D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

Folklor, mifologiya, etnoqrafiya

136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
 
Tarixin  ədəbiyyata  inteqrasiyası  elmi  prinsiplərə  əsaslanır. 
Elmi prinsiplər Həsənzadənin dramaturgiyasında ədəbiyyatla tarixin 
əlaqəli tədqiqi və təhlili zamanı alınan nəticə ilə müəyyənləşib. 
N.Həsənzadə  “Atabəylər”  dramı  ilə  qədim  Səlcuqların  döv-
lətçiliyini,  “Pompeyin  Qafqaza  yürüşü  ”  ilə Antik  dövr  mövzusu-
nu Azərbaycan teatr səhnəsinə gətirən ilk dramaturqdur. “Atabəy-
lər” Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi 
dramların inkişafında da mühüm sənət hadisəsi saylmağa layiqdir. 
XX əsrin 80-ci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideo-
loji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin 
əks etdirilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və 
uzaqgörənliyinin ifadəsi idi. “Atabəylər” geniş mənada Azərbaycan 
milli dövlətçilik ideyasının dramıdır. N.Həsənzadə hələ müstəqillik-
dən qabaq yazdığı bu əsərdə Atabəylər dövlətinin simasında Azər-
baycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət 
mərkəzinə çəkmişdir.
Görkəmli dramaturq N.Həsənzadə yazdığı dram əsərlərində elə 
problemlərə  toxunmuşdur  ki,  bunlar  təkcə  ədəbiyyatçıları  deyil, 
həm də tarixçiləri, bütün ictimaiyyətimizi maraqlandırır, düşündü-
rür. Məsələlərin qoyuluşunda və bədii həllində şairin orijinallığı, ha-
disələrə müasirlik nöqteyi-nəzərindən yanaşması özünü göstərmək-
dədir. Şairin dramlarında vətənpərvərlik, qəhrəmanlıq, milli ləyaqət 
kimi  yüksək  insani  keyfiyyətlər  ön  plana  çəkilir.  N.Həsənzadənin 
dramları  mövzusundan  asılı  olmayaraq  həm  lirizmə,  həm  epizim, 
həm də dramatizm poetik məntiqə malikdir.
Nəriman  Həsənzadə  müdrik  insandır,  filosof  şairdir.  N.Həsən-
zadə hər iki əsəri tarixi mövzuda yazmasına baxmayaraq “Atabəy-
lər”(1981) tarixi dramatik, “Pompeyin Qafqaza yürüşü”nü isə tarixi 
xronika adlandırıb. Hər iki adı belə aydınlaşdırmaq olar: Tarixi xro-
nika-sadəcə olaraq tarixin müəyyən ardıcıllıqla, cəmiyyət daxilində 
enən və qalxan hadisələrinə, cəmiyyətin daxili ziddiyyətlərinə heç 

137
bir şey əlavə etmədən göstərməkdir. Burada bədiilik tarixə ancaq sı-
ğal verə bilər, onun məna və məzmununa hərəkət trayektoriyasına 
toxunmaq səlahiyyətinə malik deyildir. əgər toxunsa konflikt tarixi-
liyini itirəcək “Atabəylər”də Atabəy Cahan Pəhləvanın ölümündən 
sonra  Qızıl  Arslanın  hakimiyyətə  gəlməsi,  saray  çəkişmələrində 
İnanc xatunun rolu tarixi xronikada faciədir. 
Dramatik xronika- insanın təbiətlə və ictimai mühitlə əlaqəsini 
ictimai həyatdakı, həmçinin ayrı-ayrı adamların həyatındakı dialek-
tik prosesləri və ziddiyyətləri müəyyən edən və ümumiləşdirən este-
tik kateqoriyadır. Dramatizm cəmiyyətin irəliyə doğru tarixi inkişafı 
prosesində təzahür edir.
N.Həsənzadə ictimai həyat hadisələrini, cəmiyyətin öz daxilində 
baş verən ziddiyyətləri  xronikal qaydada, ardıcıllıq prinsipinə riayət 
etməklə dramatik qanunlara xələl gətirmədən “Atabəylər” və “Pom-
peyin Qafqaza yürüşü” mənzum dramlarında: Atabəy Məhəmməd, 
Qızıl Arslan, Toğrul, İnanc xatun, Pompey, Alban çarı Uruz, İberiya 
knyazı Atrak, II Tiqran və başqa obrazların simasında ümumiləşdirib 
göstərmişdir. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” xronikal 
tarixi əsərlər olsa da, onlar müstəqil yaradıcılıq ehtirasından doğul-
muşdur.
“Atabəylər”də  tarix  ardıcıllıqla  vahid  bir  dövlət-  Azərbaycan 
dövləti  yaratmaq  strukturu  çərçivəsində  göstərilmiş,  ziddiyyətlər 
obrazların  tarixən  bir-birinə  münasibəti  zamanı,  bəzən  mülayim, 
bəzən gərgin, bəzən də sərt olmuşdur. “Pompeyin Qafqaza yürüşü” 
dramatik xronika olduğuna görə, hər obrazın xarakterindən doğan 
dramatizm tarixin gərgin situasiyaları ilə bağlıdır:
Ariman  (Erməni-    S.M.)  hökmdarı  II Tiqranla  oğlu  arasındakı 
ziddiyyətlər, Alban çarı Uruza və İberiya knyazı Artaka II Tiqranın 
xəyanət etməsi, tarixdə qalan bu dramatik xronikanın məzmununda 
saxlanılan ziddiyyətdir., dramatik ziddiyyətdir, tarixdə olduğu kimi-
dir, burada dramaturqun bədii təfəkkürünü işə salıb uydurma konf-
Folklor, mifologiya, etnoqrafiya

138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
likt  yaratmasına,  elə  böyük  ehtiyac  olmur.  Bu  cəmiyyətin  özünün 
yaratdığı hadisələrin dramatizmidir. Belə əsərləri təhlil edərkən xro-
nikallıqda adları çəkilən insanlar haqqında qısa məlumat verilməli-
dir  ki,  onların  xarakterləri,  mövqeləri,  yaşadıqları  ictimai  mühitin 
onlara nə dərəcədə təsir edib-etmədiyi aydınlaşsın.
İki hissə və on altı şəkildən ibarət “Pompeyin Qafqaza yürüşü” 
adlı dramatik xronikal əsərinin hər bir hissəsi səkkiz şəkildən ibarət-
dir. Əsərin I hissəsi II hissəyə hazırlıq məqamındadır. Roma qoşun-
larının Qafqaza yürüşünün qarşısını almaq üçün Alban, İberiya və 
Ariman çarları Pompeyin işğalçı ordularına qarşı birləşib dövlət və 
millətlərini qorumaq üçün and içirlər. II hissədə Uruz, Artak və II 
Tiqranın xarakteri açılır.
Sitayiş eyləyir insan həmişə,
         batan günəşə yox, çıxan günəşə! (1,195).
Bu sözləri deyərək o, Roma sərkərdəsinin qarşısında əyilib diz 
çökür. “Böyük Ermənistan” hökmdarının bu vəziyyətini təsvir edən 
Antik yunan tarixçisi Plutarx yazır ki, şahdan ötrü bundan rüsvayçı 
şey yoxdur. (Plutarx. Soçinenya. İzdatelstvo “Xudojestvennaya lite-
ratura”, M., 1983 q, str. 232)
Bu dramatik xronika vasitəsilə müasir dövrə gəlib çıxan konflikt 
tarixi  konfliktdir.  II Tiqran  andına  xilaf  çıxmış,  gizlindən  Pompe-
yin çadırına getmiş, satqınlıq etmişdir. Bu barədə İberiya çarı Artak 
Uruza deyir: “Böyük Ermənistan” eşqilə Tiqran, xəcalət çəkməyir 
satqınlığından”.
Birinci hissənin birinci şəkli Çaparın bu sözləriylə başlayır.
Qazın, bu torpağı, hər qatı qandır,
     Hər uçuq başdaşı bir qəhrəmandır (1,189).

139
Çapar dramaturqun özünün qoyduğu addır. Xronikal tarixdə belə 
bir ad yoxdur. Çapar obrazı əsər boyu öz atını çapır. O, tarixçi, arxeo-
loq və etnoqrafdır. Xronikal dünyadan xəbər verən müdrikdir. Çapar 
ağsaqqal məsləhətinə qulaq asır atını irəliyə doğru çapdıqca xeyir və 
şər qüvvələrin mövqeyi və adları aydınlaşır: Şahzadənin adının Arta-
bas olduğunu tarixçi Xorenatsi yazır. Ata və oğulun adları lənətlənir. 
II Tiqran  “Dənizdən-dənizə”  iddiası  ilə  taxt-tacını  Pompeyə  verir, 
onun qulu olduğundan qürur duyduğunu söyləyir. Şahzadə də ata-
sından hökmdarlıq taxtını almaq üçün Roma sərkərdəsinə bələdçilik 
edir. Hər iki halda ata və oğul Alban çarına, bütpvlükdə Qafqazlılara 
xəyanət edir. Ata II Tiqran xəyanəti “Böyüm Arimaniya” xülyasıdır. 
Bu da səbəbsiz deyildir:
“Şah Tiqran
     Özünü bənzədir Kirə
        Deyir varisiyəm böyük Daranın” (1,233).
Şahzadənin  xəyanəti  də  atasından  səltənətin  taxtını  almaqda 
Pompeydən kömək istəməsidir. II Tiqranın Pompeyin görüşünə get-
məsi bugünkü ermənilərin tarixən riyakar, alçaq və şərəfsiz olduğu-
nu göstərib təsdiqləyir.
Ədəbiyyat
1. Həsənzadə.N. “Seçilmiş əsərləri”. 7 cild. Pyeslər. B., 2011.
2. Həsənzadə.N. Haqqında yazılanlar, I kitab. B., 2012.
3. Şəmsizadə N. Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar. 
B., 1997.
4. Şükürov S. N.Həsənzadənin yaradıcılıq yolu. B., 2004.
5. Şükürov S. N.Həsənzadənin dramaturgiyası. B., 2007.
Folklor, mifologiya, etnoqrafiya

140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnaz Hüseynova,
Azərbaycan Müəllimlər İnstitutunun
Azərbaycan Ədəbiyyatı ixtisası üzrə magistrı
SƏMƏD VURĞUNUN “KOMSOMOL POEMASI”NIN 
NƏŞRİ TARİXİ VƏ TEKSTOLOJİ VƏZİYYƏTİ
 
                     
Səməd  Vurğun  “Komsomolu”  30-cu  illərin  başlanğıcından  ta 
ömrünün  axırına  qədər  uzun  bir  müddət  ərzində  yazmışdır.  Poe-
manın  əsas  hissələri  1931-1935-ci  illər  arasında,  “Son  mühasirə” 
adlanan axırıncı fəsli isə şairin ölümündən bir il əvvəl,1955-ci ildə 
yazılmışdır. Əsər ümumiyyətlə tamamlanmamış, pərakəndə halda”-
Kommunist”, “Ədəbiyyat”, “İnqilab və mədəniyyət”, “Gənc bolşe-
vik”, “Şərq qadını”, “Hücum” kimi  qəzet və jurnallarda dərc olun-
muşdur.  
Əsər toplu halda müəllifin əlində olmadığı üçün, 1935-ci ildən 
sonra bu mövzudan ayrılan şair, əsərə yenidən qayıdıb onu tamamla-
ya bilmirdi. Bu işdə “Komsomol poeması” mövzusunda namizədlik 
dissertasiyası müdafiə etmiş Sadıq Şükürovun təşəbbüs və zəhmətini 
xüsusilə qeyd etmək lazımdır. O, ayrı-ayrı qəzet və jurnallarda çap 
olunmuş parçaların çoxunu toplayıb müəllifə təqdim etmişdir. Buna 
baxmayaraq  poemanın  parçalarının  hamısı  tapılmış,  toplanmışdır 
demək çətindir. Ola bilsin ki, yenə də ələ keçməmiş parçalar qal-
mışdır.
Səməd Vurğun  uzun  fasilədən  sonra  “Komsomol  poeması”nın 
üstünə 1956-cı ildə qayıtmışdır. Şair əsərə yenidən baxmış, bəzi fə-
sillər arasında məntiqi əlaqə yaratmış, parçalarda təsadüf edilən dil, 
ifadə qüsurlarını təshih etmiş və “Son mühasirə” adlanan fəsli yaz-
mışdır. Şair əsərin son fəslini İstisu yaylağında istirahət etdiyi zaman 
yazmağa başlamışdır.

141
Bəxtiyar Vahabzadə qeyd edirdi: “Səməd Vurğun bir çox söhbət-
lərində, çıxış və nitqlərində , hətta bəzi şeirlərində də bu böyük əsəri 
yarımçıq qoyduğuna təəssüflənir və bu əsərə yenidən qayıdacağını 
vəd edirdi” (1, s. 74). Bu baxımdan şairin “Bizim gəncliyə” adlı şei-
rindən misal gətirilən aşağıdakı parça səciyyəvidir:
Bizim gənclik bəsləmişdir, böyütmüşdür aslanları
Bu gəncliyin gözlərindən oxuyuruq ilk baharı.
Bu gün könlüm dərdə düşdü,könül sordu, noldu şair,
Qurtarmadı komsomolun qəhrəmanlıq dastanları.
Səməd Vurğun bu şeirdə “Komsomol poeması”nı bu vaxta qədər 
qurtara bilmədiyinə görə, özünü məzəmmət edir və bundan narahat 
olduğunu bildirirdi.
Əsərin “Son mühasirə” adlanan sonuncu fəsli 1955-ci ilin son-
larında yazılsa da bir çox fəsillər, obrazlar natamam, bəzi hadisələr 
yarımçıq qaldı, bəzi fəsillər arasında məntiqi əlaqə yaranmadı. Lakin 
əsərdə əsas xətt - Gəray bəy - Cəlal - Humay xətti başa çatdırılmışdır.
Səməd  Vurğunun  oxucuları  “Komsomol  poeması”nı  maraq-
la izləyir, onun nəşrini səbirsizliklə gözləyirdilər. Osman Sarıvəlli 
qeyd edirdi:”Hörmətli şair! Komsomol poeması indi nə haldadır?”, 
“Komsomol  poeması”nı  nə  zaman  bitirəcəksiniz?”,  “Bəxtiyarın, 
Gəray bəyin taleyi sonra necə olur?”kimi suallar görüşlərdə Səməd 
Vurğuna verilən, ən çox təkrar edilən suallar idi (3, s. 97).
“Komsomol poeması”nın 88 misralıq bir parçası ilk dəfə 1932-
ci ildə “Gənc bolşevik” jurnalının 7-8-ci nömrələrində nəşr edilmiş, 
sonra bu parçanın yenidən işlənilmiş variantı “İnqilab və mədəniy-
yətin”  10-12-ci  nömrələrində  çap  olunmuşdur.  Bu  nömrədə  dərc 
olunmuş  “Təslim”  parçasında  qolçomaq  Soltanın  poemanın  qəh-
rəmanı  Bəxtiyara  və  onun  yoldaşı  Cəlala  təslim  olduğu  göstərilir. 
“Gənc bolşevik” jurnalında çap olunmuş hissə ilə “İnqilab və mədə-
Folklor, mifologiya, etnoqrafiya

142
DƏDƏ QORQUD ARAŞDIRMALARI
niyyət” jurnalında çap olunmuş hissə arasında 92 misra fərq vardır. 
Poemanın “Sarı Şəmistan” hissəsi də elə həmin ilin noyabr ayında 
“Hücum” jurnalının 11-ci nömrəsində çıxmışdır.
“Komsomol  poeması”nın  “Qanlı  çadır”  hisssəsi  mətbuat  sə-
hifələrində daha cox çap edilmişdir. Bu hissə ilk dəfə 1935-ci ilin 
yanvar ayında “Gənc bolşevik” jurnalında, bir neçə ay sonra “Gənc 
işçi”(1935-ci il, 26 aprel) qəzetində, “İnqilab və mədəniyyət” (1935, 
sayı 5) jurnalında, 1935-ci il iyunun 6-da yenidən “Gənc işçi” qəze-
tində və sair yerlərdə müxtəlif dəyişikliklərlə dərc olunmuşdur.
Sadıq Şükürov qeyd edir ki, “Şair Osman Sarıvəlli 1932-ci ildə 
“İnqilab və mədəniyyət” jurnalının 10-12-ci nömrəsində “Təslim” 
adı altında “Kürün sahilində var əski bir köy” misrası ilə başlayan 
37 beytdən ibarət, tam bir lövhəni əks etdirən hissədən 20 misra gö-
türərək ədəbiyyatşünas Atababa Musaxanlının Səməd Vurğunun ya-
radıcılığına həsr etdiyi “Böyüyən şair” adlı məqaləsindəki misralarla 
birləşdirmiş və sonra bu hissəni “Sahildə” adlandırmışdır. Belə bir 
vəziyyət poemanın “Təslim” hissəsində natamamlığa səbəb olmuş-
dur” (4, s. 215).
Poemanın vaxtı ilə çap olunmuş hissələri tamam toplanılmamış-
dır. Təəssüf ki, bunlar da poemanın 1958-ci il nəşrinə salınmamışdır. 
Belə ki, şair 1934-cü ildə “Ədəbiyyat qəzeti”nin 4-cü nömrəsində 
çap etdirdiyi məqaləsində
Belə getsə bu güzəran,
Əllərimdə donmasa qan,
Papaq mənə haram olsun!
misralarını Gəray bəyin tipik mülkədar olduğunu bildirmək üçün iş-
lətmişdir. Lakin bu misralarda poemanın yeni nəşrində yoxdur.
Poemanın Osman Sarıvəlli tərəfindən 1959-cu ildə tapılmış “Ba-
har  eşqi  ilə.....”  hissəsi  də  kitaba  daxil  edilməmişdir.  Şair  Osman 

143
Sarıvəllinin verdiyi məlumata görə Səməd Vurğun bu hissəni uşaq-
larından birinin “Fizika dəftəri”nin üzünə (1953-1954-cü ildə) yaz-
mışdır.Bu, müəllifin ilk qaralamaları olduğu ucun aydın yazılmışdır 
və bu səbəbdəndə asanlıqla oxunur. Ancaq elə misralar da var ki, şair 
onu həddindən artıq qaraladığı ucun oxumaq çətinlik yaradır.
Poema Azərbaycan dilində kitab şəklində çapdan çıxdıqdan son-
ra (1958), 1959-cu ildə rus şairlərindən Adalin Adalis və Vladimir 
Sergeyev onu rus dilinə tərcümə etmiş, “Literaturnı Azerbaydjan” 
jurnalının 4 və 5-ci nömrələrində çap etdirmişlər.
Poemanı çapa hazırlarkən redaktorlar əsərin başlanğıcını və so-
nunu, ayrı-ayrı hissələrdə verilmiş hadisələri, surətlərin bir-birlərinə 
münasibətlərini,  inkişafını,  lövhələri,  səhnələri,müəllifin  vaxtilə 
poemanın planı haqqında öz qardaşı Mehdixan Vəkilova və başqa 
yoldaşlara söylədiyi fikirlərini nəzərə alaraq, poemanın sujet xəttini 
müəyyən etməyə çalışmış və sonra əldə olan fəsilləri həmin sujet 
xəttinə müvafiq surətdə tərtib etmişlər.
Şair  poemanın  ayrı-ayrı  hissələrini  qəzet  və  jurnallarda  çap 
edərkən,  onların  əksəriyyətinə  heç  bir  sərlövhə  qoymamış,  onları 
“Komsomol poeması”ndan bir parça adı ilə çapa vermişdir.
 
Ədəbiyyat
1.Bəxtiyar Vahabzadə.  Səməd Vurğun “Komsomol poeması”, Bakı, 1984.
2.Mir Cəlal. Klassiklər və müasirlər, Bakı, 1973.
3.Osman Sarıvəlli “Komsomol poeması”və onun çapa hazırlanması haqqında 
bəzi qeydlər. Azərbaycan, 1958, sayı 10.
4.Sadıq Şükürov. “Komsomol poeması”nın yaranması,nəşri və tədqiqi barədə 
bəzi qeydlər. Azərbaycan, 1961, sayı 9.
5.Vaqif Vəliyev. “Komsomol poeması”.  Azərbaycan, 1960, sayı 12.
Folklor, mifologiya, etnoqrafiya

144
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Günay Əliyeva,
ADPU-nun magistrı 
AZƏRBAYCAN MƏNZUM DRAM JANRININ 
İNKİŞAF TARİXİNDƏN
Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın banisi Hü-
seyn Cavid hesab olunur. Lakin bununla yanaşı qeyd etmək lazımdır 
ki, mənzum dram janrının ilk rüşeymlərini, ilk izləri daha qədimlərə 
uzanır. XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-
dən biri olan Nizami Gəncəvinin poemalarına diqqət yetirsək görə-
rik ki, obrazlar arasındakı söhbətlər, mükalimələr təbiiliyi və canlılı-
ğı ilə mənzum dram janrını xatırladır. ”Xosrov və Şirin” əsərində ən 
qüvvətli və diqqətəlayiq səhnələrindən biri olan Xosrovla Fərhadın 
qarşılaşması səhnəsində iki qəhrəman arasındakı söhbət, dialoq bö-
yük təsir gücü ilə seçilir. Bunu aşağıda verilən nümünədə açıq-aydın 
görmək mümkündür:
Xosrov əvvəl sordu: “Hardansan, cavan?”
Fərhad cavab verdi: “Dost diyarından.”
Dedi: “O diyarda hansı sənət var?”
Dedi: “Qəmi alıb, canı satırlar.”
Dedi: “Canı satmaq heç ədəb deyil.”
Dedi: “Aşiqlərdə bu əcəb deyil” (2, 300).
“Leyli və Məcnun” əsərində isə ananın qızına verdiyi məsləhət-
lər,  öyüdlər  və  qızla  ana  arasındakı  bu  söhbətə  diqqət  yetirdikdə 
yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri görə bilərik.
N.Gəncəvinin digər poemalarında, eləcə də ondan sonrakı dövr-
də yaşayıb-yaratmış bir çox sənətkarların yaradıcılığında da mənzum 
dram  janrının  ilk  cücərtilərini  görmək  olar.  Lakin  fakt  faktlığında 
qalır. Azərbaycan ədəbiyyatında H.Cavid mənzum dramaturgiyanın 

145
banisi sayılsa da, ilk mənzum dramın müəllifi Cəlil Məmmədqulu-
zadədir. Əksər tədqiqatçıların qeyd etdiyi kimi o, ədəbi yaradıcılığa 
“Çay dəsgahı” (1889) adlı alleqorik mənzum əsəri ilə başlamışdır. 
Bu əsər haqqında, onun bədii məziyyətləri barədə demək olar ki, bü-
tün tədqiqatçılar bir-iki cümlə ilə kifayətlənmişlər. Yalnız Əli Sultan-
lının “ Azərbaycan dramaturgiyasının inkişaf tarixindən” əsərində və 
H.İsrafilovun “Cəlil Məmmədquluzadənin dramaturgiyası” tədqiqa-
tında  pyesdən  nisbətən  ətraflı  söz  açılmışdır.  Müəllif  yazır:  “Çay 
dəsgahı” dramı məclisdə oxunmaq üçün yazılmışdır. Əsər şeiriyyət 
baxımından zəifdir, çoxlu vəzn xətası vardır, dil cəhətdən əyalətçi-
lik və dialektizm təsiri güclüdür. Bir-iki ümumi cizgi ilə verilən öz 
vəziyyəti,ictimai  mövqeyi  barədə  az-çox  təsəvvür  yaradan  nökər 
Əli obrazından başqa yerdə qalanlar alleqorik obrazlardır. Lakin bu 
obrazlar şəxsləndirilmədiyindən əsil mənada alleqorik obrazlar sə-
viyyəsinə yüksələ bilməmişlər” (3, 93). Bununla yanaşı, H.İsrafilov 
pyesdə müəllifin hər bir əşyanı səciyyələndirə bilən ifadələr tapdı-
ğını, yaşayış vəziyyətləri ilə bir-birindən kəskin surətdə fərqlənən 
adamlar arasındakı ziddiyyət və konfiliktin aydın və inandırıcı əks 
olunduğunu qeyd edir.
H.İsrafilovun bu qeydlərini doğru sayır və ona haqq qazandırı-
rıq. Doğrudan da, “Çay dəsgahı” mənzum dramında bədiiyyat aşağı 
səviyyədədir, pyesdə poeziya hiss olunacaq dərəcədə zəifdir. Bu da 
təbiidir, çünki “Çay dəsgahı” C.Məmmədquluzadənin ilk qələm təc-
rübəsi idi və gənc müəllif həmin əsəri sağlığında çapa verməmişdir.
H.Cavid  “Ana”,  “Səyavuş”,  “Uçurum”,  “İblis”,  “Peyğəmbər”, 
“Knyaz”,  “Xəyyam”  mənzum  dramlarının  müəllifidir.  Cavidin  bu 
əsərlərində möhtəşəm ideyalar, geniş coğrafiya və tarix öz əksini ta-
pır. Türk ədəbiyyatında Hamidin dövründə (tənzimat ədəbiyyatında) 
zəif olan türkçülük və sistemli islam fəlsəfəsi, müasirləşmə şüuru 
Cavidin dövründə inkişaf etdiyinindən bu əsərlər möhkəm bir ideya 
xətti ətrafında birləşir. Ümumiyyətlə, cavidşünaslığın tarixi üç mər-
hələdən ibarətdir.Birinci mərhələ keçən əsrin 20-30-cu illərini əhatə 
Folklor, mifologiya, etnoqrafiya

146
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edir. Bu mərhələdə Cavid yaradıcılığına münasibət çox mürəkkəb və 
ziddiyyətli olmuşdur.
İkinci mərhələ 50-ci illərin ortalarından başlayır.Cavid də bir sıra 
repressiya qurbanları kimi bəraət qazanır, üstündən “xalq düşməni” 
damğası silinir. H.Cavidin əsərləri nəşr olunur, yaradıcılığı haqqında 
məqalələr,  monoqrafiyalar  yazılır.  Əlbəttə,  bu  tədqiqatlar  H.Cavid 
yaradıcılığına münasibətin dəyişməsində böyük rol oynayır. Lakin 
bununla yanaşı, Cavidə münasibətdə marksist tənqiddən gələn fikir 
və mülahizələr də yox deyildir. Məsələn, Mehdi Məmmədov “Azə-
ri  dramaturgiyasının  estetik  problemləri”  monoqrafiyasında  yazır: 
“20-ci illərdə Azərbaycan ədəbiyyatında fəal, qızğın bir proses - so-
sialist realizminin təşəkkül prosesi başlandığı zaman H.Cavid sanki 
ikiləşmiş, ikiyə bölünmüş bir yaradıcılıq həyatı ilə yaşayır. Bir tərəf-
dən,  keçmişdə  yazılmış  əsərlərin  gurultulu  müvəffəqiyyəti,  digər 
tərəfdən isə, hazırda yazılan pyeslərin şəksiz müvəffəqiyyətsizliyi. 
Hazırki Cavid indiki Caviddən geri qalır. O yazmaq istəyir və az da 
olsa yazır. Lakin bu dövrün məhsulu olan “Afət” (1922), “Peyğəm-
bər” (1923) və “Topal Teymur”(1926) əsərləri ideya-bədii cəhətdən 
keçmişdə yazılmış “Şeyx Sənan”, “Şeyda”, “İblis”, hətta “Uçurum” 
kimi pyeslərdən qat-qat sönük və zəif yaranır (6, 106). Cavidşünas-
lıqda üçüncü mərhələ heç şübhəsiz, ötən əsrin 90-cı illərindən baş-
layır. Böyük sənətkarın yaradıcılığını təkcə milli ədəbi kontekstdə 
deyil, həm də dünya ədəbi kontekstində araşdırmaq, onun əsərlərin-
dəki fəlsəfi istiqaməti tədqiq etmək, ən başlıcası isə, Cavid sənətinin 
poetikasını açıqlamaq, bu mərhələdə yaranan əsərlərin əsas mövzu-
sunu təşkil edir. 
H.Cavid mənzum dramaturgiyası Azərbaycan ədəbiyyatında yeni 
hadisə idi. Onun mənzum pyesləri ədəbiyyatımızda ənənə yaratdı və 
ondan sonra gələn dramaturqlar bu ənənəni uğurla davam etdirdilər.
Onun hətta mənzum olmayan bəzi tarixi dramları (xüsusən “Topal 
Teymur”)  belə  öz  obrazlar  sistemi  və  poetik  strukturu  ilə  sonrakı 
mənzum tarixi dramlara güclü təsir göstərmişdir.

147
Cavid dramaturgiyası yarandığı gündən tarixlə yoldaşlıq etmiş-
dir. Tarixi məzmun onun əsərlərinin müasirlik keyfiyyətini qətiyyən 
azaltmır. Çünki onun dramaturgiyası əvvəldən sonadək “...öz ədəbi 
janrı, harmoniya və həqiqət axtarışları ilə birlikdə bizim epoxamıza 
da daxil olur və azad, müstəqil, suveren milli şüuru bu gün yenidən 
düşündürməkdə davam edir. Əsrin əvvəlinin-inqilab və intibah döv-
rünün bədii düşüncəsi və fəlsəfi ovqatı olan bu şeir bir də ona görə 
indi də bu qədər müasir səslənə bilir ki, məhz əsrin sonunda tarix 
əsrin əvvəlinə sanki yenidən qayıdır və bizi də Cavidə yenidən qay-
tarır” (4, 316 ).
T.Məmməd  “XX  əsr Azərbaycan  dramaturgiyasının  poetikası” 
monoqrafiyasında “Şeyx Sənan” pyesini sırf sufi mövqeyindən ya-
zılmış bir əsər kimi təhlil edir. Burada qəhrəmanın keçdiyi dərəcələr 
və yetişdiyi son məqam əsərin əsas süjet xəttini təşkil edir. Konflikt 
qəhrəmanın mənəvi yüksəliş xətti ilə dəf olunan nəfsləri arasındadır 
(5, 24).
Birinci dünya müharibəsinin axırlarında - 1918-ci ildə yazdığı 
“İblis” faciəsi də Cavidin mənzum dramaturgiyasında ən parlaq nü-
munələrdən biridir. Yazıldığı tarixə, təsvir etdiyi hadisələrə görə “İb-
lis” müasir əsər idi, ancaq müasirliyi burada, yalnız mövzunun müa-
sirliyində  axtarmaq  düzgün  olmazdı.  Cavid  “İblis”də  müharibəyə 
yeni baxış bucağından yanaşır, onun əsil mahiyyətini ortaya qoyur.
V.Osmanlının “İblis” əsəri ilə bağlı aşağıdakı fikirləri dəyərlidir: 
”Şərqdə  insan  hisslərinin  təlatümünü  böyük  faciə  miqyasında  ro-
mantizm ədəbiyyatına gətirən Cavid və onun “İblis” faciəsi olmuş-
dur. Qeyd etmək lazımdır ki, romantik əsərlərdə müharibə mövzu-
ları çox, vasitə kimi lazım olur.”İblis” əsərində də müharibə vasitə 
xarakteri daşıyır. Mahiyyəti müharibə meydanında meydana çıxan 
insan isə məqsəddir” (7, 87).
H.Cavidin  “Peyğəmbər”  mənzum  dramında  da  o  zaman  ifrat 
meyillər axtarmaq təşəbbüslərinə təsadüf edirik. Halbuki, ateizmin 
hökm sürdüyü, dini təbliğatın yol verilmədiyi bir şəraitdə Cavidin 
Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin