponenti də ifadə edir” (1, 480). Cümlənin baş üzvü kimi mübtəda 
quruluşca növünə görə sadə və mürəkkəb olur. Abidələrin dilində də 
mübtəda quruluşuna görə sadə və mürəkkəb olmaqla iki yerə ayrılır.
“Dədə  Qorqud”  dastanında  mübtədanın  işlənmə  məqamlarına 
diqqət yetirək:
İsimlə ifadə olunanlar:
Ölən adam dirilməz
Çıxan can gerü gəlməz
Ulaşuban sular daşsa, dəniz dolmaz 
Kül təpəcik olmaz (2, 19);
Oğlan bıçağına əl urdu, 
   
buğanın başını kəsdi (2, 27);   
Endilər, çoban dağarcığı çıqardı, yedilər (2, 43).
Mürəkkəb  adlarda  ifadə  olunub  quruluşca  mürəkkəb  olan  mü-
btədalar: “Dirsə xan evinə gəldi (2, 25);  Andan Dönə bilməz Dülək 
Uran altı pərlü çomağıyla at təpib, gəlüb yuqarıdan aşağa kafiri qatı 
urdı, alımadı. Qıyan Selcik oğlı Dəli Dondar  yerindən durı gəldi 
(2,  122).  Fikrimizcə,  göstərdiyimiz  nümunələrdə  “Dülək”,  “Dəli” 
sözləri təyin funksiyasından daha çox şəxsin adı kimi çıxış edir. Bu 
Onomastika, Dialektologiya, Etimologiya

158
DƏDƏ QORQUD ARAŞDIRMALARI
baxımdan bu tip birləşmələri mürəkkəb ad hesab etmək daha mən-
tiqlidir.
II, III növ ismi birləşmələrlə ifadə olunan mübtədalar: 
Baybörənin oğlu beş yaşına girdi (2, 53);
Qazanın qardaşı Qaragünə 
   
Dəpəgöz əlimlə zəbun oldu (2, 126);
Məgər kafirin casusı vardı (2, 149);
Qazanın bəgləri baqdılar, 
   
kim gəlir ayıtdılar (2, 154);
Bir gün təkürün övrəti aydır (2, 143);
At ayağı külük, ozan dili çevik olur (2, 159);
Bunun müdarası odur kim
  Qazan çıqaravuz, anlara bərabər edəvüz (2, 160);
Daş Oğuz bəgləri bunı görüp, 
   
həp atdan endilər (2, 169);
Oğuzun arsızı türkmanın dəlüsinə bənzər (2, 141);
Tərsuzamışın sözi Əgrəgə kar eylədi (2, 145);
Əski donun biti, öksüz oğlanın dili acı olur (2, 146);
Ağayılın qoçları ürkdi, gedər (2, 149);
Qaraqucumun qulağı görünməz olsa (2, 156);
Mərə qavat, mənim babam 
   
Bayındır xan degilmidir?  (2, 159);
Beyrəgin başı bunlu oldu (2, 167);
XIII əsr poeziyamızın  ən mükəmməl abidələrindən biri də “Das-
tani-Əhməd  Hərami”  poemasıdır.  “Dastani-Əhməd  Hərami”  poe-
ması anadilli poeziyamızın ilkin təşəkkül tarixini, o cümlədən ana 
dilimizin  tarixi-sintaktik  xüsusiyyətlərini  araşdırmaq  baxımından 
dəyərli bir mənbədir. “Dədə Qorqud” dastanı ilə “Dastani-Əhməd 
Hərami” əsərlərini birlikdə tədqiqat obyekti kimi seçməyimiz təsa-
düfi deyil. Bu əsərlər arasında bağlılıq çoxdur. Bu haqda Ə.Səfərli 
yazır: “Bir cəhət də səciyyəvidir ki, klassik poemalarda qızın eşqin-

159
dən öncə ana soraq tutur. “Dastani-Əhməd Hərami”də isə ata öz qı-
zına ərə getməyi təklif edir, ana surətinə isə rast gəlmirik. Poemada-
kı bu xüsusiyyət “Dədə Qorqudla, türk xalqlarının epos ənənələri ilə 
bağlıdır” (2, 13).
“Dastani-Əhməd Hərami” məsnəvisi dil və üslubca “Kitabi-Də-
də Qorqud”a çox yaxındır” deyən Ə.Səfərli haqlıdır. Hər iki abidənin 
dil-üslub yaxınlığı daha çox abidələrin sintaktik xüsusiyyətlərində 
hiss olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin mətnində rast gəldi-
yimiz baş üzvlərə - mübtəda və xəbər cümlə üzvlərinə eyni şəkildə 
“Dastani-Əhməd Hərami” dastanında da rast gəlmək mümkündür. 
“Dastani-Əhməd Hərami” poemasında mübtəda cümlə üzvünün iş-
lənmə məqamlarına diqqət yetirək. 
Adlarla ifadə olunan mübtədalar: 
Sizə bir qarşı söyləmək eyibdir,
Ulular bu sözü böylə deyibdir (3, 13).
Qova-qova könül dünyaya irdi
Ömür keçdi, saqalı, saç ağardı (3, 20).
Həramilər çün oldu görürlər
Danışıban ol aradə dururlar (3, 27).
Güləndam ivmək ilə anı çaldı (3, 33). 
Bir-iki gün bunun üstünə getdi;
Şəhanşah gör necə bir tədbir etdi (3, 43). 
Vəzirlər məsləhət gördü sözünü.
Vəli bilmədilər məni yüzünü (3,44).
Sarayında xadimlər durmuş idi.
Xadimlər həm qapuya varmış idi
Dügün saçısna gəldi ulular,
Əkabirlər, Əmirlər, yəktulular (3, 53).
Qatında bunların gur saz var idi;
Göl içində çox ördək qaz var idi (3, 53).
“Dastani-Əhməd Hərami” dastanında  şəxs əvəzlikləri  ilə ifadə 
Onomastika, Dialektologiya, Etimologiya

160
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olunan  mübtədalara da rast gəlmək mümkündür.
Nə istərdin yetirdin, bilməzüz biz
Yazıqdır bizə böhtan qılmanız siz.
Yüzimiz suyilə gökcək gedərüz,
Biz ayruğun şikarını nedərüz (3, 71).
İşarə əvəzliklərinin də mübtəda vəzifəsində işləndiyi cümlələrə 
rast gəlmək mümkündür.
Biz ulu xanə gəldi qondu bunlar,
Döşün verib qamusu endi bunlar (3, 72).
Abidənin dilində quruluşca mürəkkəb hesab olunan  mübtədalara 
da işlənmişdir:
Qara bağrım bənim qərq oldu qanə  (3, 65).
Cəfa imiş bu dünyanın vəfası (3, 65).                
Vəli həq tanrının lütfi dəlimdir,
Kərimdirü rəhimdirü əzimdir (3, 66).
Abidənin dilində mürəkkəb adın mübtəda vəzifəsində işləndiyi 
nümunələrlə rastlaşırıq.
Keçibən Xoca Rüstəm çün oturdi     
Oxuyuban Güləndamı gətürdü (3, 72).
Məlum  olduğu  kimi    cümlənin  baş  üzvlərindən  biri  də  xəbər 
cümlə üzvüdür. Cümlənin baş üzvü kimi xəbər qrammatik cəhətdən 
yalnız mübtədadan asılı olub, onun ifadə etdiyi məfhumun əlamətini 
bildirir. Bəllidir ki, xəbərin qrammatik cəhətdən mübtədadan asılılı-
ğı xəbərin şəxsə və kəmiyyətə görə mübtəda ilə uzlaşması ilə müəy-
yənləşir.
Xəbər cümlə üzvü həm də öz ifadə vasitələrinin rəngarəngliyinə 
görə digər cümlə üzvlərindən seçilir. Həm adlarla, həm də fellərlə 

161
ifadə olunan xəbər cümlə üzvü bu baxımdan feli və ismi xəbər  ol-
maqla iki yerə ayrılır.
Abidələrin dilində xəbər cümlə üzvünün işlənməsi haqqında Ə.
Tanrıverdi yazır: “Yazılı abidələrimizin dilində rast gəlinən xəbərlə-
rin tarixi-linqvistik müstəvidə araşdırılması göstərir ki, ismi və feli 
xəbərlər dilimizin bütün dövrlərində  sabit olmuşdur. Amma bu da 
var ki, tarixən xəbərin reallaşmasında iştirak edən bir sıra morfoloji 
əlamətlər müasir ədəbi dilimiz üçün arxaikləşmişdir” (4, 405).       
“Dastani-Əhməd  Hərami”  poemasında  feli  xəbərlərin  işlənmə 
məqamlarına diqqət yetirək: 
Bu dastanı bu gün bünyad edəlim,
Həqin qüdrətlərin biz yad edəlim.          
Gəlin, barı bu gün söhbət qılalım,
Məani kanının dürrün bulalım (3, 19).
Günüzün özlərin gizlərlər idi,
Dün olsa yolların gözlərlər idi (3, 25).
Anın kimi kiməsnə görməmişdi,
Anı görən nişanın verməmişdi (3, 27).
Dedi Əhməd Hərami: bən varayım     
Kiməsnə varmı bu köşkdə görəyim (3, 27).
Maraqlıdır ki, felin sadə şəkillərinə qoşulan şəxs şəkilçiləri po-
emanın dilində müasir dilimizdən fərqli varayım, görəyim şəklində 
işlənmişdir. Nümunədə rast gəldiyimiz varayım feli (I ş. əmr şəkli) 
müasir ədəbi dildə işlənməsə də, bu sözə Qərb qrupu dialekt və şi-
vələrinə rast gəlmək mümkündür. Poemanın  dilində müasir ədəbi 
dilimizdə işlənməyən fellərə və onların feli xəbər vəzifəsində işlən-
məsinə də rast gəlirik.
Yuca, möhkəm, lətif key xoş  yapılmış, 
Zehi memar anı arəstə qılmış (3, 26).
Nümunədə yapılmış felinin ifadə olunduğu yap(maq) feli dilimiz 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin